Cümə günü, 23 oktyabr 2026
     

Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

Image


Akif Nağı: “Bu real hədəf deyil, seçki kampaniyasında istifadə olunan tezislərdir”

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla Qərbi Zəngəzur bölgəsinə (Sünik) səfər edib. Paşinyanın Qərbi Zəngəzura səfəri Ermənistanın daxilində birmənalı qarşılanmayıb.

Paşinyan bu barədə özünün Feysbuk səhifəsində yerləşdirdiyi görüntülərdə “Biz Tatevə “Təhsil dəbdədir” adlı mühazirə üçün gedirik” deyib.

Müxalifət partiyası "Şant bloku"n bəyanatında isə bildirilir ki, Paşinyanın Sünikdəki fəaliyyəti regionda dəstəyi gücləndirməyə yönəlmiş seçkiqabağı strategiyanın bir hissəsi ola bilər.

Bəzi erməni KİV-ləri regiona tez-tez səfərləri ictimai əhval-ruhiyyəyə təsir etmək və seçkilər öncəsi hakim partiyanın mövqelərini gücləndirmək cəhdi kimi qiymətləndirirlər.

Bundan əlavə, KİV-in məlumatına görə, baş nazir partiyasının üzvlərinə əhali ilə işi, o cümlədən gənclərlə görüşləri və “Real Ermənistan” və “sülh müqaviləsi” kimi əsas mesajların yayılmasını gücləndirməyi tapşırıb.

Yəni Paşinyan yenə seçkilərə start verib və bu seçkilərdə də qalib gəlmək üçün bölgələrə səfərlərini intensivləşdirir.

Göründüyü kimi, Paşinyanın sonuncu səfəri Qərbi Zəngəzura imiş ("Sünik"). Məlumatlara görə, Paşinyan öz tərəfdarlarına orda, xüsusən də gənclər arasında iki tezisin yayılmasını tapşırıb. Biri “Real Ermənistan”, o biri də Azərbaycanla sülh müqaviləsinin bağlanmasının təşviqi ilə bağlı olub.

Paşinyan yeni parlament seçkiləri ərəfəsində “Real Ermənistan” və sülh sazişi kimi bu əsas mövzuları ortaya qoymaqla nəyə nail olmaq istəyir? O, bu şüarları meydana çıxarmaqla nəyi udmaq, qazanmaq istəyir?

“Paşinyanın “Real Ermənistan” və sülh müqaviləsi mesajlarının cəmiyyətə çatdırılmasının, xüsusən gənclərə tapşırıqların verilməsinin...”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, yeni seçki kampaniyasında Paşinyanın bu iki tezisi ön plana çıxarmasının arxasında müəyyən maraqlar dayanır. O qeyd etdi ki, adətən seçki öncəsi çoxlu vədlər verilir və vəd verən şəxs seçiləndən sonra o vədlər unudulur, yaddan çıxarılır: “Hansı populyar ideyalar var ki, seçki öncəsi ondan istifadə etmək mümkün olsun. Məsələyə o baxımdan yanaşmaq lazımdır. Ermənistan cəmiyyətində “Real Ermənistanın” yaranması ilə bağlı artıq müəyyən fikirlər var. Cəmiyyətin xeyli hissəsi başa düşür ki, Rusiyaya, yaxud Qərbə meyl etməklə, onların alətinə çevrilməklə Ermənistanı xilas etmək mümkün olmayacaq. Onlar reallığı başa düşürlər”.

A.Nağının sözlərinə görə, vaxtilə Azərbaycanın Qarabağda ermənilərə yaratdığı şəraiti onlar düzgün dəyərləndirə bilmədilər, separatçılığa başladılar və öz cinayətkar əməllərinə görə də Azərbaycan ərazisini könüllü şəkildə tərk etdilər: “Çünki bilirdilər ki, qalmaq mümkün deyil. İndi başa düşürlər ki, həmin ssenari üzrə prosesin davamı gedə bilər. Ermənistan deyilən dövlət də Azərbaycanın tarixi ərazilərində yaradılıb. Azərbaycanda proseslər sürətlə gedir. Bu proseslər həm də hüquqi müstəvidə davam edir ki, azərbaycanlılar Qərbi Azərbaycana qayıtmalıdılar. Azərbaycanlıların indi Ermənistan deyilən tarixi Azərbaycan torpaqlarına qayıtması bir müddətdən sonra o Ermənistan deyilən qurumun mövcudluğuna son qoyulması prosesinin başlanması deməkdir. Cəmiyyət artıq başa düşür ki, Ermənistanı xilas etmək, Ermənistan kiçik dövlət olsa da onu qoruyub saxlamaq lazımdır. İndiki sərhədini, 29,7 min kvadrat kilometrlik ərazini saxlamaq lazımdır, əslində bu Azərbaycan torpağıdır.

Bu ideya Ermənistan cəmiyyətində var.

Seçki öncəsi bu iki ideyanı qabartmaqla Paşinyan seçicilərin səsini qazanmaq istəyir. Sülh müqaviləsi məsələsinə gəlincə, aydındır ki, Ermənistan cəmiyyəti müharibə istəmir. Baxmayaraq ki, revanşistlər, Sarkisyanın, Köçəryanın dəstəsi hay-küy salırlar, sülh əleyhinə kampaniyalar aparırlar, bu da faydasızdır. Çünki onlar heç bir sosial bazaya malik deyillər. Ermənistan hökuməti də, cəmiyyəti də yaxşı başa düşür ki, Azərbaycana qarşı müharibə etmək mümkün deyil. Bilirlər ki, müharibəyə başlasalar hansı ağır itkilərlə üzləşə bilərlər. Müharibə onlara heç nə vəd etmir, Azərbaycana qarşı qələbəyə də ümid yoxdur. Əgər qələbəyə ümidlərim oldaydı nəsə təbliğat aparardılar. Analar övladlarını itirmək istəmir, orda Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən ermənilərin yaxınlarının “Analar Hərəkatı” da var, onlar vaxtaşırı meydanlara çıxıb müharibə istəmədiklərini deyirlər. Ermənistanda vaxtaşırı forumlar keçirilir, hər kəs müharibə əleyhinə çıxış edir. Çünki müharibənin onlara vurduğu zərbəni gördülər və müharibə aparmağın mənasızlığını dərk etdilər.

Paşinyanın “Real Ermənistan” və sülh müqaviləsi mesajlarının cəmiyyətə çatdırılmasının, xüsusən gənclərə tapşırıqların verilməsinin arxasında başqa məqsədlər dayanır. Paşinyan bu məsələni ortaya atmaqla orda sülh təbliğatı apardığını göstərir. Ancaq burda incə bir məqam var ki, Paşinyan sülh dedikdə Ermənistanın maraqlarının güzəştə gedilməyəcəyini nəzərdə tutur və təbliğatını aparır. Bu, Azərbaycanın şərtləri daxilində sülh müqaviləsinə getmək deyil. Bu məsələni biz nəzərdə saxlamalıyıq. Paşinyan özlərini həm daxildə, həm xaricdə sülhpərvər bir qüvvə kimi qələmə verməyə çalışır. Bu ideyaların təbliği Paşinyanın seçki kampaniyası üçün ölçülüb-biçilib. Bu tezislər Ermənistan cəmiyyətində populyar olduğu üçün Paşinyan ondan istifadə edib. Paşinyan da ondan seçkidə udmaq məqsədilə istifadə edir. Əslində Paşinyan başa düşür ki, dediyi “Real Ermənistan” qurmaq da onun üçün çox çətindir, problemlidir. Eyni zamanda indiki şəraitdə onun sülh müqaviləsinə getmək istəyi də yoxdur. Çünki onun siyasəti ondan ibarətdir ki, mümkün qədər vaxtı uzatsın. Ola bilsin ki, bölgədə vəziyyət dəyişsin, Azərbaycana qarşı daha barışmaz mövqe tuta bilsin. Onun taktikası bundan ibarətdir”.

A.Nağının sözlərinə görə, Paşinyan Ermənistan cəmiyyətinin çox böyük əksəriyyətinin müharibədən qaçdığı, müharibə istəmədiyi üçün sülh tezisini ortaya atıb. A.Nağı qeyd etdi ki, üstəlik də revanşistlər “müharibə, müharibə” deyirlər, seçkilər yaxınlaşdıqca revanşist qüvvələr də mövqelərində dəyişiklik edəcəklər: “Ermənistan cəmiyyətində müharibə təbliğatı populyar deyil və seçkiləri udmaq istəyirsənsə insanların mövqeyinə uyğun hərəkət etməlisən. Bu real hədəf deyil, seçki kampaniyasında istifadə olunan tezislərdir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya nəzərdə tutulmur - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ