Cümə axşamı günü, 12 noyabr 2026
     

AMEA-nın institutlarında maliyyə yoxlamaları başlayıb, neqativləri təsdiqləyən nəticələr var, bir institut direktoru “getdi”...

Image


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən proseslər bütün cəmiyyəti maraqlandırır. Təəssüflər olsun ki, ölkəmizin baş elmi qurumu ilə bağlı yayılan son məlumatlar elə də ürəkaçan deyil. AMEA-nın elmi-tədqiqat institutlarında başlanan ilkin yoxlamalar nəticəsində bir neçə institutda neqativ hallar, maliyyə yeyintiləri aşkarlanıb və institut direktorları işdən çıxarılıb.

Mətbuatın yazdığına görə, yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib. AMEA-dan mətbuata verilən məlumata görə, iclasın gündəliyinə çıxarılan ilk məsələ - AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri olub. AMEA-nın Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, komissiya tərəfindən adıçəkilən institutda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb. O, yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqların aşkarlandığını söyləyib. Qeyd edib ki, komissiya tərəfindən tərtib edilmiş yoxlama arayışı ətrafında müəssisənin rəhbərliyi və aidiyyəti şöbə müdirləri ilə müzakirələr aparılıb. 

Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. 

Müzakirə edilən növbəti məsələ AMEA-nın Biofizika İnstitutunda keçirilmiş yoxlamanın nəticələri haqqında olub. Yoxlamanın nəticələrini təqdim edən hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev diqqətə çatdırıb ki, Biofizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 15-18 yanvar tarixlərində yoxlama aparılıb. Yoxlama zamanı müəssisənin kadr və kargüzarlıq fəaliyyətində kiçik nöqsanlar aşkarlanıb. 

2016-cı ildə yaradılan bu institutun fəaliyyətində heç bir maliyyə pozuntusunun olmadığını deyən Rasim Ağasiyev sənədlərin qanunvericiliyin tələblərinə uyğun, düzgün tərtib edilməsi üçün müəssisə əməkdaşlarına qısamüddətli seminar təşkil olunduğunu bildirib. Rəyasət Heyəti tərəfindən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Qasımova qeyd olunan nöqsanların aradan qaldırılması tapşırılıb.

AMEA baş verən prosesləri və institut direktorlarının vəzifələrindən kənarlaşdırılmasını akademiyada islahatların başlanması kimi təqdim edir. Qurumun ayrı-ayrı təmsilçiləri mətbuta bildiriblər ki, artıq akademiyada islahatlar başlanıb.

AMEA-nın Fizika İnstitutunda baş verən neqativ halların, ciddi maliyyə yeyintilərinin Radiasiya İnstitutunda və digər elmi-tədqiqat müəssisələrində təkrarlanması akademiyanın hansı vəziyyətdə olduğunu deməyə əsas verir.

  • “...bu nöqsanların baş verməsinə akademiya rəhbərliyi tərəfindən şərait yaradılıb”

Akademiyada bir-iki institut direktorunun vəzifədən uzaqlaşdırılmasının islahat olmadığını deyən professor Bəhmən Sultanlı baki-xeber.com-a bildirdi ki, dövlət vəsaitlərini havaya sovuran və şəxsi məqsədləri üçün xərcləyən həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi təəssüf doğurur: “Akademiyada baş verənlər məni çox narahat edir. Mən AMEA-da baş verənləri xalqa, dövlətə, dövlət əmlakına xəyanət olaraq dəyərləndirirəm. Baş verənlər xəyanət və cinayətdir. Elmi-tədqiqat institutlarının direktorları bu işi özbaşına görməyiblər. Görüblərsə də, bəs onların fəaliyyətinə, işinə niyə nəzarət edilməyib? Akademiyanın prezidenti var, vitse-prezidentləri, Rəyasət Heyəti, rəhbər işçiləri və sair var. Necə ola bilir ki, illərdir institut direktorları dövlət əmlakını dağıdır, dövlət vəsaitlərini mənimsəyir, başqa qanunsuzluqlar ediblər, amma bunu akademiya rəhbərliyi görməyib?”.

B.Sultanlı qeyd etdi ki, vaxtilə AMEA və onun institutları keçmiş SSRİ-də böyük nüfuz sahibi olublar, lakin son illər bu quruma və onun institutlarına rəhbərlik edən şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində bu nüfuz aşağı enib: “SSRİ dövründə AMEA-nın Fizika İnstitutu ən mötəbər elm məbədlərindən biri sayılırdı. Mən bunu gözlərimlə görmüşəm. Eyni zamanda da Neft-kimya Prosesləri İnstitutu da o sıradandır. Amma bu gün biz nə görürük? Bu gün AMEA-nı biz tamam başqa cür görürük. Mən AMEA-nın Fizika İnstitutunda baş verənləri sosial şəbəkələrdən, mətbuatdan oxuyanda donub qaldım ki, necə ola bilər, bizim keçmişdə möhtəşəm elm məbədlərimizdən biri olan Fizika İnstitutu o vəziyyətə düşüb, yaxud Radiasiya Problemləri İnstitutunda belə neqativliklər aşkarlanıb? Necə ola bilər? Akademiya institutlarında baş verən neqativ hallar, maliyyə yeyintiləri ola bilsin ki, kimlərinsə göstərişi ilə baş verməyib, amma bu nöqsanların baş verməsinə akademiya rəhbərliyi tərəfindən şərait yaradılıb. Bu kimi hallara qarşı zamanında mübarizə aparılmayıb. Heç şübhəsiz ki, bu baş verənlər akademiyanın yeni rəhbərliyinin fəaliyyətinin, elmə münasibətinin nəticəsidir. Ola bilməz ki, başdan rəhbərliyin bu işlərdən xəbəri olmasın. Bu mümkün deyil. Akademiyada baş verənlər bir elm adamı kimi məni çox narahat edir”.

B.Sultanlının sözlərinə görə, AMEA-da çox ciddi islahatlar başlanmalıdır, baş verənlər isə islahat deyil, baş qatmaqdır. Onun sözlərinə görə, baş verməli olan islahatlar nəticəsində AMEA bütün neqativlərdən, nöqsanlardan təmizlənməli və öz əvvəlki nüfuzunu geri qaytarmalıdır: “Akademiyada baş verənlərin islahatlarla heç bir əlaqəsi yoxdur. Mən qətiyyən bunu islahat saymıram. İslahat gedirsə, bəs onda nə üçün bu qədər özbaşnalıq və dağıntılar var, islahatlar olan yerdə bunlar ola bilməz. İslahat dağıntının qarşısını almaq üçündür, dağıntı yaratmaq üçün deyil. Amma bir sıra adamlar, institut direktorları açıq-aşkar akademiyanı dağıdırlar. Bu düşmənçilikdir, böyük xəyanətdir. Əsl elm adamı bu qədər dağıdıcı, yırtıcı, rüşvətxor olmamalı, dövlət malına haramçılıqla yanaşmamalıdır. Amma biz nə görürük, bəzi adını professor, AMEA-nın müxbir üzvü qoyanlar akademiyada bir neqativ iş qalmayıb ki, onu etməsinlər. İnstitut direktoru dövlətin malını mənimsəyir, bu böyük biabırçılıqdır. Dövlətin elmə ayırdığı vəsaiti öz şəxsi məqsədləri üçün xərcləyən və nəticədə ifşa edilən institut direktorlarını işdən çıxarmaq kifayət deyil, onlara qarşı daha sərt davranılmalıdır. Siz təsəvvür edin ki, akademiyada gəncləşmə siyasəti necə bərbad vəziyyətdədir. Niyə akademiyanı gəncləşdirmirlər? Gəncləşmə siyasəti getməlidir ki, bu qurum özünə gəlsin. Gənc adam gəlib bəzi yaşlıların etdikləri neqativ əməlləri etməyəcək, o, elmə və elmi idarə etməyə yeni düşüncə ilə yanaşacaq. Gənclərə meydan verilməlidir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ