Bazar ertəsi günü, 09 noyabr 2026
     

Vətənə olan oğul-ər dəyanəti Şakir Əhmədovu xalqın gözündə ikiqat ucaldıb - FOTO

Image


İnsanın taleyini bəzən özü, bəzən də həyat müəyyən edir. Məsələn, Ermənistan Respublikasında (əzəli Azərbaycan torpaqlarında) ermənilərlə yanaşı yaşayan Azərbaycan vətəndaşlarının qarşılaşdıqları çətinliklər, çəkdikləri müsibətlər, zənnimizcə, nə onların özlərinin, nə də həyatın işi deyil, bu, şübhəsiz, taleyin qəddarlığıdır. Buna başqa ad vermək doğru olmaz.

Dəyərli insan, xalq, Vətən təəssübkeşi, güclü idmançı Əhmədov Şakir Eyyub oğlunun valideynlərinin, qohum-əqrəbalarının da əvvəlcə Qərbi Azərbaycanın Göyçə mahalında yaşamaları bəlli bir həqiqətə - tale məsələsinə sirayət edir. Yəni, taleyə görə, o insanlar orada yaşamalı və o dövrün acı gərdişini yaşamalı idilər. Üstəlik, bu, onlardan sonra gələn nəsillər, xüsusən də Şakir Əhmədov üçün təsirsiz ötüşmədi. Ailəsi Qərbi Azərbaycandan Bakı şəhərinə pənah gətirəndə o, yaxşı anladı ki, erməni xisləti sağalmaz yaradır və ürəkdə ağır iz buraxır. Elə ağlı kəsdikcə, təhsil aldıqca ata-babalarının və özünün çəkdiyi məşəqqətlər onda insana, insanlığa qarşı fikirləri tamamilə dəyişdi. O, tam mənada əmin oldu ki, qəlbində Allah xofu olmayanlarda vicdan, səxavət və digər xüsusiyyətlər olmaz.

Qısa tərcümeyi-hal:

Əhmədov Şakir Eyyub oğlu 20 dekabr 1962-ci ildə Bakı şəhərində doğulub. Ailəsi 1960-cı tldə Qərbi Azərbaycanın Göyçə mahalından Bakı şəhərinə köç edib. Atası böyük ziyalı, dərin düşüncəli vətəndaş Eyyub Əhmədov Birinci Dünya müharibəsinin əlili, tarix və coğrafiya müəllimi, anası Əhmədova Sura Yusif qızı evdar qadın, qəhrəman ana olub. Ailədə 7 qardaş, 4 bacı olublar. 7 qardaşın 3-ü (Şakir Əhmədov da daxil olmaqla) idmanın sərbəst güləş növü üzrə SSRİ idman ustası olub. 

İdmana xüsusi marağı olan Şakir Əhmədov 1974-cü ildən etibarən «Spartak» cəmiyyətində idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb. 1979-cu ildə bakı şəhərində S.C.Pişəvəri adına 4 nömrəli fars təmayüllü internat məktəbini bitirib. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1985-ci ildə həmin institutu bitirib. Dəfələrlə Azərbaycan Ümumittifaq və Beynəlxalq yarışların qalibi olub. 1983-cü ildə SSRİ xalqlarının Yay spartakiadasının finalçısı və 1984-cü ildə SSRİ çempionu olub. Həmin il Minskdə keçirilən Aleksandr Medvedin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin gümüş mükafatına layiq görülüb. Sərbəst güləş üzrə idman ustası, SSRİ yığma komandasının üzvü olub. 1983-cü ildə Moskvada keçirilən SSRİ xalqlarının 8-ci Yay stpartakiadasında ikiqat olimpiada çempionu, altıqat dünya çempionu Sergey Belaqlazov ilə final görüşünə çıxıb. Həmin görüşdə qalib gəlməsinə baxmayaraq, tərəfkeşlik səbəbindən qalibiyyət qarşı tərəfə verilib. Bu görüş illərlə mübahisə mövzusuna çevrilib. 1979-1987-ci illər ərzində 5 dəfə Azərbaycan çempionu, 7 dəfə SSRİ üzrə «Spartak» Cəmiyyətləri Çempionatlarının qalibi, dəfələrlə SSRİ Ümumittifaq və Beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. Azərbaycan idmançılarına rus şovinizmi kimi yanaşılması səbəbindən 1987-ci ildə idmandan uzaqlaşıb. Məşqçi kimi fəaliyyəti dövründə olimpiya çempionk Namiq Abdullayev, dünya çempionu Xəzər İsayev, SSRİ çempionu Həsrət Məmmədyarov, Avropa çempionu Aslan Ağayev, Rövşən Umadov, Nazim Əlicanov, Vüqar Orucov kimi güləşçiləri görüşlərə hazırlayıb. 1988-ci ildə bu heyətlə Aşqabad şəhərində keçirilən SSRİ kubokunun gümüş mükafatına layiq görülüb. 1988-ci ildə məlum Qarabağ hadisələri başlayanda məşqçilik fəaliyyətini dayandırıb, Vətəni qorumaq üçün təşkilatlanmaq qərarına gəlib və Azərbaycan Fədai Təşkilatı, 1989-cu ildə şəhər və bölgələrimizdə gizli Fədai özəkləri yaradıb. 1991-ci ilə qədər Azərbaycanda gedən bütün hadisələrin içində məram və məqsədlərinə uyğun fəaliyyət göstərib. 1991-ci ildə AFT-nin ümumi qərarı ilə bölgələr üzrə döyüşə yararlı fədailər könüllü olaraq Qarabağın müdafiəsinə qoşulublar. Şakir Əhmədov 1992-ci ilin fevralında Şuşada 8 güllə yarası alaraq ağır yaralanıb. Atı ay Bakı şəhərində müalicə alıb, yenidən təşkilatın fəaliyyətini davam etdirib. 1996-cı ilə qədər Azərbaycan Güləş Federasiyasına rəhbərlik edib. 1997-ci ildə beşillik seçim müddəti bitdiyi üçün AGF-dən istefa verib. Hazırda Qarabağ əlilidir, təqaüdçüdür.

Samir, Fəxriyyə və Şəfəq adlı üç övladı, dörd nəvəsi var.

Şakir Əhmədov kimi vətənpərvər, təəssübkeş insanlar, qabiliyyətli insanlar, güclü insanlar dünyaya çox az hallarda gəlirlər.

Əlbəttə, insanın həyatdakı ən böyük işi səmimiyyət aynası olmaq, doğmalıq göstərmək və qəlblərdə məskən salmaqdır. Bu proses ictimai-zəruri mənalar ehtiva edir; yəni insan özündən başqasına həyan olanda, yaxud xeyirxah əməlləri ilə cəmiyyətə fayda verəndə bütün işlər qaydasında görünür. Cəmiyyət töhfə verən insanları həmişə yüksəkdə tutub. Belələri bütün hallarda sevilir, öz bacarıqları və təşkilatçılıqları ilə daim diqqət mərkəzində dururlar. Tam səmimi deyək ki, şəxsiyyətinə dərin rəğbətimiz və hörmətimiz olan Şakir Eyyub oğlu Əhmədov da öz əməli işində ölkə dəyərlərini milli zərurət kimi ehtiva edib, cəmiyyətə böyük fayda verib.

Elə insanlar var ki, onlar haqda danışdıqca özün də saflaşırsan. Belələri şübhəsiz, bir həyat hadisəsi deyil, həm də bəşəri yüksəlişdir, Vətənə dayaq, xalqa əsl töhfədirlər.

Yaxından tanış olduqca Şakir Əhmədovun vücudunu saran işığı aydın görür, onun nə qədər kefyiyyətli insan olduğunun fərqinə varır, sədaqətli, qayğıkeş və mehriban vətəndaş olmasına şahidlik edirsən. Onun gileyi də, məzəmməti və tərbiyəsi də adama xoş təsir verir. Bəlkə də çoxlarına, elə bizə də adi insan kimi görünən Şakir Əhmədov, əslində, həyatla özü arasındakı enişli-yoxuşlu yolların üzüağ, başı uca yolçusu olub. Çətinliklərdə bərkiyən bu sadiq insan öz qürurunun, şəxsiyyət ucalığının fövqünə qalxıb. Həm çalışdığı sahələrdəki uğurları, həm də Vətənə olan oğul-ər dəyanəti onu tanıyanların gözündə ikiqat ucaldıb. Çalışdığı kollektivdə böyük hörmət və nüfuz sahibinə çevrilib. Yaxşılıq etmək, qəmgin vəziyyətdə olanların könlünü oxşamaq onun əsas işi olub. Qədir bilənlər, canlarında Allah xofu olanlar onu xeyirxah, alicənab və sadə-əsilzadə insan kimi tanıyırlar. Biz də buna əmin olduq.

Düşüncəsini xalq təfəkkürü ilə cilalayan insanlar həmişə yüksək məqamlara ucalırlar. Dünyaca tanınmış insan, ləyaqətli el oğlu, Azərbaycan idmanını SSRİ adı altında olsa da, bütün dünyada şərəflə təmsil edən, dəfələrlə qələbə sevinci yaşayan Şakir Əhmədov da xalqla nəfəs aldığı üçün daim ucalarda olub, həyat da, tale də ona nöhtəşəmlik verib. Şakir Əhmədov sanki taledən asılı olmağın fəlsəfəsini bildiyi üçün həmişə öz yolunu düzgün görə və tapa bilib. O, bununla həm də öz qəlbinin işıqlı hə­yat nəğmələrinə qulaq asmaq və digərlərinin tale acılarına yanmaq təpəri də tapıb.

Şakir Əhmədov dünyanın idman salonlarında olarkən, yaxud, Birinci Qarabağ müharibəsi dövründə cəbhə xəttində, ağır döyüşlərdə düşmənlə üz-üzə dayanarkən də xalqın varlığından, zənginliyindən, həyat incə­liklərindən məharətlə istifadə edərək özündə misilsiz güc tapıb, hə­yatın gözəlliklərini, Vətən hissinin böyüklüyünü dadıb. Bununla o, həm özünə, həm də ona sığınanlara həyat eşqi, torpaq məhəbbəti verib, vətənpərvərlik ruhu aşılayıb, ovqata misilsiz təsir edib.

Şakir Əhmədov həyatdan aldığı acı göynərtini bəzən özü üçün tale uyğunsuzluğu kimi xarakterizə edib, lakin başqalarını bu acıdan kənar tutub. Biz bu mühüm amili onun fəaliyyətində, insanlara münasibətində, bir sözlə, pak əməllərində aydın görürük.

Əlbəttə, Şakir Əhmədovun da həyat boyu çəkdiyi acılar bütün cə­miy­yətlərin çəkdiyi acılar olub. Döyüşdə ağır yaralananda, könüllü təşkilatdakı xidmətləri Vətənə fayda verəndə də onun niskili bitməyib. O, daim Vətənin bütöv olması amalı ilə yaşayıb, göynəyib. Nə xoş ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər onun da sızıltılarına son qoyub.

Bəli, Şakir Əhmədovun dövlətçilik işindəki xidmətləri də ölçüyə sığmır. Biz hələlik onu Vətənin başını dünyada uca edən idmançı, döyüşən müsəlləh əsgər, sədaqətli bir vətəndaş kimi təqdir edirik. İnşallah, növbəti yazılarımızda çalışacağıq ki, Şakir Əhmədov kimi vətənsevər bir insana sözdən abidə ucaldaq – Şakir Əhmədov Abidəsi.

Eldar Həsənli,

Azərbaycan Yazıçılar və Jurnalistlər

birliklərinin üzvü, şair-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ