Cümə günü, 13 noyabr 2026
     

Qədim İrəvan belə idi...

Image


İrəvan tarixi Azərbaycan şəhəridir və şəhərlərimiz  arasında özünəməxsusluğu ilə seçilir. Bu gün yad əllərdə olan İrəvanımızın tarixi, adı saxtalaşdırmaya məruz qalsa da, yaddaşı silinməyə məhkum edilsə də, düşmən bunu tam bacara bilmir. Çünki İrəvan təpədən-dırnağa Azərbaycan şəhəridir, burada hər şey bizim tariximizlə adımızla bağlıdır. Ermənilər İrəvanın gerçək tarixinin üstünü nə qədər malalamağa cəhdlər etsələr də, yenə də onun simasına, tarixi ruhuna kölgə sala bilməyiblər.

İrəvan şəhərinin binəsi, bünövrəsi  nə zaman qoyulub, əvvəl necə olub, indi necədir? Bütün bu suallar çağdaş oxucunu çox yaxından maraqlandırır. Ağrı vadisinin şimalında, Zəngi çayının vadisində yerləşən İrəvanın tarixi barədə məlumatları araşdırdıq. Şəhərin əsasının e.ə. 782-ci ildə qoyulduğu yazılır. İrəvan şəhərinin adı tarixi mənbələrdə Rəvan kimi qeyd edilir. İrəvan toponimi türk dilində “kişi”, “igid” mənasını verən “ir” türk etnonimi ilə “ölkə”, “yer”, “kənd”, “şəhər” mənası daşıyan “avan” sözü əsasında əmələ gəlib, “igidlər ölkəsi” mənasını ifadə edir. Bəzi məlumatlara görə, ermənilər isə əsassız bir şəkildə İrəvan toponimini Nuh peyğəmbərin adı ilə bağlayaraq erməni mənşəli toponim olduğunu iddia edirlər. Müxtəlif dövrlərdə bura  Çuxursədd bəylərbəyliyinin, İrəvan xanlığının, İrəvan quberniyasının mərkəzi olub.

İrəvan barədə antik dövrə aid məlumatlara diqqət yetirdikdə görürük ki, İrəvan bölgəsində eramızdan öncə 4000-ci ilə-Tunc dövrünə aid  qalıqlar tapılıb. Məlumatlara görə, Əhəmənilər dövründə Qərb satraplığının tərkibində olub. Eramızdan əvvəl 585-ci ildə skiflər və midiyalılar tərəfindən şəhərin şimalında yerləşən Teişebaini qalası dağıdılıb. Tarixçilər yazır ki, eramızın III əsrinədək İrəvanda nələr olduğu bilinmir. 658-ci ildə şəhər Ərəb Xilafətinin hakimiyyətinə keçib. Mənbələrə görə, İrəvan şəhəri müxtəlif vaxtlarda Sasanilər xanədanının, Ərəb Xilafətinin, Naxçıvanşahlıq dövlətinin, Eldənizlər dövlətinin, Hülakilər dövlətinin Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Əfşarlar dövlətinin tərkibinə daxil olub. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir. Xarici səyyahların, tarixçilərin yazdıqlarına görə,  vaxtilə bu şəhərin əhalisi daim türklərdən ibarət olub. Bunu şəhərdə olmuş səyyahlar, rəsmi yolçular öz qeyd və gündəliklərində daim göstəriblər. Xarici müəlliflər də yazırlar ki, ermənilərin İrəvan şəhərinə axını, digər bölgələrdə olduğu kimi. Türkmənçay müqaviləsindən sonra başlayıb. Birmənalı olaraq İrəvan erməni şəhəri deyil, olmayıb da. Bunu erməni yazıçısı Xaçatur Abovyan “İrəvan şəhərinin qısa tarixi oçerki” məqaləsində etiraf edir: “Erməni yazıçıları XIII əsrin əvvəllərinədək İrəvan şəhərinin adını belə çəkmirlər, bu zamandan, yəni 1209-cu ildən etibarən (milada görə) oranı “kiçik yer” adlandırırlar. Xalq arasında gəzən əfsanəyə görə, guya İrəvan adı erməni çarı Ervandın adından və yaxud yerevil, yerevan, yəni gördü, göründü sözlərindən əmələ gəlib və guya Nuh Araratın zirvəsindən ilk dəfə quru torpağı bu yerlərdə, yəni şəhərin yerləşdiyi ərazidə görərkən onu belə adlandırıb. Bu tamamilə uydurmadır. Daha doğrusu, bu şəhər 1441-ci ildən, Cahan şah dövründə farslar (yəni Qaraqoyunlu əmirləri) buranı zəbt etdikdən sonra məşhurlaşıb. O dövrdən 1827-ci ilədək İrəvan gah farslar, gah da türklər tərəfindən zəbt olunub, aramsız olaraq bir xalqın əlindən digər xalqın əlinə keçib… Sonuncu İrəvan sərdarı da daxil olmaqla, İrəvan şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və farslar tərəfindən 33 xan idarə e­dib…”

Tarixçi alim, bu sahədə ciddi nəşrlərin müəllifi Nazim Mustafa bu barədə maraqlı faktlara toxunub.

“İrəvan əyaləti 658-ci ildə ərəb qoşunları tərəfindən işğal edilib. Xilafət dövründə Cənubi Qafqaz əmirliklərinin idarəçiliyi bir qayda olaraq türklərə həvalə edilmişdi. Məşhur türk səyyah-coğrafiyaşünası Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi XV əsrin əvvəllərinə aid edir. Onun yazdığına görə, hicri təqvimi ilə 810-cu ildə (1407-1408) Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir çox münbit Rəvan torpağına qədəm qoyub, öz ailə üzvləri ilə burada sakin olub və düyü əkini hesabına gündən-günə varlanaraq bu böyük kəndin əsasını qoyub. Övliya Çələbi daha sonra əlavə edir ki, Səfəvilər dövlətinin baş­çısı Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş verib, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoyub.

Bəzi tədqiqatçılar İrəvan şəhərinin və qalasının salınmasının tarixçəsi ilə bağlı Övliya Çələbinin yazdıqları ilə razılaşır, bəziləri isə şəhərin tarixinin daha qədim olması haqqında yazan digər müəllifləri haqlı hesab edirlər. Fakt odur ki, Şah İsmayıl 1501-ci ildə İrəvan şəhərini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə edib. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa çatdırıb. Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibələr nəticəsində İrəvan şəhəri 14 dəfə əldən-ələ keçib. Hər dəfə də müəyyən dağıntılara məruz qalıb, sonradan yenidən bərpa edilib. 1554-cü ildə Osmanlı qoşunları İrəvanı darmadağın edərək ələ keçirib. 1580-ci ildə Osmanlı vəziri Lələ Mustafa Paşa yenidən İrəvanı işğal edib. Bir çox səyyah və tarixçilərin təsvir etdikləri İrəvan qalası köhnə qalanın yerində, Osmanlı işğalı dövründə Fərhad paşa tərəfindən 1582-1583-cü illərdə inşa edilib. Uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə edirdi. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salındı. 1604-cü ildə I Şah Abbasın qoşunu İrəvan şəhərini türklərin əlindən alsa da, əks hücum nəticəsində geri çəkilərkən “yandırılmış torpaq” siyasəti yeridərək, Çuxur-Səəd bəylərbəyliyinin bütün əhalisini, o cümlədən İrəvanın əhalisini Arazın o tayına köçürüb. 1635-ci ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirir. 1639-cu ildə Səfəvilərlə Osmanlılar arasında bağlanan Qəsri-Şirin müqaviləsinə əsasən İrəvan əyaləti, o cümlədən İrəvan şəhəri yenidən Səfəvilərin hakimiyyəti altına keçir. Səfəvilərin süqutundan sonra şəhər 1723-cü ildə türklər tərəfindən işğal edilir. 1733-cü ildə Nadir İrəvanı Osmanlılardan azad edir. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıqlar yaranır. İrəvan şəhəri eyniadlı xanlığın mərkəzi olur”.

Alim qeyd edir ki, İrəvan qalasında və şəhərdə nadir memarlıq inciləri hesab edilən məscidlər, karvansaralar, hamamlar, istirahət parkları inşa edilib. Onun yazdıqlarına görə, şəhərə Qırxbulaq yaylasından içməli su çəkilmiş, yeni suvarma kanalları sayəsində İrəvan bağlar diyarına çevrilmişdi. 1679-cu il iyunun 4-də İrəvanda baş verən zəlzələ şəhərin bütün tikililərini darmadağın etsə də, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə tezliklə bərpa edilmişdi. Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdi. Avropa səyyahları Jan Tavernye, Jan Şardən, Kerr-Porter, Ceyms Morier, Monpere, Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər. İrəvan şəhəri 4 massivdən ibarət olub: Qala, Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı yerləşirdi. Şəhri məhəlləsi Qırxbulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı və yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirbulaq məhəlləsi Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi. Cəfər bəy məscidi və hamamı, həmçinin Həsənəli hamamı və Susuz karvansarayı da burada yerləşirdi... Bu qeydlər də N.Mustafaya aiddir.

İrəvanın tarixinin çox qısa xülasəsini təqdim etdik. Bütövlükdə, şəhərin hər qalası, hər körpüsü, hər məscidi özündə bir tarix yaşadırdı. Abidələr şəhəri olan İrəvanı bu gün erməni şəhərinə çevirməyə çalışanlar Sərdar sarayını da, Güzgülü salonu da məhv edib, dağıdıb, bura aid olan eksponatlar yad muzeylərdə sərgilənir. Bu gün əsası Hüseynəli xan tərəfindən qoyulan Göy Məscidin də, başqa tarixi yerlərin də adını, mənşəyini, simasını təhrif etmək istəyənlər gec-tez tarix qarşısında cavab verəcək!

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ