Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Tramp Ermənistana “sürprizlər” hazırlayır - İrəvanı Avropa da xilas edə bilməyəcək...

Image


Məlum olduğu kimi, bir neçə gün əvvəl Nikol Paşinyanın ABŞ-a səfəri birmənalı olaraq Ermənistan baş nazirinin gözləntilərini doğrultmadı. Əvvəldən bəlli idi ki, o, ABŞ-ın yeni prezidenti Donald Trampla görüşü təmin etməyə ümid edir və səfərin bəyan edilmiş məqsədi olan Beynəlxalq Dini Azadlıq Sammitində iştirak əsas aksiyanın baş tutacağı fonu təmin etmək məqsədi daşıyır.

Lakin sonuncu baş tutmadı və Paşinyan Trampla görüşmək əvəzinə ABŞ-ın vitse-prezidenti Ceyms Vansın bir neçə dəqiqəlik qəbulu ilə kifayətlənməli oldu.

Bunlar fonunda Ermənistanda narahatlıq artır ki, Tramp ümumiyyətlə bu ölkəni arxa plana atacaq və onu Rusiyaya yem edəcək. Belə vəziyyətdə Avropaya güvənmək də sadəlövhlükdən başqa bir şey deyil. Bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan keçirdiyi mətbuat konfransında xüsusi vurğulayıb. Köçəryan qeyd edir ki, Avropa İttifaqı ciddi böhran içindədir və bu böhranın bir neçə komponenti var: çox açıq görünən liderlik böhranı, məzmun böhranı və iqtisadi böhran: “Avropa layihəsinin özü bu gün həqiqətən böhran içindədir və bunu daha yaxşı başa düşmək üçün iki-üç gün əvvəl Macarıstanın baş naziri Viktor Orbanın Münhen konfransındakı çıxışına qulaq asın. Düşünürəm ki, o, vəziyyəti daxildən daha yaxşı qiymətləndirə bilər. ABŞ vitse-prezidentinin Münhen konfransındakı çıxışına qulaq asın. Parlaq bir çıxış idi. Aİ-də həqiqətən liderlik böhranı var. Aİ, məncə dağılmayacaq, lakin kifayət qədər ciddi islahatlara getməli olacaq”. Köçəryan rəqəmlərə də istinad edib: “Məsələn, İsveçdə 20 il əvvəl əhalinin cəmi 2%-i İsveçdə doğulmamış insanlar idisə, indi onlar əhalinin 20%-ni təşkil edir. Təbii ki, bu problemdir. Bu, artıq dəyər sisteminizdə həzm edə bilməyəcəyiniz bir kəmiyyətdir, çünki o, artıq dəyər sisteminizi dəyişdirir. Bu vəziyyətdə Ermənistan hakimiyyəti Aİ-yə üzvlük məsələsində nə etdi? Hakimiyyət onsuz da kifayət qədər problemli bir yerə gedirz və təkcə Rusiya yox, ABŞ da bu problemi bəyan edir. Və bununla siz bu gün içində olduğunuz sistemdəki münasibətlərinizə ciddi ziyan vurursunuz. Siz buradan “mən gedirəm” deyirsiniz, burada olanı itirirsiniz, ancaq Aİ-yə daxil olmaq üçün sadəcə olaraq heç bir perspektiv yoxdur, bu, şans sıfırdır”. Belə vəziyyətdə erməni politoloq David Arutyunov “Sputnik Ermənistan”a bildirib ki, Moskva ilə Vaşinqton arasında razılaşmaların Cənubi Qafqazdakı vəziyyətə və xüsusən Ermənistana təsiri qaçılmazdır. O qeyd edir ki, bunun üçün Ukrayna münaqişəsinin konturlarını anlamaq lazımdır: “Ukrayna böhranının həlli metodologiyasından asılı olaraq, ya Moskvanın Qafqazdakı mövqeyinin ləng, lakin davamlı şəkildə bərpasından, ya da mövcud vəziyyətin qorunub saxlanmasından danışmaq olar. Qeyri-müəyyənlik həm də ondan irəli gəlir ki, Tramp komandasının Cənubi Qafqaza yanaşmasının necə olacağını heç kim bilmir. Yeni administrasiya bir anda bir neçə qlobal sahədə çox ciddi fəallıq nümayiş etdirir, lakin onların bütün bu sahələr üzrə hazır həll yolları və iş planları olduğu hələ bəlli deyil.

Trampın ümumi strategiyasına baxsaq, ABŞ prezidenti dünyanı təsir sferalarına bölmək və ya bu təsir sahələrini konkretləşdirmək tərəfdarıdır. Bizim region və Ermənistanla bağlı müxtəlif variantlar ola bilər. Təəssüf ki, ssenarilərdən biri Türkiyənin ABŞ-ın maraqlarının əsas dirijoru rolunu gücləndirməsidir”. Ekspert diqqəti Ermənistanda Trampın seçkilərdəki qələbəsindən tutmuş Vaşinqton və Moskvanın strateji dialoqa başlamaq cəhdlərinə qədər hadisələrin belə dönüşünə qətiyyən hazır olmadığını diqqətə çatdırıb: "Ermənistan hakimiyyətinin xarici siyasət sahəsindəki hərəkətləri və bəyanatları indi böyük ölçüdə ətalətdir. Bu, ABŞ və Aİ-nin Cənubi Qafqazla bağlı vahid mövqeyə malik olduğu əvvəlki proseslərin ətalətidir. İndiki hakimiyyət hələ də demokratik dəyərlərə müraciət edir, bu kozırla oynayır və bundan indiki administrasiyanın əsas prioritetləri kimi istifadə edir”. Rəsmi İrəvanın xarici siyasətində hər hansı ardıcıllığın və ya aydın strategiyanın olmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Arutyunovun sözlərinə görə, vəziyyət obyektiv olaraq Ermənistandan balanslaşdırılmış addımlar və bacarıqlı manevrlər tələb edir, lakin bu, zəif və yöndəmsiz şəkildə aparılır və çox vaxt son dərəcə mənfi nəticələrə gətirib çıxarır. Bu arada onu da qeyd edək ki, ABŞ-ın yeni prezidentinin əlamətdar qərarlarından biri də xarici ölkələrə yardımın 90 gün müddətinə dayandırılması haqqında fərman sayıla bilər. Aydındır ki, Donald Tramp administrasiyasının maliyyə dəstəyi verdiyi ölkələrlə bağlı öz gözləntiləri və tələbləri olacaq. Qərar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) üzrə qəbul edilib və Amerikanın xarici xərclərini optimallaşdırmağa yönəlib. Xatırladaq ki, Cənubi Qafqazda USAID ən çox Ermənistanda fəallıq göstərib, ona müxtəlif növ dəstək verib. Lakin tendensiyalar göz qabağında olsa da, 90 günlük fasilədən sonra İrəvanla bağlı hansı qərarların veriləcəyi məlum deyil. Çox güman ki, Ermənistana dəstək proqramları da dayandırılacaq və ABŞ-ın bu etibarsız ölkəni ayaqda saxlamasının nə üçün lazım olduğu barədə yenidən düşünməyə başlanacaq. Respublikaçılar Ermənistanla münasibətlərini qurarkən nəzərə alırlar ki, həm erməni diasporu, həm lobbi təşkilatları, həm də rəsmi İrəvan Demokrtalara bu və ya digər şəkildə dəstək verməyə çalışıb.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ