Bazar günü günü, 08 noyabr 2026
     

Moskva-İrəvan qarşıdurması - Rusiya XİN kəskin bəyanat yaydı

Image


Rusiya Xarici İşlər Nazirliyi açıq mətnlə və diplomatik ifadələr olmadan İrəvana xəbərdarlıq edib ki, Ermənistan Qərbin geosiyasi oyunlarının girovuna çevrilməsin. Xarici İşlər Nazirliyinin bəyanatına görə, Ermənistan hakimiyyəti çoxdan öz xarici siyasət kursunu dəyişməyə hazırlaşır, Rusiyadan Qərbə dönüş edir:

“Biz əminik ki, İrəvan rəhbərliyi qəsdən Ermənistan və Rusiya arasında çoxşaxəli və çoxəsrlik əlaqələri pozmağa və ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə çalışaraq çox böyük səhv edir. Əminik ki, Ermənistan əhalisinin böyük əksəriyyəti bundan xəbərdardır”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin belə açıq mətnlə çıxış etməsinə səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın yeni açıqlamalarıdır. Paşinyan bildirir ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək gücündə deyil. O, Qarabağ məsələsində Azərbaycanın qəti qələbəsinin səbəbini Ermənistanın məğlubiyyətində yox, Rusiyanın fəaliyyətində axtarır. Rusiya Xarici İşlər Nazirliyi bu fonda yaydığı bəyanatda bildirir: “Ermənistan baş nazirinin 24 sentyabr 2023-cü il tarixli mesajları Rusiyaya qarşı qəbuledilməz hücumları ehtiva edir və rədd edilməkdən başqa heç nəyə səbəb ola bilməz. Daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyəti Moskvanın üzərinə yıxmaq cəhdi var. N.Paşinyanın son dedikləri Qərbdən ilhamlanan və rəsmi İrəvanın təkan verdiyi proseslərin, ölkəmiz və müttəfiqlik münasibətlərimiz üçün dağıdıcı proseslərin epizodik yox, sistemli xarakter daşıması ilə bağlı əvvəlki qənaətlərimizi təsdiqləyir. Hökumət başçısı faktiki olaraq etiraf etdi ki, bütün bu müddət ərzində respublika bilərəkdən Rusiyadan üz döndərməyə hazırlanıb. Onların Ermənistanın inkişafı üçün yeni Qərb vektoru təyin etmək yönündə atdıqları addımlar Rusiya Federasiyası və KTMT-nin səhvləri ilə əsaslandırılır. Eyni zamanda unudulur ki, dövlətlərimizin təhlükəsizlik və inkişaf məsələlərində maraqları əsasən oxşardır və ABŞ və digər NATO ölkələri Rusiyaya nəinki strateji ziyan vurmağı, həm də ümumi sabitliyimizi pozmağı qarşılarına məqsəd qoyublar. Rusiya həmişə müttəfiqlik öhdəliklərinə sadiq qalıb, erməni dövlətçiliyinə hörmət edib və respublikanı heç vaxt bizimlə və ya bizə qarşı kimi seçim qarşısında qoymayıb. Moskva qardaş Ermənistana təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində genişmiqyaslı yardım göstərib və göstərməkdə davam edir. 2020-ci ilin payızında Rusiya Federasiyasının və şəxsən prezident V.Putinin səyləri Ermənistanın tam məğlubiyyətinin qarşısını almağa imkan verdi. Əgər N. Paşinyan həftələr əvvəl atəşkəsə razılaşsaydı, itki daha az ağır olardı. Nəhayət, Rusiya sülhməramlılarının Qarabağda bəzən öz həyatları bahasına olan fədakar fəaliyyəti Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi naminə son dərəcə çətin missiyasını yerinə yetirməkdə davam edən öhdəliklərinin birbaşa təsdiqidir. Ölkəmiz respublikada Rusiya şirkətləri üçün süni çətinliklərin yaradılması barədə getdikcə daha tez-tez siqnallar verməsinə baxmayaraq, Ermənistanla həm ikitərəfli, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində mütəmadi olaraq iqtisadi və investisiya əlaqələrini artırmaq kursunu davam etdirir. Bu gün onlar rekord dinamika nümayiş etdirir, Ermənistan iqtisadiyyatının təsirli artımına və vətəndaşların rifahına töhfə verirlər. Ayrı-ayrı erməni nümayəndələrinin humanitar sahədə qarşılıqlı faydalı layihələrin gedişatını ləngitmək cəhdlərinə baxmayaraq, Rusiya Ermənistanla ümumi mədəni və təhsil məkanının möhkəmləndirilməsinin tərəfdarıdır. Regional məsələlərdə N.Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci ilin noyabrında Qarabağın statusu məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq barədə centlmen razılaşmasına əməl etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə boyun əydi. O, Praqa və Brüsseldə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında hərəkət etmək qərarına gəlib. Bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması şərtlərini, habelə Rusiya sülhməramlı kontingentinin mövqeyini əsaslı şəkildə dəyişdi. Ermənistan rəhbərliyinin uzaqgörənliyi ucbatından Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində bir sıra sazişləri həyata keçirmək mümkün olmadı, xüsusən də N.Paşinyan altı ölkənin bütün xarici işlər nazirləri tərəfindən respublikanın Azərbaycanla həmsərhəd rayonlarına KTMT müşahidə missiyası göndərməsi ilə bağlı artıq razılaşdırılmış qərarı imzalamadı.

Vəziyyət həm də rəsmi İrəvanın 9 noyabr 2020-ci il tarixindən sonra Ermənistan silahlı qüvvələrinin Qarabağda mövcudluğunun davam etdirilməsini israrlı şəkildə təkzib etməsi ilə də qızışdı ki, bu da sonuncu sentyabr eskalasiyasının əsas səbəblərindən birinə çevrildi. Sentyabrın 20-də R Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə yerdə qalan erməni birləşmələrinin çıxarılması və  “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun ağır texnika və silah-sursat çıxarılmaqla tam tərksilah edilməsi ilə bağlı əldə edilmiş razılaşma real mənzərəni üzə çıxardı və davamlı deeskalasiya üçün ilkin şərtlər yaratdı. Əsasən Rusiya və Azərbaycanla birgə ritmik işdən çəkinib Qərbə tərəf qaçmağa üstünlük verən Ermənistan rəhbərliyinin qeyri-ardıcıl mövqeyi nəticəsində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə əldə edilmiş üçtərəfli sazişlər kompleksinin icrası dalana dirənib. Qiymətli vaxt itirildi, bu müddət ərzində Ermənistan üçün əlavə təhlükəsizlik amillərinə çevriləcək sülh müqaviləsinin razılaşdırılması, sərhədin delimitasiyası və regional kommunikasiyaların bloklanması baxımından əhəmiyyətli irəliləyiş əldə oluna bilərdi. Avropa İttifaqının himayəsi altında adıçəkilən Praqa və Brüssel görüşlərində Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini xatırlamaması da diqqət çəkir. Bu gün də biz rəsmi İrəvanın Qarabağda aktual problemlərin həllinə kömək etməkdə güclü marağını görmürük - söhbət atəşkəsə riayət etmək, humanitar vəziyyətin yaxşılaşdırılması, Bakı ilə Xankəndi arasında davamlı dialoqun qurulması üçün əlverişli şəraitin yaradılmasından gedir. Paşinyan komandasının bu məsuliyyətsiz yanaşması erməni cəmiyyətinin bir hissəsinin başadüşülən narazılığına səbəb olub və bu, xalq etirazlarında ifadə olunub. Təbii ki, onların Rusiyadan ilham alması ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistan hökumətinin başçısı yaxşı bilməlidir ki, “rəngli inqilablar” təşkil etməkdə kifayət qədər mahir olan Qərbdən fərqli olaraq Moskva belə şeylərlə məşğul olmur. Qərb də qəribə təsadüf nəticəsində İrəvandakı hakimiyyət orqanları tərəfindən etirazçıların təqib olunması ilə bağlı çoxsaylı faktlara diqqət yetirməmək qərarına gəlib. Eyni zamanda, məlum olduğu kimi, ABŞ səfiri hökumətlə sıx əlaqə saxlayır. Bütün bunların fonunda açıq-aşkar hakimiyyətin təhriki ilə erməni mətbuatında əsl anti-Rusiya kampaniyası üzə çıxıb. Əminik ki, İrəvan rəhbərliyi qəsdən Ermənistanla Rusiya arasında çoxşaxəli və çoxəsrlik əlaqələri məhv etməyə və ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə cəhd edərək çox böyük səhvə yol verir”.  Beləliklə,  Kreml açıq mətnlə bütün günahların Ermənistan hakimiyyəti və Qərbin üzərində olduğunu bildirir.

Xarici İşlər Nazirliyi uzun-uzadı bəyanatında baş nazirə və Ermənistan hakimiyyətinə qarşı konkret ittihamlar irəli sürür. Bu çərçivədə Ermənistanın baş naziri strateji müttəfiqə qarşı tənqidi fikirlərini artıraraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının alətlərinin və Ermənistan-Rusiya strateji tərəfdaşlığının Ermənistanın xarici təhlükəsizliyini təmin etmək üçün kifayət etmədiyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov buna cavab olaraq bildirib ki, Rusiya Qarabağdakı sülhməramlılara qarşı qınaqları qəbul etmir: “Biz bu anın emosional intensivliyini başa düşürük, lakin məsuliyyəti Rusiya tərəfinin, hətta daha çox Rusiya sülhməramlılarının üzərinə qoymaq cəhdi ilə qəti şəkildə razılaşmırıq. Sülhməramlıları səhv bir şey etdiklərinə görə qınamaq - biz heç vaxt belə məzəmmətlərlə razılaşmayacağıq”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ