Cümə günü, 06 noyabr 2026
     

İnklüziv təhsil sistemi kənd və rayonlarda xüsusilə bərbad gündədir...

Image


Kamran Əsədov: “İnklüziv təhsil Azərbaycana lazımdır, çünki bu, yalnız əlilliyi olan uşaqların deyil, ümumilikdə…”

İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilməsidir. Məlumat üçün bildirək ki, Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasına 2005-ci ildən başlanılıb.

Qeyd edək ki, inklüziv təhsilin əsas hədəfi uşaqların təkcə sosiallaşması deyil, eyni zamanda, keyfiyyətli təhsil almasıdır.

Ancaq bəzi tədris müəssisələrində fiziki mühit hələ də inklüziv təhsilə uyğun deyil. Məsələn, lift və ya əlil arabası ilə hərəkət üçün uyğun çıxışların olmaması, ixtisaslaşdırılmış dərs vəsaitləri və tədris resurslarının məhdudluğu buna misaldır. Region məktəblərində bu, daha ciddi formada özünü göstərir. Maraqlıdır, inklüziv təhsilin inkişafı üçün hansı işlər görüllməlidir?

“İnklüziv təhsilə ayrılan büdcə daha çox iri şəhərlərdəki məktəblərə yönəlir, halbuki, regionlarda sosial və iqtisadi vəziyyət daha ağırdır”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, inklüziv təhsil hər bir uşağın - istər sağlam, istər sağlamlıq imkanları məhdud olsun - bərabər hüquqlu təhsilə çıxışını təmin edən fundamental prinsiplərdən biridir: “Bu, sadəcə əlilliyi olan uşaqların məktəbə qəbul olunması deyil, təhsil sisteminin onların ehtiyaclarına uyğunlaşdırılması, onların sosiallaşması, öyrənməsi və inkişafı üçün şərait yaradılması deməkdir. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 24-cü maddəsinə əsasən, dövlətlər inklüziv təhsili təmin etməyə borcludurlar. Azərbaycan da bu Konvensiyanı 2008-ci ildə ratifikasiya edib və üzərinə bu istiqamətdə ciddi öhdəliklər götürüb. 2005-ci ildən Azərbaycanda rəsmi olaraq “İnklüziv təhsil layihəsi”nin icrasına başlanılsa da, bu proses daha çox pilot xarakter daşıyıb və sistemli şəkildə bütün ölkəyə yayılmayıb. 2022-ci ilin rəsmi məlumatına görə, ölkədə cəmi 1 800-dən çox məktəbdə inklüziv təhsilə keçid üçün ilkin tədbirlər görülüb, lakin bu məktəblərin əksəriyyətində fiziki mühit standartlara cavab vermir. Bu isə, ilk növbədə, normativ və infrastruktur problemlərlə bağlıdır. “Ümumi Təhsil Haqqında” Qanunun 4.0.7-ci maddəsində inklüzivlik əsas prinsiplərdən biri kimi tanınsa da, qanunvericiliyin icra mexanizmləri zəifdir. Əlilliyi olan uşaqlar üçün xüsusi ixtisaslaşdırılmış pedaqoqların çatışmazlığı, fərdi tədris planlarının olmaması və valideynlərlə psixoloji dəstək mexanizmlərinin qurulmaması bu istiqamətdə ciddi boşluqlar yaradır. Fiziki imkanlardan savayı, bu uşaqların psixoloji və pedaqoji dəstəyə ehtiyacı var ki, bu da təəssüf ki, yalnız bir neçə dövlət məktəbində mövcuddur. Fiziki mühitin əlçatanlığı məsələsində konkret nümunə kimi məktəblərdə liftlərin olmamasını, pilləkənlərin pandus ilə əvəzlənməməsini, sanitar qovşaqların əlil arabasına uyğunlaşdırılmamasını göstərmək olar. Bu isə “Tikinti və Planlaşdırma Normaları”na (TPN) ziddir. TPN-ə əsasən, 2018-ci ildən etibarən inşa edilən bütün ictimai binalar, o cümlədən məktəblər, fiziki əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış infrastrukturla təmin edilməlidir. Lakin real vəziyyət göstərir ki, bu norma regionlarda ya gözardı edilir, ya da formallıq xatirinə tətbiq olunur. Region məktəblərində problem daha kəskindir. İnklüziv təhsilə ayrılan büdcə daha çox iri şəhərlərdəki məktəblərə yönəlir, halbuki, regionlarda sosial və iqtisadi vəziyyət daha ağırdır və əlilliyi olan uşaqlar daha çox sosial izolyasiyada qalır. Misal üçün, Şəki-Zaqatala və Dağlıq Şirvan zonasında yerləşən məktəblərin əksəriyyəti nə fiziki infrastruktur, nə də ixtisaslı kadr baxımından inklüziv təhsilə hazırdır. Eyni zamanda, müvafiq dərs vəsaitləri – məsələn, Brayl əlifbası ilə kitablar, eşitmə cihazları ilə uyğun tədris resursları və sensorik dərs vəsaitləri çox məhduddur və əsasən donor layihələri ilə təmin edilir.

Dünya təcrübəsi göstərir ki, inklüziv təhsilin uğuru yalnız fiziki infrastrukturla deyil, sistemli yanaşma və sosial-mədəni dəyişiklərlə mümkündür. Finlandiyada hər məktəbdə xüsusi təlim keçmiş inklüziv təhsil müəllimləri çalışır və məktəblər bu sahədə müstəqil qərarvermə hüququna malikdir. İtaliyada artıq 1977-ci ildən xüsusi məktəblər ləğv olunub və bütün uşaqlar vahid məktəbdə təhsil alır. Kanada və Avstraliyada valideynlərin iştirakı ilə fərdi təhsil planları hazırlanır və müəllimlərə məcburi inklüzivlik modulu tətbiq edilir.

Azərbaycanda bu istiqamətdə real dəyişiklik baş verməsi üçün bir neçə ciddi addım atılmalıdır. İlk növbədə, inklüziv təhsilin qanunvericilik bazası konkret icra mexanizmləri ilə tamamlanmalı, nəzarət və monitorinq sistemi yaradılmalıdır. İkinci olaraq, ixtisaslaşdırılmış müəllim hazırlığı sistemli şəkildə qurulmalıdır. Hazırda xüsusi pedaqoji təhsil alan müəllimlərin sayı çox azdır və əksər hallarda ümumi müəllimlər bu uşaqlarla işləmək məcburiyyətində qalır. Üçüncü vacib istiqamət inklüzivlik üzrə büdcənin bölgüsü və izafi layihələrə yox, birbaşa məktəblərə yönəldilməsidir. Dördüncü mühüm məsələ isə maarifləndirmədir: valideynlər, icmalar, müəllimlər və hətta şagirdlər inklüzivlik dəyərləri ilə tanış olmalı, fərqliliyin zəiflik yox, dəyər olduğu anlayışı təbliğ edilməlidir”.

Ekspert hesab edir ki, inklüziv təhsil Azərbaycana lazımdır, çünki bu, yalnız əlilliyi olan uşaqların deyil, ümumilikdə cəmiyyətin insan haqlarına münasibətini, sosial ədalət və tolerantlıq səviyyəsini əks etdirir. Əgər bir təhsil sistemi zəif və müdafiəsiz təbəqəni nəzərə almırsa, o sistem ümumilikdə zəifdir. Bu səbəbdən, inklüziv təhsil yalnız “layihə” olaraq yox, dövlətin təhsil siyasətinin əsas sütunu kimi qəbul edilməli və bütün səviyyələrdə tətbiq olunmalıdır. Əks təqdirdə, əlilliyi olan uşaqlar sadəcə statistikaya yazılan, lakin məktəb həyatı boyunca sosiallaşmayan və təcrid olunan fərdlər olaraq qalacaqlar. Bu isə nə insan hüquqları baxımından, nə də təhsilin mahiyyəti baxımından qəbulolunan deyil.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ