Cümə axşamı günü, 05 noyabr 2026
     

Multikulturalizm və milli təhlükəsizlik

Image


Milli təhlükəsizliyin qorunması hər bir xalqın inkişafı, hər bir dövlətin varlığı üçün mühüm amildir. Müstəqil Azərbaycanda milli təhlükəsizliyin təminatı sisteminin əsasını qoyan Ulu öndər Heydər Əliyev yeni dövlət quruculuğunun ilk illərində ölkədə dərin ictimai-siyasi və sosial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşısının alınması, vətəndaş qarşıdurmasının dayandırılması, dövlət idarəçiliyinin formalaşdırılması kimi  təcili və təxirəsalınmaz təhlükəsizlik tədbirlərini həyata keçirdi.

Məhz davamlı sabitliyin təmin edilməsi, hərtərəfli inkişaf yollarının önünün açılması milli təhlükəsizliyin konseptual əsaslarının yaradılması üçün ardıcıl siyasət aparılmasına imkan verdi. Nəzəri əsasları Heydər Əliyevin irəli sürdüyü müddəalara söykənən “Milli təhlükəsizlik haqqında” qanun qəbul edildi, Milli Təhlükəsizlik Konsepsiyası hazırlandı və milli maraqların bütün aspektlərini əhatə edən  təhlükəsizlik syasəti formalaşdırıldı. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarını müəyyən edir. 

Milli təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması və və qarşısının alınması, bu məqsədlə zəruri qüvvə və vasitələrin yaradılması milli təhlükəsizliyin təminatı sisteminin mühüm vəzifəsidir. Milli və dini münasibətlərin kəskinləşməsi, etnik və dini ekstremizm hallarının yayılması milli təhlükəsizlik üçün əsas təhdidlərlər sırasındadır. Belə halların qarşısının alınması üçün vətənpərvərliyə və millətlərarası həmrəyliyə əsaslanan ümummilli psixologiya formalaşdırılması, xalqın vahidliyinin möhkəmləndirilməsi, millətlər və dini təriqətlər arasında münasibətlərin düzgün tənzimlənməsi, mövcud məzhəb ayrılıqlarından və müxtəlif dini baxışlardan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməməsi mühüm şərtdir ki,  ölkəmizdə milli təhlükəsizlik sahəsində həyata keçirilən dövlət siyasətinin mərkəzində də bu amillər dayanır. Təsadüfi deyil ki, milli, dini, irqi, mədəni və s. fərqliliklərin qorunmasını, milli həmryliklə etnik-mədəni müxtəlifliyin bir-biri ilə üzvi şəkildə uzlaşdırılmasını özündə ehtiva edən multikultural təhlükəsizlik də milli təhlükəsizliyin mühüm elementləri sırasına daxil edilir. Ulu öndər Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Bu baxımdan çoxmədəniyyətlilik - multikulturalizm Azərbaycanda qədim ənənələrə söykənir, xalqımızın təşəkkülündə və formalaşmasında etnik müxtəliflik amilinin mühüm əhəmiyyət kəsb etməsi ilə bilavasitə bağlıdır. Bu coğrafi ərazidə müxtəlif dinlərə etiqad edənlərin və etnik birliklərin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşaması mövcud multikultural mühitin  yaranması üçün əsas zəmin olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullanın təbirincə desək, multikultural təhlükəsizliyin ümumi mahiyyəti hər hansı bir ölkədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə olunması, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir.

Azərbaycan Respublikası Konstitusiyasında milli mənsubiyyət hüququ əsas vətəndaş və insan hüquqlarından biri kimi təsbit olunub. Konstitusiyanın 44-cü maddəsi hər kəsə milli mənsubiyyətini qoruyub saxlamaq hüququ verir. Həmin maddənin digər bəndinə görə isə, heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Bu gün ölkəmizdə yaşayan bütün xalqların və etnosların nümayəndələri bu hüquqdan bərabər şəkildə istifadə edirlər. Azərbaycan dövləti hər bir vətəndaşının təhsil və karyerası üçün eyni şərait yaratmaqla yanaşı, onların öz milli mədəni dəyərlərini qoruması və zənginləşdirməsinə də lazımi dəstək verir.

Respublikamızda rus­lar, er­mə­ni­lər, uk­ray­na­lı­lar, be­lo­rus­lar, gür­cü­lər, avar­lar, ləz­gi­lər, baş­qırdlar, ta­tar­lar, yə­hu­di­lər, kürdlər, ose­tin­lər, lak­lar ki­mi mil­li az­lıq­lar, ta­lış­lar, udi­lər, dağ yə­hu­di­lə­ri, sa­xur­lar ki­mi az­say­lı xalqlar, Ahıs­xa türklə­ri, tat­lar, la­hıc­lar, bu­duq­lar, qrız­lar, ha­put­lar, cek­lər, xı­na­lıq­lar, in­gi­loy­lar, Krım ta­tar­la­rı, gür­cü yə­hu­di­lə­ri, ka­zak­lar, ta­ba­sa­ran­lar ki­mi et­nik az­lıq­lar əsas çoxluq təşkil edən azərbaycanlı-türk xalqı ilə mehriban qonşuluq  şəraitində yaşayırlar. Dostluq, qohumluq əlaqələri onları bir-birinə doğmalaşdırır və sıx bağlayır.  Ölkə həyatının bütün sahələrində qazanılan uğurlarda həmvətənimiz olan hər bir etnosun nümayəndələrinin payı və əməyi vardır. Vətəndaş cəmiyyəti instiutlarında və dövlət idarəçiliyinin ən yüksək pillələrində də onlar geniş təmsil olunurlar.

Çox təəssüf ki, erməni millətçilərinin Azərbaycandakı multikultural mühitin pozulmasına yönəlmiş cəhdlərinin qarşısının vaxtında alınmaması, xalqımız və müstəqil dövlətimiz üçün hələ də fəsadları davam edən, torpaqlarımızın işğalı ilə nəticələnən hadisələrə gətirib çıxardı. Həmin dövrdə hakimiyyətdə olanların qeyri-adekvat, ağılsız siyasətinin nəticələrini hələ də aradan qaldırmaq mümkün olmayıb. Ulu öndər Heydər Əliyevin vaxtilə qeyd etdiyi kimi, “Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durursa, digər qütbündə, - nə qədər acı olsa da, bunu etiraf etmək lazımdır, - bizim bəzi siyasətçilərimizin səriştəsizliyi, hakimiyyət hərisliyi, hədsiz-hüdudsuz şəxsi ambisiyaları durur”.

Tariximizin elə səhifələri var ki, onları daim yadda saxlamaq, onlardan ibrət götürmək vacibdir. Azərbaycanda ictimai-siyasi və hərbi böhranın dərinləşdiyi ötən əsrin 90-ci illərinin əvvəllərində milli münasibətlərə də ciddi təhdidlər yaranmış,  respublikanın şimalında və cənubunda etnik zəmində separatçılıq baş qaldırmışdı. Yalnız Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışı ilə bu cəhdlərin qarşısı alındı və milli birliyin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirildi. Məhz Ulu öndərin müəyyənləşdirdiyi, əsasını Azərbaycana mənsubluq, Vətənə bağlılıq, Azərbaycan dilinə və mədəniyyətinə sevgi, müstəqil dövlətçiliyimizə sədaqət, onun varlığının və dəyərlərinin qorunması üçün bərabər məsuliyyət daşımaq kimi vacib müddəalar təşkil edən azərbaycançılıq ideyası bu gün ölkəmizdəki muktikultural mühitdə birləşdirici rol oynamaqla milli təhlükəsizliyin mühüm təminatlarından birinə çevrilib.

Ölkəmizdə hər bir etnosun unikal mədəni dəyərlərinin qorunmasına və zənginləşdirilməsinə, həmçinin öz ana dilindən sərbəst istifadə etməsinə şərait  şərait yaradılıb. Azərbaycan Respublikası Konstitusiyasının vətəndaşların ana dilindən istifadə etmək hüququnu təsbit edən 45 maddəsinə əsasən, hər kəs istədiyi dildə tərbiyə və təhsil ala, yaradıcılıqla məşğul ola bilər, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Dövlətimiz "Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası"na qoşulub və onun prinsiplərini həyata keçirmək üçün əməli tədbirlər görür. Ölkəmizdəki milli azlıqların öz dillərində məktəblər açmaq, qəzet, tədris və metodiki vəsaitlər hazırlayıb nəşr etdirmək imkanları var.  Bununla belə, onlar multikultural mühitdə mühüm ünsiyyət vasitəsi olan dövlət dilini – Azərbaycan dilini bilir və ona sevgi ilə bağlanırlar.

Milli təhlükəsizlik üçün vacib istiqamətlərdən olan dini tolerantlıq Azərbaycanın çox böyük nailiyyətlərindəndir. Azərbaycan dövləti cəmiyyətin milli maraqlanna uyğun siyasət yeridərək, dini tolerantlıq mühitinin qorunmasına və inkişafına  xüsusi diqqət və qayğı göstərir. Bu sahədə də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji xətt uğurla davam etdirilir. Ölkəmizdə islam dini ilə yanaşı xristian və yəhudi dinləri əsrlər boyu birgə yaşamaqdadır. Dünya dini liderlərinin bu günlərdə Bakıda keçirilmiş II Sammiti Azərbaycandakı qədim dinlərarası ənənələrə qlobal miqyasda hörmət və ehtiramın növbəti təzahürü oldu. Prezident İlham Əliyev sammitdəki çıxışında deyib: “Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”. 

İctimai sabitlik milli təhlükəsizliyin qorunması üçün əsas şərtdir və Azərbaycanın bütün sahələrdə uğurlu dövlət siyasəti onun təməlində dayanan milli birliyi və həmrəyliyi tam təmin edir. Milli sərvətimiz olan bu birliyin və həmrəyliyin qədrini bilmək, onu qəsdlərdən qorumaq hər bir vətəndaşın borcudur. Çoxəsrlik tarixinin böyük hissəsini müstəmləkə altında yaşamış, yadellilər tərəfindən sərvətləri talan edilmiş çoxmillətli xalqımız özünün müstəqil dövlətinin keşiyində ayıq-sayıq dayanıb.

Samir ƏLİFOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2-ci kurs tələbəsi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ