Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycanda təkəlduz sənəti… bu qədim sənətin tarixə qovuşacağını deyənlər yanıldı…

Image


“Halbuki, illər əvvəl bu sənətin tarixə qovuşacağını düşünənlər vardı”
“Xarici turistlər Şəkidə müxtəlif sənətkarların emalatxanasında təkəlduz işlərinin hazırlanması prosesini əyani şəkildə izləyirlər”

 

Mədəni irsimizin formalaşmasında müstəsna rol oynayan çeşidli xalq sənəti növlərinin müəyyən hissəsi günümüzdə o qədər populyar olmasa da, hazırda yaşadılan xalq sənəti növləri də az deyil. Bədii tikmə sənətinin bir çox sahələri xalq sənətinin qollarından biri kimi bu gün də mövcuddur.   

Dekorativ-tətbiqi incəsənətin ayrılmaz tərkib hissəsi olan bədii tikmənin ölkəmizdə ən geniş yayılan növlərindən biri təkəlduzdur. Zərif, incə tikmə nümunələri olan təkəlduzun Vətəni ölkəmizdir. Vaxtilə Azərbaycanda geniş yayılan təkəlduz sənətinin inkişafı əsasən ipəkçiliklə bağlı olub. Keçən dövrlərdə Şəkidə təkəlduz sənətinin inkişafına böyük maraq olub, bu gün də orada bu sənəti yaşadanlar az da olsa var.

Böyük tarixi keçmişi olan ölkəmizdə tarixən sənətkarlığın, dekorativ tətbiqi sənətin müxtəlif növlərinin inkişafı və geniş yayılması üçün müxtəlif emalatxanalar fəaliyyət göstərib. Doğrudur, o emlatxanalarda qadınlar deyil, əsasən kişi sənətkarlar işləyiblər. Məlumdur ki, təkəlduz ustaları arasında qadınlarla yanaşı, kişilər də olub ki, onlar bu cür gözəl sənət əsərləri yaradıblar. Mövsüm Məşədi Əli oğlu, Məşədi Yusif Süleyman oğlu, Məşədi Səttar, usta Əliabbas, Cabbar Əlizadə, Rza Tağızadə, Abuzər Lətifov keçmiş dövrün məşhur təkəlduz ustaları olublar.

Təkəlduz dükanlarında peşəkar ustalar yalnız təkəlduz, evlərdə isə qadınlar güləbətin, xanduz, zərənduz, muncuq, pilək, oturtma, örtmə, cülmə və s. kimi tikmə nümunələri yaradırdılar. Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu.

Sənətşünas Aynurə Camalovanın sözlərinə görə, XIX əsrdə tikmə ustaları, əsasən qanovuz, mahud, məxmər üzərində işləyirdilər. Parçalar, əsasən tünd-qırmızı, qara, yaşıl, sürməyi, zoğalı rəngdə olurdu. Sənətşünas dedi ki, təkəlduz sənətinin dünəni çox zəngindir, bu gün də bu sənətin ayrı-ayrı sənətkarlar tərəfindən yaşadılması mədəni irsimizin qorunmasına, təbliğinə xidmət edir. Sənətşünasın sözlərinə görə, hazırda əsasən Bakıda və Şəkidə dekorativ sənətin bu zərif növü ilə məşğul olan qadınlar bu ənənəvi irsi başqalarına ötürürlər. Sənətşünas qeyd etdi ki, təkəlduz sözünün mənası “tək əllə düz” deməkdir. Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biri də təkəlduzdur. Sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki həm də təkəlduz sənətinin vətəni sayılır. Hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla qadın məşğul olur. Sənətşünas bildirdi ki, bu gün tələlduz sənətinin yaşadıldığı Şəki şəhərində “Sənətkarlar evi” fəaliyyət göstərir və bu evdə müxtəlif xalq sənəti növü ustalarının emalatxanaları mövcuddur. “Təkəlduz sənəti çox incəlik tələb edən, xeyli vaxt aparan sənət növüdür. Bu sənət növü ilə  Azərbaycanda qədim dövrdən məşğul olunmağa başlanıb. Bu işlə məşğul olan usta həddindən artıq həssas olmalı, daim mövzunun rəngarəngliyini, rənglərin və naxışların ahəngdarlığını düşünməlidir. Təkəlduz tikmənin naxışları gözəl rəng və kompozisiya ahəngdarlığı ilə fərqlənməlidir. Bu sənət növündə ipək saplar əsasən tünd rəngli parçalar üzərində işlənir ki, bu da təkəlduz tikmələrini digərlərindən fərqləndirən başlıca xüsusiyyətdir. Təkəlduz tikmələr üçün nəbatat və heyvanat aləmindən motiv və elementlər səciyyəvidir. Bu gün Azərbaycanda təkəlduz sənətinə maraq artıb desəm yanılmaram. Çünki illər əvvəl bu sənətlə bir-iki usta məşğul olurdusa, bu gün gənc qızlar da buna maraq göstərirlər. Bu gün qədim sənət növlərinin inkişafına dövlət qayğısının olması bir sıra ənənəvi xalq dekorativ tətbiqi sənət sahələrinin yenidən dirçəlməsinə səbəb olub. Halbuki, illər əvvəl bu sənətin tarixə qovuşacağını düşünənlər vardı. Onu da qeyd edim ki, təkəlduz və digər bu qəbildən olan sənət növlərinin hazırda genişlənməsinə səbəb olan amillərdən biri də turizmin inkişaf etməsidir. Azərbaycan turistlərin ən çox maraq göstərdiyi ölkələrdən biri kimi göz önündədir. Bakıya, Şəkiyə, Lənkərana, eləcə də digər şəhər və rayonlarımıza gələn xarici və yerli turistlər daha çox təkəlduz işlərinə maraq göstərirlər. Xarici turistlər Şəkidə müxtəlif sənətkarların emalatxanasında təkəlduz işlərinin hazırlanması prosesini əyani şəkildə izləyirlər. Turistləri ən çox milli naxışlarımız, həmçinin, Şəki xanları sarayının görüntüsü əks olunan əl işləri cəlb edir” - deyə A.Camalova bildirdi.

A.Camalova dedi ki, Azərbaycanın böyük təkəlduz ustalarının əl işləri hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Şəki Xalq Tətbiqi Sənət Muzeyində, Şəkidə Tarix Diyarşünaslıq Muzeyində, Sankt-Peterburqdakı Etnoqrafiya Muzeyində və s. yerlərdə saxlanır. A.Camalovanın qeyd etdiyinə görə, təkəlduzun Şəkidə yaşadılmasına xüsusilə böyük əhəmiyyət verilir. “Hazırda Şəkidə təkəlduz emalatxanaları fəaliyyət göstərir ki, burada çalışan ustalar tikdikləri əl işlərini sərgiləyir və satışını təşkil edirlər. Həmçinin, müasir dövr təkəlduz ustalarının böyük məharətlə yaratdıqları tikmə nümunələri ölkədaxili və beynəlxalq dekorativ-tətbiqi sənət festivallarında, sərgilərində nümayiş olunur, müvəffəqiyyət qazanırlar. Çox istərdim ki, müasir təkəlduz ustalarından bir neçəsinin adını qeyd edim. Nuriyyə Məhərrəmova, Şəhla Şahid qızı, Səvavət Əkbərova, Ülviyyə Məmmədova, Səyalı Səlimli hazırda Şəkidə təkəlduz sənəti ilə məşğul olan, onlara yadigar qalan bu sənətin sirlərini gələcək nəsillərə ötürən ustalardır. Günümüzdə təkəlduz tikmənin tətbiq olunduğu əşyalarda artmaqdadır. Öncələr təkəlduz daha çox geyimlərdə, puştularda, pərdələrdə işlənirdisə, bu gün texnologiyanın inkişafı ilə əlaqədar olaraq tətbiq sahələri daha da genişlənib, mobil telefon üzlüklərində, çantalarda, kompyuter çantalarında, eynək qablarında və s. əşyaların dekorativ bəzədilməsində tikmənin bu növündən geniş istifadə olunur. Bundan əlavə, təkəlduz nümunələri bu gün interyerləri bəzəyən sənət əsərinə çevrilib. Təsviri sənət əsərləri ilə yanaşı, müxtəlif süjetli, kompozisiyalı təkəlduz nümunələri çərçivələrə salınaraq, evlərin, ofislərin, əyləncə mərkəzlərinin divarlarını da bəzəməkdədir” - deyə sənətşünas bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ