Cümə günü, 13 mart 2026
     

Alban kilsəsini ermənilərə tabe etdirmiş çar qərarı nə zaman ləğv olunacaq - İcma rəhbəri danışdı...

Image


44 günlük Vətən müharibəsibəsindən sonra həlli vacib olan məsələlərdən biri alban kilsəsini erməni Qriqoryan kilsəsinin tabeliyindən çıxarmaq və Azərbaycanda onun statusunu bərpa etməkdir.

Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili ilə bu mövzuda danışdıq.

  • “Bu, sinodun qərarı deyildi, Çar Rusiyasının vaxtında erməni Qriqoryan kilsəsinin çox gizli hazırladığı əsasnaməsi idi”

- Robert müəllim, alban kilsəsinin tarixi barədə nə deyərdiniz?     

- Alban kilsəsi müstəqil kilsə olub, ona apostol kilsəsi deyiblər. Şərq kilsələri ilk kilsələrdir. Bu kilsənin də əsas tarixi ondan ibarətdir ki, birbaşa Qüdslə bağlı olan birinci kilsələrdəndir. Çünki İsanın 12 həvarisindən biri xristianlığı yaymaq üçün bizim əraziyə, yəni o vaxtkı Qafqaz Albaniyasına gəlib və xristianlığı yayıblar. Alban kilsəsi öz xətti olan müstəqil kilsə olub, ölkə daxilində öz qanuni ərazisi olub. Kilsənin müstəqilliyini şərtləndirən əsas amillərdən biri onun ərazisi olub. Qədim kilsələrin öz əraziləri öz yeparxiyası, öz təqdimatları, xeyir-duaları olub. Alban kilsəsinin tarixi alban çarlığı ilə bağlıdır. Bilirsiz ki, 313-cü ildə alban çarı Urunayr xristianlığı dövlət dini kimi qəbul edib. Bundan sonra məbədlər, kilsələr, dini komplekslər tikilməyə başlayıb. Bilirsiz ki, Azərbaycan xristian irsi çox zəngindir. Böyük Qafqazda, Kiçik Qafqazda, bütün regionda bu irs mövcuddur…

Ərəb işğalından sonra bu kilsənin statusu zəiflədi və düzənlik yerlərdə kilsələr qalmamışdı. Kilsələr  dağlıq, dağətəyi rayonlarda mövcud idi. Ərəblər bölgəyə islamı gətirməklə xristianlığın zəifləməsinə səbəb oldu. Kilsəyə birinci zərbəni ərəblər vurdu. Buna baxmayaraq, alban kilsəsinin statusu saxlanılmışdı. Alban kilsəsinin statusu 1836-cı ilə qədər qalıb. Alban kilsəsinə axırıncı zərbəni çar Rusiyası vurdu. Minillik tarixi olan Alban çarlığının öz tarixi, öz ərazisi, öz kilsəsi olub, öz din xadimləri yetişib, öz əlifbası, öz yazısı olub. VI əsrdə alban kilsəsində müqəddəs İncilin tərcüməsi oldu. Mövcud olan kilsə çox güclü idi, öz institutları, öz tərcüməçiləri, ölkənin tarixini əks etdirən kitabələri vardı. Albaniya güclü bir ölkə idi, güclü də kilsəsi vardı. İsanın 12 həvarisindən biri Varfolomeydən başlayıb Sergey Qanzasara kimi alban kilsəsinin tarixi mövcud olub. Bu tarixi irs Azərbaycanda və bütün regionlarda var. IV əsrdən  o kilsələr qalır və gələcəkdə onlar bərpa və konservasiya olunacaq. Kilsələrin bərpa prosesi gedir, amma bu zaman tələb edir. Ləğv edilmiş bir kiləsinin bərpası çox çətindir.

- Elə bir gizlinlər varmı ki, indiyə qədər açılmayıb, yaxud təhrif edilərək təqdim olunub?

- Bu sual çox maraqlıdır. Əlbəttə, gizlinlər var, onları açıqlamaq da olar. Əsas gizlinlər 1836-cı illə bağlıdır. Amma bu barədə söhbət əsnasında danışacağam. Gəlin, o biri məsələyə toxunaq. Ərəblər gələndə nə baş verib? Ərəblər gələndə özləri ilə təzə din gətiriblər, ərazimizi işğal ediblər. Xristianlara dəyməsələr də xristianlığa, xüsusən də alban kilsəsinə çox böyük zərbə vurublar. Alban çarlığı o vaxt kiminlə yaxınlaşmaq barədə düşünürdü. Cavanşirin vaxtında Qərblə birləşmək istədikdə ermənilər bundan istifadə ediblər. Ərəb xəlifəsinə də sərf etmirdi ki, burada Qərb kilsəsinin təsiri olsun, onlar burada Şərq kilsəsinin təsirinin olmasını istəyirdilər. Erməni din xadimləri bundan istifadə edib xəlifəyə məlumat verirlər ki, alban kilsəsinin nümayəndələri Qərblə yaxınlaşmaq istəyir, nəticədə də ərəblər alban kiləsəsini  zəiflədiblər. Bir çox din xadimlərini aparıblar, onların başına nələr gətirildiyi hələ də məlum deyil, onların taleyi bilinmir, bəzi din xadimlərini öldürüblər, bəzilərini sürgün ediblər. Bunlar ermənilərin fitvası ilə baş verib… Demək istəyirəm ki, 1836-dan əvvəl də alban kilsəsinə qarşı belə hallar olub.

- 1836-cı ilə, yəni çarın fərmanı ilə alban kilsəsi erməni Qriqoryan kilsəsinə tabe edilənə qədər bu kilsələrin vəziyyəti necə idi, nə qədər kilsə, monastır vardı? İbadət edənlərin sayı nə qədər idi?

- 1836-cı ildən əvvəl Kürəkçay, Türkmənçay müqavilələri mövcud idi. Faktiki Çar Rusiyası Qafqazı işğal etmişdi. Xanlıqları işğal etsə də, lakin burada xristian dövləti yarada bilmədi. Çünki islam dini dominant idi, xristianların sayı az idi. Albanlar, xristian tatları vardı, sayları da  çox deyildi. Burada  xristian dövləti yaratmaq üçün mühüit yox idi. Ona görə də Çar Rusiyası bizim əraziyə İrandan, Türkiyədən erməniləri köçürtdü. Sözügedən müqavilələrdən sonra erməni Qriqoryan kilsəsinin gizli əsasnaməsini hazırladılar və bu müqaviləni də Çar Rusiyası dəstəklədi, 39 vərəqdən ibarət olan bu əsasnaməni Çar I Nikolay təsdiq etdi.

- Bu əsasnamə nədən ibarət idi?

- Ondan ibarət idi ki, burada olan abidələr, alban kilsələri birbaşa Eçmiədzinin tabeliyinə verilirdi. Sənəddə alban kilsəsi termini işlətmirdilər, amma bütün iqamətgahlar, kilsələr birbaşa Eçmiədzinin tabeliyinə verildi, erməni Qriqoryan kilsəsinin yeparxiyaları yaradıldı. Məsələn, Qarabağ yeparxiası... Bu yeparxiyalar əsas ondan ibarət idi ki, burada olan alban dini icmaları faktiki olaraq erməni kilsəsinin tabeliyinə verilsin. Buradakı albanların bir hissəsi rus pravoslav kilsəsinin, bir hissəsi də erməni qriqoryan kilsəsinin tabeliyinə keçirildi. Onlar alban tayfaları idilər, udilər, xristian tatlar vardı, məqsəd onları erməni kilsəsinin içində əritmək idi. Kilsədə də aparıcı icma ermənilər olmalı idi, buna da ermənilər nail oldular. İrandan, Türkiyədən çox böyük sayda ermənilər köçürüldü, onlar kilsələr olan yerlərdə yerləşdirildilər. Qarabağda boş kilsələr dağlarda idi. Qarabağda bir kənd də udi kəndi idi. Məqsəd də alban tayfalarını ermənilərin içində əritmək idi. Bu çox ciddi məsələ idi. Din yaxınlığı olduğu üçün ibadət erməni dilində olurdu və alban tayfaları da onların içində əridi. O zaman udilərin çox böyük hissəsi seçim qarşısında idi. Bir hissəsi islamı qəbul etdi, bir qismi Gürcüstana çıxıb getdi, onları gürcü kilsəsinin icması kimi görürük, bir hissəsi rus pravoslav kilsəsini qəbul etdi.  Nicdə olan udilər öz ibadət yerlərindən imtina edib faktiki özlərini saxlayıblar, Eçmiədzindən bura göndərilən din xadimləri burada ibadətləri həyata keçirə bilməyiblər, udilər onların tabeçiyini qəbul etməyib. Son 200 ilə yaxın olan bu tarixdə bunlar baş verib. Bu gün Qarabağda yaşayanlar  erməniləşmiş albanlardır. Biz gələcəkdə bu termini işlətsək çox yaxşı olardı. Hətta ermənilər də onlara dönmüş ermənilər deyib onları qəbul etmirlər. Qarabağda yaşayanlar bilməlidir ki, onlar erməni deyil, erməniləşdirilmiş albanlardır, xristianlardır. Onlar gəlmə ermənilərin içində əriyiblər. Çar Rusiyası bizə çox ağır zərbə vurub, kilsəni elə ləğv ediblər ki, bu gün o kilsəni bərpa etmək çox çətindir. Məsələnin  görünməyən digər tərəfi odur ki, 1936-cı ildən sonra Qafqazda Şeyxülislamlıq institutu yaradıldı, islam çox dominat idi. O zaman çox yanlış bir rəy formalaşdırıldı ki, harada kilsə varsa demək o “erməni kilsəsi”dir. Xristianla erməni eyniləşdirildi, əgər xristiandırsa, demək ermənidi, xaç varsa erməni xaçıdır. Belə səhv bir təsəvvür yaradıldı. Hətta mən geoloq işlədiyim vaxtlar regionlara gedəndə bir kilsə görəndə “erməni kilsəsidir” deyrdilər. Bu ictmai rəy elə-belə yaranmamışdı, bu da çar Rusiyasının bir strategiyası idi. Məqsəd də o idi ki, bu irsin sahibi albanlar deyil, ermənilərdir kimi yanlış təsəvvür yaratsınlar.

- 1836-cı ilə qədər ən aktiv kilsələr, monastırlar əsasən hansılar idi? 

- Alban kilsəsinin mərkəzi Qanzasar idi, sonra Tatevə köçdü. Əsas işləyən kilsələr bunlar idi. O zaman demək olar ki, bütün kilsələr işləmirdi, boş kilsələr çox idi. Xudavəng monastır kompleksi demək olar ki, boş idi, amma Qanzasar (Gəncəsər) işləyirdi, Qəbələdəki, Şəkidəki, Oğuzdakı  kilsələr işləyirdi. Bizim kilsə də fəaliyyətdə idi.  O dövrdə kilsənin mərkəzi Zəngəzurda olan Tatev monastır kompleksi idi.  Bunlar 1836-cı ilə qədər fəaliyyətdə idi, icmalar vardı.

- 1836-cı ildə Rusiya Sinodunun Alban kilsəsini ermənilərə verməsi qərarı necə ləğv edilə bilər?.. Bunun üçün nə etmək lazımdır?

- Bildiyim qədər, buna ehtiyac yoxdur. Bu, sinodun qərarı deyildi, Çar Rusiyasının vaxtında erməni Qriqoryan kilsəsinin çox gizli hazırladığı əsasnaməsi idi. Bu baxımdan burada nə Çarın, nə sinodun səlahiyyəti vardı. Bunun üçün heç nə lazım deyil. Sadəcə olaraq alban kilsəsinin statusunu bərpa etmək lazımdır, buna da başqa sənədlər lazım deyil. Ermənilər özbaşına əsasnamə hazırlamışdılar, orada yazmayıblar ki, alban kilsəsi ləğv olunub erməni Qriqoryan kilsəsinə veilsin. Yoxdur bu. Bu çox gizli formada hazırlanmış bir sənəd olub, sənədin də əsas məğzi odur ki, Çar Rusiyası Qafqazı işğal edəndən sonra belə sərəncam verilib və alban kilsəsi onların tabeliyinə verilib. Belə hadisələr tarixdə çox olub. Hətta Ermənistan müstəqillik qazanandan sonra erməni Qriqoryan kilsəsi heç kəslə məsləhətləşmədən özünü erməni apostol kilsəsi elan etdi. Bizdə sadəcə bir dənə problem xeyir-dua problemidir. Ona görə ki, bizim din xadimimiz yoxdur. Yəni bizim nə metropolitimiz, nə patriarxımız, nə katolikosumuz var ki, o xeyir-duanı versin. Bunlar yoxdur. Ona görə də bizim gücümüz zəifdir. O ki qaldı onları necə ləğv etməyə, buna ehtiyac yoxdur, sadəcə xeyir-dua olandan sonra kilsənin müstəqilliyini biz elan etməliyik.  Buna heç bir sənəd lazım deyil.

- Bunun üçün Rusiyanın siyasi rəhbərliyinə, yoxsa birbaşa rus pravoslav kilsəsinin başçısına müraciət edilməlidir?

- Bunun üçün bizim rus kilsəsinə müraciət etməyimizə ehtiyac yoxdur, sadəcə alban kilsəsinin müstəqilliyini tanıyan bir Şərq kilsəsi olarsa və o  xeyir-dua verərsə məsələ  həll olunar. Alban kilsəsinə yaxın olan kilsələr Şərq kiləsləridir və buna görə də  onların din xadimlərinin, patriarxlarının bizə xeyir-dua verməsi kifayət edəcək ki, biz müstəqil kilsə kimi fəaliyyət göstərə bilək. Yaxud onların qanadının altında gələcəkdə müstəqil kilsə kimi fəaliyyət göstərə bilərik. Bu halda biz erməni Qriqoryan kilsəsinin tabeliyindən çıxa biləcəyik, alban kilsəsi müstəqil olacaq, onun müstəqil ərazisi olacaq.  

-  Azərbaycanda alban kilsəsinin tam olaraq statusunun qaytarılması ilə biz nə qazanacağıq?

- Əsas məqsədimiz odur ki, Azərbaycanda alban kilsəsinin statusu bərpa edilsin. Biz Türkiyəni, Albaniyanı, İsraili, Misiri götürək, o ölkələrdə kilsənin özünün ayrıca ərazisi var. Bu o deməkdir ki, o kilsənin öz qanuni ərazisi var, o ölkənin öz müstəqil kilsəsi var, burada olan çox zəngin irsin sahibi o kilsələrdir.  Azərbaycan alban kilsəsinin statusunu bərpa etməklə çox şey qazanacaq, bir daha sübut edəcək ki, Qarabağda olan kilsələrin sahibi alban kilsəsidir, bu irsin də varisi Azərbaycandır. Azərbaycanın sahib olduğu irsə isə başqa ölkələrin kilsə xadimlərinin rəhbərləri müdaxilə edə bilməz. Qarabağdakı kilsələrin sahibi Azərbaycandır və alban kilsəsinin gələcək rəhbəri də onu dünya miqyasında müdafiə edəcək, bu kilsənin varisi, icması, sahibi kimdir, hər kəs biləcək. Budur əsas məsələ.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Koştanın Əliyevlə görüşündən sonra köhnə problem yenidən aktuallaşdı...

AAYDA-da nə(sə) baş verir - Saleh Məmmədovdan sonra müavinlərin başında söz-söhbət...

MDB-dən çıxmağa Moldovadan sonrakı namizəd ölkə...

SON XƏBƏRLƏR

13.03.2026 / 02:15
Avroliqada 1/8 final mərhələsinə start verilib - NƏTİCƏLƏR

12.03.2026 / 23:50
İran ABŞ-ın 5-ci Donanmasının qərargahını vurdu...

12.03.2026 / 23:35
Paşinyanı özündən çıxaran Qarabağ hədiyyəsi - Vensə kitab bağışlayan direktoru işdən qovdu...

12.03.2026 / 22:54
Tramp İran neftinin ürəyini hədəflədi - Xark adasının işğal planına Amerikada da inanmırlar...

12.03.2026 / 22:18
Bakı-İrəvan sülh prosesində fərqli nüans bəyan edildi...

12.03.2026 / 22:07
Xocavənddə 58 yaşlı kişi minaya düşərək həlak oldu

12.03.2026 / 21:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan görüntülər paylaşılıb - VİDEO

12.03.2026 / 20:25
Paşinyan Naxçıvana Zəngəzur dəhlizindən fərqli marşrut təklif etdi...

12.03.2026 / 19:52
Azərbaycan rəhbərliyinin uğurlu diplomatiyası

12.03.2026 / 19:35
Uşaqların internet bəlalarından mühafizəsi yeni mərhələyə keçdi...

12.03.2026 / 19:11
Uşaqların gəlir və əmlak hüquqları daha dəqiq tənzimlənir

12.03.2026 / 18:50
Avropa və dünya, 12 qat Azərbaycan çempionu şəhid Emil Şamilov...

12.03.2026 / 18:48
Koştanın Əliyevlə görüşündən sonra köhnə problem yenidən aktuallaşdı...

12.03.2026 / 18:15
Azərbaycan sülhün qiymətini hamıdan yaxşı bilir - Prezident izah etdi...

12.03.2026 / 17:52
Avroparlament sədri Metsola yenə “dişində Azərbaycana zəhər damızdırdı”...

12.03.2026 / 17:31
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin “Komanda-Qərargah” təlimi keçirilib

12.03.2026 / 17:25
"Böyük güclər qaydalara əsaslanan beynəlxalq nizamı qəsdən pozur" - Slovakiyanın sabiq XİN başçısı

12.03.2026 / 17:12
"Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir" - Hikmət Hacıyev

12.03.2026 / 16:58
İran müharibəsi Azərbaycanın Avropa üçün enerji statusuna yeni məzmun verdi...

12.03.2026 / 16:47
Prezidentin köməkçisi: "Azərbaycan çoxtərəfliliyi dəstəkləyir"

12.03.2026 / 16:42
"Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model ortaya qoyub" - Hikmət Hacıyev

12.03.2026 / 16:33
Fransa Mərkəzi Bankının sədrindən etiraf - pulumuz qalmayıb…

12.03.2026 / 16:19
İran Hörmüz boğazında ABŞ tankerini vurdu…

12.03.2026 / 16:02
AAYDA-da nə(sə) baş verir - Saleh Məmmədovdan sonra müavinlərin başında söz-söhbət...

12.03.2026 / 15:50
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTO

12.03.2026 / 15:46
İran müharibəsi Trampı Rusiya sanksiyalarından imtinaya vadar edə bilər...

12.03.2026 / 15:40
MDB-dən çıxmağa Moldovadan sonrakı namizəd ölkə...

12.03.2026 / 15:32
"Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır" - Paşinyan

12.03.2026 / 15:22
İrəvandakı saxta genosid abidəsinə gedən yoxdur - direktor istefa verdi...

12.03.2026 / 15:02
Çevrəmizdəki müharibələr Azərbaycan Prezidentinin bu siyasət prinsiplərini sınaqdan çıxardı...

12.03.2026 / 14:50
İran ABŞ-la müharibəni dayandırmaq üçün şərtlərini açıqladı…

12.03.2026 / 14:13
Tramp "müharibə böyük ölçüdə bitdi" deyir - İran isə bombalayır...

12.03.2026 / 13:50
Narkotikin təsiri altında olan "ZİL" sürücüsü saxlandı

12.03.2026 / 13:27
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək

12.03.2026 / 13:15
Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 7000 manatadək cərimə və 5 ilədək həbs ediləcək

12.03.2026 / 12:26
Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb - FOTO

12.03.2026 / 11:24
ABŞ-ın Liviya ssenarisi

12.03.2026 / 11:17
"Ermənistanla sülhdən sonra biz Orta Dəhlizin genişləndirilməsi üzərində ürəkdən çalışırıq" - Prezident

12.03.2026 / 11:12
Prezident İlham Əliyev: "Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır"

12.03.2026 / 11:09
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı

12.03.2026 / 11:04
"Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək" - Prezident

12.03.2026 / 10:58
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumundakı çıxışında dünyada neftin qiymətindəki artıma toxunub

12.03.2026 / 10:50
"Ermənistanla sülh yalnız kağız üzərində deyil" - Prezident İlham Əliyev

12.03.2026 / 10:36
Prezident İlham Əliyev: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

12.03.2026 / 10:31
"Regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub" - Prezident

12.03.2026 / 10:25
Prezident: "Təhlükəsizlik, sabitlik hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır"

12.03.2026 / 10:20
"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir" - Prezident

12.03.2026 / 10:14
Əliyev: “Ermənistan öz tarixində ilk dəfə tranzit ölkə statusu əldə edəcək”... - FOTO/YENİLƏNDİ

12.03.2026 / 10:07
"XIII Qlobal Bakı Forumu müasir dünya üçün son dərəcə aktual mövzuya həsr olunub" – Hikmət Hacıyev

12.03.2026 / 08:08
Hizbullah İsrailə 150 raket atdı, İsrail Hizbullahın “qalasını” vurdu

12.03.2026 / 07:54
Xarici banklar işçilərini Dubay və Qətərdəki ofislərinə getməməyə çağırdı

12.03.2026 / 07:46
İraqın iki neft tankeri eyni anda vuruldu

12.03.2026 / 07:38
İsfahandakı aviasiya kolleci hücuma məruz qaldı

12.03.2026 / 07:27
İranın sənaye rayonu bombalandı

12.03.2026 / 07:18
Həşd əl Şəabi qərargahı vuruldu

12.03.2026 / 00:03
Prezident İlham Əliyevlə Antonio Koştanın birgə mətbuat bəyanatı...

11.03.2026 / 23:48
FTB xəbərdarlıq etdi - İran Kaliforniyaya hücum edə bilər…

11.03.2026 / 23:12
ABŞ-ın təhdidinə İrandan sərt cavab - Fars körfəzində bütün limanlar vurulacaq…

11.03.2026 / 22:55
KKTC Baş naziri Ünal Üstel Azərbaycan millət vəkili Cavanşir Feyziyevə təşəkkür etdi

11.03.2026 / 22:15
Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub

11.03.2026 / 21:44
Türkiyə və Azərbaycanı İranla müharibəyə çəkmək istəyənlər kimdir?...

11.03.2026 / 21:23
"Avropa İttifaqı Azərbaycan üçün bir nömrəli ticari tərəfdaşdır" - Prezident

11.03.2026 / 21:15
ABŞ-İsrail-İran savaşı Rusiyanın tam “əlinə oynamağa” başladı...

11.03.2026 / 20:22
ABŞ İrandakı mülki limanları da vuracaq – insanlara çağırış edildi: "Uzaq durun"...

11.03.2026 / 20:08
Tramp İranda müharibənin tezliklə bitəcəyinə eyham vurdu - vurulacaq bir şey qalmadı...

11.03.2026 / 19:47
Omanda neft anbarları vuruldu...

11.03.2026 / 19:22
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar - FOTO

11.03.2026 / 19:15
Avropa Birliyi “köhnə dünya düzənini bitmiş elan” etdi - “xaos və məcburetmə qaydalarına uymalıyıq”...

11.03.2026 / 18:39
Vergi ödəyicilərinin sayı artır, vergi yığımı azalır - qəribəlik...

11.03.2026 / 18:12
Paşinyan Prezident İlham Əliyevə təşəkkür etdi...

11.03.2026 / 18:01
İrandan Tramp və Netanyahunun çağırışına uyub etiraza qalxmaq istəyənlərə xəbərdarlıq - barmaqlar tətikdədir...

11.03.2026 / 17:56
"Ölkəmiz davamlı olaraq iqtisadi və siyasi mövqeyini möhkəmləndirir" - Vüqar Rəhimzadə

11.03.2026 / 17:51
Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşdü

11.03.2026 / 17:40
Koşta Azərbaycanı Aİ üçün çox mühüm tərəfdaş adlandırdı...

11.03.2026 / 17:38
AAYDA-da iki sədr müavinini işdən çıxarılıb? - Rəsmi açıqlama...

11.03.2026 / 17:34
Rusiya İrana qoşun göndərə bilər – Zelenskidən iddia…

11.03.2026 / 17:32
"Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk" - Antonio Koşta

11.03.2026 / 17:18
Prezident İlham Əliyev: "Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq"

11.03.2026 / 17:15
"Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir" - Prezident

11.03.2026 / 17:14
"Avropa Şurasının müvafiq platformasının Azərbaycana yanaşması qərəzlidir" - Rəşad Məcid

11.03.2026 / 17:03
Prezident İlham Əliyev və Aİ Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Uşaqların internet bəlalarından mühafizəsi yeni mərhələyə keçdi...

XƏBƏR ARXİVİ