Şənbə günü, 26 iyul 2025
     

Paşinyan Mişustinlə söhbətdə də 10 noyabr sənədinin 9-cu bəndini inkar etdi...

Image

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə deyib ki, Moskvada keçirilən nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın iclasında nəzərəçarpacaq irəliləyiş əldə edilib:

“Mən bir daha Ermənistanın bu nəqliyyat kommunikasiyalarının keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Ümid edirəm ki, konkret həll yolları tapa biləcəyik".

Bu, Paşinyanın ənənəvi mövqeyidir ki, Zəngəzur dəhliz yox, yol olsun. Azərbaycan da bunu qəbul etmir. Onda Paşinyan hansı irəliləyişdən danışır?

Paşinyan dolayısı ilə demək istəyir ki, Zəngəzur dəhlizi tam olaraq Ermənistanın nəzarəti altında olmalıdır. Halbuki, 10 noyabr razılaşmasına görə, Ermənistan dəhlizin təhlükəsizliyinə  zəmanət  verir, dəhlizə nəzarəti isə Rusiya sülhməramlıları həyata keçirməlidir. Bu nə dərəcədə doğru yanaşma sayıla bilər?

Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu görüşün daha çox Rusiyanın eqosunu təmin etməyə yönəlik təmas olduğunu düşünür: “Paşinyan vaxtaşırı olaraq Qərbə doğru reveranslar edir, vaxtaşırı olaraq KTMT-nin Ermənistandan çıxması lazım olduğunu bildirir. Rusiyanı ortada saxlayaraq Brüssel və Vaşinqtonla Qarabağ münaqişəsini həll etməyə çalışır. Yekunda isə öz ilkin planına, onun hakimiyyətə gəlməsinə dəstək olan qüvvələrin istəyinə xidmət edir. Bu da rus ordusunu Ermənistandan, sonra isə Cənubi Qafqazdan çıxarmaqdır. Rusiya bunu bilir təbii ki. Ona görə də Rusiyanın Ermənistana çox böyük təzyiq vasitələri var. Ermənistanın bütün infrastrukturu, dəmir yolları, elektrik şəbəkəsi hamısı Rusiyanın əlindədir. Ermənistanın hava və quru sərhədlərini Rusiya qoruyur. Ermənistanda hərbi bazaları var. Erməni ordusunda Ermənistan Təhlükəsizlik qüvvələrinin, keçmiş Qarabağ klanının Rusiyaya tabe olan nüfuzlu nümayəndələri var. Sonuncu sərhəd təxribatlarında da Paşinyan etiraf etdi ki, onlar ona yox, hansısa xarici qüvvəyə tabedilər,  ali baş komandan kimi başqalarını görürlər. Rusiya həm Paşinyanın öz sağlığına, həm də hakimiyyətinə təhlükə yarada bilər. Paşinyan da bunların hamısını bildiyinə görə, vaxtaşırı Rusiyaya səfərlər edərək Rusiya ilə yaxşı olduğunu göstərməyə çalışır. Ona görə də, bu görüş növbəti mənasız, Rusiyanın könlünü oxşamağa çalışan, Rusiyanın aqressiyasından canını qurtarmağa yönələn  bir görüşdür. Burda Paşinyanın açıqlaması əslində nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına uyğundur.  Azərbaycan Zəngəzur dəhlizinin ən azından maneəsiz dəhliz olmasını istəyir. Bunu Ermənistanın kefinə uyğun olaraq aça biləcəyi bir dəhliz kimi görmək istəmir. Ermənistan tərəfi Rusiyanın da istəklərinə cavab vermir. Çünki Rusiya açıq şəkildə göstərib ki, bu yol maneəsiz keçid olacaq, ancaq Rusiyanın FSB-si  buna nəzarət edəcək. Ermənistan isə açıqlamasında dedi ki, bu kommunikasiyalar keçdiyi ölkələrin süverenliyi çərçivəsində baş verə bilər. Bu da o deməkdir ki, bu yola nə Rusiya nəzarət edəcək, nə də hansısa şəkildə Azərbaycanın digər yollarından fərqli olacaq. Sadəcə,  Ermənistanın öz qanunları, öz qaydaları işləyəcək. Yəni Ermənistanın özünə tabe olan bir yol olacaq. Ermənistan, faktiki olaraq, mənim ərazimdə olan yoldan istifadə edə bilərsiz deyir. Əslində yol dediyi kimi açılarsa, fəaliyyət göstərərsə, Azərbaycanın da maraqlarına uyğun ola bilər. Çünki bizim üçün adın nə olmasının fərqi yoxdur. Bizə lazımdır ki, Zəngilandan çıxıb Ordubada gedə bilirik, yoxsa gedə bilmirik. Əgər bunu təmin edirsə və bunun adını biz öz yurisdiksiyamızla açdıq qoyursa, bizim üçün heç bir əhəmiyyəti yoxdur. Əgər mən yolları açıram deyib, fərqli məsələlərə toxunaraq bunu aylarla uzadacaqsa, düşünürəm ki, bu, əlbəttə, Azərbaycanın maraqlarına zidd olacaq”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

SON XƏBƏRLƏR

25.07.2025 / 22:22
Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə

25.07.2025 / 22:10
Ceyhun Bayramov və Hakan Fidan Ermənistanla sülh danışıqlarını müzakirə etdi...

25.07.2025 / 21:23
Bütün Fransa Makronun qəsdinə durdu - ölkə yeni aksiyalara hazırlaşır...

25.07.2025 / 21:08
Millət vəkili Mehriban Vəliyeva Aydın Quliyevi təbrik etdi

25.07.2025 / 21:06
65 yaşda "Əməkdar jurnalist" adı almaq mənim günahım deyil...

25.07.2025 / 21:05
EKO-nun Xankəndi zirvəsi Rusiyanı niyə bu qədər narahat edir?

25.07.2025 / 20:49
Sülhü pozan Ermənistan, hədəf Azərbaycan - Fransa parlamentindən absurd qərar...

25.07.2025 / 20:34
Zəngəzur dəhlizi məsələsinə NATO da qarışdı...

25.07.2025 / 20:19
Paşinyan həbs etdiyi rus oliqarxı barədə beynəlxalq məhkəmə qərarını da heçə saydı...

25.07.2025 / 20:12
Ermənistanın hücumları nəticəsində yaralanmış, mülklərini itirmiş, əsirlikdə və girovluqda olmuş zərərçəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

25.07.2025 / 20:04
Paytaxt köçürülə bilər - su qıtlığı daha kəskin problemə çevrilir...

25.07.2025 / 19:49
Paşinyanın siyasəti Elçibəyin 90-cı illərdəki Qərbyönlü siyasətinə bənzədildi...

25.07.2025 / 19:35
ABŞ-ın Zəngəzur planı Rusiya layihəsindən kəskin fərqlidir - Zaxarova narahatdır...

25.07.2025 / 19:22
Azərbaycanın ilk peykindən süni intellekt layihələrinin maliyyələşməsinə qədər...

25.07.2025 / 19:16
Bakıda DİN müşavirəsində sərt tələb - “icra olunmalıdır”

25.07.2025 / 19:09
Qubanın şəhid ailələri təklif etdilər - hər şəhid barədə kitab yazılsın...

25.07.2025 / 19:01
MM-in Korsikaya Dəstək Qrupundan Fransa parlamentinə sərt cavab - bu onları qıcıqlandırır...

25.07.2025 / 18:58
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

25.07.2025 / 18:55
Tələbə təqaüdləri artırıldı - 300, 450 manat...

25.07.2025 / 18:50
İsgəndər Xəlilovun oğlunun şirkəti ofisdə axtarış aparılmasını təkzib etdi

25.07.2025 / 18:41
Rusiya Aİİ çərçivəsində Ermənistanı iqtisadi sanksiyalarla hədələdi...

25.07.2025 / 18:35
Mixail Qusmanın Azərbaycan boyda səmimi və doğma ailəsi var – Cavid İsmayıl yazır

25.07.2025 / 18:30
Şuşa Media Forumu qlobal mətbuatda

25.07.2025 / 18:27
Nazirlər Kabineti 2018-də söz vermişdi ki, yaxın 3 ildə 100 faiz olacaq - hanı bəs?

25.07.2025 / 18:14
Kreml rəsmisi Zəngəzur dəhlizindən imtina etdi - şok...

25.07.2025 / 18:09
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO

25.07.2025 / 17:59
Rusiya Ermənistanın qazını kəsməkdən başladı – Tiflis-İrəvan xəttində nə baş verir?..

25.07.2025 / 17:46
İstanbulda Rusiya-Ukrayna danışığının iflas etməsinin şok səbəbləri - təfərrüatlar...

25.07.2025 / 17:33
Türkiyənin Akkuyu AES tikintisində maaş qalmaqalı günbəgün böyüyür...

25.07.2025 / 17:14
Ərdoğan Trampla Putini İstanbulda bir araya gətirmək istəyir...

25.07.2025 / 17:10
"Zəngəzur dəhlizi regional logistikanı gücləndirəcək" - Özbəkistan Nəqliyyat Nazirliyinin hesabatı

25.07.2025 / 17:07
“Yüksəliş” müsabiqəsi insan kapitalına dəyərli investisiyadır" - Fərəh Əliyeva

25.07.2025 / 17:01
"Beşinci “Yüksəliş” müsabiqəsinin 20 qalibindən ikisi ADA Universitetinin tələbəsi, biri isə ADA-nın müəllimidir" - Hafiz Paşayev

25.07.2025 / 16:49
Polis Pirallahıda əməliyyat keçirdi - 42 kq narkotik aşkarlandı

25.07.2025 / 16:33
Keçmiş Baş Qərargah rəisindən xəbərdarlıq - Rusiya-Ukrayna müharibəsi 2034-cü ilə qədər uzana bilər…

25.07.2025 / 16:15
ABŞ səfiri Makronun Fələstin qərarını ələ saldı - onda İngiltərə də Fransanı öz müstəmləkəsi elan edə bilər

25.07.2025 / 16:09
"Bakıda yəhudi özünü Parisdən daha təhlükəsiz hiss edir" - Corc Dik

25.07.2025 / 15:56
Cənubda ilk qız məktəbini təşkil edən Məryəm xanım...

25.07.2025 / 15:46
Hacıqabulda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu

25.07.2025 / 15:27
"Gəncəyə raketlər düşəndə mən oradaydım" - İsrail səfiri erməni hücumlarından danışdı

25.07.2025 / 15:22
Castin Timberleyk Bakıdadır!

25.07.2025 / 14:43
"Şuşanı ziyarət etmiş ilk İsrail səfiri olmaq mənim üçün böyük şərəfdir" - Corc Dik

25.07.2025 / 14:27
Kreml Ukraynanın təklifini yenə qəbul etmədi - Putin-Zelenski görüşü çətin ki, mümkün olsun...

25.07.2025 / 14:21
Şəxsiyyət vəsiqəsinə yeni məlumatlar əlavə ediləcək - FOTO

25.07.2025 / 14:18
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN

25.07.2025 / 14:11
44 günlük müharibə zamanı Ermənistanın əsir götürdüyü azərbaycanlı - "Mənə işgəncələr verildi"

25.07.2025 / 13:43
"Azərbaycan İsraillə Türkiyənin yaxınlaşmasında mühüm rol oynayıb" - Səfir

25.07.2025 / 13:35
Qazaxıstan Xəzər dənizini xilas etməyə çağırdı...

25.07.2025 / 13:19
"Azərbaycan multikulturalizm modeli ilə haqlı olaraq qürur duyur" - İsrail səfiri

25.07.2025 / 13:10
За что уволили в России бакинца М. Гусмана? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

25.07.2025 / 12:55
Yeni tədris ilində təhsil haqlarında dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA

25.07.2025 / 12:37
Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı

25.07.2025 / 12:28
İnsan ölümü bilib, boşuna yaşayır - müğənni Günel

25.07.2025 / 11:04
Zaxarova Azərbaycana şərt qoydu. İşə baxın! - CANLI

25.07.2025 / 10:12
İsrailə bəd xəbər - Kanada da Fələstini tanımağa hazırlaşır

25.07.2025 / 10:06
Bu gün 22 min abonentin qaz təchizatı dayandırılacaq

25.07.2025 / 10:00
Trampdan QƏRAR - USAID üçün ayrılan 7,9 milyard dollar geri qaytarıldı

25.07.2025 / 09:30
Bu gün Cənub zonasında işıq olmayacaq - səbəb açıqlandı

25.07.2025 / 09:22
Ukraynalı deputat yol qəzasında ölüb

25.07.2025 / 09:18
"Pivəçilər" bu futbolçu üçün 75 milyon avro təklif edir!

25.07.2025 / 09:12
ABŞ-dan Makrona ŞOK- "Fələstini dövlət kimi tanımayacayıq"

25.07.2025 / 09:06
Ər-Riyadda sürücüsüz avtomobillər işə düşür

25.07.2025 / 09:00
Ağdamın Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

25.07.2025 / 08:44
İli 5 min manata peşə təhsili olar? Universitetlərdən baha?

25.07.2025 / 08:30
Goranboyda dəhşətli qətl - yeniyetmə öz anasını və nənəsini öldürdü!

24.07.2025 / 22:35
Ermənistan Zəngəzur dəhlizini ABŞ-a icarəyə verməkdən imtina etdi

24.07.2025 / 21:43
Ermənilərin təxribatları nəticəsində yaralanmış, evləri dağıdılmış, əsir və girovluqda olmuş 60-dan çox zərərçəkmiş şəxs ifadə verdi - MƏHKƏMƏ +FOTO

24.07.2025 / 21:08
Dünyanın diqqəti Zəngəzur dəhlizinə fokuslanır...

24.07.2025 / 21:01
Lerikdə yanğına səbəb olan iki nəfər saxlandı

24.07.2025 / 20:52
Düşmən kəşfiyyatı Azərbaycanın nüfuzlu adamları barədə məlumatlar toplayır... Ayıq olun...

24.07.2025 / 20:36
Ermənistan daxildə qanlı toqquşmalar mərhələsinə girdi...

24.07.2025 / 20:21
Ermənistan Zəngəzurun icarəyə verilməsi məlumatlarını məqsədli yayır...

24.07.2025 / 20:04
Rusiya Azərbaycanla münasibətlərini daha da gərginləşdirir - yeni şok detallar üzə çıxır...

24.07.2025 / 19:49
Fransada islamofobiya yenidən qızışır - müsəlmanlara qarşı repressiyalar kəskinləşdi...

24.07.2025 / 19:35
100 mindən çox sənədsiz ev sahiblərinə Prezidentdən böyük töhfə...

24.07.2025 / 19:20
Suriya İsrailin təcavüzünə qarşı Türkiyədən hərbi dəstək istədi...

24.07.2025 / 19:06
Putin "ekstremist" adı ilə müxalifətin üstünə qanuni yürüşə başladı...

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Azərbaycanın ilk peykindən süni intellekt layihələrinin maliyyələşməsinə qədər...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910