Bazar günü günü, 15 noyabr 2026
     

BMT -nin hüquqa çevirdiyi əxlaqi-humanist dəyərləri Nizami 8 əsr əvvəl deyib - mənəvi dəyərlərimizin bundan artıq təbliğatı?

Image


Azərbaycan xalqı öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalqdır. Mən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu ili “Nizami Gəncəvi İli” elan etmişəm. XII əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşür...” Bu sözləri BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Prezident İlham Əliyev videoformatda çıxışında deyib.

Prezidentin dediyi kimi, Nizami Gəncəvinin 880 il bundan əvvəl dediyi hümanizm, ədalət, bərabərlik, sülh, toleranlıq BMT-nin mövcud pronsiplərinə uyğundur, hətta eynilik təşkil edir.

Bu amil Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixi irsinin dünya miqyasında təbliğatı baxımından necə bir nümunədir?

  • “Bütün bunlar Azərbaycan xalqının mədəniyyətinin qədimliyini, zənginliyini, xalqımızın böyüklüyünü göstərir”

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Teymur Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev olduqca mühüm bir faktı gündəmə gətirib, beynəlxalq aləmin diqqətinə çatdırıb. T.Kərimli hesab edir ki, bu amil Azərbaycan mədəniyyətinin, mənəvi dəyərlərinin, sülh və humanizm prinsiplərinin və sairin beynəlxalq təqdimatında çox mühüm rola malikdir və biz Nizami irsini təbliğ etməklə ölkəmizi, mədəniyyətimizi, ədəbiyyatımızı dünya çapında bir daha təbliğ etmiş, tanıtmış oluruq. “Əlbəttə, o xalq xoşbəxtdir ki, onun milli mentalitetində bütün həyatını insanların xoşbəxtliyi uğrunda mübarizəyə həsr edən dahilər var. Yəni çalışıblar ki, insanlar arasında kin-küdurət olmasın, insalar bir-birinə zülm etməsin, bir-birini alçaltmasın, hamı bərabər olsun. Bizim dahilərin yaradıcılığında, görüşlərində hümanist dəyərlər həmişə öndə olub. Əlbəttə ki, bu cür dahiləri yetişdirən xalqın özü də məhz həmin dəyərlərə sahib olan bir xalqdır.

Tutalım, hansısa bir xalqın dahiləri yoxdursa,  onlar öz mentalitetləri haqqında düşünməlidirlər ki, biz nəyə görə dahilər yetişdirə bilmirik, bəlkə həyatımızda, qonşularımıza münasibətdə hansısa dəyişiklik etməliyik, onlara yanaşmada daha xoş görünməliyik, davranmalıyıq”.

T.Kərimli qeyd etdi ki, bu gün bəşəriyyətə hava-su kimi lazım olan və dünyanın inkişafında böyük rol oynayan humanizm, sülh, bərabərlik, tolerantlıq, ədalət və sair kimi ali bəşəri dəyərləri dahi Azərbaycan şairi Nizami Gəncəvi 880 il bundan əvvəl öz ölməz əsərlərində, poemalarında irəli sürüb, insana məhəbbəti, insana hörməti, insanların qardaşlığını, qonşu haqqını qorumasını çox yüksək poetik istedadla tərənnüm edib. “O dəyərlər ki, onları Nizami irəli sürüb, o insani, hümanist fikirlər ki Nizaminin əsərlərində var, bu gün də aktualdır. Nəyə görə? Ona görə ki, bu gün də dünyada zülm var, ədalətsizlik var, insanların bir-birinə qarşı kin-kudurəti, düşmənçiliyi, bir dövlətin başqa bir dövlətin torpaqlarında gözü var, həmin o torpaqları əldə etmək üçün qonşusunun qanını tökür...

Cənab Prezidentin dediyi kimi, hümanizm, ədalət, bərabərlik, sülh, toleranlıq kimi dəyərlər, bütün bunlar Nizaminin əsərlərində var, təkcə biz deyil, bütün dünya bunu Nizamidən öyrənməlidir, gələcəyini daha harmonik şəkildə, daha ideal şəkildə qurmaq üçün Nizami kimi dahilərin əsərlərindən istifadə etməlidir. Bizim də üzərimizə düşən vəzifə Nizami kimi dahiləri dünyaya tanıtmaq, onların əsərlərini tərcümə və təbliğ etməkdir. Təbii ki, bu baxımdan cənab Prezidentin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi çox böyük əhəmiyyət daşıyır və keçən aylar ərzində Nizami irsinin təbliğində, Nizami irsinin dünyaya tanıdılması yolunda çox böyük işlər görülüb. Elə bu günlərdə Ukraynanın Xarkov şəhərində Nizaminin heykəlinin açılması, bütövlükdə dünyada Nizami irsinə göstərilən o böyük hörmət, əsərlərinə olan sevgi bir daha onu göstərir ki, müstəqil dövlətçiliyimiz şəraitində biz Nizamini daha yüksək səviyyədə dünyaya tanıdırıq. Bu da təbiidir. Biri var, sən kimdənsə asılı olasan, öz dəyərlərini təbliğ etməkdə çətinlik çəkəsən...Amma 30 ildir ki, biz müstəqilik, xüsusən də son 20 il ərzində bizim maddi və mənəvi dəyərlərimizin dünyada tanıdılması yolunda cənab Prezident İlham Əliyev, ölkəmizin Birinci vitse-perzidenti Mehriban Əliyeva çox böyük işlər görüblər.

Mən həmişə rus saytlarına baxıram. Son zamanlar orada ermənilərin içindəki bəzi insanlar, guya ki, ağıla gəliblər. Deyirlər ki, baxın, Azərbaycandan öyrənmək lazımdır, Azərbaycan müstəqil dövlət kimi özünü sübut edib, amma Ermənistan bir forpostdur, başqa dövlətlərin əlində oyuncaqdı. Bu da onun göstəricisidir ki, Ermənistanda Nizami çapında, Nizami səviyyəsində heç bir dahi yetişdirilməyib. Bu da ondan irəli gəlir ki, əsrlərdən bəridir ermənilər miflərlə, uydurmalarla yaşayırlar, keçmişi ideallaşdırırlar. Keçmişlərində də bir şey yoxdu. Ona görə də nağıllar quraşdırırlar. Amma Azərbaycanın bu cür dahiləri var, Azərbaycan o dahilərdən ilham alıb müstəqil dövlətçiliyini daha da inkişaf etdirir. Bu baxımdan, əlbəttə ki, bizə bu gün Nizaminin əsərləri, Xətainin əsərləri, Axundzadənin əsərləri və başqa dahilərimizin əsərləri lazımdı. Bütün bunlar Azərbaycan xalqının mədəniyyətinin qədimliyini, zənginliyini, xalqımızın böyüklüyünü göstərir. Bunun nəticəsidir ki, son zamanlar dünyada Azərbaycana çox böyük hörmət-ehtiram var. Bütün bunlar bizim müstəqil dövlətimizin mədəni irsimizə göstərdiyi yüksək qayğı və diqqətin nəticəsidir ki, dünya artıq bizi bu yöndən tanıyır”- deyə T.Kərimli şərhində bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ