Bazar günü günü, 08 noyabr 2026
     

Kreml bu dəfə Paşinyanın üstünə daxili işlər nazirini göndərdi - Amerika müttəfiqliyimizi korşaldır...

Image


“Qərb Ukrayna ilə bağlı vəziyyətdən Rusiya Federasiyasını Cənubi Qafqazdan sıxışdırmaq üçün istifadə etmək istəyir, ABŞ Ermənistan və ermənilərlə maraqlanmır”. “RİA Novosti”nin yaydığı məlumata görə, bunu Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Rusiyanın daxili işlər naziri “Qərb Ukrayna ətrafındakı vəziyyətdən istifadə edərək Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və Rusiya-Ermənistan əlaqələrini məhv etmək istəyir. ABŞ və Aİ kəşfiyyat xidmətləri və hüquq-mühafizə orqanları, müdafiə və məhkəmə sistemi daxil olmaqla, əsas sahələr üzrə islahatların aparılması üçün öz reseptlərini təklif edirlər. Bu vəziyyət bizim müttəfiqliyimizi sarsıdır. Amerikalılar həmişə yalnız öz maraqlarını güdürlər, Ermənistan və erməniləri veclərinə almırlar” – deyə Kolokoltsev bildirib.

Göründüyü kimi, Rusiyanın daxili işlər naziri siyasi bəyanatlar verib və Paşinyanı az qala hədələyib.

  • “Rusiya Ermənistanda vəziyyəti qarışdırmaq iqtidarındadır”     

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində “Rusiya ilə Ermənistan arasında münasibətlərin sürətlə soyumasının şahidiyik. Təbii ki, bu da Ermənistanın anti-Rusiya siyasəti, eyni zamanda Qərbyönümlü addımları ilə əlaqədardır. Nikol Paşinyan hakimiyyətə  gəldiyi gündən antirusiya siyasətini yürüdür. Hakimiyyətə gələndən sonra onun ilk addımlarından biri KTMT-yə rəhbərlik edən erməni əsilli insanı həbs etmək oldu. Paşinyanın daha sonra da onun vəzifədən kənarlaşdırılmasına nail olması əslində hakimiyyətə gəldikdən sonra hansı mövqeyə sahib olacağını bir daha isbat etmiş oldu. Amma müəyyən mənada sonralar bu münasibət bir az səngidi, Paşinyan Rusiyaya qarşı açıq mövqe ortaya qoymadı. Amma İkinci Qarabağ müharibəsi reallaşandan və ondan sonrakı proseslərdən sonra Nikol Paşinyan açıq şəkildə antirusiya bəyanatları verməkdən, ölkədə Rusiyaya qarşı iğtişaşların təşkil edilməsindən, hətta Vladimir Putinin özünün və komandasında olan insanların ünvanına fikirlər səsləndirilməsindən də çəkinmir. Bu, təbii, Rusiya və Ermənistan arasında olan münasibətdir. Amma biz bilirik ki, Ermənistan hər zaman kimlərdənsə öz məqsədləri üçün istifadə etmək məsələsində bu tip siyasəti ilə seçilib. İstifadə edir və sonra da lazım gələndə dərhal mövqeyini dəyişir. Ermənistanın Rusiyaya qarşı atdığı son addımlar bundan ibarət oldu ki, Ermənistan ABŞ-la birgə öz ərazisində hərbi təlimlər keçirib. Bu o Ermənistandır ki, KTMT-də təmsil olunur və həmin təşkilatın iclasında özünün sədrlik etdiyi zaman təlimlərin keçirilməsi ilə bağlı razılıq versə də, sonradan həmin təlimlərin keçirilməsindən müəammalı şəkildə imtina etdi. Təbii ki, bunun onun Qərbyönümlü himayədarlarının təsiri altında baş verən proses olduğunu bilirik. Ondan sonra təbii ki, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Ukraynaya səfər etdi, ora humanitar yardım apardı və ən sonda Erməninistan Roma əsasnaməsinin təsdiq olunması ilə bağlı prosesi başlatdı.   Roma Statutuna görə, bu əsasnaməni təsdiqləyən 120 ölkənin ərazisində Vladimir Putin axtarışdadır və onun həbsinə order verilib. 125-ci dövlət olmaq uğrunda prosesi reallaşdıran Ermənistan, təbii ki, Rusiyadan bu təpkini görməli idi”-deyə bildirdi.

X.Bəşirovun sözlərinə görə, bir tərəfdən bu addımları atan, digər tərəfdən Rusiyanın müdafiəsinə, mühafizəsinə güvənmək istəyən Ermənistan təbii ki, bu yürütdüyü siyasətlə hər tərəfdə, o cümlədən də Rusiyada çox ciddi qıcıq yaradır. “Ermənistanın baş naziri tərəfindən Rusiyaya  qarşı bəyanatlar verilir, Rusiyanın artıq Ermənistanın təhlükəsizliyinə təminat verməyəcəyi, Ermənistana artıq inanmadığı, eyni zamanda onun Cənubi Qafqazdan çıxması ilə bağlı fikirlər səsləndirilir. Təbii ki, bununla bağlı Rusiya tərəfinin bu şəkildə təpkisi gözlənilən idi. Qeyd olunduğu kimi, Rusiya daxili işlər nazirinin Ermənistana göndırilməsi prosesi elə bir görüntü yaradır ki, Vladimir Putin Rusiya prezidenti olaraq daxili işlər nazirini özünün quberniyalarından birinə göndərir, onun vasitəsilə həmin o quberniyaya rəhbərlik edən  şəxsə açıq şəkildə təhdidedci fikirlər çatdırır.  Bu da Ermənistanın bugünə qədər yürütdüyü siyasətin məntiqi nəticəsidir və Ermənistan bu gün yürütdüyü bu siyasətlə əslində Rusiya Federasiyasının subyektlərindən biri kimi tanınıb. Bütün dünya bilir ki, Ermənistanın bütün təminatları Rusiya tərəfindən həyata keçirilir. Onu da nəzərə almalıyıq ki, ən son Aİ-nin mülki missiyası adı altında  qüvvələrin, xüsusən də silahlıların Ermənistana yerləşdirilməsi Rusiyaya qarşı atılmış addımdır. Bir tərəfdən Rusiyanın 102-ci bazası Ermənisandadır. Digər tərəfdən, ABŞ-la hərbi təlimlər keçlirmək adı ilə ABŞ-a aid qüvvələrin Ermənistana yerlşdirilməsi, daha sonra Aİ-nin mülki missiya adı altında qüvvələrinin Ermənistanda mövcud olması təbii ki, onun bir tərəfdən siyasi və hərbi platsdarma çevirilməsinə gətirib çıxarır, digər tərəfdən də Rusiya bunu özünə qarşı açıq şəkildə təhdid hesab edir, Ukrayna-Rusiya müharibəsinin folunda Rusiyaya qarşı ikinci cəbhə kimi dəyərləndirir. Buna da ciddi əsaslar var. Mən düşünürəm ki, hadisələr bu məcrada inkişaf edəcəyi təqdirdə Rusiya dövləti mümkün qədər Nikol Paşinyanın hakimiyyətdən getməsi üçün əlindən gələni edəcək. Təbii ki, Rusiyanın  Ermənistanda, Paşinyandan əvvəlki dövrdə olduğu qədər olmasa da, hər ahlda ciddi təsiri var. Rusiya Ermənistanda vəziyyəti qarışdırmaq iqtidarındadır.  Necə ki, istədiyi məqamlarda bu prosesi reallaşdırır. Hər bir halda hesab edirəm ki, bu atılan addımlar Ermənistana müsbət heç nə vəd etmir. O cümlədən də Cənubi Qafqaz regionunda müəyyən narahatlıq, gərginlik yaradır. Düşünürəm ki, bu baxımdan bu bizim üçün narahatedcci məqamdır. Amma hər halda, düşünürəm ki, istənilən dövlətin  yürütdüyü siyasət onun öz iradəsi əsasında həyata keçməlidir, onun məsuliyyətin də o dövləti idarə edənlər, o xalqın özü daşımalıdır”-deyə X.Bəşirov əlavə etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ