Cümə günü, 13 noyabr 2026
     

BMT Azərbaycanda qadın zorakılıqları faktlarını niyə bu qədər şişirdir?

Image


Son zamanlar Azərbaycanda qadınlara qarşı zorakılığın artması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılır. Bəzi qeyri-hökümət təşkilatları ailə-məişət müstəvisində baş verən hadisələri şişirdərək bu halın Azərbaycan cəmiyyətində “pik” həddinə çatdığını qeyd edirlər.

Əvvəlcədən onu qeyd edək ki, beş-on ailədə baş verən və azsaylı qadınların məruz qaldığı zorakılıq halının “kütləvi xarakter” daşıdığını deməyin özü yanlışdır. Təəssüf ki, ölkə mətbuatında “kütləvi” hal kimi qeyd edilən bu məsələ tez bir zamanda beynəlxalq təşkilatların da qulağına çatdırılır. Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq qurumlar da reallığı əks etdirməyən bu məlumatları öz hesabatlarına daxil edir və bununla bağlı bəyanatlar yayırlar. BMT kimi... 

BMT Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir ki,  Azərbaycanda qadın və qızlara qarşı əksər hallarda ölümlə nəticələnən zorakılıq hallarına dair son məlumatlar fonunda Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi zorakılığın müxtəlif formalarına məruzqalma təhlükəsi ilə üz-üzə olan qadın və qızların müdafiəsi və bu cür zorakılıq hadisələrinin törədilməsində təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar təcili və birgə fəaliyyətə çağırır.

Nümayəndəlikdən mətbuata daxil olan məlumata görə, qadın və qızlara qarşı zorakılıq fərdlərə, ailələrə, cəmiyyətlərə və bütövlükdə, ölkəyə ciddi sosial və iqtisadi zərbə vurur. Bəyanatda bildirilir ki, qadın və qızlara qarşı zorakılıq ölkənin artım və inkişaf səylərini sarsıdır.

BMT-nin apardığı tədqiqat müəyyən edib ki, qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon ABŞ dollarına başa gələ bilər ki, bu da ölkə ÜDM-nin 2%-nə bərabərdir. Buraya bərpası mümkün olmayan insan itkiləri, fəaliyyət qabiliyyətsizliyi, əlillik, zorakılığa məruz qalmış şəxslərin əmək qabiliyyətinin azalması, eləcə də zorakılığa cavab tədbirlərinə çəkilən xərclərlə bağlı olan iqtisadi itkilər daxildir.

Lakin hər şeydən öncə, qadın və qızlara qarşı zorakılıq həyatları, ailələri və gələcəyi məhv edir. Hər bir zorakılıq aktının insan həyatına təsiri ölçülə bilməyəcək dərəcədədir və bu, Azərbaycanın özünə rəva bilmədiyi, eləcə də heç bir qadın və qızın ödəməli olmadığı qiymətdir.

“Biz bu problemin həlli üçün Azərbaycan hökumətinin göstərdiyi siyasi iradə və əzminə bələdik, lakin bununla bağlı daha çox iş görülməlidir.

Azərbaycan hökuməti təcili olaraq Avropa Şurasının İstanbul Konvensiyasını ratifikasiya etməlidir. Bu konvensiya beynəlxalq standartlara uyğun olaraq zorakılığın yayılma miqyasına dair araşdırma, zorakılıq risqinə məruz qalanların daha yaxşı qorunması, zorakılıqdan zərərçəkmişlər üçün xüsusi xidmətlər və cinayətkarların məsuliyyətə cəlb olunması kimi tədbirləri nizamlayır.

Zorakılıqdan zərərçəkmişlərin müdafiəsi və dəstəklənməsi üzrə praktiki tədbirlərə, o cümlədən, əlçatan və münasib əlaqələndirilmiş yönləndirmə və yardım xidmətlərinə qoyulan sərmayənin həcmini artırmaq lazımdır.

Zərərçəkmişlərin və şahidlərin müdafiəsinə, eləcə də zorakılığı törədən şəxslərin cəzasız qalmasına yol verilməməsinə xüsusi diqqət yetirilərək qadın və qızlara qarşı baş verən zorakılıq halları ilə bağlı bütün məlumatlar operativ və hərtərəfli araşdırılmalıdır.

Nəhayət, Azərbaycanda hər bir kəs qadın və qızlara qarşı zorakılığın baş verdiyi istənilən hadisə barədə səsini ucaltmalı və məlumat verməlidir – zorakılıq qarşısında səssiz qalmaq yolverilməzdir” -deyə bəyanatda bildirilir.

Bəyanatda daha sonra vurğulanır ki, Birləşmiş Millətlər Təşkilatı, öz növbəsində, Azərbaycanda zorakılıq risqinə məruz qalanların daha yaxşı qorunması üçün bütün ölkə üzrə hökumət və digər tərəflərlə sıx əməkdaşlığı davam etdirəcək.

“O cümlədən, BMT aztəminatlı qadın və qızlar üçün sosial xidmət proqramlarının dəstəklənməsi, qadınların işlə təmin edilməsi və özünü inkişaf etdirməsi üçün daha geniş imkanların yaradılması, qız və qadınlara qarşı zorakılığın əlamətlərinin müəyyən edilməsi və bununla bağlı cavab tədbirləri görmək üçün mütəxəssis və icma işçilərinin təlimləndirilməsi, eləcə də hər il noyabrın 25-dən dekabrın 10-dək keçirilən gender zorakılığına qarşı mübarizə üzrə növbəti 16 günlük kampaniya kimi ictimaiyyətin məlumatlandırılması ilə bağlı təşəbbüslər həyata keçirir. Bu kampaniya hər kəsin bir araya gələrək qadın və qızlara qarşı zorakılıq problemini işıqlandırmağa və bu dəhşətli hadisələrə qarşı səsini ucaltmağa imkan yaradır” - deyə sənəddə qeyd edilir.

  • “...Avropa dövlətlərinin özü də tam olaraq bu sənədə qoşulmayıb”

BMT-nin Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı yaydığı bəyanata münasibət bildirən “Vəfa” Sosial İctimai Birliyinin sədri, sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə bildirdi ki, bu təşkilat zaman-zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib, son bəyanatı da buna nümunədir. F.Hacıbəyli qeyd etdi ki, son zamanlar ailədaxili zorakılıqla üzləşən bir neçə qadının problemini şişirdən bəzi “qadın hüquq müdafiəçiləri” və müəyyən media orqanları bunu “kütləvi hal” kimi qeyd etməklə yanlışlığa yol veriblər. “BMT-nin yaydığı son bəyanatda birmənalı olaraq qərəz var. Bütün cəmiyyətlərdə qadınların ailədaxili münaqişə zəminində zorakılığa məruz qalması halları olur. Bizimlə müqayisədə Ermənistanda bu hal daha kütləvidir. Bu ölkədə nəinki qadınlar, həm də uşaqlar zorakılıq hallarına məruz qalırlar. Ölkəmizdə son dövrlər bir neçə qadının əri tərəfindən döyülməsi, işgəncə verilməsi, zorakılığa məruz qalması halları baş verib, amma bu kütləvi deyil. Üç-beş nəfərin məruz qaldığı zorakılıq hallarını bütün ölkə qadınlarına şamil etməyin özü düzgün deyil. Bəziləri bu məsələni qəsdən şişirdərək onu beynəlxalq təşkilatlara “kütləvi hal” kimi təqdim etməklə yanlışlığa yol verir. Tutalım, sabah Azərbaycanın adı müxtəlif təşkilatların qətnamələrində “qadınların kütləvi zorakılığa məruz qaldığı ölkə kimi” hallandırılsa, bundan o adamlar nə qazanacaqlar? Heç nə. BMT Azərbaycana qarşı bütün məsələlərdə, o cümlədən də qadınlarla bağlı hadisələrə yanaşmada həmişə qərəzli mövqe göstərib. BMT qadın hüquqlarının qorunmasına belə önəm verirsə, bəs onda nə üçün illərdir erməni əsirliyində zülm çəkən Azərbaycan qadınlarının erməni zorakılığına məruz qaldığını, onların psixoloji, mənəvi sarsıntılar keçirdiklərini, fiziki işgəncələr gördüklərini bir dəfə də olsun gündəliyə salmır, bu barədə bəyanat yaymır. Azərbaycanda qadına qarşı kütləvi zorakılığın olduğunu demək, bu barədə bəyanat yaymaq, bu bəyanatda əsassız iddialar irəli sürmək BMT-nin Azərbaycana qarşı qərəzli münasibətinin təzahürüdür”.

F.Hacıbəyli vurğuladı ki, müasir Azərbaycan qadını həm dövlət qurumlarında, həm özəl sektorda, həm də ictimai təşkilatlarda kütləvi olaraq fəaliyyət göstərir, ən ucqar dağ kəndlərində doğulan qızlar ölkənin nüfuzlu ali təhsil məktəblərində oxuyur, dövlət qulluğunda çalışır, elmi iş müdafiə edirlər. Bütün bunların Azərbaycanda qadınların kütləvi zorakılığa məruz qalmamasının göstəricisi olduğunu deyən F.Hacıbəyli hesab edir ki, Azərbaycanda baş verən kiçik bir hadisənin beynəlxalq müstəviyə çıxarılması düzgün deyil.

F.Hacıbəyli BMT-nin Azərbaycanı İstanbul Konvensiyasına qoşulmağa çağırmasına da münasibət bildirdi. O hesab edir ki, İstanbul Konvensiyasının zorakılığa məruz qalmış qurbanları müdafiə etmək və dəstəkləmək potensialı var, amma Azərbaycanın hazırda bu konvensiyanı qəbul etməsinə ehtiyac yoxdur. F.Hacıbəyli vurğuladı ki, İstanbul Konvensiyası kimi tanınan sənədin tam adı “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”dır. Ekspertin sözlərinə görə, bu sənəd Avropa Şurası Parlament Assambleyasında qəbul edilməklə 2011-ci il mayın 26-da Türkiyənin İstanbul şəhərində imzaya açıq elan olunub. “Bu gün BMT Azərbaycana bu sənədə qoşulmaqla bağlı çağırış edir. Deyim ki, başqa dövlətlər də, elə Ermənistanın özü də bu konvensiyaya qoşulmaqdan imtina edib. Hətta Avropa dövlətlərinin özü də tam olaraq bu sənədə qoşulmayıb. Azərbaycanda qadına qarşı şiddət, zorakılıq o həddə deyil ki, biz bu konvensiyaya qoşulaq. Ölkəmizdə gender bərabərliyi dövlət səviyyəsində təmin edilir. Bizim ölkəmizdə gender bərabərliyi kəskin şəkildə pozulmur. Pozulsaydı, bu gün qadınlar cəmiyyətin önündə olmazdılar. Bu gün dövlət qulluğunda, biznesdə, səhiyyədə, təhsildə, ictimai fəaliyyət sahəsində, QHT sektorunda kifayət qədər qadın var” - deyə F.Hacıbəyli qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ