çərşənbə günü, 07 oktyabr 2026
     

Turançı alim, Professor Əjdər İsmayılovun ANIM GÜNÜDÜR

Image


"...Məni doktor, professor kimi ən ali ad və zirvələrə ucaldıb. Həyatım həmin nöqtə ilə başlayıb və həmin nöqtə ilə də sona çatacaq”-"Ayağının altındakı torpağın müqəddəsliyini qoruyun. Vətən yolunda döyüşkən, mərd və cəsur olun. Şəxsi hisslərlə yaşamayın, Vətəni daim işıqlı səhərlərə aparan yolun yolçuları olun”.
Bu gün tanınmış İctimai-Siyasi xadim, Tarixçi, Türkçü alim, Cavidşünas, "Turan araşdırma Mərkəzi"nin təsisçisi və ilk sədri Professor Əjdər İsmayılovun vəfatı günüdür.
Həmişə Əjdər müıllimlə fəxr etmişəm ona görə ki, heç vaxt öz xidmətlərini gözə soxmazdı, əsil Professor kimi xalqının tarixini yazmaqla məşğul idi. Onunla tez-tez görüşərdik, deyirdim Əjdər müəllim siz bu dövlətin əsas sütunlarından birisiniz, deyərdi yox, hələ mənim görəcəyim işlər qabaqdadır. Turan dövlətinin qurulması üçün görəcəyimiz işlər çoxdur. Heyif ki, bu işləri axıra çatdıra bilmədi, bu o qədər uzun bir yol idi ki, axıra çatdırmaq heç mümkün də deyildi.
Şərurdan başlayan yol
Türkçü alim haqqında tanınmış professorun ürək sözləri Əjdər İsmayılovun (Tağıoğlu) tərcümeyi-halına nəzər salmağa sövq edir. Həyat yolu isə 82 il bundan öncə Naxçıvanın Şərur rayonunun Çomaxtur kəndindən başlayıb. Daşlı-kəsəkli kənd yolları onu böyük arzulara qovuşdurub, vətəninin, xalqının təəssübünü çəkən, onu yağıların hədyanlarından qoruyan fədakar ziyalı kimi yetişdirib. Əjdər İsmayılov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Teatr İnstitutunun rejissorluq fakültəsində oxuyub, rejissor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmaq xoşbəxtliyinə nail olub. Taleyinə doğulub boya-başa çatdığı kənddə müəllim, məktəb direktoru işləmək də yazılıb. Sonra Daxili İşlər Nazirliyində çalışıb, "Şərq qapısı” qəzetinin əməkdaşı olub. Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim ,baş müəllim, dosent və professor kimi çalışmaları isə onun təkcə təcrübəsini cilalamayıb, həmçinin gələcək arzularına, məqsədlərinə mayak olub. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olan Ə.İsmayılov, akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları” ("Peyğəmbər”, "Topal Teymur”, "Səyavuş”, ”Xəyyam”) mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Uğurlu elmi işi gənc alimi 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlamağa ruhlandırıb. Əjdər İsmayıl dahi mütəfəkkirin yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini nəinki açıb göstərib, həmçinin dramaturqun yaradıcılığındakı milli və ümümbəşəri xüsusiyyətləri tədqiq etməyə müvəffəq olub. "Şərqin bədii-fəlsəfi təfəkkürünə bağlılıq, dünya mədəniyyətinin sərvətlərindən bəhrələnmək, eyni zamanda, orijinal düşüncə tərzi, müstəqil axtarışlar yolu ilə yüksəlmək Cavid şəxsiyyətinə, Cavid sənətinə təbiətən xas olub. Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasına öz dühasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosof-şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapıb” yazan görkəmli alim, cavidşünaslıqla bağlı araşdırmalarının məqsədini açıqlayır. Ə.İsmayılov Hüseyn Cavid yaradıcılığına aid silsilə məqalələrin, mənəvi keçmişimizlə bağlı elmi araşdırmaların, ictimai-siyasi mövzuda olan bir sıra əhəmiyyətli yazıların, ölkəmizin müstəqilliyi uğrunda apardığı mübarizə və Yeni Azərbaycan Partiyasının yaradılmasında xüsusi fəaliyyətləri barədə kitabların müəllifidir. Professor ictimai-siyasi fəaliyyəti üçün özünü qələmə borclu sayır: "Qələm xalqın səsidir. O xalq, mənə çörək, həyat verib. Məni doktor, professor kimi ən ali ad və zirvələrə ucaldıb. Həyatım həmin nöqtə ilə başlayıb və həmin nöqtə ilə də sona çatacaq”.
"Heydər Əliyev tərəfdarları
”Əjdər İsmayılov məşhur "91-lər”dən, YAP-ın ən fəal qurucularından biridir. Söhbət düşəndə həyatında unudulmaz izlər buraxan o illəri həm də qürur hissi ilə xatırlayır: "1990-cı illər qanlı fəlakət illəri idi. Həmin illərdə xalqa olan borcumu ödəməyə çalışmışam. Xalq torpağa, vətənə bağlı olan oğlanları həmin borcu ödəməyə haraylayırdı. Gecəli-gündüzlü həmin borcu verməyə çalışmışam. O dövrdə Naxçıvan Dövlət Universitetində ədəbiyyat kafedrasında müəllim işləyirdim. Naxçıvanın olduqca çətin günləri idi. Ermənilər Naxçıvanı hədələyirdi. Xalq ehtiyat edirdi. Bunlara baxmayaraq, onlar Naxçıvan torpaqlarına yaxın gələ bilmədilər. İgidlərin hesabına Naxçıvan əhalisi 200 illik dəmir-pərdəni götürməklə, Kremlə öz hədələrini göndərdi. Onları sökəndə insanlar yatmırdı. O dövrdə ruslar bir plan cızdılar və həmin planları baş tutmadı. Bir sözlə, bütün xalq ayağa qalxdı. Mən də bir ziyalı kimi hər zaman xalqın yanında idim. Çıxışlarımla xalqa düzgün biliklər çatdırırdım. Bütün imkanlarımdan istifadə edirdim”.1992-ci ilinavqustayında o,Şərur rayonundaziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları” təşəbbüs qrupunu yaradıb, bir neçə ayda otuz iki mindən artıq tərəfdarı siyahıya aldırmışdı. Şərurluların bu fəaliyyətiYAP-ınNaxçıvan şəhərində keçirilən təsiskonfransının tarixi əsasını qoymağa kömək edir. 1993-cü ilin27 yanvarında ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən YAP-ın Şərur təşkilatının təsis konfransında Əjdər İsmayılov çıxışında vurğulayır: ”Quracağımız dövlətin heç bir strukturunda işə getməyəcəyimə and içirəm. Ancaq Vətənimizi hədələyən fəlakətlərdən qorumaq üçün Allahın yolladığı bu müdrik xilaskarı biz həyatımız bahasına olsa da, qorumalıyıq”. Ə.İsmayıl ulu öndəri əvəzolunmaz şəxsiyyət, dahi insan və müdrik dövlət rəhbəri kimi dəyərləndirir və yazılarında xüsusi qeyd edir: "Belə insanlar xalqa əsrdə bir dəfə qismət olur. Azərbaycan xalqının bəxti o zaman gətirdi ki, ölkənin elə bir çətin dövründə Heydər Əliyev köməyə gəldi. Onun xalqa və gənc dövlətə yardım əlini uzatması ilə bir çox problemlər öz həllini tapdı. Heydər Əliyevin köməyi olmasaydı, tək müstəqillik yox, millətimiz yer kürəsindən silinə bilərdi. Ulu öndərin hakimiyyətə gəlməsi ilə xalq bu çətin günlərdən qurtuldu və çətinlikləri arxada qoydu. Bir sözlə, xalq, ağ günə çıxdı".
Ermənilərə layiqli cavab
Görkəmli alim elmi, tarixi araşdırmalarını sona çatdıra bilmədi. Tükənməz həvəs və sevgi ilə ölkəmizin həqiqətlərini araşdırıb, türk dünyasına töhfələrini veribdir. Əjdər Tağıoğlu (İsmayılov) cavidşunaslıqla bərabər, türkçülüyə aid bir sıra monumental əsərlərin müəllifidir. 2016-cı ildə "Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı elmi tarixi əsəri elm adamları tərəfindən "erməni tarixşunaslığının şah damarını kəsən əsər” və "Azərbaycan tarixşünaslığında yeni istiqamət” kimi qiymətləndirilib. Tədqiqat əsəri geniş oxucular tərəfindən rəğbətlə qarşılanıb. "Bir xalqın ki, tarixşünaslığının bünövrəsində "erməni tarixinin atası” hesab etdikləri Moisey Xorenatsi kimi anonim keşiş "tarixçi” dayana, "yazı mədəniyyətinin” başında, hətta guya başqa xalqlara da "Əlifba” tərtib edən, onlara da "yazı mədəniyyəti” və "xristianlıq maarifi” gətirən "Mesrop Maştos” adında fırıldaqçı cahil anonim keşiş dayana, o xalqın qədim mənəviyyat, mədəniyyət və dövlətçilik tarixindən danışmaq elmi cəhalətdir, nadanlıqdır, cahillikdir”- deyə alim izah verir: "Yunandilli Kilikiya kilsəsində anonim keşiş Moisey Xorenatsinin adına "Hayistan tarixi” adlı əsər XIV əsrdə (Q.A.Xalatyants) tərtib edilib. Kitabın cildində yazılmış "Hayistan” toponiminin çağdaş erməni xalqının nə mifoloji, nə də rəvayət "tarixləri” ilə heç bir əlaqəsi yoxdur. Çünki "Hayistan” toponimi Xaldey tarixçisi Berosun (m.ö. III əsr) "Babil tarixi” ("Vaviloniya”) kitabından götürülmüş babilli Haykın mifoloji şəxsiyyəti ilə bağlıdır. Onu da xatırladaq ki, Kilikiya kilsəsi tərəfindən babilli Haykın şərəfinə Anadolu Türkiyəsi ərazisində "təşkil edilmiş” "Hayistan” adında əfsanəvi hay "dövləti” heç zaman torpağa köçürülməyib, əfsanədən gəldiyi kimi, əfsanədə də qalıb”. Məfkurəli yolda nümunə Əjdər İsmayılov gənclərə "Ayağının altındakı torpağın müqəddəsliyini qoruyun. Vətən yolunda döyüşkən, mərd və cəsur olun. Şəxsi hisslərlə yaşamayın, Vətəni daim işıqlı səhərlərə aparan yolun yolçuları olun” kimi ağsaqqal tövsiyəsi də var: "Həyat insana bir dəfə verilir ki, onu riyakarlıqla, nankorluqla, kor mədəyə qul olaraq yaşamaqdan uzaq olsunlar. Həyati çətinliklər olsa da, öz ideyalarından dönməməlidirlər. Necə ki, Nəsiminin dərisi soyuldu, öz ideyalarının qurbanı oldu və nəticədə Azərbaycan tarixində özünün möhtəşəm heykəlini qoydu. Biz ağsaqqallar töhfə və nəsihətlərimizlə cavanlara hər zaman kömək etməli, məfkurəli yolda nümunə olmalıyıq”.Görkəmli alimin yaşadığı ömür yolu özünün dediyi kimi mənalı, lazımlı və nümunəvi olduğu üçün qürur duymağa haqqı var: "Mən Heydər Əliyev siyasətinin əsgəri olaraq, müstəqil Azərbaycan uğrunda mübarizə illərimizdə qan içərisində boğulan xalqımızın fəlakətdən xilası naminə, ailə-uşağımın taleyini düşünmədən, ölümlə göz-gözə dayandığım kimi, bu gün də ümummilli liderimizin ruhu ilə qələmə sarılıb, səngərdə əlində silah qəddar və şərəfsiz düşmənlə üz-üzə dayanmış, canımız, qanımız övladlarımızla çiyin-çiyinə, qələmimlə ideoloji cəbhədə vuruşmaqdan vətəndaş-ziyalı qüruru duyuram!” deyir.
Əjdər müəllimin Müstəqil Azərbaycanın qurulmasında, qorunub saxlanmasında gördüyü işləri, keçdiyi çətin və əzablı yolları sadalamaq üçün çox səhifəli kitab yazılsa bəlkə o kitaba yerləşdirmək olardı.
Məzarını ziyarət etdim onunla elə bil canlı söhbət edirdim, yenə də həmin fikirində qalırdı.
Sağ olsun oğlu Cavid müəllim Professorun yolunu davam etdirərək onun yarımçıq qalan işlərini davam etdirir və Turançı Professora layiq əbədi ev quraraq onu əbədiləşdirib.
Allah rəhmət eləsin!
Bilman İSAQ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ