Bazar günü günü, 25 oktyabr 2026
     

Ermənistana getmiş türkiyəli jurnalist erməni təsirinə düşdü - ciddi xətalara yol verdi

Image


Məlum olduğu kimi, bu günlərdə Türkiyənin media nümayəndələri Ermənistana səfər ediblər. Burda onlar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb, bəzi ərazilərə baş çəkiblər. Ermənistanın İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Çarukyan bildirib ki, türkiyəli jurnalistlər İrəvan tərəfinin təşəbbüsü ilə Baş nazir Nikol Paşinyandan müsahibə almaq üçün Ermənistana gəliblər.

Onun sözlərinə görə, Ermənistana 10 media nümayəndəsi gəlib: “Bizim təşəbbüsümüzdə 10 media orqanı var idi, məqsəd Ermənistanın bölgədə sabit sülhün bərqərar olması və Ankara-İrəvan münasibətlərinin normallaşdırılması istiqamətindəki yanaşmalarını mümkün qədər birbaşa və ətraflı şəkildə geniş türk ictimaiyyətinə çatdırmaqdır. Səfər zamanı KİV nümayəndələri baş nazir, bir sıra digər rəsmi şəxslərlə müsahibələr və müzakirələr aparıblar”. Çarukyan bildirib ki, dəvət olunanlar arasında hökumətyönlü, müstəqil və müxalif media nümayəndələri də var: “Türkiyə mediasının nümayəndələri Ermənistan dövlət büdcəsindən ayrılan vəsaitlə bura gəliblər”.

Belə görünür ki, Ermənistana səfər edən bəzi jurnalistlərin regionda proseslerə yanaşması heç də obyektiv xarakter daşımayıb. O səbəbdən onların mövqeyi erməni mediası tərəfindən geniş işıqlandırılır. Bu xüsusda Ermənistanın “armenpress” nəşri yazır ki, Baş nazirliyin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin Türkiyə mediası üçün təşkil etdiyi media turu çərçivəsində Ermənistana gələn türkiyəli jurnalist Barçın Yınanç Türkiyə-Azərbaycan münasibətləri və onun bölgəyə təsiri ilə bağlı analitik məqalə dərc edib. Nəşr “turkeyindepth.com” saytında dərc olunan “Qərarları kim verir? Azərbaycanın Türkiyəyə təsiri artır” adlı məqalənin icmalını da təqdim edib. Burada Yinanc iddia edib ki, Azərbaycan və Türkiyə arasında yaxşı münasibətlər olsa da, Qafqazda regional sülhlə bağlı razılığa gəlmirlər. Müəllif deyir ki, Ukraynada Rusiya üçün əlverişli şərtlərlə sülh sazişinin əldə olunması perspektivi Ankarada bəziləri üçün narahatlıq yarada bilər, çünki daha iddialı Moskva indi diqqətini Qafqaza yönəldə bilər, lakin Moskva ilə münasibətlərini idarə edə biləcəyinə əmin olan Bakı “Rusiyanın qayıdışından” narahat görünür. Məqalə müəllifinin sözlərinə görə, Türkiyə Ukraynada atəşkəsdən əvvəl Qafqazda sülh sazişinin bağlanmasının region ölkələri üçün faydalı olacağına inanır, lakin Bakı tələsmir və Ankaranın İrəvanla bağlı siyasətini girov saxlamasında problem görmür. Yinanc yazır: “On ildən artıqdır ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər kiçik ölkənin daha böyük ölkənin xarici siyasətini girov saxladığı ABŞ və İsrail arasındakı münasibətlərə bənzəyir”. Bu kontekstdə müəllif aşağıdakı məqamları vurğulayır: “Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla münasibətlərdə Ankaraya heç bir manevr yeri qoymur. Dağlıq Qarabağda müharibənin başa çatmasına və Bakı ilə İrəvan arasında yekun sülh sazişi üzrə danışıqların davam etməsinə baxmayaraq, Bakı Ankaraya İrəvanla münasibətləri normallaşdırmaq üçün danışıqlara başlamağa “icazə vermir”. Türkiyə əvvəlcə paralel danışıqlar aparacağını vəd etsə də, Bakı Ankaranın yalnız Ermənistanla yekun saziş imzaladıqdan sonra İrəvanla münasibətləri normallaşdırmağa başlamasını istəyir. Bununla belə, beynəlxalq müşahidəçilər və hətta bəzi türkiyəli ekspertlər Bakını maksimalist olmaqda tənqid edir və Əliyevi qapı dirəyini yerindən tərpətməkdə ittiham edirlər. Bakıda hökm belədir: “Biz qalib gəldik; Ermənistan iqtisadiyyatı dağılır; ordusu zəifdir; üstünlüyümüz var; bu cür qalsın” deyə məsələ ilə tanış olan ekspert bildirib. Ekspert hesab edir ki, bu qənaət strategiyaya əsaslanmır və “bu sərfəli mövqeyi həmişəlik saxlamaq real deyil”. Bakı Ankaranın bu “üstünlükləri” irəli aparmaq üçün yeni səhifə açmaq strategiyasına qarşı çıxır. Ankara Azərbaycan liderini daha gecikmədən sövdələşməni imzalamağa təşviq edir ki, Əliyev buna qulaq asmır.

Ankarada çoxları üçün Ermənistan lideri Nikol Paşinyan razılaşma əldə etmək şansıdır, çünki o, Türkiyə və Azərbaycana qarşı düşmənçilik əsasında uzun müddətdir mövcud olan bəzi erməni arqumentlərinə qarşı çıxmaqda müstəsna cəsarət göstərib. Bu yaxınlarda o, “ermənilərin soyqırımı” iddiası ilə bağlı söylədiyi fikirlərə görə sərt tənqidlərə məruz qalıb. Ancaq Paşinyan nə qədər normal şəraitdə Ankara və Bakının qulağına musiqi kimi gəlməli olan bəyanatlar səsləndirirsə, ikincisi İrəvana qarşı tənqidləri bir o qədər azaltmır. Əliyev Ermənistanı faktiki olaraq “faşist dövləti” adlandırıb və iddia edib ki, Bakının qonşusunun qondarma “faşist ideologiyasını” “məhv etməkdən” başqa yolu qalmayacaq. Paşinyanın rəhbərliyi altında Ermənistanla Rusiya arasında yaranmış nifaq, şübhəsiz ki, 2020-ci ildə Dağlıq Qarabağı geri qaytarmaq üçün Bakının hərbi əməliyyatına kömək edib. Rusiya Ukraynadakı müharibədən yayındığı üçün Bakı ilə İrəvan arasında sülh danışıqlarında onun rolu məhdud olaraq qaldı. ABŞ prezidenti Donald Trampın Moskvaya təklif etdiyi kimi, Rusiyanın şərtləri ilə Ukraynada sülh razılaşması Vladimir Putinin əllərini gücləndirə bilər və o, diqqətini daha iddialı bir duruşla yaxın xaricə yönəldə bilər. “Azərbaycan Rusiyanın nəzarəti altında olan zəif Ermənistanı zamanla daha da güclənəcək müstəqil qərbyönlü Ermənistandan üstün tutur”, - deyə Qərbli müşahidəçi mənə dedi. Sovet İttifaqı dağılandan bəri Türkiyənin Qafqaz siyasəti region ölkələrinin beynəlxalq bazarlara inteqrasiya layihələri vasitəsilə Rusiyadan asılılığını zəiflətməkdən ibarətdir. Ankara Rusiya ilə düşmənçilik yaratmadan keçmiş sovet respublikalarında təsirini artırmağa çalışırdı. Amma Türkiyənin Bakıya qarşı təsir rıçaqları yoxdur. Türkiyənin sarsıntılı iqtisadi vəziyyəti Ərdoğanı Türkiyəyə külli miqdarda sərmayə yatırmaq və hökumətyönlü şirkətləri yeni işğaldan azad edilmiş Dağlıq Qarabağda tikinti işlərinə dəvət etmək üçün kifayət qədər ağıllı olan Əliyev qarşısında çox həssas edir. Bundan əlavə, enerji Türkiyə ilə Azərbaycan arasında həlledici bağ olaraq qalır. Bakı Türkiyənin şərq və cənubundakı təbii qaz istehsalçılarını qərbdəki bazarlarla birləşdirən enerji mərkəzinə çevrilmək istəyində mühüm rol oynayır. Türkiyə Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün Azərbaycan qazını Bolqarıstan vasitəsilə Avropaya təkrar ixrac etməyi təklif edir. Bununla belə, enerji sahəsində əməkdaşlıq perspektivi də Əliyevi Avropa ilə münasibətləri yaxşılaşdırmağa sövq etmir. Əksinə, Bakı Avropanın İrəvana dəstəyinə getdikcə daha çox qəzəblənir və bu müəyyən paytaxtlara, daha doğrusu Parisə qarşı aqressiv siyasəti təsdiqləyir”.

Beləliklə, görünən odur ki, türk jurnalist Ermənistanın təsirinə məruz qalıb və Azərbaycanla Türkiyə arasında münasibətlərdə, onların regional siyasətinin təqdimatında ciddi yanlışlıqlara yol verib. İndiki halda bu, Ermənistanın lehinə işləyir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ