Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Makron 8 Avropa dövlətinin lideri ola bilmədi - Trampın "acığına görüş" iflas etdi...

Image


ABŞ olmadan Avropanın xarici siyasi, hərbi fəaliyyətinin az qala mümkünsüz olduğu Parisdə tələm-tələsək təşkil olunan fövqəladə sammit fonunda bir daha öz təsdiqini tapdı. Eyni zamanda bu tədbir Fransa prezidenti Emmanuel Makronun Avropa lideri olmaq arzusunun gözündə qalması ilə, əslində, buna qabiliyyətinin çatmadığını da təsdiqlədi.

Qeyd edək ki, Emmanuel Makron Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka, həmçinin Böyük Britaniya liderlərini Parisdə qeyri-rəsmi görüşə dəvət edib. Görüşdə Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətləri müzakirə olunmalı və qərar qəbul edilməli idi.

Avropa liderlərinin vahid cəbhədən çıxış edəcəyi, Ukraynanı dəstəkləmək, Avropanın təhlükəsizliyini gücləndirmək üçün yeni təklifləri müzakirə edəcəyi gözlənirdi. Amma bu baş vermədi. Səkkiz Avropa ölkəsinin liderləri, həmçinin Avropa İttifaqı və NATO təsisatlarının nümayəndələrinin Parisdə təşkil edilmiş danışıqları birgə bəyanat olmadan başa çatıb. Təxminən üç saat davam edən danışıqların yekununda heç bir ümumi kommünike imzalanmayıb. Polşanın Baş naziri Donald Tusk bildirib: “Belə görüşlər qərarlarla başa çatmır, çünki bu hər hansı məcburi və yekun qərarlar qəbul edə bilən orqan deyil”. Almaniya kansleri Olaf Şolts jurnalistlərlə söhbətində etiraf edib ki, Aİ ölkələrinin öz sənaye və sosial sahələrinə zərər vermədən Kiyevə daha çox dəstək verməsi yalnız ayrıca maliyyələşdirmənin təşkili ilə mümkündür. Berlində yerləşən Avropa Xarici Əlaqələr Şurasının siyasi məsələlər üzrə aparıcı əməkdaşı Mayda Ruc qeyd edir: “Bir qrup Aİ ölkəsi aydın şəkildə bildirməli idi ki, pis və tələsik hazırlanmış Tramp sövdələşməsinin tərkib hissəsi deyillər, Ukraynaya dəstəyi davam etdirəcəklər. Amma bu baş vermədi”. Trampın Ukrayna və Rusiya üzrə elçisi Kit Kelloq deyib ki, Avropa sülh danışıqlarına birbaşa qatılmayacaq. Bundan sonra Avropanın narahatlığı daha da güclənib. Bir neçə gün öncə ABŞ müdafiə naziri Pit Heqset deyib ki, Vaşinqton daha əsas diqqəti Avropanın təhlükəsizliyinə yönəltmir. Bu isə qitənin təhlükəsizliyinə daha bir zərbə sayılır.

Vaşinqtonun hərəkətləri həyəcan yaradıb. Qitədəki Avropa liderləri Vaşinqtonun Ukrayna müharibəsinin başa çatdırılmasına birtərəfli saydıqları yanaşmasına necə cavab verməyi götür-qoy edirlər. Qitənin dərin ziddiyyətləri üstələyə biləcəyi, Ukrayna müharibəsini bitirmək, Rusiyanın öhdəsindən gəlmək üçün ortaya konkret strategiya qoyub-qoymayacağı aydın deyil. Varşavada yerləşən Piletski İnstitutunda Rusiya üzrə ekspert Yen Qarner qeyd edir: “Avropanın vaxtı daha çox müzakirəyə, bəyanatlar verməyə, çağırışlar etməyə gedib, nəinki sözlərini əməli ilə təsdiqləməyə, Ukraynaya konkret dəstək verməyə, yaxud özünün seçdiyi hər hansı siyasəti yürütməyə”. Avropa rəsmiləri xəbərdarlıq edirlər ki, tələsik razılaşdırılmış sülh, yaxud atəşkəs Ukraynaya və Avropanın daha geniş təhlükəsizliyinə zərbə vuracaq. Avropa Ukraynanın ən böyük maliyyə dəstəkçisidir, hətta Birləşmiş Ştatları belə üstələyir. Ancaq hərbi dəstəkdə geri qalır. Macarıstan və Slovakiyanı çıxmaqla, Avropada Ukraynaya dəstək böyükdür. Amma fikir ayrılığı da var. Yen Qarner qeyd edir: “Texniki baxımdan hamı yekdil fikirdədir. Problem ondadır ki, planlara daha detallı baxanda heç kəs razı deyil”. Avropanın ordusunun yaradılması buna ən yaxşı misaldır. Avropa liderlərinin bəziləri deyirlər ki, sülh sazişi razılaşdırılarsa, təhlükəsizliyin təminatı üçün Ukraynaya Avropanın hərbi qüvvələri yerləşdirilsin. Amma digər rəsmiləri, o cümlədən Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bu ideyanı rədd edir. Qarner deyir: “Avropanın bütün bu liderləri hələ də potensial ehtimalların içində çabalayırlar. Heç kim yekdil, hərtərəfli, işlək bir plan ortaya qoymayıb ki, konkret bunu etmək istəyirik. Və əlbəttə ki, Tramp, Putin, hətta Zelenskinin özü Avropanı ciddiyə almır”. Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli də maraqlı nüanslara diqqət edir. O xatırladır ki. 1945-1991-ci illər arasında ABŞ Qərbi Avropanın təhlükəsizliyinin təminatı üçün təqribən 50 trilyon dollar xərcləyib: “Təbii ki, bu xərclər SSRİ kimi bədheybətin və Moskvanın nəzarətində olan Varşava Müqaviləsi Təşkilatının qarşısını kəsmək üçün - ABŞ-SSRİ qarşıdurmasının nəticəsi idi. Amma məsələ odur ki, ABŞ Avropanın təhlükəsizliyinə trilyonlarla dollar xərclədiyi zaman Qərbi Avropa ölkələri hərbi xərclərini azaldıb, sosial-iqtisadi problemlərin həllinə pul xərcləməyə başladılar. 1970-ci ildə məlum oldu ki, məsələn, orta statistik belçikalı orta statistik amerikalıdan 2 dəfə yaxşı yaşayır – çünki Belçikanın təhlükəsizliyini ABŞ öz pulu hesabına təmin edir, həmin ölkənin hökumətləri isə müdafiə xərclərinə qənaət edib, rifah halı yüksək cəmiyyət qurur. 1980-ci ildə artıq Qərbi Avropanın istənilən ölkəsinin orta statistik vətəndaşı ABŞ-ın orta statistik sakinindən daha yaxşı yaşamağa, keyfiyyətli pulsuz təhsil, səhiyyə xidməti və sair almağa başladı. SSRİ dağılandan sonra ABŞ-ın “transatlantik-qlobalist” elitası bu yardımın əvəzinə Avropada öz siyasi tərəfdaşlarını, “psevdo-liberal klanları” hakimiyyətə gətirdi. Yəni SSRİ dağılandan, Rusiya zəifləyəndən sonra bütün diqqəti rəsmi Moskvanı “qucaqlayıb boğmağa” yönəltməkdənsə, öz ideologiyasını Avropada hakimi-mütləq qılmağa çalışdı. Bu ideologiya isə insanlığın təməl prinsiplərinə zidd idi – iqtisadiyyatda da “aşırı tənzimləmə” metodları ilə əsl liberal bazarı, rəqabəti, demokratiyanı, fikir azadlığını boğmağa başladılar. Tramp və komandasını “pulgir” kimi təqdim edən həmin “ideloji xətt” anlamır ki, 80 il Avropanın təhlükəsizliyinə trilyonlarla dollar xərcləmiş ABŞ indi onlara “pulsuz çətir” olmaq istəmir. Trampın “ÜDM-lərinizin 4-5%-ni hərbi xərclərə yönəldin” tələbi “pulgirlik” məsələsi deyil, adi, soyuqqanlı hesab-kitabdır. Əslində, Tramp və komandasının Avropada özlərinə ideoloji yaxın siyasi partiyaları dəstəkləməsinin əsl səbəbi də budur - obrazlı desək, “Obama-Bayden elitasını” öz elitası ilə əvəzləmək cəhdidir və bu artıq qlobal ideoloji qarşıdurmadır. Tramp və komadasının “sağ-sağlam” konservatizmi əsas ideoloji xətt elan etməsi Rusiyanın “dünya konservatorlarının mərkəzi” olmaq, qlobal layihəyə çevrilmək cəhdlərini də darmadağın edir ki, bu çox yaxşıdır”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ