çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

İrəvanda Bakı-Moskva gərginliyi "təhlil" edilir - qaz məsələsi, İran və Qərb faktorları...

Image


Tural İsmayılov: "Ona görə də erməni "ekspertlər", hətta ölkə daxilində gedən proseslərdən bixəbərdirlər"

Azərbaycan məsələləri üzrə erməni "ekspert" son günlər mediada Azərbaycanla Rusiya arasında təyyarə qəzasından dolayı yaranan gərginliyi heç bir dəxli olmayan məsələlərlə bağlamaqla erməni cəmiyyətinə uydurma nağıllar danışır.

Faktiki olaraq, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiyadan öz haqqını tələb edir. Putin isə buna görə öz "atı-arabası" ilə Azərbaycanı hədəfə alib, bütün informasiya arsenalı nişangahını 7/24 Bakıya tuşlayıb. Ermənilər isə bu "soyuq küləklər"in səbəbini görün hansı fantastik motivlərdə axtarır...

Bütün motivlərin qayəsində o dayanır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin kəskinləşməsinin səbəbkarı rəsmi Bakıdır və o bunu süni şəkildə edir.

"Ekspert"in birinci versiyası ondan ibarətdir ki, bu yaxınlarda İranla Rusiya arasında bağlanan strateji tərəfdaşlıq haqqında müqavilədən sonra rəsmi Tehran Moskvadan xahiş edib ki, Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişsin. Yəni Rusiya Zəngəzur dəhlizini açmaq tələbindən vaz keçsin. Guya Tehranın xahişini Moskvanın "dərhal qəbul etməsi" isə Azərbaycanı qıcıqlandırıb. Bu bədbəxtlərin bəyəm xəbəri yoxdur ki, Rusiya indi Zəngəzur dəhlizinin açılmasını əvvəlkindən daha çox istəyir?

"Ekspert"in növbəti versiyası belədir ki, guya Rusiyanın Azərbaycan ərazisindən Avropaya ixrac etdiyi tranzit qaz tariflərinin qiymətini Bakı qaldırmaq istəyir. Məhz iki ölkə arasında fikir ayrılığı guya bununla bağlı ola bilər. Halbuki, Azərbaycan üzərindən Rusiya qazı Avropaya ixrac edilmir və bu, infrastruktur baxımından mümkün deyil. Çünki buna infrastruktur yoxdur. Rusiya Azərbaycana ildə maksimim 4 milyard kubmetr qaz ixrac edə bilər. Halbuki, Ukrayna müharibəsinə qədər Rusiya Avropaya 200-210 milyard kubmetr qaz ixrac edirdi. Bununla yanaşı, sonuncu dəfə Azərbaycan Rusiyadan 2023-cü ildə öz daxili tələbatı üçün - ölkənin şimal rayonlarını qazla təmin etmək məqsədi ilə bir milyard kubmetr qaz alıb.

Eyni zamanda, ermənilər bu məsələdə Türkiyə faktorunu da istisna etmirlər. Guya Siriyada gedən son proseslərlə bağlı Türkiyənin təhriki əsasında Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirir.

"Azərbaycan məsələləri üzrə ekspert" daha sonra əlavə edir ki, guya Rusiya ilə münasibətləri gərginləşdirməklə Bakı Qərbə göstərmək istəyir ki, o, Rusiyadan uzaqlaşır. Yeri gəlmişkən, bu tendensiya Ermənistanda çox aktual olduğundan, başabəla "ekspert" elə bilir ki, Azərbaycanda da hökumətin Avropadan ötrü ürəyi uçur. Halbuki, Azərbaycanın nə Qərbdən, nə də Rusiyadan umacağı bir şey yoxdur. Sadəcə olaraq, rəsmi Bakı Rusiya HHM-i tərəfindən vurularaq qəzaya uğradılan təyyarəyə görə Moskvadan beynəlxalq hüquq normalarına uyğun davranış tələb edir. Elə isə, erməni “ekspert” bu cür fantastik düşüncələr ortaya qoymaqda hansı məqsədlər güdür?

Baki-xeber.com saytına bu barədə açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, erməni ekspertlərinin gülunc və uydurma versiyalara əsaslanan ittihamlarına şərh verilməsinin tərəfdarı deyil: "Çünki nəzərə almaq lazımdır ki, Ermənistanda siyası institutlar və siyasi partiyalarla cəmiyyət arasında heç bir əlaqə yoxdur. Eyni zamanda, bu ölkədə özünü politoloq və ya siyasi təhlilçi adlandıran adamların da cəmiyyətlə heç bir əlaqəsi mövcud deyil. Ona görə də bu erməni "ekspertlər", hətta ölkə daxilində gedən proseslərdən bixəbərdirlər. Bu səbəbdən də əksər erməni ekspertlərinin həm Azərbaycana, həm də Ermənistanın özünə dair "təhlilləri" və "şərhləri" qərəzlidir və yalan üzərində qurulur. Ona görə də bu qəbildən olan şərh və təhlilləri cavabsız buraxmaq daha faydalıdır. Çunki biz onları müzakirə etdikcə həm tirajlayırıq, həm də ona müəyyən dəyər qazandırırıq. Halbuki, onların heç bir dəyəri yoxdur.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, hazırda faktiki olaraq Azərbaycanla Rusiya arasında baş verənlərin təfərrüatları erməni ekspertlərı üçün qaranlıq məsələdir.

Digər tərəfdən, bu ekspertlər doğrudan da müfəssəl siyasi təhlil qabiliyyətinə malikdirlərsə, ilk növbədə Ermənistanda baş verənləri doğru-dürüst qiymətləndirsinlər. Bu gün Ermənistanın kimin yaninda olduğu bəlli deyil. Dövlətin başı Rusiyanın qucağında, ayqları isə Qərbə və Amerikaya uzanır.

O ki qaldi təyyarə qəzasına, bu, Azərbaycan üçün maddi deyil, mənəvi məsələdir. Ona görə də Rusiya Azərbaycandan üzr istəməli (bunu artıq edib), günahı olan bütün məmurları cəzalandırmalı, AZAL-a və zərərçəkənlərə və ya onların varislərinə beynəlxalq hüquq çərçivəsində - Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərınə uyğun kompensasiya ödəməlidir. İki ölkə arasındakı incikliyin kökü məhz buradadır.

Rusiya isə Azərbaycanın real tələblərini yerinə yetirmək əvəzinə, öz informasiya arsenalına Azerbaycan haqqında dezinformasiya yaymaq, bizimlə təhdid dilində danışmaq əmri verib. Bunu hansısa uydurma məsələlərlə şərh etmək elə erməni ekspertlərinin yalançı xislətinə uyğundur.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ