şənbə günü, 24 oktyabr 2026
     

Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

Image


Azərbaycan-İran münasibətləri çoxşaxəli olmaqla indi özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu fonda xüsusi diqqət cəlb edən məqamlardan biri odur ki, ölkəmizin Cənubi Azərabaycanda yer alan vilayətlərlə iqtisadi əməkdaşlığı özünün daha dinamik mərhələsinə daxil olur.

İranın Şərqi Azərbaycan valisinin müavini Mortaza Məhəmmədzadə də qeyd edir ki, İranın şimal-qərb vilayətləri rəhbərlərinin prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etmələri çox əhəmiyyətlidir. Bu vilayətlər əsasən Azərbaycan ilə sərhəddə yerləşir və ticarət əlaqələrinə malikdirlər.

O bildirib ki, ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 647 milyon dollar təşkil edib: “Əvvəlki illərlə müqayisədə artım müşahidə edilib. Lakin hər iki dövlətin iqtisadi potensialı dövriyyənin artmasına imkan verir. Vilayət rəhbərlərinin səfərdə iştirakı qarşılıqlı əlaqələrin bərpasına imkan verib. Səfərin uğurla başa çatması Şərqi Azərbaycan vilayəti üçün də əhəmiyyətlidir. Araz çayının hər iki sahilində investisiya platformalarının yaradılması tərəflərin iqtisadi inkişafını sürətləndirəcək və bu perspektivdə iş yerlərinin açılması, ticarətin çiçəklənməsi, iqtisadi imkanların artması mümkün olacaq”. Mortaza Məhəmmədzadə qeyd edib ki, Azərbaycan ilə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində sərhədyanı vilayətlərin böyük rolu var: “Prezidentin rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyətinin tərkibində vilayət rəhbərlərinin olması təkcə iqtisadi deyil, eyni zamanda, mədəni və siyasi əməkdaşlıq əlaqələrinin də inkişafına geniş imkanlar açacaq”. "Nasr news" nəşri bu fonda yazır ki, Azərbaycan-İran sərhədində Araz çayının sahilində yol salınır. Bildirilir ki, son iki ildə Zəngəzur avtomobil yolunun tikintisinin müzakirəsi ilə bağlı İran hökuməti, nəhayət, Azərbaycanla müqaviləyə əsasən, Bakı-Ağbənd-Kəlalə-Culfa avtomobil yolunun tezliklə tikilməsinə dair razılığa gəlib. Mənbə ekspertlərin müşahidələri və Azərbaycan mediasının açıqlamalarına istinadla bildirib ki, Azərbaycan xeyli maliyyə vəsaiti ayırmaqla öz ərazisində bu layihənin 60 faizdən çoxunu İranın Kəlalə keçidinə qədər tamamlayıb, hətta körpü və terminalın tikintisini də uğurla bitirib: "Sözügedən terminal İranın Kəlalə və Azərbaycanın Ağbənd qəsəbələri arasında 19 hektar ərazidə tikiləcək. Azərbaycan terminalın tikintisindən əlavə hətta bu mühüm yol tikintisi layihəsinin əhəmiyyətli hissəsinin asfaltlanmasına da başlayıb. Amma İranın Kəlalədən Naxçıvan sərhədinə qədərki hissəsi 107 kilometrə yaxındır. Tikilməkdə olan bu yolun iki ayrı zolaqda eni təxminən 14 metrdir. Yolun çəkilişini keçən ilin noyabr ayından etibarən "Xatəmül-Ənbiya" qərargahının "Aşura" şirkəti həyata keçirir. Dərc olunan sənədlərə əsasən, İran və Azərbaycan arasında bu bölgədə dəmir yolu xətti olmadığı üçün Şərqi Azərbaycan əyalətində Arazın cənub sahillərində 53 kilometrlik dəmir yolu xəttinin tikilməsi qərara alınıb". Yaxın Şərq siyasəti üzrə iranlı ekspert Məhəmməd Xətibi bildirir ki, bütün bunlar hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir: “Bu gün İran və Azərbaycan arasındakı iqtisadi münasibətlər kifayət qədər yüksək səviyyədədir və ardıcıl şəkildə inkişaf edir. Bunu həm qarşılıqlı ticarət dövriyyəsinin həcmi, həm də son zamanlar dövlət başçıları – Məsud Pezeşkian və İlham Əliyev arasında keçirilən yüksəksəviyyəli görüşlər təsdiqləyir. Tərəflər qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın dərinləşdirilməsinə sadiqlik nümayiş etdirirlər. Bu əməkdaşlığın əsas istiqamətləri enerji, nəqliyyat infrastrukturu və sərhəd ticarətidir. Birgə enerji layihələrinin reallaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və sərhədyanı ərazilərdə ticarətin genişləndirilməsi təkcə ikitərəfli iqtisadi əlaqələri möhkəmləndirməyəcək, eyni zamanda regionun sabitliyinə və davamlı inkişafına da əhəmiyyətli töhfə verəcək”.

Ekspert qeyd edir ki, Araz dəhlizi layihəsi də yeni iqtisadi imkanlar açır: “Araz dəhlizi region ölkələrinin ərazi bütövlüyünü təmin etmək baxımından mühüm rol oynayır və bəzi digər təklif olunan tranzit marşrutlarından fərqli olaraq, geosiyasi mübahisələrdən kənardır. Dəhlizin İran ərazisindən keçməsi Azərbaycanın Tehranla davamlı diplomatik əlaqələr saxlamasına şərait yaradır, bu isə regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu marşrut ticarət və yükdaşımaların xarici təzyiqlər və məcburi ərazi güzəştləri olmadan azad şəkildə həyata keçirilməsini təmin edir. Ümumilikdə, Araz dəhlizi iştirakçı ölkələr üçün iqtisadi inkişaf, siyasi sabitlik və ərazi bütövlüyünün qorunması baxımından ən real və münaqişədən uzaq tranzit marşrutu kimi çıxış edir”. Ekspert diqqəti həm də ona yönəldir ki, Şimal-Cənub dəhlizi İran, Azərbaycan və daha geniş Avrasiya regionu arasında ticarətin inkişafı və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün əsas təşəbbüslərdən biridir: “Bu strateji marşrut Hind okeanı və Körfəzi Rusiya, Şimali Avropa ilə birləşdirən mühüm tranzit arteriyası kimi çıxış edir. Ənənəvi dəniz yolları ilə müqayisədə nəqliyyatın vaxtını və xərcini əhəmiyyətli dərəcədə azaldır. İran üçün bu dəhliz onun regional ticarət mərkəzi kimi mövqeyini gücləndirir və Avrasiya bazarları ilə daha sıx iqtisadi inteqrasiyanı təşviq edir. Azərbaycan isə Şimal–Cənub dəhlizində İranla Rusiya arasında yükdaşımaları təmin edən tranzit ölkə kimi həlledici rol oynayır. Bu dəhliz iştirakçı ölkələrə ticarət tərəfdaşlıqlarını şaxələndirməyə, ənənəvi marşrutlardan asılılığı azaltmağa və logistika effektivliyini artırmağa imkan verir. Dəhliz boyunca infrastrukturun – o cümlədən dəmir yollarının genişləndirilməsi, avtomobil yollarının müasirləşdirilməsi və liman obyektlərinin təkmilləşdirilməsi, inkişafı onun iqtisadi üstünlüklərini daha da artıracaq. İran və Azərbaycan Şimal–Cənub dəhlizinin əsas hissələrindən biri olan Astara yük terminalı layihəsini birgə reallaşdırırlar. Eyni zamanda, 2028-ci ilə qədər tamamlanması planlaşdırılan Rəşt–Astara dəmir yolunun tikintisi davam edir. Bu layihə regionda logistika və ticarət əməliyyatlarının səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. İran ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi həm iqtisadi, həm də strateji baxımdan mühüm rol oynayır. Bu, ticarət dövriyyəsinin artmasına, qarşılıqlı əlaqənin güclənməsinə, tranzit üçün tələb olunan vaxt və xərclərin azalmasına xidmət edir”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ