şənbə günü, 07 noyabr 2026
     

Beynəlxalq maliyyə-qrant layihələri universitetlərimiz üçün təhlükəli ola bilər...

Image


İlqar Orucov: “Qrant məqsədli ayrılmış vəsaitdir və konkret hansısa sifarişi həyata keçirmək üçün verilən puldur”

Dünyada bir sıra fondlar, təşkilatlar var ki, elmi tədiqatların aparılması, təhsil sahəsində layihələrin həyata keçirilməsi üçün qrant müsabiqəsi elan edir. Azərbaycanın bəzi ali təhsil müəssisələri, eləcə də elmi-tədqiqat institutları, elm müəssisələri müxtəlif fondların elan etdiyi beynəlxalq qrant layihələrində iştirak edirlər.

Beynəlxalq qrantlar, yəni xaricdən alınan maliyyə ilə elmi-tədqiqat işlərinin aparılır, təhsillə bağlı layihələr icra edilir.

Beynəlxalq qrantlar, yəni xaricdən alınan maliyyə ilə elmi-tədqiqat işlərinin aparılmasının təhlükəli tərəflərinin olduğunu düşünənlər də az deyil. Ümumiyyətlə, burda təhlükə yarana, o fondlar hansısa sifarişlər verə bilərlərmi?Bu, dövlət təhlükəsizliyimiz üçün problemlər yarada bilərmi?

Bəzi ekspetlər hesab edir ki, bu məsələdə şübhələnmək mümkündür, çünki qrantlar müxtəlif fondlar tərəfindən verilir. Bu səbəbdən də onların müxtəlif məqsədləri də ola bilər. Ekspertlər qeyd edirlər ki, USAİD və bənzər ABŞ və Qərb təşkilatları bəzi QHT və media qurumlarını ələ almağı bacarıblarsa, onlar elm və təhsil sahəsinə də həmlə edə bilərlər. Yəni son baş verənlər göstərir ki, bəzi xarici fondların qrant müsabiqələri və ora layihələrin təqdim edilməsi məsələsi nəzarətdə saxlanılmalıdır. Bunun elm və təhsil sahəsində də müəyyən təhlükələrə səbəb olma ehtimalını irəli sürən ekspertlər deyirlər ki, elm, təhsil vasitəsilə də kimlərsə öz çirkin planlarını həyata keçirməyi hədəfləyə bilər, bu səbəbdən də diqqətli olmaq tələb olunur.

Ümumiyyətlə, universitetlərin, elm müəssisələrinin xarici qrantlarla icra etdiyi layihələrə, görülən işlərə müvafiq orqanlar tərəfindən necə nəzarət edilir? Universitetlərin, elm müəssisələrinin özləri aidiyyəti qurumlar qarşısında bununla bağlı necə hesabat verirlər, buna nəzarət olunurmu?

“Həm qrant alan tərəf bu məsələdə ehtiyatlı davranmalıdır, həm aidiyyəti dövlət qurumları bu məsələyə ciddi yanaşmalıdır”

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə şərhində “Əslində dünyada qaratlara birmənalı münasibət yoxdur. Çünki qrant məqsədli ayrılmış vəsaitdir və bu konkret hansısa sifarişi həyata keçirmək üçün verilən puldur. Qrantlar həmçinin elmi tədqiqatlara ayrılır. Dünyada müxtəlif elmi fondlar, asossiyasiyalar, beynəlxalq qurumlar var ki, onlar sırf elmi tədqiqatların maliyyələşməsinə qrantlar ayrırlar. Əslində elmi tədqiqatlara ayrılmış qrantlarda hansısa bir siyasi məqsədlər təbii ki, olmur. Bu sırf icra olunacaq elmi tədqiqatlar üçün məqsədli şəkildə ayrılır. Amma təbii ki, qrant əvəzsiz verilən puldur. Əvəzsiz verilən pul üçün hansısa gizli məqsədlərin olması ehtimalı da var. Biz bunu zaman-zaman görmüşük. Vaxtilə Soros fondu Azərbaycanda qratlar verdi və bu qrantları qeyri-hökumət təşkilatlarının xətti ilə verirdilər, eyni zamanda hətta müxtəlif elmi tədqiqatlar üçün də vəsait ayırırdılar. Amma görünən odur ki, Soros fondu məqsədli bir fonddur. Dünyada çirkli məqsədləri həyata keçirmək üçün bu fond fəaliyyət göstərir. Hazırda ölkəmizdə bu fondun fəaliyyətinə qadağa qoyulub. Son günlər dünyada da, Azərbaycan gündəmində də müzakirələrə səbəb olan ABŞ-ın USAİD təşkilatının ayırdığı vəsaitlər də çirkin məqsədlərin icrasına yönəldilib. Əslində, USAİD tərəfindən bəzən tədqiqat yönümlü layihələrə də pullar ayrılırdı. Ona görə də, düşünürəm ki, aidiyyəti dövlət qurumları bu məsələdə mütləq şəkildə nəzarət işini düzgün aparmalıdır. Demək istəmirəm ki, beynəlxalq qrantlarların hamısı hansısa bir siyasi, çirkin məqsədlər naminə ayrılır. Burda çox humanist məqsədlər də, birgə elmi tədqiqatları maliyyələşdirmək niyyətləri də var, eyni zamanda qlobal məsələlərin, ekoloji problemlərin həllinə yönəlmiş layihələrin maliyyələşməsinə ayrılmış vəsait də mövcuddur. Bütövlükdə, “beynəlxalq qrant zərərlidir” deyə belə bir yanaşma yoxdur. Baxır o qrantı verən donor kimdir, onu hansı fond ayırır? Söhbət ondan gedir.

Məsələn, mən bizim universitetlərin və elmi-tədqiqat müəssisələrinin beynəlxalq elmi qrantlardan yararlanmaq imkanlarının zəif olduğunu düşünürəm. Fikrləşirəm ki, onlar həm də beynəlxalq səviyyəli tədiqatlar aparmaq üçün birgə elmi tədqiqat qruplarında çalışmaq məqsədilə o qrantlara müraciət etməlidirlər. Qeyd etmək istəyirəm, sonda qrantın qeydiyyatı ölkəmizdə aparılır”.

İ.Orucovun sözlərinə görə, bu məsələ qrant haqqında qanunda da öz əksini tapıb və buna nəzarət edən müfaviq qurumlar var. O qeyd etdi ki, həmin qurumlar bu qrantlarla bağlı araşdırmalar aparırlar. Bu istiqamətdə araşdırmaların aparılmasının düzgün olduğunu deyən İ.Orucovun bildirdiyinə görə, bu qrantların hansı məqsədlərlə ayrıldığı, bunun arxasında hansı niyyətlərin dayandığı, burda çirkin məqsədlərin olub olmadığı ciddi şəkildə araşdırılır.

Müsahibimiz hesab edir ki, qrant ayıran fondların heç də hamısı o vəsaiti hansısa gizlin məqsədlər üçün ayırmır. “Hesab edirəm ki, hansı fondlara müraciət etmək olar, hansı fondlarla işləmək faydalıdır, hansı fondların gizli məqsədləri yoxdur kimi məsələlər əsas götürülməlidir. Tutalım, BMT-nin qurumları var ki, ordan ayrılan qrantlarda hansısa siyasi məqsədlər güdülmür. Amma qeyd etdiyim kimi, həm qrant alan tərəf bu məsələdə ehtiyatlı davranmalıdır, həm aidiyyəti dövlət qurumları bu məsələyə ciddi yanaşmalıdır. Əsas odur ki, bu qrant konkret elmi tədqiqat işlərinə, təhsil layihələrinə ayrılıbsa orda başqa məqsədlər olmasın. Belə olduğu təqdirdə ölkəmizdə bununla bağlı hər hansı bir qadağa yoxdur. Azərbaycan demokratik, sivil dövlətdir. Sadəcə olaraq, çirkli məqsədlər naminə ayrılmış vəsaitlərin ölkəyə buraxılmaması təmin olunmalıdır və bu təmin olunur. Eyni zamanda beynəlxalq səviyyədə artıq təsdiqini tapmış o fondlar və donorlar var ki, onlar çirkin siyasi məqsədlər, gizli niyyətlər üçün pullar ayrırırlar. Təbii ki, onların qarşısı alınmalıdır. Bütün mənalarda həm də çox yaxşı olar ki, onlar qara siyahıya salınsınlar. Belə bir qayda başqa ölkələrdə mövcuddur, belə fondlar, təşkilatlar “qara siyahıya” salınır. Bu Azərbaycanda da belə olmalıdır ki, müraciət edən tərəf, bu alimdirsə, elmi tədqiqat aparmaq üçün müraciət etmək istəyirsə baxıb görsün, o təşkilatla işləmək qadağandır. Bu çox effektiv olar. Düşünürəm ki, biz dövlətimizin milli maraqları naminə bu kimi qətiyyətli addımlardan da çəkinməli deyilik”-deyə İ.Orucov qeyd etdi.

Hesabat məsələsinə gəlincə, ekspertin sözlərinə görə, hesabat donora təqdim olunur və işi görən tərəf pulu ayıran tərəfə hesabat verir, hesabatlılıq bu cürdür. “Burda ən vacib məsələ odur ki, bu qrantın mənbəyi düzgün araşdırılsın. O vəsaiti ayıran donor kimdir? Bu düzgün araşdırılsın. Əlbəttə, onun qeydiyyatı aparılandan sonra müvafiq dövlət qurumunda bunun icrasına problem yoxdur”-deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ