Cümə axşamı günü, 15 oktyabr 2026
     

Bankların kredit müqabilində əmlak və ya qızıl girov “priyomu” yenidən qızışır…

Image


Azərbaycanda bankların böyük əksəriyyəti ya kreditləşməni tamamilə dayandırıb, ya da ciddi şəkildə məhdudlaşdırıb.

Bayram ərəfəsində bir neçə banka kredit üçün müraciət edən vətəndaşların redaksiyamıza verdikləri məlumata görə, bankların bir qismi müraciəti rədd edib, kreditləşməni dayandırdıqlarını bildirib. Digər banklar isə kredit verilməsi üçün daşınmaz əmlak və ya qızıl girovu qoyulmasını tələb ediblər. Qeyd edək ki, girov tələbi bütün banklar tərəfindən sərtləşdirilib: istər istehlak kreditləri, istərsə də biznes kreditləri üzrə.

  • Natiq Cəfərli: “Kreditləşmənin dayanması, faktiki olaraq, bütün iqtisadiyyatın dayanması deməkdir”

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, Azərbaycanda bankların böyük əksəriyyəti ya kreditləşməni tamamilə dayandırıb, ya da ciddi şəkildə məhdudlaşdırıb. Bir çox bankr isə faizləri qaldırıb: “Faizlərin artırılması, daha sərt kreditləşmə siyasətini həyata keçirməkdənsə, Mərkəzi Bank, özəl banklar və hökumətin birgə ortaq komissiyası qurulmalıdır. Birgə komissiya qurmaqla həm iqtisadiyyatda zəifləmənin qarşısını almaq, həm də kreditlərin təhlükəsizliyini təmin etmək üçün konsepsiya hazırlanmalıdır. Çox təəssüf ki, bununla bağlı heç bir addım atılmayib. Kreditin faizini qaldırmaqla, ya da kredit verməyi dayandırmaqla bank sektorundakı böhranı önləmək mümkün deyil və əksinə, bu addımlar böhranı daha da dərinləşdirə bilər. Çünki məhdudiyyət addımları ilə bank sektorunda olan problemlərin həll edilməsi mümkünsüzdür. Faizləri ona görə qaldırdılar ki, depozit faizləri artdı. Yəni sığortalanan depozit faizləri 10 faizdən 12 faizə qaldırıldı. Banklar da bundan istifadə edərək kredit faizlərini qaldırmaq yolunu tutdular.

Banklar kreditləri ona görə azaldırlar ki, risqləri dəyərləndirirlər. Ölkədə iqtisadi aktivliyin çox aşağı olduğu bir şəraitdə banklar risq edib kreditləşməyə getmək istəmirlər. Məlumdur ki, həm istehlak, həm də biznes kreditlərinin geri qaytarılması problemləri artacaq. Biz öncədən xəbərdarlıq etmişdik. İndiki şəraitdə, təqribən sentyabr, oktyabr aylarında problemli kreditlərin həcmində kəskin artım müşahidə olunacağı gözlənir. Bu risqləri nəzərə alaraq, bank sektoru çalışır ki, kreditləri daha güvənilən xətlərlə ayırsın. Yəni geri dönməsinə 100 faiz əmin olduqları xətlərə kredit verməyə çalışırlar. Bu da ümumi iqtisadi vəziyyətə, əksinə, mənfi təsir göstərən amildir”.

İqtisadçının sözlərinə görə, bütün dünya pandemiyadan sonra, yaxud da pandemiya dövründə, əksinə, daha ucuz kredit verməklə, daha bol kreditlərə çıxış imkanları yaratmaqla kiçik və orta sahibkarlığı həm ayaqda tutmağa, həm iş yerlərinin bağlanmasının qarşısını almağa çalışır, həm də istehlak kreditləri vasitəsilə ticarəti canlı tutmaqla iqtisadiyyatın yenidən dirçəlməsini təmin etməklə məşğuldur. Ancaq bizdə vəziyyət fərqlidir: “Nəzərə almaq lazımdır ki, iqtisadiyyatın kreditləşməsinin azalması, nəticə etibarilə, ümumi iqtisadi vəziyyətə mənfi təsir göstərir. İqtisadi aktivliyin azalması sonunda bankların özünə ziyandır. Ona görə də belə primitiv qaydalar qəbul etməkdənsə, yəni faizlərin artırılmasını, daha sərt kreditləşmə siyasətini həyata keçirməkdənsə, Mərkəzi Bank, özəl banklar və hökumət birgə ortaq komissiya qurmalı idilər. Necə ki, bunu bir çox Avropa ölkəsi, hətta Rusiyada etdilər. Belə birgə komissiya qurmaqla həm iqtisadiyyatda zəifləmənin qarşısını almaq, həm də kreditlərin təhlükəsizliyini təmin etmək üçün konsepsiya hazırlamalıdırlar. Çox təəssüf ki, bununla bağlı heç bir addım atılmayıb”.

  • Əkrəm Həsənov: “Bankların kreditləşməni məhdudlaşdırmasının əsas səbəbi manatın məzənnəsi ilə bağlıdır”

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, bankların kreditləşməni məhdudlaşdırmasının əsas səbəbi manatın məzənnəsi ilə bağlıdır: “Banklar ehtiyat edirlər ki, yenidən devalvasiya baş verəcək. Heç bir bank bu prosesdən uduzmaq istəmir. Çünki bir çox şəxs məhz devalvasiya ehtimalını nəzərə alaraq manatla kredit götürüb dollara çevirir. Banklar da bunun qarşısını almaq üçün kreditləşməni ya dayandırır, ya da məhdudlaşdırırlar. Digər bir səbəb budur ki, rəsmi açıqlamalara rəğmən, bankların sərbəst vəsaitləri məhduddur. Mərkəzi Bank onlara kredit vermir, milli valyutaya təzyiqlərin artmasından ehtiyatlanır. Hesab edir ki, banklar verilən vəsaitləri ya kredit kimi paylayacaqlar, ya da dollar alışına buraxacaqlar. Hər iki halda manat üzərində təzyiqlər artacaq. Bu acı təcrübə 2014-2015-ci illərdə artıq yaşanıb. Bütün bunların nəticəsində hamı gözləmə mövqeyinə keçib. Kreditlər ya verilmir, ya da çox yüksək faizlə verilir. Bu gün nəinki milli valyutada istehlak kreditlərini, heç biznes kreditlərini də 20 faizdən aşağı tapmaq mümkün deyil. Eyni zamanda, banklar məcburən girov tələbini sərtləşdirirlər ki, kredit götürənlər qaytarmasalar, borcu geri almaq imkanı olsun. Dövlətin devalvasiya nəticəsində itkiləri kompensasiya etməsi, bir sıra problemli kreditlərin restrukturizasiyasını dəstəkləməsi insanlarda məsuliyyət hissini bir qədər də azaldıb. Əksər insan elə hesab edir ki, 10 min kredit götürüm, imkan olar verərəm, imkan olmaz, əvvəl-axır, dövlət kömək edəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, kreditləşmənin dayanması, faktiki olaraq, bütün iqtisadiyyatın dayanması deməkdir: "İqtisadiyyatın inkişafı dayanmış vəziyyətdədir. Bu, bütün dünyada yaranan problemdir. Əksər ölkədə dövlətlər banklara ucuz kredit xətti açırlar, ayrı-ayrı kredit növlərinə dövlət zəmanəti tətbiq edirlər ki, iqtisadiyyatda canlanma bərpa olunsun. Bizdə isə, əksinə, Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib, banklara kredit vermir”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ