çərşənbə axşamı günü, 21 aprel 2026
     

“Köhnəlməyən xiffət” nədir? - "Natəvan" klubunda araşdırıldı...

Image


Ana, heç köhnəlmədi
Sənsizliyin xiffəti.
İllər keçdikcə artdı
Yoxluğunun həsrəti.

Heç zaman köhnəlməyən, nimdaşlaşmayan, yaddaşlardan silinməyən ana xiffəti, ana həsrəti, anasızlıq ağrısı çoxlarına tanışdır. Elə bir adam tapılmaz ki, anasını itirsin, amma onun xiffətini çəkməsin, “ana” deyib quruca nəfəsini, mehriban səsini, işıqlı çöhrəsini gəzməsin. Belə adam olmaz fikrimizcə.

Yazın xoş bir günündə - mayın 20-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" Klubunda bir canlanma yaşandı, yaxından və uzaqdan gələn qələm və könül dostları tanınmış şairə, "Yada düşdü" jurnalının baş redaktoru Nəzakət Məmmədovanın sözünün və özünün işığına toplaşdılar. N.Məmmədovanın "Köhnəlməyən xiffət" və "Yurd hasreti" (Türkiyə türkcəsində) kitablarının təqdimat mərasimi bəlkə də onunla görüşmək üçün dostlara bir bəhanə idi.

Nəzakət xanım çağdaş poeziyamızın elə simalarındandır ki, onunla görüşmək, şeirlərini dinləmək, yaradıcılıq söhbəti etmək hər kəsin ürəyindəndir.

"Köhnəlməyən xiffət" və "Yurd hasreti" kitablarının təqdimat mərasimini "Qobustan" jurnalının baş redaktoru Pərvin Nurəliyeva açaraq bildirdi ki, N. Məmmədovanın fəaliyyəti ilə şəxsiyyəti üst-üstə düşür, bir-biri ilə uzlaşır. Pərvin xanım bizi illər əvvələ, Nəzakət xanımın qələmə, sözə yeni-yeni könül verdiyi çağlara apardı, dedi ki, o, ilk şeirlərini gizli yazıb, pünhan saxlayıb, mübhəm və işıqlı duyğularına bir kimsəninsə munis olmasını istəməyib, lakin günlərin birində o, “suç üstə yaxalanıb”. “Bir məqamı xüsusi qeyd edim ki, istedadı boğmaq mümkünsüzdür. İstedad mütləq nə vaxtsa üzə çıxacaq. Təsəvvür edin ki, 14 yaşlı bir qızcığaz özünün ilk şeirlərini yazır, o şeirləri qoruyur, gizlədir, anası bir gün onun şeir dəftərini görür və... Mən həm də o ananı başa düşürəm, şeir yazmaq əzab çəkmək deməkdi, şeir yazmaq əzabları əbədiləşdirmək deməkdir, şeir yazmaq ağrılara pasport vermək deməkdi... Bütün bunların hamısından qorxan ana qızının şeir dəftərini cırır. Bundan sonra Nəzakət xanım qərara gəlir ki, şeirlərini gizlətsin. 2000-ci illərin əvvəllərində həyat və ölümün arasında çırpınan Nəzakət xanım müalicə üçün İrana gedir, Vətənə qayıdanda stolunun üstündə öz kitabını görür. O orada olanda şeirlər kitabı çap olub, özü də Musa Yaqub kimi bir tələbkar şairin ön sözü ilə. Demək ki, artıq ədəbi mühit onu bir şair olaraq qəbul etdi. Düşünürəm ki, bütün bunların hamısı bir insan taleyi, bir şair taleyidir”-deyə Pərvin xanım qeyd etdi.

Azərbaycan ədəbiyyatının Türkiyədə yorulmaz təbliğatçısı, şair-tərcüməçi, “Türk ədəbiyyatı" dərgisinin baş redaktoru, “Yurd hasreti” kitabının tərcüməçisi İmdat Afşar çıxış edərək N.Məmmədovanın yaradıcılığına yüksək qiymət verdiyini bildirdi. “Bura toplaşmaq Nəzakət xanıma olan sevginin təzahürüdür. Nəzakət xanımla tanışlığımız Zemfira xanımın sayəsində olub. Nəzakət xanımın şeirləri ilə tanış oldum və şeirlərini oxuyanda onu yaralı gördüm. Nəzakət xanımın bir yaralı yanı vardı, o da vətənin parçalanması, dağılması idi. Vətən sevgisi bir ana xətt olaraq şeirlərinin içindən keçib gedirdi. Bu, Azərbaycanın Qarabağ bölgəsinin parçalanması ilə bağlı vətənin ağrılarını dilə gətirən şeirlər idi, həm də bu şeirlərin güneyə və quzeydə uzanan bir qolu vardı. Bir qolu Dərbənd, bir qolu Təbriz həsrətini tərənnüm edib. Baxdım ki, Nəzakət xanımın şeirlərində bir ana, bir qadın həssaslığı ilə vətən ağrıları gəlib keçir. Bu mənə bir zövq verdi. Nəzakət Məmmədli duyğuları Vətən torpağı, yurd və millət sevgisi ilə yoğrulmuş, könlünün zirvələrində hər zaman üçrəngli Azərbaycan bayrağını dalğalandıran şairdir”.

Sonra İ.Afşar Nəzakət Məmmədovanın tanınmış türk şairi Ahmad Kabaklının 100 iliyi münasibətilə təsis olunan “Ahmad Kabaklı" medalı ilə təltif edildiyini bildirdi və medalı ona təqdim etdi.

Xalq yazıçısı Elmira Axundova Nəzakət Məmmədovanın Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasına uğurla rəhbərlik etdiyini qeyd etdi və bildirdi ki, əvvəllər onun belə incə duyğulu şeirlər yazdığından xəbərsiz olub: “Nəzakət xanım şəhid ailələri ilə görüşür, o insanların ailəsinə gedir, onların dərdini dinləyir, onlarla birgə ağlayır.

Mən başa düşürəm Nəzakət nələr yaşayır.

İki gündür Nəzakət xanımın şeir kitabını oxuyuram.

İlk növbədə bu şeirlərdə onun içindəkiləri görürəm. Düzdür, poeziya subyektiv bir sənətdir, poeziyada şair öz hisslərini, emosiyalarını göstərməlidir. Nəzakətdə bu çox qabarıq görsənir, ata, ana, bacı haqqında gözəl şeirlər yazıb. Bu hamımızın içindən keçən şeirlərdi. Mən anam haqqında şeir yaza bilmədim, sən yazdın. Bu şeirləri oxuyuram anamı yada salıram.

Ana, heç köhnəlmədi

Sənsizliyin xiffəti

İllər keçdikcə artdı

Yoxluğunun həsrəti.

Tamamilə düzdü. 20-30 il keçir və biz ananın yoxluğunu daha çox hiss edirik. Belə şeirlər çoxdu. O bizim hamımızın içindəki hissləri ifadə edir. Bu şeirlərdə qəm, qüssə çoxdur, eyni zamanda bir çox şeirlərdə optimizm, ümid var, bu mənim xoşuma gəlir”.

AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli bildirdi ki, N.Məmmədovanın yaradıcılığı və şəxsiyyəti barədə geniş danışmaq olar və o, yaradıcılığı ilə özünü dəqiq ifadə edir: “Nəzakət xanımla nə vaxt tanış olmuşam, dəqiq bilmirəm. Bizi, deyəsən, Nahid Hacızadə tanış etmişdi. Mən özüm bir il əvvəl Nəzakət xanım haqqında yazdım.

Nəzakət xanımın yaradıcılığı haqqında çox danışılıb, haqqında kitablar yazılıb. Professor Allahverdi Eminov “Nəzakət Məmmədlinin yaradıcılıq yolu”, tədqiqatçı Hikmət Məlikzadə “Nəzakət Məmmədovun yaradıcılığında Vətən Kodları” kitablarını yazıb”.

Türkiyəli yazar – “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət Örməci çıxışında bildirdi ki, N. Məmmədovanın 2023-cü ildə Türkiyədə İmdat Afşar tərəfindən yayımlanan kitabında onun haqqında çox gözəl fikirlər bildirilir: “İmdat bəy yazıb :"Nəzakət Məmmədli Vətən torpağından, yurd və millət sevgisi ilə yoğrulmuş könlünün zirvəsində üçrəngli Azərbaycan bayrağını dalğalandıran bir şairdir. Ancaq onun təsəvvüründəki Vətən bugünkü Azərbaycan sınırlarının çölündə qalan ata yurdlarını da əhatə edən bütöv Azərbaycandır".

Sonra o, Nəzakət xanımın "Yurd hasreti" şeirini oxudu.

Əməkdar jurnalist Zemfira Məhərrəmli çıxışında “Nəzakət xanımın çox işıqlı, çox kövrək, çox həzin qəlb dünyası var. Şeirlərindəki həzinlik, kövrəklik elə onun qəlbindən gəlir. Bütün bu fikirlər o köksünə sığmayan, darlıq edən incə duyğularından barınır. Çox gözəl lirik şairdir. Lirikası doğrudan da qəlbə bir məlhəmdi, eyni zamanda ictimai motivli çoxlu şeirləri var. İctimai motivin özü isə onun poeziyasını həmişə diri saxlayan məziyyətdir...”-deyə bildirdi.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev N.Məmmədovanın kitablarının tqədimat məraismində bunları dedi: “Nəzakət xanım Məmmədova haqda o qədər gözəl, dolğun və məzmunlu sözlər eşitdik ki, bir daha qürurlandıq. Nəzakət xanım haqqında eşitdiyim bu gözəl sözlər illərdən bəri onu tanıyan bir insan kimi ürəyimdə onunla bağlı saxladığım fikirlərə, təsəvvürlərə də tam uyğun gəldi. Bir daha qürurlandıq ki, Nəzakət xanımı belədir və onu belə tanımışıq.

Nəzakət xanım haqqında bir insan olaraq dolğun danışmaq mümkündür, şair olaraq dolğun danışmaq mümkündür, bir vətənpərvər vətəndaş olaraq dolğun danışmaq mümkündür, bir ruh adamı olaraq dolğun danışmaq mümkündür, bir qeyrətli Azərbaycan qadını olaraq dolğun danışmaq mümkündür, bir gözəl valideyn, ana olaraq dolğun danışmaq mümkündür, bütün mənalarda Nəzakət xanım haqqında dolğun, məzmunlu danışmaq mümkündür. Bəlkə də hələ azdı. Çünki Nəzakət xanım bir kompleksiyadır. Bu komplektin içərisində bir vətəndaş var, bir şair var, həssas bir insan var, vicdanlı bir məmur var. O, həm də mühüm bir dövlət qurumuna rəhbərlik edir. Azərbaycanda məmurların böyük əksəriyyəti haqqında deyilməsi mümkün olmayan yüksək və layiqli sözləri onun haqqında rahat demək mümkündür.

Nəzakət xanımın bədii-ədəbi yaradıcılığı ayrıca bir tədqiqat obyektidir, insanlığı ayrıca bir tədqiqat obyektidir, onun vətəndaşlığı ayrıca bir tədqiqat obyektidir, nümunə olmağı ayrıca bir tədqiqat obyektidir. Əgər bu gün bizim cəmiyyətimizdə şəxsi mənada qısqanclıqların çox dərin kök atdığı bir şəraitdə sağlığında Nəzakət xanım haqqında ən azı iki kitab yazılıbsa, gələcəkdə onun yaradıcılığının çox geniş miqyasda təhlil olunacağına şübhə yoxdur. Nəzakət xanım çox incə bir ruh şairidir, yalnız düşündüyünü yazır. Bizim mühitdə yaradıcılığın bütün sahələrində, mədəniyyətdə, incəsənətdə, jurnalistikada, poeziyada, yazıçıların həyatı olsun, publisistikada, nəsrdə dramaturgiyada realizm bir üslub olaraq bir az arxa plana keçib. Yaradıcılıqda realizmin az olduğu bir vaxtda heç olmasa səmimiyyətin dərin və parlaq olması bizim yeganə təsəllimiz olur. O səmimiyyətin böyük dərəcəsini, böyük dərinliyini, inanıram siz də şəriksiniz ki, biz Nəzakət xanımın yaradıcılığında görürük.

Burada böyük insanlar əyləşib. Ona görə böyük insanlar deyirəm ki, həm şəxsiyyətləri böyükdür, həm də böyük söz sənətinə xidmət edən adamlardır. Çünki sözün özü böyükdür.

Azərbaycanın torpaqları azad olunana qədər 30 il müddətində cəmiyyətin qələbəyə olan ümidinin, inamının sonadək qırılmasına kim imkan vermədi?? Təbii, dövlət rəhbərinin apardığı siyasətin, diplomatiyanın rolu öz yerində. Bütün bunlarla bərabər cəmiyyəti ümiddən, qələbəyə olan bağlılıqdan qırılmağa " Söz" qoymadı. Sözün sahibi isə jurnalistlər idi, yazıçılar idi, şairlər idi.

Pakistanın birinci prezidenti olmuş jurnalist-yazıçı Məhəmməd Əli Cinnahın bir sözü var. Deyir ki, mən ordulardan güclü olan sözümün qüdrəti ilə müstəqil Pakistan dövləti qurdum. Sözün qüdrəti budur.

Ona görə bu sənətə də, onun daşıyıcılarına da kimliyindən asılı olmayaraq həmişə böyük insanlar demişəm. Onların bariz nümunəsi, təbii ki, Nəzakət xanımdır. Nəzakət xanım insanları həyata bağlayan şairdir, yaradıcılığında səmimi şairdi.

Nəzakət xanımın yaradıcılığında doğrudan da yazıçı, yaradıcı adam, şair üçün tapıntı sayıla biləcək nüanslar xeylidir.

Burda bir neçəsi nümunə çəkildi.

Elə bu kitabın özü - "Köhnəlməyən xiffət" - ana xiffəti doğrudan da köhnəlməyəndi. Hər xiffət köhnələ bilir, amma ana xiffəti heç vaxt köhnəlmir. Məsələn, Nəzakət xanım deyir: yağ ay yağış, bəhanə ol sevənlərə". "Gerçəyi yalan bilib, yalanı sevəcəksən, sən də böyüyəcəksən, şəhid qızı"... Şairin gözəlliyi nədir? Orijinal olsun, kimisə təkrarlanmasın, ruh şairi olsun, ancaq inandığını yazsın, sevdiyini yazsın, səmimi şəkildə yazsın və bir də gözəl ədəbi tapıntıları olsun. Bunlar Nəzakət xanımda var.

Nəzakət xanımın kitabları bu gün təkcə Azərbaycanda ədəbi hadisə deyil. Baxın, şairin həm ölkədə kitabı çap olunur, həm də başqa bir ölkədə o kitabı tərcümə olunur və Azərbaycana gəlir. Nəzakətin yaradıcılığı təkcə Azərbaycanda ədəbi hadisə yaratmayıb, eyni zamanda Türkiyədə bir ədəbi hadisə yaradıb.

Nəzakət xanım, mən Sizi ürəkdən təbrik edirəm, nə xoşbəxtik ki, Sizin müasirinizik. Çox nadir hallarda olur ki, insan həm gözəl şair, yazıçı olur, həm də onun gözəl şəxsiyyəti olur, insanların rəğbət bəslədiyi bir insan olur. Cəmiyyətdə onun haqqında pis düşünən olmur, hamı ondan nümunə götürməyə çalışır. Şəxsiyyəti də gözəl, yaradıcılığı da gözəl....

Yeni uğurlar!”

Məraimdə həmçinin fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, Əməkdar jurnalistlər Zemfira Məhərrəmli, Zöhrə Əliyeva, şairə Şövkət Zərrin Horovlu, şairə Adilə Nəzər, Respublika Xatirə Kİtabı Redaksiyasının əməkdaşı Hikmət Məlikzadə, şair-publisist Rəfail Tağızadə, professor Maarifə Hacıyeva, ədəbiyyatşünas, filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadə, yazar Xanım Aydın, şair Faiq Balabəyli, şairə Mahcamal, bədii qiraətçi Ülviyyə xanım, ədəbiyyatçı Kamran Nəzirli, şairə Arzu Nehrəmli, F.B Köçərli adına Uşaq Kitabxananın müdiri Şəhla Qəmbərova, şairə Aysel Xanlarqızı, yazar Şahanə Müşfiq, Kəmalə Abıyeva və başqaları çıxış edərək N.Məmmədovanın yaradıcılığının poeziyamızda ayrıca yeri olduğunu qeyd etdilər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?

Avropa Birliyi Ermənistana 2-ci “xüsusi missiya” göndərdi...

Türkiyədə “terror olmayan” məktəb qətliamları-ailənin, təhsilin,ya cəmiyyətin problemi...

SON XƏBƏRLƏR

21.04.2026 / 11:40
ABŞ-İran savaşı TRIPP-ə 2 ağır problem yaradıb...

21.04.2026 / 11:11
ABŞ Cənubi Qafqazda Rusiya və Çinlə sərt mübarizəyə başladı - döyüş meydanı Gürcüstandır...

21.04.2026 / 10:57
Ticarət dövriyyəmizdə, nə yaxşı ki, Çin var imiş... Rusiyanı üstələdi...

21.04.2026 / 10:53
Zelenski Aİ üzvlüyünə alternativ yeni hərbi ittifaqın yaradılmasını təklif etdi – 4 ölkə…

21.04.2026 / 10:52
İranın danışıqları niyə uzatdığı bəlli oldu - "Müctəba Xameneidən icazə gözlənirdi"...

21.04.2026 / 10:30
Şahdağda 1 metrə yaxın qar yağıb

21.04.2026 / 10:25
Azərbaycan nefti yenidən bahalaşdı...

21.04.2026 / 10:11
Avrokomissiya sədri Türkiyəni Rusiya və Çinlə bir sıraya qoydu – bölgəni onlara buraxmaq olmaz...

21.04.2026 / 09:38
Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək...

21.04.2026 / 08:49
Daha 92 ailə Ağdam şəhərinə yola salındı

21.04.2026 / 08:17
Almaniyadan Kiyevə üzücü xəbərdarlıq - "Artıq ABŞ-a güvənmə..."

21.04.2026 / 08:09
Netanyahu həbs olunacaq - Macarıstana səfər edərsə...

21.04.2026 / 07:40
KTMT-nin eks baş katibi Xaçaturovun oğlu axtarışa verildi

21.04.2026 / 06:56
Rusiyanın Berlindəki səfiri Almaniya XİN-ə çağırıldı

21.04.2026 / 06:37
ABŞ-da müharibəyə etirazlar başladı - "…Amerikanın maraqları üçün həlledici ola bilər…”

21.04.2026 / 06:30
Paşinyan müxalifəti “it sürüsü” adlandırdı, Ombudsman etiraz etdi

21.04.2026 / 06:18
ABŞ-İran danışıqları davam edəcək? - Tramp təsdiq, İran təkzib edir…

20.04.2026 / 23:09
Trampdan ŞOK ETİRAF – İrana təyyarə ilə milyardlarla dollar nağd pul göndərildi…

20.04.2026 / 21:18
Paşinyan Zəngəzur dəhlizi planını dəyişdi - yalnız İran müharibəsindən sonra...

20.04.2026 / 20:50
ABŞ erməni lobbisi TRIPP dəhlizinə qarşı mübarizəyə başladı...

20.04.2026 / 20:23
ABŞ mediası Trampın “kürkünə birə saldı” - İranla bağlı özünü aldatma...

20.04.2026 / 19:47
Nikahlarla boşanmaların statistikasında bu nə biabırçılıqdır?...

20.04.2026 / 19:20
Tramp İranla bu gün razılaşma imzalanacağını deyir, ancaq İran İslamabada getmir…

20.04.2026 / 18:41
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini qınadı

20.04.2026 / 18:10
“Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur” - Vüqar Rəhimzadə

20.04.2026 / 17:59
Türkiyənin Mədəniyyət Marşrutu Festivalları 26 şəhərlə yeni mərhələyə qədəm qoyur

20.04.2026 / 17:40
Vaşinqtonda gizli görüş – dollar çatışmazlığı ilə üzləşən BƏƏ Trampı Çinlə təhdid etdi…

20.04.2026 / 17:35
Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi - FOTO

20.04.2026 / 17:26
Bəzi qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi

20.04.2026 / 17:23
Gömrük Komitəsinə yeni səlahiyyət verildi - FƏRMAN

20.04.2026 / 17:06
Bakıda 100 min bina sökülək? - RƏSMİ AÇIQLAMA...

20.04.2026 / 16:54
Belçika və Niderland parlamentlərində Azərbaycana qarşı təxribat - səfirlər XİN-ə çağırıldı...

20.04.2026 / 16:41
Türkiyədə məhkəmə Özgür Özəlin sədrliyini ləğv edərək Kılıcdaroğlunu yenidən CHP-nin başına gətirəcək...(?)

20.04.2026 / 16:22
Roma papası Trampı lağa qoydu -“get İstanbulu da tut”...

20.04.2026 / 16:10
İran razı olmasa, "Hizbullah" tərksilah edilə bilməz...

20.04.2026 / 16:07
İrandan ABŞ-a mesaj – Hörmüzdə yeni tranzit sistemini qəbul edin…

20.04.2026 / 15:48
İran müharibəsi Şimal-Cənub marşrutunun gücünü təsdiqlədi...

20.04.2026 / 15:47
"İrandan sonra İsrailin hədəfi Türkiyə olacaq?" - NATO sualı rəsmən cavabsız buraxdı...

20.04.2026 / 15:23
Pakistanlı general Trampdan Hörmüzdə blokadanı qaldırmasını istədi…

20.04.2026 / 15:15
Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsini bağlamağa çağırdı...

20.04.2026 / 15:08
NATO İstanbul zirvəsi Türkiyənin Rusiya ilə dostluğuna qiymət verəcək...

20.04.2026 / 14:48
Rusiya Azərbaycanı beynəlxalq rus dili təşkilatına dəvət etdi.

20.04.2026 / 14:35
Hərbi vəzifəlilərin təlim toplanışı başladı

20.04.2026 / 14:23
Bakıda avtoyuma məntəqəsindən “Range Rover” qaçırıldı

20.04.2026 / 14:10
Bakıda məktəbdə şagird sinif yoldaşını yandırdı...

20.04.2026 / 13:53
Pyatiqorskda əcnəbi qadın əldəqayırma bomba ilə saxlandı

20.04.2026 / 13:38
Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

20.04.2026 / 13:24
AzTV-də dəyişikliklər - bəzi şöbələr birləşdirilir, islahatlar başlayır....

20.04.2026 / 13:14
Tramp Putinin Ukrayna müharibəsinə 9 milyard dollar kömək etdi...

20.04.2026 / 12:19
İranın ucuz dronları Avropada müdafiə şirkətlərini çökdürür...

20.04.2026 / 12:17
İran İslamabadda ABŞ-la danışıqlardan rəsmən imtina etdi…

20.04.2026 / 11:54
Türkiyə-Ermənistan sərhədi açılır, Orta Dəhlizlə bağlı maraqlı proseslər başlanır

20.04.2026 / 11:41
"AtaSığorta"nın lisenziyası ləğv edildi

20.04.2026 / 11:35
İrəvan Bakının geosiyasi uğurlarına qibtə edir, Azərbaycan Ermənistana nümunə göstərilir...

20.04.2026 / 11:28
Dünya tarixin ən böyük enerji böhranına daxil olur…

20.04.2026 / 11:21
Ermənistanda yeni "1 Mart" qırğını olacaq - Rusiyadan təxribatçı qruplar gəlir...

20.04.2026 / 11:10
Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir - FOTO

20.04.2026 / 11:02
ABŞ və İran yenidən savaş ritorikasına qayıtdılar, yeni müharibə an məsələsidir...

20.04.2026 / 10:49
Artan enerji böhranı yanacaq qiymətlərini kəskin şəkildə artırdı - Avropadan ilginc təklif gəldi…

20.04.2026 / 10:30
"Azərpoçt"a yeni rəhbər təyin olundu

20.04.2026 / 10:10
İran ABŞ hərbi gəmilərini vurdu - hücumlarımız davam edəcək...

20.04.2026 / 09:43
Türkiyə məktəblərində törədilən qətliamlara elmi-lədun baxış

20.04.2026 / 09:20
Prezident İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"

20.04.2026 / 09:07
"Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır" - Prezident

20.04.2026 / 08:53
Prezident BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət ünvanladı

20.04.2026 / 08:00
İran uğursuzluğu Pentaqonda panika yaratdı - Tramp özündən çıxdı

20.04.2026 / 07:36
ABŞ blokadanı yarmağa çalışan İran gəmisini vurdu

20.04.2026 / 07:36
ABŞ blokadanı yarmağa çalışan İran gəmisini vurdu

19.04.2026 / 23:42
Hörmüz boğazında gərgin anlar - ABŞ İran gəmisini vurdu…

19.04.2026 / 23:18
İtaliya Avropa Birliyini Rusiyadan neft-qaz alışını bərpa etməyə çağırdı…

19.04.2026 / 22:52
İran ABŞ-a meydan oxudu… Trampın təhdidlərinə sərt cavab – “O kimdir ki…”

19.04.2026 / 22:15
İran ABŞ-la danışıqların ikinci mərhələsini rədd etdi - blokadanı qaldırın sonra…

19.04.2026 / 21:58
Avropada enerji böhranı gərgin həddə çatdı - 20 günlük yanacaq qaldı, uçuşlar ləğv edilir…

19.04.2026 / 21:22
Husilərdən Trampa Bab əl-Məndəb təhdidi - “… bağlaya bilərik”

19.04.2026 / 18:20
Avropada İsrailə qarşı sanksiya hazırlığı – 5 ölkə hərəkətə keçdi…

19.04.2026 / 17:34
"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar" - Hakan Fidan

19.04.2026 / 17:12
İran aprelin 30-da ABŞ və İsraili vura bilər - ABŞ-dan gizli əməliyyat… Milyardlarla dollarlıq sistemlər İordaniyaya daşınır…

19.04.2026 / 16:55
İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 3468-ə çatdı…

19.04.2026 / 16:29
Latviya və Litva Moskvaya gedən Fitsonun təyyarəsinə hava məkanını bağladı…

19.04.2026 / 16:14
Vuçiç Prezident İlham Əliyevə zəng etdi

19.04.2026 / 16:10
Lukaşenkodan Trampa xəbərdarlıq – yanılırsız, xidmətçi-imperator görüşü heç vaxt olmayacaq…

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

XƏBƏR ARXİVİ