Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Avropadan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri müşkülə çevrilir...

Image


Avropa İttifaqının digər ölkələrə qarşı ikili standartlardan çıxış etməsi, bəzi hallarda onların daxili işlərinə qarışmaq cəhdləri heç kimə sirr deyil. Bu hal, xüsusən də Avropa Parlamentinin timsalında özünü qabarıq büruzə verib. Qurum Azərbaycana qarşı da qərəzli mövqe tutub. Avropa Parlamenti artıq öz anti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirib.

Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər Avropa Parlamentinin iş üsulunda xüsusi yer alır. Bu gün Azərbaycanda məhkəməsi gedən, əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir, “siyasi məhbus” kimi qələmə verilməsi cəhdləri edilir. Ölkəmizin qlobal və regional səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə, göstərdiyi səylərə qərəzli münasibət də diqqətdən yayınmır. Təəssüf ki, avropalı parlamentarilər hətta iqlim dəyişmələri ilə bağlı mühüm bir məsələni siyasiləşdirərək, Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən belə çəkinmədilər. Bütün bunlar Avropa Parlamentində dərin kök salmış korrupsiyanın və rüşvətxorluğun ağır fəsadları kimi də qiymətləndirilir. Fransanın, Ermənistanın və erməni lobbisinin yalan narrativləri üzərində qurulmuş yanaşmalr da bu mənada əldə olunmuş maddi mənfəətin qarşılığıdır. Amma Avropanın bu qərəzli yanaşmasının da sonu çatır. Çünki Avropa indi əsas problemini ABŞ-la yaşamağa başlayır. Bu fonda onun başqa ölkələrin daxili işlərinə müdaxiləsi heç də asan olamayacaq. Faktdır ki, indi transatlantik münasibətlərin yeni istiqamətdə irəliləməsi müşahidə olunur. Ekspertlər bunu DonaldTramp administrasiyasının daha güclü, tranzaksional, yəni münasibətlərin qarşılıqlı fayda və əməliyyatlara əsaslanması və merkantilist, yəni ixracatı təşviq edib idxalatı məhdudlaşdırma kimi xarici siyasət yürütməsi ilə əlaqələndirir. Bu siyasət ABŞ-ın iş yerlərini və sənayesini qorumağa və beynəlxalq ticarətin uzun müddət mövcud olan qaydalarını yenidən yazmağa yönəlib. Əvvəlki ABŞ administrasiyalarının siyasətlərini nəzərə aldıqda İran və Çin kimi rəqiblər üçün bu, böyük bir dəyişiklik deyil. Lakin Avropa İttifaqı kimi müttəfiqlər və tərəfdaşlar üçün bu, çox sarsıdıcı və narahatedicidir. London Kral Kollecində ABŞ və Avropa İttifaqının tənzimləyici siyasətini araşdıran dosent Çeyz Foster hesab edir ki, hazırkı ABŞ administrasiyasının nə edəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir: “Trampın əvvəlki prezidentlik müddətindən daha az proqnozlaşdırıla bilən və, əlbəttə ki, əksər digər administrasiyalardan daha qeyri-müəyyəndir”. Vaşinqtondakı Amerika Sahibkarlıq İnstitutunun tədqiqatçısı Dalibor Rohats isə a bildirib ki, Vaşinqton ilə Brüssel arasında sadəcə gərginlik olacağını demək məsələnin ciddiliyini azaltmaqdır: “ABŞ-dən gələn siqnallar ənənəvi Avropa liderlərini dərindən narahat edir. Şübhəsiz ki, siyasət əsasən tranzaksionaldır, amma Donald Trampın Amerikanın milli maraqlarını anlama tərzi çox dar və şəxsi xarakterlidir”. Londonda yerləşən Avropa İslahat Mərkəzinin direktor müavini Ayan Bond isə hesab edir ki, qarşıdakı bir neçə il Avropanın sabitliyi və təhlükəsizliyi üçün çox təhlükəli ola bilər və son 80 ildə həm ABŞ, həm də Avropa maraqlarına xidmət edən transatlantik əlaqələri böyük, bəlkə də, son dərəcə ağır bir gərginlik altına qoyacaq.

Tramp uzun müddətdir ki, ABŞ sənayesinin ucuz idxallar səbəbindən zəiflədiyi fikrini irəli sürür. Rüsumlar administrasiyanın Amerika işçiləri üçün daha yaxşı razılaşmalar əldə etmək, iş yerlərini qorumaq və vergi gəlirlərini artırmaq məqsədilə planlaşdırdığı əsas alətlərdən biridir. London Kral Kollecinin dosenti Çeyz Foster bildirib ki, o, bir növ ticarət müharibəsi gözləyir: “Hər şeyin tamamilə nəzarətdən çıxacağını demirəm, amma əgər Avropadan gələn mallara 10-20 faiz arasında rüsumlar tətbiq edilərsə, Aİ-nin qarşılıq verəcəyini gözləyirəm”. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib ki, Aİ Avropa mallarının ABŞ-a idxalına rüsumların mümkün tətbiqinə hazırlaşıb, praqmatik siyasət aparacaq və lazım gələrsə danışıqlar aparacaq. Tramp administrasiyasının Brüsseldən bir üstünlüyü var: Bu, Aİ-nin zəifləyən iqtisadiyyatı ilə müqayisədə ABŞ iqtisadiyyatının gücüdür. Ancaq o, ABŞ-nin ticarət siyasəti təzyiq kimi qəbul ediləcəyi halda, qarşı tərəfin cavab reaksiyası verəcəyini istisna etmir. Foster deyib ki, əgər bu baş verərsə, Avropa sənayesi və onun siyasi dəstəkçiləri Tramp siyasətinə qarşı çıxa bilər ki, bu da “iqtisadi patriotizm” və ya “bayraq ətrafında birləşmə” hissiyyatı yaranmasına səbəb ola bilər. Kanadanın Trampın tarif qərarına reaksiyasını xatırladan Foster qeyd edir: “Bu iqtisadi olaraq daha güclü bir ölkə tərəfindən hücuma məruz qalan bir ölkənin sərt mövqe tutmasıdır. İqtisadi patriotizm, tərəfdaşlıqdan asılı olmayan bir hissiyyatdır. Buna görə, Avropa əhalisinin bir çox fərqləri bir kənara qoyaraq, öz maraqlarını ABŞ-yə və ya onlara təzyiq edən başqa bir ölkəyə qarşı müdafiə etmək üçün ümumi bir siyasət uğrunda birləşməsi mümkündür”. Avropa İttifaqı “Google” və “Apple” kimi texnologiya şirkətlərini tənzimləməkdə daha sərt yanaşma sərgiləyir. Parisdə ABŞ və Avropa liderləri ilə yanaşı, texnologiya rəhbərlərinin iştirak etdiyi süni intellekt sammitində ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Aİ-nin texnologiya sektorunu tənzimləmək üçün atdığı addımları tənqid edib. Trampın mühafizəkar siyasətinin populist mesajlar ötürən və mühafizəkar kimi qəbul edilən Macarıstan baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fitsonun mövqeyini və nüfuzunu gücləndirməi də Avropanı narahat edir. Macarıstan baş naziri Orban Tramp və mühafizəkar fəallara olan rəğbətini gizlətmir. ABŞ-da seçki günü, Tramp Demokrat rəqibi Kamala Harrisi məğlub etdikdən sonra Macarıstan lideri “Facebook” səhifəsində qələbə xəbərini “Biz qazandıq!” mesajı ilə paylaşmışdı. ABŞ-ın Alman Marşall Fondunun Berlindəki proqram rəhbəri Süzanna Veq bildirib ki, Orban indi özünü haqlı hiss edir və Avropa İttifaqında əngəl yaradan davranışla özünün illiberal mövqeyini daha da möhkəmləndirir. Bratislavadan olan slovakiyalı siyasi analitik Qriqori Mesejnikov isə hesab edir ki, Fitso Orbandan fərqlidir. Analitikin fikrincə, Fitsonu asanlıqla sağçı siyasətçi kateqoriyasına salmaq çətindir: “Doğrudur, onun təqdim etdiyi ideyalar daha çox sağa yaxındır, amma o, tipik sağçı siyasətçi deyil. O, hələ də Rusiyayönlü xətti izləyir. O, Rusiyapərəstdir və həm də anti-Amerikadır, bu isə olduqca paradoksaldır”. Slovakiyalı ekspert deyib ki, baş nazir Fitso prezident Trampa müsbət yanaşır: “Düşünürəm ki, o, anti-Amerikanizm yanaşmasına baxmayaraq, Trampın prezident seçkilərindəki qələbəsini alqışlayıb”. Londonda yerləşən Avropa İslahat Mərkəzinin direktor müavini A.Bond isə bildirib ki, Tramp administrasiyasının Avropadakı sağçı populistlərə dəstək verəcəyini gözləyir: “Tramp dövründə Ağ Evin Avropadakı sağçı populistlərin mövqeyini gücləndirmək üçün əlindən gələni edəcəyini gözləyirəm və bu, yalnız artıq hakimiyyətdə olanlar, məsələn, Orban və Fitso üçün deyil, həm də hakimiyyətə gəlmək istəyənlər üçün olacaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ