Bazar günü günü, 14 dekabr 2025
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Gündəm
Siyasət
İqtisadiyyat
Dünya
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tariximizin memarlıq abidələri - qalalar...
Tarix: 02.10.2014 / 03:33
Bölmə: Layihə
(Əvvəli ötən sayımızda)
Qala memarlığı
"Vikipediya"da qala belə təsvir edilir":Qala divarlarına qalxmaq üçün divarın sol tərəfində iki pilləkən var. Onlardan biri ilə burma daş pilləkən vasitəsilə divarın içərisindən yuxarıya, təxminən yarım metr çölə tərəf tikilən dəhlizə qalxmaq mümkündür. Digər daş pilləkən isə qalanın həyətindən yuxarıya tərəf qalxır. Bu pilləkənlər vasitəsilə qala divarlarına qalxıb kəndi seyr etmək mümkündür.
Ramana kəndindəki qəsr, Mərdəkandakı qəsrdən fərqli olaraq, başqa təbii şəraitdə - qayalıqda yerləşir. Divarların xarici çərçivəsinin düzgün olmayan çoxbucaqlı şəklində olması relyefin yuxarı meydançasının konturu ilə müəyyən edilib. Möhkəm qala divarları sanki qayalı yamacların təbii davamıdır. Yalnız nisbətən asanlıqla yaxınlaşmaq mümkün olan şərq hissəsindəki divar müstəvilərində oxvari açırımla çapılmış baş tağ qabarıq şəkildə görünür".
Qeyd olunur ki, qəsrin divarları üzərində bucaqları Mərdəkan qəsrinin donjonunda olduğu kimi, üççərəkli qülləciklərlə gücləndirilmiş donjonun düzbucaqlı planlı həcmi ucalır. Qəsrə və donjona aparan qarşı-qarşıya qoyulmuş girişlər müdafiə üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edirdi. Lakin Abşeronun digər qəsrlərindən fərqli olaraq, bu qəsrdə divarlardakı dolama pilləkənlərə giriş hündürdə deyil, döşəmə səviyyəsində yerləşdirilib. Donjonun daxili yerləşgələri Mərdəkan qəsrininki ilə eynidir. Yarusların bütün divarlarında nişangahlar açılıb.
Plan və memarlıq həlli üsullarına görə Ramana qəsri digər Abşeron qəsrləri ilə olduqca oxşardır. Lakin o özünün memarlıq kütləsinin daha mənzərəli kompozisiyası ilə onlardan fərqlənir. Bu onun yerləşdiyi relyefin xüsusiyyətlərindən irəli gəlir. Qəsr dekorativ tərtibatdan məhrumdur və üslub əlamətlərinə əsasən XIV əsrin ortalarına aid edilir.
Nardaran qalası
Nardaran kəndi Bakının ən qədim kəndlərindən biridir. Hazırda qəsəbə statusuna malik olan Nardaran Bakıdan 25 kilometr şimalda yerləşir. Burada yerləşən Nardaran qalası 14-cü əsrə aid ağ daşdan tikilmiş dəyirmi qaladır. Hülakilər dövrünün yadigarı, 1301-ci ildə Qazan xan tərəfindən inşa edilmiş qədim Nardaran qalasının memarı Mahmud Səd oğludur. Qalanın hündürlüyü 12,5 metrdir. Qalanın üstündəki kitabədən onun 1301-ci ildə tikildiyi aydın olur.
Şağan qalası
Qalanın bir hissəsi uçsa da, bir hissəsi dövrümüzə qədər gəlib çatıb. XII-XIII əsrlərə aid edilən və müdafiə məqsədilə inşa olunan Şağan qalası Abşerondakı digər qalalar kimi ağ daşdan tikilib.
Bakı qalası
Bakı qalası-Bakı şəhəri (orta əsrlərdə), İçəri şəhər (müasir dövrdə) - Abşeron qalalarının ən böyüyü və mükəmməlidir. Qala ikiqatlı divardan ibarət olub. Birinci divar Şirvanşah III Mənuçöhr, ikinci divar isə Şirvanşah I Axsitanın zamanında tikilib. Lakin ikinci qala divarları Azərbaycanda rus çarizminin hakimiyyəti dövründə uçurularaq məhv edilib. Birinci qala divarı isə hələ də qalmaqdadır. Bakı qalasının iki qapısı olub. Onlardan biri Xəzər dənizinə, digəri isə quruya açılırmış. Bakı qalasının mifik müdafiəçisi də olub. Xalq arasında yayılan əfsanəyə görə, Bakı qalasını əfsanəvi nəhəng buğanın müsbət aurası qoruyurmuş. Bu buğanı isə iki böyük şir müdafiə edirmiş. Bakı qalası bir çox tarixi hadisələrə şahid olub, uzun müddət Şirvanşahlar dövlətinin və Bakı xanlığının paytaxtını müdafiə edib.
Bilgəh qalası
Bəzi hissələri dövrümüzə çatmış Bilgəh qalasının Şirvanşahlar dövləti dövründə tikildiyi güman olunur. Tədqiqatçılar ağ daşdan tikilən bu qalanı XIII-XIV əsrə aid edirlər. Tikili Abşeronun Bilgəh qəsəbəsində yerləşir.
Abşeron qalaları haqda geniş məlumat verməklə oxucuların yaddaşında böyük bir tarixi həqiqəti canlandırmış olduq. Xalqımızın mübarizə əzmini əks etdirən, eyni zamanda da qiymətli memarlıq incilərindən sayılan tarixi istehkamlar, qalalar özlərində Azərbaycan dövlətçilik ənənələrinin, milli mədəniyyətinin, tarixinin canlı əks-sədasını, canlı obrazını yaşadır.
Durnalara yol göstərən Çıraqqala
Abşeron qalalarından sonra ona yaxınlığı ilə seçilən məşhur Çıraqqala haqda danışmaq istəyirəm. Hər bir Azərbaycan vətəndaşı bu qalanın möhtəşəmliyi, əzəməti ilə öyünməlidir. Çıraqqala xalqımız üçün zaman-zaman dayaq rolunu oynayıb. Hətta deyirlər ki, Çıraqqaladan baxanda tariximizdə özünəməxsus yer tutan yaralı Dərbənd qalası görünür. El arasında belə bir əfsanə də var: deyirlər ki, qədim çağlarda gecələr Çıraq qalada tonqal yandırarmışlar ki, gecə vaxtı burdan keçən durnalar qansız-xatasız uçub getsin. Bəzi mənbələr isə Çıraq qalada gecələr durna çıraqlarının yandırıldığını xəbər verir. Adından da göründüyü kimi, bu qala nurlu qala olub, bura gözlərə işıq paylayıb, gecələrin qatı qaranlığını işığa çevirib. Əfsanələr əksər hallarda həqiqətin daşıyıcısı olur.
Çıraqqalanın tarixinə gəlincə, "Vikipediya" yazır ki, Şabran rayonundan təqribən 20-25 km, Bakıdan isə 150 km aralıda yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə qərar tutub. Alimlərə görə, Çıraqqala əsasən istehkam, qarovulxana məqsədilə Sasani hökmdarı tərəfindən IV-V əsrdə tikilib. Gilgiləçay səddinin baş qarovulxanası olub. Tarixçilər yazır ki, buradan geniş bir ərazini nəzarətdə saxlamaq mümkündür. Düşmənin gəldiyini görüb tez ətrafa məlumat vermək olurdu. Sonra elə bu məqsədlə həmin qayanın başında möhkəm qala tikilib və onun indiyə qədər salamat qalan bürcündə tonqal qalanırmış.
Bu qala müdafiə rolunu da oynayıb və Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri olub vaxtilə. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılıb, Çıraqqala isə öz əzəməti, varlığı ilə hələ də insanları heyran etməkdədir. Çıraqqalanın adının yaranması da çox maraqlıdır. Böyük mütəfəkkir, tarixçi-şair Abbasqulu Ağa Bakıxanov "Gülüstani İrəm" əsərində bu qalanın adını Çıraqqala kimi göstərib və bu adla da tanınmağa başlayıb. Yerli əhali bu gün də qalanı Çaraqqala adlandırır və orada orta əsrlərdən qala şəhər olmasını göstərirlər. Qalanın bir neçə kilometrliyindəki kəndin Çaraq olması, qalanın yerləşdiyi dağ zirvəsinin adının da Çaraqqaya olması deyilənləri bir daha təsdiqləyir. Qalanın sadəcə düşmənin gəlişini xəbər vermək üçün tikildiyi də inandıcı deyil. Belə ki, qalanın ərazisinin böyüklüyü və ərazinin 4 tərəfdən keçilməz olan təbii sıldırımlı qaya üzərində yerləşməsi, möhtəşəm qala divarları ilə əhatələnməsi və eləcə də 17 bürcünün olması buranın qala şəhər olduğunu göstərir. Eyni zamanda məlumdur ki, bu qalanın Sasanilər tərəfindən təyin edilmiş ilk hakiminin də adı Çora və ya Çara olub. Onda bu qala şəhərciyin ətraf əhali tərəfindən Çaraqala adlanması daha inandırıcıdır. Dilimizin xüsusiyyətlərinə əsasən Çaraqala dönüb Çıraqqala olub. Lakin bu günə qədər tarixçi alimlər arasında yekdil rəy yoxdur və buna görə də A.A.Bakıxanovun yazdığı rəvayətə və bugünkü deyimə uyğun olaraq qala Çıraqqala kimi göstərilir.
Çin səddindən sonra ikinci möhtəşəm istehkam - Çıraqqala...
Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Səddin üzərində hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılıb. Səddə ən böyük bürcün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər əsasən bişmiş və çiy kərpicdən hörülüb. Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. İndi həmin bürclərin ancaq üçü salamat qalıb. 1952-ci ilə qədər bürclərin bir hissəsi, narınqala və baş bürc salamat idi. Qalaaltı deyilən yerdə naftusiya suyunun kəşfi və burada sanatoriyanın tikilməsi, qalanın isə mühafizə olunmaması onun sürətlə dağılmasına təkan oldu. Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli Sərəncamı ilə Çıraqqala tarixi abidə kompleksi - qoruq elan edilib və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilib.
Cavanşir qalası
İsmayıllı rayonu ərazisində yerləşən Cavanşir qalası Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilib. Qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə və "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlı ilə "içqala" dağın ən hündür yerində tikilib. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən "Qız qalası"na yeraltı yolun olması güman edilir. Qalanın həyətində heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə nəticəsində uçub dağılıb. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km. məsafəni isə piyada və ya atla qət etmək lazımdır. Cavanşir qalasının tam sxemini ilk dəfə olaraq 1963-cü ildə coğrafiya elmləri doktoru, professor Ramazan Tarverdiyev bussol planlama yolu ilə tərtib edib.
Beyləqan qalası
Beyləqan Azərbaycan xalqının tarixi mədəniyyətinin yaşadıldığı, formalaşdırıldığı bir yurd yerimizdir. Şəhərin qədimliyini bəlli edən çoxlu sayda tarixi abidə var bu ərazidə. Onlardan biri də indi xarabalıqları qalan Beyləqan qalasıdır. Beyləqan qalası Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində inşa edilmiş qaladır. Tarixi mənbələrdən aldığımız bilgiyə görə, qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aparılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib.
Bərdə qalası
Xalq arasında Nüşabə qalası adı ilə tanınan Bərdə qalası bəzi mənbələrə görə, məşhur memar Əcəmi məktəbinin yetirməsi Naxçıvanlı Əhməd İbn Əyyub əl Hafiz tərəfindən 1322-ci ildə tikilib. Silindir şəkilli qalanın radiusu 60 metr, hündürlüyü 13 metr, divar hörgüsünün eni isə 80 santimetrdir. Bərdə qalası haqqında bir çox səyyahların əsərlərində məlumatlar var. Məlumdur ki, qala monqolların Azərbaycana yürüşləri zamanı dağıdılıb və sonradan bərpa olunub. XIII əsr səyyahı Həmdullah Qəzvini "Nüzhət əl Qülub" əsərində qalanın eramızdan əvvəl Makedoniyalı İsgəndər tərəfindən tikdirildiyini yazıb. O həmçinin qeyd edib ki, qala Sasani hökmdarı Firuzun dövründə abadlaşdırılıb. Nizami Gəncəvi də "İsgəndərnamə"də Bərdə qalasının təsvirini verib. Son dəfə 1958-ci illərdə aparılan təmir işləri qalanın görkəmini dəyişib.
Bərdə türbəsi və ya Nüşabə qalası
Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi kimi tarixə düşüb. Onun tarixi haqda "Vikipediya"da məlumat verilib. Məlumata görə, XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilib ki, onlardan biri müasir dövrə qədər qalıb. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb edib. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilib. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr edib. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir.
Türbənin memarlıq xüsusiyyətləri...
Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilib. Sərdabəyə şimal tərəfdən dromos quruluşlu yol vasitəsilə daxil olurmuşlar.
Türbənin yerüstü hissəsi isə üç əsas memarlıq quruluşundan əmələ gəlir: daşdan hörülmüş kürsülük, dairəvi gövdə və çadırvari günbəz. Sahəsi etibarilə ən çox yer tutan bəzək ünsürü silindrik gövdəni örtən və firuzəyi kaşıdan quraşdırılmış kitabədir. Kürsülükdən başlayaraq yuxarıdakı haşiyəyə qədər səkkiz metr yarımlıq bir hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn bu kitabə 200 dəfədən artıq Allah sözünü naxış şəklində təkrarlayır. Türbənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Bu kitabənin yeri qara rəngli kaşıdan, yazılar isə ağ rəngli kaşıdan quraşdırılıb. Kitabə qurşağından sonra günbəzə keçid təşkil edən 3 yaruslu stalaktit kəməri yerləşdirilib. Bu stalaktitlərin daxili səthləri də rəngli həndəsi ornamentlə örtülüb. Stalaktit qurşaqdan sonrakı konusşəkilli günbəzin səthi də qırmızı və firuzəyi kaşıdan ibarət həndəsi ornamentlərlə örtülü olub.
Ardı gələn sayımızda...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...
Tarix: 12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?
Tarix: 12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...
SON XƏBƏRLƏR
13.12.2025 / 23:06
Elxan Nəcəfov nazir olandan İstanbuldakı naxçıvanlı uşaqların təhsil hüququ pozulur...
13.12.2025 / 19:25
Rusiyadan ABŞ-a mesaj
– o sənədlər bizi məmnun etməyə bilər…
13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi
- saxlananlar var... -VİDEO
13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…
13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə
- Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...
13.12.2025 / 17:06
Aeroportda özünü şübhəli aparan şəxsin mobil telefonundan görün nə çıxdı...
13.12.2025 / 16:49
İrandan gələn narkotiki Salyanda satmaq istəyənlər tutuldu
13.12.2025 / 16:31
Ərdoğandan Odessada türk gəmisinin vurulmasına reaksiya
- onlara zərər vurar…
13.12.2025 / 16:18
Nizamidə quldurluq edib Tərtərdə gizlənirdi... yaxalandı...
13.12.2025 / 15:17
Bakıda sulu qar yağacaq
- XƏBƏRDARLIQ
13.12.2025 / 14:49
Trampın Avropanın daxili işinə müdaxiləsi kəskin rədd edildi...
13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...
13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...
13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı -
təsadüf, ya....
13.12.2025 / 13:22
Qubada atasının pulunu oğurlayan yeniyetmə saxlanıldı
13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi
13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
13.12.2025 / 09:23
Universitet tələbələrinin dərsliklərlə bağlı ciddi problemi yaranıb...
13.12.2025 / 08:46
Tikintilərdə işçi həyatının qiyməti "3 qəpik olub"
- rəqəmlər dəhşətdir...
13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı
– “Lukoil”un iki neft platforması vuruldu...
13.12.2025 / 00:48
Rusiya Ərdoğan-Putin görüşündən dərhal sonra Odessada Türkiyə gəmisini vurdu
- Qara dəniz müharibə meydanına çevrilir...
12.12.2025 / 22:16
Gürcüstanda aksiya qadağaları sərtləşdirildi…
12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...
12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb...
Overçuk yenə danışdı...
12.12.2025 / 21:19
Venesuela neft blokadasında
- Maduro Belarusdan sığınacaq istədi...
12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...
12.12.2025 / 20:52
“Terrorsuz Türkiyə” ciddi problemlə üzləşib
- cinayətə batmamış PKK-çı necə təyin ediləcək...
12.12.2025 / 20:39
Tramp 907-ni ləğv etməsə, Azərbaycanda hörmətdən düşəcək...
12.12.2025 / 20:30
Naxçıvanın Kültəpə kəndində yas mərasimində qazdan kütləvi zəhərlənmə
- 23 qadın xəstəxanaya yerləşdirildi
12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib?
- 23 min nə deməkdir?
12.12.2025 / 20:15
Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
12.12.2025 / 20:12
Azərbaycan-Ermənistan-Türkiyə-Aralıq dənizi marşrutu Almaniyada nəzərdən keçirildi...
12.12.2025 / 19:58
AMEA-nın akademikləri də Mehdiyevin üzündən problem yaşayacaq...
12.12.2025 / 19:45
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır
12.12.2025 / 19:42
Rusiya Putinin həbsinə orderini qərar verən BCM hakiminə 15 il iş kəsdi...
12.12.2025 / 19:33
Aşqabadda bağlı qapılar arxasında 40 dəqiqlik zirvə
- Ərdoğanla Putin nəyi müzakirə etdi...
12.12.2025 / 19:27
Krımda qanunsuz iş aparan Ermitaj alimi Polşada tutuldu
- Qarabağı alt-üst etmiş əcnəbi alimlər isə...
12.12.2025 / 19:14
Məhkəmə sistemində tam yeni qurum yaradılır
- rəqabət gözləntisi doğrulacaqmı?...
12.12.2025 / 19:08
Türkiyənin tarixi şəhəri -
İzmir
12.12.2025 / 19:00
İran "mis mədənləri" ilə Ermənistanı Qərbin asılılığından qorumaq istəyir...
12.12.2025 / 18:53
Türkiyə səfiri: Heydər Əliyev qurucu bir liderdir
12.12.2025 / 18:47
Tramp NATO-dan çıxmaq adı ilə Avropanı şantaj edir(?)...
12.12.2025 / 18:35
Rəfail Hüseynov VHP-nin hansı(sa) nizamnamə maddəsini pozub?..
12.12.2025 / 18:21
Paşinyan “ermənilərin Qarabağa qayıdışı üzrə nə xəritə” hazırlayır...
12.12.2025 / 18:14
Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyevin məzarını ziyarət edib
- FOTO
12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...
12.12.2025 / 17:55
Merz Trampın Avropa siyasətinə sərt cavab verdi...
12.12.2025 / 17:46
ABŞ Avropanı parçalayır... 4 ölkə Avropa Birliyindən çıxacaq
- Gizli plan sızdırıldı…
12.12.2025 / 17:34
Rusiya Belçikanın “Euroclear” şirkətini məhkəməyə verdi…
12.12.2025 / 17:25
Ailə sevgi və sədaqət ocağıdır
12.12.2025 / 17:20
ABŞ G7-yə alternativ yaradır
- Rusiya və Çinin də daxil olacağı Core-5 qrupu…
12.12.2025 / 17:15
MEDİA nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi
- FOTO
12.12.2025 / 16:55
Gələn il dünyanın müxtəlif nöqtələrində savaş enerjisi yüksələcək - 2026-cı ilin astroloji-siyasi təhlili
12.12.2025 / 16:31
Trampın Ukrayna planının daha bir detalı ortaya çıxdı
- silahsızlaşdırılmış zona Rusiya ərazisi kimi tanınacaq...
12.12.2025 / 16:14
Ukrayna Xəzərdə Rusiyanın iki gəmisini vurdu...
12.12.2025 / 16:01
Şahin Şıxlınskiyə yekun ittiham elan olundu
- işi aparan və ifadə verənlər ermənilərdir...
12.12.2025 / 15:48
Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır
12.12.2025 / 15:25
Şəhid ailələri üçün daşınmaz əmlakın qeydiyyatı rüsumlardan azad edilir
12.12.2025 / 15:11
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulur...
12.12.2025 / 14:26
Kiyev Donbasda bufer zonanın yaradılmasını dəstəklədi, ancaq şərtləri var…
12.12.2025 / 14:06
Türkiyənin tanınmış müdafiə sənayesi şirkəti Azərbaycanda fəaliyyətə başladı
12.12.2025 / 13:50
Azərbaycan əhalisinin sayı açıqlandı
12.12.2025 / 13:37
AMEA Ramiz Mehdiyevin akadamek adını alır
12.12.2025 / 13:28
Trampdan xəbərdarlıq
- Ukrayna münaqişəsi III Dünya müharibəsinə çevrilə bilər
12.12.2025 / 13:10
Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir
12.12.2025 / 12:52
Ramiz Mehdiyevin Dövlət Şurası və “son siyahı”
12.12.2025 / 12:44
Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib
12.12.2025 / 12:40
Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət etdi
- FOTO
12.12.2025 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- FOTO
12.12.2025 / 12:07
ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana gəlir
12.12.2025 / 11:25
Əli Əsədov: "Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər unikal xarakter daşıyır"
12.12.2025 / 11:18
"Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin işində fəal iştiraka hazırdır"
– Baş nazir
12.12.2025 / 11:13
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
12.12.2025 / 11:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
12.12.2025 / 10:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- FOTO
12.12.2025 / 09:57
Zelenskidən Donbasla bağlı təəccüblü açıqlama
- referendum keçirilə bilər...
12.12.2025 / 09:25
MİDA-nın mənzillərindən "kiberbarmaqlar" kəsilmir ki, kəsilmir...
12.12.2025 / 09:06
Avropa Liqası - "Fənərbağça" darmadağınla qalib gəldi
12.12.2025 / 08:42
"Əldə balta ilə odun da doğramaq olar, adam da"
- məktəbdə uşağa verilən suala baxın...
12.12.2025 / 00:31
Ukrayna Xəzərdə “Lukoil”un neft platformasını vurdu
- 20-dən çox quyuda əməliyyatlar dayandı…
12.12.2025 / 00:06
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
- FOTO
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır
Populyar xəbərlər
Tarix: 29.11.2025 / 13:50
Müəllimi 8 saat məktəbdə tutmağın hədəfi budur,
planın uğuruna şübhələr var…
Tarix: 04.12.2025 / 18:53
Uşaqlarımızın "Mavi balina" bəlası yenidən qayıdıb...
Tarix: 19.11.2025 / 09:32
SOCAR prezidentinin qərarı ölkədə maaş disbalansını dərinləşdirəcək...
Tarix: 14.11.2025 / 13:09
Пашинян громит агентов России
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
Tarix: 17.11.2025 / 13:05
К.Саркисян: "Будет новый Бог - армянин". Иисус Христосян?
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
XƏBƏR ARXİVİ