Bazar günü günü, 07 iyun 2026
     

Əzəmətli şəxsiyyətin yaratdığı möhtəşəm əsərlər qalereyası...

Image


Üzeyir Hacıbəyovun milli musiqi sənətinin ayağa durub bütün dünyada özünü təsdiq etməsində əməyi böyükdür. Yəni peşəkar musiqimizin cığırını, yolunu o açıb. Əlbəttə, bu böyük şəxsiyyət olmasaydı, yəqin ki, biz də musiqi mədəniyyəti sahəsində axsayardıq. Azərbaycan professional musiqisini zirvələrə qaldırıb, orada yerini əbədi edib Üzeyir bəy. Bu zirvədə həm onun özü dayanır, həm də musiqimiz.
Keçən yazımızda "Koroğlu" operasının möhtəşəmliyindən danışdıq, bu gün də o hissəni davam etdiririk. Üzeyir musiqisi, Üzeyir sənətinin möhtəşəmliyi şahları, padşahları da ovsuna sala bilib.

Stalin Üzeyir bəydən nə istəyib?

1938-ci il Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, rəqsi tarixində sıçrayış ili kimi xatırlanır. Məlum olduğu kimi, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Arşın mal alan", "Koroğlu" operaları böyük maraqla qarşılanır. Hər iki operaya baxan Stalin bəstəkarın yaradıcılığına yüksək qiymət verir. "Koroğlu"nu zamanında yaradılan opera hesab edən Stalin Üzeyir Hacıbəyova məsləhət görür ki, "Bir yox, iki belə opera yaratmaq lazımdır".
Stalinin göstərişi ilə Azərbaycandan gələn nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edilir. Deyilənə görə, həmin məclisdə Üzeyir Hacıbəyova yuxarı başda Stalinlə Mircəfər Bağırovun yanında yer göstərilir.

Stalinin heyrəti və heyranlığı...

Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında çəkilən filmdən heyranlıqla danışan Stalin Üzeyir bəylə xeyli söhbət edir və söhbət əsnasında "Arşın mal alan" operasına hələ Gürcüstanda olarkən baxdığını bildirir, "Arşın mal alan"dan parçalar da oxuyur.
Hacıbəyov həyatının son illərində "Firuzə" operası üzərində işləyib. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalıb.

Musiqili komediyalar

Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirib, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib. Hacıbəyov həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoyub, musiqiyə dair çoxlu məqalələr yazıb, tədqiqatlar aparıb.
Əvvəlcədən qeyd etdim ki, müsəlman Şərqində ilk operetta da Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış etmişlər. Komediyalarının mətnini də Üzeyir bəy özü yazıb.

O olmasın, bu olsun...

1910-cu ildə Üzeyir Hacıbəyov "Ər və arvad"dan sonra ikinci operettası-"O olmasın, bu olsun"u yazır. İlk tamaşa 1911-ci il aprelin 25-də (mayın 8-də) Bakıda, Mayılov qardaşlarının teatrında olub. Əsərin musiqi partiyası ənənəvi xalq mahnı-rəqs havalarına əsaslanan orijinal parodiya üzərində qurulub. "Uzundərə" lirik xalq rəqsinin bir qədər dəyişdirilən melodiyasından istifadə olunub və Məşədi İbadın ilkin xarakteristikasını verən "Mən nə qədər, nə qədər qoca olsam da" mahnısı bu yöndəmsiz, çirkin tacirin ifasında ifrat mübaliğəli səslənir. Əsərin sonuncu pərdəsində təkrarlanan bu mahnı Məşədi İbadın mənəvi məğlubiyyətini göstərir. Sonralar "O olmasın, bu olsun" musiqili komediyası müxtəlif dillərə tərcümə olunaraq Qafqazyanı ölkələrdə, eləcə də Türkiyədə, Bolqarıstanda, Yəməndə və digər məmləkətlərdə tamaşaya qoyulub.

Dünya şöhrətli "Arşın mal alan"

Üzeyir Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. "Arşın mal alan" musiqili komediyasında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada Filarmonik Cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxuyub. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynayıb, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaradıb. Üzeyir Hacıbəyovun yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammafon valına yazılıb.
"Arşın mal alan" musiqili komediyası əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
İkinci dəfə 1917-ci ildə Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov "Arşın mal alan"ı yenidən ekranlaşdırmışdı. Lakin o bu işi görərkən nə müəllifdən icazə almış, nə də onunla məsləhətləşmişdi. Bu səbəbdən də cəmi iki gün nümayiş etdirilən film ekrana buraxılmayıb. Üçüncü dəfə isə 1937-ci ildə ABŞ-da yaşayan R.Mamulyan adlı bir erməni rejissor "Arşın mal alan"ı Üzeyir Hacıbəyovdan icazə almadan ekranlaşdırıb. Filmdə Azərbaycan bəstəkarının adını göstərməyib. Dördüncü dəfə "Arşın mal alan" 1945-ci ildə Bakı Kinostudiyasında ekranlaşdırılıb və bu musiqili film də dünyada geniş şöhrət qazanıb. Baş rolda Rəşid Behbudov çəkilib. Lakin əsərlərinə kimlərinsə düzəliş etməsi ilə heç cür barışmayan Üzeyir bəy "Arşın mal alan" bədii filmindən narazı qalmışdı. Filmə baxış sona yetəndən sonra Üzeyir bəy söz alaraq deyib: "Mənim övladım yoxdur. Əsərlərim mənim övladlarımdır. Heç kimin onlara toxunmağa haqqı yoxdur".
1965-ci ildə isə "Arşın mal alan" musiqili komediyası Bakıda yenidən ekranlaşdırıldı. Bu rəngli, musiqili filmin rejissoru Tofiq Tağızadə, musiqi redaktoru Fikrət Əmirov idi. Bu film uğurlu alınmışdı. Baş rolun ifaçıları Həsən Məmmədov, Murad Yegizarov, Nəcibə Məlikova, Leyla Şıxlinskaya tamaşaçıları valeh edib. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilib.

Üzeyir Hacıbəyovun xor, simfonik əsərləri, bəstələri...

Üzeyir Hacıbəyovun çoxşaxəli yaradıcılığında musiqinin bütün janrlarına rast gəlirik. Bu məsələyə geniş münasibət bildirməzdən öncə qeyd edək ki, Azərbaycan Xalq Cumhuriyyətinin dövlət himninin musiqi müəllifi də Üzeyir bəy olub. Bu gün də həmin himn müstəqil Azərbaycan dövlətinin himnidir.
Onun 1919-cu ildə Əhməd Cavadın sözlərinə bəstələdiyi "Azərbaycan", sözləri də özünə məxsus olan "Milli marş",
1930-cu ildə yazdığı "Himn" (sözləri Üzeyir Hacıbəyovundur), 1934-cü ildə M. Firdovsinin 1000 illiyinə həsr etdiyi "Kantata", "Qızıl əsgər marşı" (sözləri Məmməd Səid Ordubadinindir) demək olar ki, hər gün səslənir. Bundan başqa, bəstəkarın 1936-cı ildə "Azərbaycan xalq mahnılarının xor üçün işləmələri", Xalq çalğı alətləri ansamblı və ya fortepianonun müşayiəti ilə xor üçün ("Ay bəri bax", "Gedək gəzək bağçada", "Aman nənə", "Nə gözəldir", "Lolo", "Sən gözəl", "Ləlli") hazırladığı xalq mahnıları da səsləndirilir.
Bəstəkar "Süvari marşı", "Piyadalar marşı", 1938-ci ildə yazdığı "Kantata" (sözləri Süleyman Rüstəmindir),
Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibətilə (cözləri H.Natiqindir) 1939-cu ildə bəstələdiyi "Kantata", 1942-ci ildə yazdığı "Vətən və cəbhə" kantatası (sözləri Üzeyir Hacıbəyovundur),"Ey Vətən" (sözləri Səməd Vurğunundur). 1945-ci ildə bəstələdiyi "Azərbaycan SSR Dövlət himni" (sözləri Səməd Vurğun və Süleyman Rüstəmindir), "Qələbə himni" ("Zəfər himni", sözləri Səməd Vurğunundur), "Stalinə salam" ( sözləri Süleyman Rüstəmindir), 1947-ci ildə yazdığı "Kantata" ( Nizami Gəncəvinin 800 illiyinə həsr olunub, sözləri Süleyman Rüstəmindir) kimi əsərlərə nəfəs verib.
Nizaminin qəzəl dühası Üzeyir Hacıbəyov üçün yeni bir ilham mənbəyi olmuşdu. Nizami qəzəllərinin dərin mənası bu qəzəllərə layiq musiqi əsərləri yaratmağı tələb edirdi. "Sənsiz", "Sevgili canan" kimi qəzəl incilərinə layiq musiqi əsərləri yaradan böyük sənətkarımız Üzeyir Hacıbəyov olub. Nizami dühasına Üzeyir musiqisinin əlavə olunması təkrarolunmaz romansların yaradılmasına səbəb oldu.
Üzeyir Hacıbəyovun ən çox müraciət etdiyi şairlərdən biri Əhməd Cavad olub. Bu gün də dillər əzbəri olan "Çırpınırdı Qara dəniz" mahnısını 1918-ci ildə şairin sözlərinə bəstələyib. 1927-ci ildə "Yetim quzu" və "Bir quş düşdü havadan", 1930-cu ildə H.Natiqin sözlərinə yazdığı "Qara göz", 1932-ci ildə Məmmədhüseyn Təhmasibin şeirinə bəstələdiyi "Komsomolçu qız", "Süvari mahnısı" (sözləri H.Natiqindir), Mirmehdi Seyidzadənin sözlərinə yazdığı "Pilotlar", "Bayram günü", "Çağırış" (S. Əliyevanındır)
"Şəfqət bacısı" (sözləri Səməd Vurğunundur), "Vətən ordusu",
"Yaxşı yol" (cözləri Süleyman Rüstəmindir), "Ananın oğluna nəsihəti" (cözləri aşıq Mirzə Bayramovundur), "Döyüşçülər marşı" (cözləri Səməd Vurğunundur) Üzeyir yaradıcılığının qiymətli nümunələridir.

Üzeyir Hacıbəyovun layiq görüldüyü ödüllər, fəxri adlar

Üzeyir Hacıbəyov milli mədəniyyətimizin, ictimai fikrimizin formalaşmasında önəmli roluna, çəkdiyi zəhmətə görə hər zaman xalq tərəfindən minnətdarlıqla anılıb. Öz dövründə də xalq məhəbbətini hiss edib. Dövlət də onun əməyini qiymətsiz qoymayıb. Əlbəttə, Üzeyir bəyin xalqa xidməti təmənnasız idi və onun bir məqsədi vardı. Onun tək istəyi xalqı cəhalətdən, xurafatdan ayırıb onu maarifləndirmək, yüksək bilik, intellekt sahibi etmək, zəngin musiqi mədəniyyətinə sahib olduğunu təlqin etmək idi.
Üzeyir Hacıbəyov 1935-ci ildə SSRİ-nin əməkdar incəsənət xadimi, 1937-ci ildə Azərbaycan SSRİ-nin xalq artisti, 1938-ci ildə SSRİ-nin xalq artisti fəxri adlarına, 1941-ci ildə "Koroğlu" operasına görə II dərəcəli Stalin mükafatına, 1946-cı ildə "Arşın mal alan" operettasına görə II dərəcəli Stalin mükafatına layiq görülüb, 1938-ci ildə Lenin ordeni, 1945-ci ildə isə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.

Üzeyir Musiqi Günü...

Bəllidir ki, Üzeyir bəyin doğum günü, yəni 18 sentyabr musiqi tariximizin ən ələmətdar tarixi kimi qeyd olunur. 1995-ci ildə sabiq Azərbaycan prezidenti mərhum Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illiyi ərəfəsində 18 sentyabrın Üzeyir Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Qeyd edək ki, Üzeyirşünaslar bildirir ki, bu günün Milli Musiqi Günü adlandırılması səhvdir, bu mühüm tarix Üzeyir Musiqi Günü adlandırılmalıdır. Çünki tədbirin adı Heydər Əliyevin imzaladığı Fərmanda Üzeyir Musiqi Günü adlandırılır.
1995-ci ildən bu yana ənənəvi olaraq hər il onun doğum günü Azərbaycanda Musiqi bayramı kimi qeyd edilir. Onu da qeyd edək ki, Üzeyir bəyin vaxtilə adını daşıyan Bakı Musiqi Akademiyasının üstündən Üzeyir Hacıbəyovun adı götürülmüşdü. Lakin medianın və Akademiya rəhbərliyinin uzun illər göstərdiyi səy nəticəsində Üzeyir bəyin adı yenidən Bakı Musiqi Akademiyasına qaytarıldı. İndi bu ali musiqi ocağı Üzeyir bəyin adını daşıyır.
Onu da qeyd edək ki, artıq 2009-cu ildən başlayaraq Azərbaycanda Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda Azərbaycan bəstəkarları və musiqiçiləri ilə birgə yaxın və uzaq ölkələrdən gəlmiş musiqiçilər də iştirak edir.
Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyətinin, publisistikasının, ictimai fikrinin nəhəg siması kimi hər zaman xatırlanır. Çünki o, peşəkar musiqimizə böyük bir abidə qoyub.
Üzeyir bəy, "ölüm sevinməsin qoy!" Sevərək yaşayanlar, sevilərək ölənlər heç vədə unudulmur!

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənilərin Başkəndi Azərbaycanın hansı kəndi ilə dəyişdirilə bilər? - Paşinyan niyyətini açdı...

Vətən müharibəsi və Milli Qəhrəmanların təqaüdlərini bərabərləşdirmək olar...(?)

Yuxarı məmurların övladları əsasən dövlət məktəblərində oxumurlar... Təhsil məmurları isə...

SON XƏBƏRLƏR

06.06.2026 / 21:14
Rusiya Qərbə məğlub olacaq... ölkə müstəmləkəyə çevriləcək, Avropa Birliyi dağılacaq... Kremlin ideoloqundan ŞOK HESABAT...

06.06.2026 / 20:37
Suraxanıda kütləvi dava - polis hərəkətə keçdi...

06.06.2026 / 19:20
Azovda dron hücumlarında həlak olan və yaralanan azərbaycanlıların dəqiq sayı açıqlandı...

06.06.2026 / 18:35
Macarıstanın yeni hökuməti erməni miqrantların ölkəyə girişini qadağan etdi...

06.06.2026 / 16:51
Krım sahillərində Türkiyəyə aid balıqçı gəmisi batırıldı – ölən və yaralananlar var...

06.06.2026 / 16:36
Azovda vurulan gəmilərdən xilas edilən azərbaycanlılardan yeni xəbər var...

06.06.2026 / 15:33
Kəlbəcərdə iki hərbçimiz dərəyə yıxıldı, biri həlak oldu - RƏSMİ

06.06.2026 / 15:07
Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı

06.06.2026 / 14:00
Yasamalda vətəndaşa məxsus mənzil ondan xəbərsiz sökülür? – İcra Hakimiyyətindən AÇIQLAMA...

06.06.2026 / 13:38
ABŞ-da İranla bağlı gizli danışıqlar sızdı - 100 nüvə alimi də danışıqlara cəlb edilir...

06.06.2026 / 13:20
Sərnişin təyyarəsində baş verən qəzanın maraqlı sirri

06.06.2026 / 13:10
Enerji siyasətindən geosiyasi gücə uzanan strategiya

06.06.2026 / 12:44
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

06.06.2026 / 12:11
Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi

06.06.2026 / 11:46
ABŞ İrana, İran ABŞ bazalarına hücum etdi...

06.06.2026 / 11:21
“Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir” - MDU rektoru Anar Eminov yazır

06.06.2026 / 10:56
Azərbaycan nefti 99 dollara düşdü...

06.06.2026 / 10:33
İranlı futbolçulara ABŞ vizası verildi

06.06.2026 / 10:09
Azərbaycan sərhədini pozmaq istəyən əcnəbilər saxlandı

06.06.2026 / 09:23
Sabunçu və Yasamalda oğurluq edən şəxslər saxlandı

06.06.2026 / 08:14
Spiker Simonyan -Ermənistan heç bir hərbi blokda olmalı deyil, NATO, KTMT...

05.06.2026 / 23:18
Kiyevə gedib Zelenskidən Putinə təklif gətirən rusiyalı iş adamı kimdir? - Rusiya prezidenti maraqlı fakt açdı...

05.06.2026 / 22:54
Putin Zelenskinin açıq məktubdakı tonunu bəyənmədi, orduya çağırış etdi – müharibəyə davam...

05.06.2026 / 22:15
Putinin şəxsi nümayəndəsi Azərbaycanla Ermənistanı intriqaya çəkmək istəyir...

05.06.2026 / 21:56
Tramp Milli Kəşfiyyatda ixtisar qərarı verdi - “Hətta ləğv edə bilərik” dedi

05.06.2026 / 21:40
ABŞ “İqtisadi Qəzəb” kampaniyasını bir az da genişləndirdi - ikinci hədəf də var…

05.06.2026 / 21:30
Rusiya Paşinyanın qələbədən sonra atacağı addımı planlaşdırıb...

05.06.2026 / 21:05
Tramp 907 məsələsində özünün unikal şansını buraxdı - payızdan sonra belə şans çətin bir daha düşsün...

05.06.2026 / 20:38
“Aİİ cəlbedici olsa, Ermənistan niyə ondan qaçır?!” - Qaluzinin Azərbaycana təklifinə məntiqli cavab...

05.06.2026 / 20:12
"Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır" - MEDİA

05.06.2026 / 19:56
Rusiya 3 iyun ABŞ-Ermənistan “Tramp dəhlizi sazişini” inkar edir...

05.06.2026 / 19:26
Zelenski Putinin üstünə “at gedişi” etdi -dünya Putindən cavab gözləyir...

05.06.2026 / 19:10
"CNN"in saxta iddialarının arxasında kim(lər) durur? - MM komissiyası şirkət qarşısında tələb qoydu...

05.06.2026 / 18:53
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

05.06.2026 / 18:46
Portuqaliya Prezidenti İlham Əliyevi təbrik edib

05.06.2026 / 18:36
Fərhad Quliyev:"Əsas prioritetlərdən biri institut nəzdində fiziki antropoloji laboratoriyanın yaradılmasıdır ki..."

05.06.2026 / 18:27
Fərhad Quliyev:"Mina təhlükəsi tədqiqatların aparılmasına maneə yaradan əsas amil olaraq qalır"

05.06.2026 / 17:47
Rusiya Paşinyanın seçki qələbəsini 3 gün öncədən "bəyan etdi" - "mexanizm hazırlanır"...

05.06.2026 / 17:35
Ərəb Körfəz ölkələrinin İrana qarşı birgə müharibə çağırısı edildi...

05.06.2026 / 17:22
ABŞ Departamentinin Livanda barış bəyanatını İsrail yerə vurdu...

05.06.2026 / 17:14
Küveyt Əmiri Prezident İlham Əliyevə məktub göndərdi

05.06.2026 / 17:10
Paşinyan İrəvanın KTMT-dən çıxa biləcəyini açıqladı - Bizi bununla qorxudursuz?...

05.06.2026 / 16:51
Almaniyanın BMT TŞ-yə yolunu Tramp, ya Putin bağladı?.. Birinin şəxsi, digərinin dövlət qisası...

05.06.2026 / 16:37
Almaniyanın BMT uğursuzluğu - ölkə artıq mövcud olmayan bir dünyanın qocalar evinə və muzeyinə çevrilib

05.06.2026 / 16:29
18 respublikaçı konqresmen Trampa qarşı çıxdı... Ukrayna kursu dəyişir...

05.06.2026 / 16:26
Paşinyana qarşı bahalı - 50 milyonluq əməliyyata start verildi...

05.06.2026 / 16:19
Tramp öz partiyasına nəzarəti itirmək təhlükəsi ilə üzləşdi - dalbadal 2 İran, 1 Ukrayna qətnaməsi...

05.06.2026 / 16:13
Rusiya Paşinyanın seçki qələbəsini 3 gün öncədən "bəyan etdi" - "mexanizm hazırlanır"...

05.06.2026 / 16:07
Rusiya XİN Azovda içərisində azərbaycanlıların olduğu gəmilərə hücumla bağlı bəyanat yaydı...

05.06.2026 / 16:03
Moskva qorxur - Ermənistan Avropaya qoşulub Rusiyaya savaş açacaq...

05.06.2026 / 15:45
Zərəngiz Dəmirçi Qayalı: “Daşkənd, Səmərqənd və Buxaraya olan səfərim ömrümə yazılan günlərdəndir!”

05.06.2026 / 15:38
Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi (FOTO)

05.06.2026 / 15:22
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi

05.06.2026 / 15:21
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı

05.06.2026 / 15:18
Paşinyan İlham Əliyevin “Minsk Qrupu kursunu” da tam qəbul etdi...

05.06.2026 / 15:14
Kreml Paşinyanın qələbəsi ilə barışıb? – Putinə qəribə VƏD

05.06.2026 / 15:13
ABŞ-la Ermənistan Zəngəzur dəhlizini böldü - 74:26 faiz...

05.06.2026 / 15:09
Paşinyanı devirmək üçün Rusiyadan göndərilmiş erməniləri bir-bir tutub orduya göndərirlər...

05.06.2026 / 14:55
Xamenei Trampdan əvvəl müharibənin qələbə ilə bitdiyini elan etdi...

05.06.2026 / 14:44
İsrail İrana qarşı Azərbaycan ərazisindən istifadə edib? - XİN CNN-in iddialarını rədd etdi...

05.06.2026 / 14:36
MEDİA yalan məlumata görə, CNN-in təkzib verməsini və üzr istəməsini tələb etdi...

05.06.2026 / 14:33
“Bakıdan Türkiyəyə dəmiryolu ilə gediş-gəliş başladı” xəbərləri yanlışdır...

05.06.2026 / 14:26
Cərimə balları artırıla bilər - 20-dən 40-50-yə...

05.06.2026 / 13:57
Naxçıvan Avtomobil Yolları Agentliyinin işi prokurorluğa göndərildi

05.06.2026 / 13:35
Azovda yük gəmilərinə dron hücumu - 5 Azərbaycan vətəndaşı həlak oldu....

05.06.2026 / 13:20
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib

05.06.2026 / 12:41
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

05.06.2026 / 12:20
"Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib" - Prezident

05.06.2026 / 12:05
Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb

05.06.2026 / 11:47
"Azərişığ"ın idarə rəisləri və müavinlərinə maliyyə sanksiyası tətbiq edildi...

05.06.2026 / 11:01
Ermənistan və ABŞ "Tramp Marşrutu" layihəsi üzrə saziş imzalayıb

05.06.2026 / 10:57
Bizim ölkənin adı "Ştrafıstan" deyil - Prezident etiraz etdi, deputat "dala verdi"...

05.06.2026 / 10:48
Kiyevdə poçt terminalında bağlama partladı - ölən və yaralananlar var...

05.06.2026 / 10:36
ABŞ İrandan nüvə məsələsində yazılı zəmanət istədi - razılaşmanın son versiyası üzərində iş gedir...

05.06.2026 / 10:24
Azovda içərisində azərbaycanlıların olduğu iki gəmi vuruldu - ölənlər var...

05.06.2026 / 10:03
Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini təbrik etdi

05.06.2026 / 09:47
Göyçayda narkotik satan iki nəfər saxlandı...

05.06.2026 / 09:02
ABŞ jurnalisti Çin kəşfiyyatının agenti çıxdı…

05.06.2026 / 08:42
Trampın adı Kennedi Mərkəzinin fasadından silinəcək - Federal məhkəmə qərar verdi

05.06.2026 / 08:08
Tramp İranla “işi bitirib” Kubaya üz tutacaq - “…xarabalığa çeviriblər”…

05.06.2026 / 08:05
"Putin və Zelenski görüşməlidirlər" - Trampdan AÇIQLAMA

Məcburi köçkün gənclərin inkişafına son 20 ildə dövlət dəstəyi...

XƏBƏR ARXİVİ