Bazar ertəsi günü, 08 dekabr 2025
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Gündəm
Siyasət
İqtisadiyyat
Dünya
Sosial
Kriminal
Mədəniyyət
İdman
Gənclərimizin problemləri günümüzün aktual məsələsi kimi müzakirə edilir
Tarix: 25.06.2014 / 11:55
Bölmə: Layihə
Azərbaycanda gənclərin qarşısında duran vəzifələr çox məsuliyyətli və düşünülməsi vacib olan məsələlərdən biri kimi gündəmdədir. Gəncliyin vətənpərvərlik tərbiyəsi, milli düşüncəyə sahib olmaq məsələsi yaşlı nəsli düşündürür. Gənclik bilməlidir ki, yaxşı gələcək, yaşayış tərzi naminə milli və dövlətçilik maraqlarını unutmamalıdır, əksinə, onlar bu sevgiyə sahib olmalıdır. Çünki dövlətini sevməyən, onun tərəqqisi naminə mücadilə verməyən gənclər heç vaxt arzularına çata bilməz.
Azərbaycan dövləti gəncliyin bu günü və gələcəyi naminə çoxlu işlər görür. Ağıllı, intellektli gənclərə bu qayğıdan pay düşür. Məlumdur ki, Azərbaycan gəncliyinin problemlərinin həlli istiqamətində görülən işlər sürətləndirilir. Dövlətin imkanları artdıqca, bu istiqamətə diqqət də günbəgün yüksələn xətt üzrə inkişaf edir.
Gənc kinoşünas Aydan Şükürlünün sözlərinə görə, gənclər dövlət qayğısından bəhrələnmək üçün çalışmalıdır. Onun dediyinə görə, heç bir fəaliyyət göstərməyən, evdə oturub xəyallar quran, gününü sosial şəbəkələrdə keçirərək xoşagəlməz işlərlə məşğul olan gənclərin qayğıdan kənar düşməsi təbiidir: "Dövlətin qəbul etdiyi proqramlar fəal gəncliyin xeyrinədir. Çünki onlar iş görür və bu işin də bəhrəsini görürlər. Bilirsiz ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda "Gənclər evi"nin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi və s. işlərin görülməsi nəzərdə tutulub. Bu proqram bir daha ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir.
Məlumat üçün qeyd edim ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" layihəsi həyata keçirilir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafının mühüm amilinə çevrilməsini təmin etmək məqsədilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli, 1746 nömrəli Sərəncamı imzalanıb".
A.Şükürlü bildirdi ki, sözügedən sənədə uyğun olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub: "Dövlət Proqramı çərçivəsində yüzlərlə tələbənin xaricdə təhsil alması qarşıya məqsəd qoyulub. Bu məqsədə də nail olunur. Düşünürəm ki, xaricdə təhsil alıb gələn gənclər də var gücləri ilə dövlətə xidmət etməlidir. Bəzi gənclər nədənsə bu məsuliyyəti anlaya bilmir. Dövlət güclü gəncliyə sahib olmaq məqsədilə bu işləri görür. Məlumdur ki, ölkənin gücünü təkcə təbii sərvətlər, təbii ehtiyatlar, yaxud maliyyə imkanları müəyyən etmir. Hər bir ölkənin gücü onun hərtərəfli inkişafındadır. Azərbaycanın gücü ondan ibarətdir ki, ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri rahat yaşayır. Bu artıq Azərbaycanda oturuşmuş bir yanaşmadır. Azərbaycanın gələcək uğurlarını şərtləndirən amillərdən biri də odur ki, ölkə gəncliyi təşəbbüskarlığı ilə seçilir. Azərbaycanda bu sahədə işlər çox yüksək səviyyədədir. Əlbəttə, burada həm dövlət siyasəti, bu siyasətin əsasları düzgün qurulub, eyni zamanda, bu, cəmiyyət tərəfindən irəli sürülmüş bir siyasi və ictimai sifarişdir. Bu bizim həyat tərzimiz və dünya görüşümüzdür. Azərbaycan gəncliyi müxtəlif dövrlərdə müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində yaşayıb. Buna baxmayaraq, bütün dövrlərdə və xüsusilə ən sevindirici hal ondan ibarətdir ki, müstəqillik dövründə gəncliyin simasında müsbət meyllər daha da güclənir. Bizim uğurlu inkişafımızı gücləndirən amillərdən biri də məhz sözügedən faktordur.
Ölkəmizin inkişaf etməsi bu gün danılmaz bir reallıqdır. Bütün bunlarla yanaşı, istəyirik ki, ölkəmiz daha da güclü olsun. Bu işdə ölkə gəncliyinin də üzərinə böyük iş düşür. Çünki Azərbaycanın təsir imkanları genişlənir. Bu imkanlar yalnız regionda əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsinə xidmət edəcək. Çünki dövlət olaraq güclənməyimiz bölgə üçün müsbət bir təkandır". Müsahibimiz dedi ki, Azərbaycan bu gün bölgədə sabitləşdirici rol oynayır və bu rol getdikcə artan xətt üzrə inkişaf edir. Onun dediyinə görə, Azərbaycanda bütün azadlıqlar, din azadlığı var: "Ən böyük nemət din, vicdan, söz, fikir, siyasi fəaliyyət, mətbuat azadlığıdır. Bu gün bütün azadlıqlar mövcuddur və Azərbaycan xalqı bunun bəhrəsini görür. Liberal iqtisadi siyasət siyasi islahatlarsız mümkün deyil. Bütün bu istiqamətlər bir-birini tamamlayır və bizim uğurlu inkişafımızı şərtləndirir. İldən-ilə ölkədə sosial rifah artır. İqtisadi göstəricilərimiz bunun əyani sübutudur. Hər bir sahə üzrə konkret proqramlar, icra mexanizmləri var. Bu proqramların icra edilməsi çərçivəsində ölkənin uğurlu inkişafı təmin olunur. Ölkəmizdə böyük quruculuq, abadlıq işləri aparılır, böyük infrastruktur layihələri həyata keçirilir. Bütün bunlara rəğmən, ölkə gəncliyi əldə edilmiş uğurlarla kifayətlənməməlidir. Hələ görüləsi işlər çoxdur - həm iqtisadi, sosial sahədə, həm də digər başqa sahələrdə. Digər tərəfdən, Azərbaycan əhalisi artır və burada gənclər həm üstün, həm də dinamik bir təbəqədir. Hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da gənclərin necə tərbiyə olunması başlıca vəzifələrdən biridir. Dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Çünki gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaq. Gənclərin milli mənlik şüurunun yüksək səviyyədə inkişaf etdirilməsi ölkənin və dövlətin qarşısında duran prioritet məsələdir. Unutmaq olmaz ki, milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır. Necə deyərlər, bu iki məfhumu bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Gənclərin milli mənlik şüuru deyəndə, bu ilk növbədə milli-mənəvi özünüdərkdən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, hansı özünəməxsus və spesifik xüsusiyyətlərə malikdir. Bütün bunlara kompleks yanaşmaq lazımdır. Heç şübhəsiz, bunları dərk edən gəncdə vətənpərvərlik hissləri də yüksək səviyyədə olar. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacib əhəmiyyət kəsb edir". Gənc sosioloq Pərvanə Məhəmmədəliyevanın dediyinə görə isə, dövlətin apardığı siyasət bəllidir və bu siyasətin təbliğatı düzgün qurulmalıdır ki, bunun konsepsiya halına salınması daha effektli nəticə versin: "Başlıca olaraq, bu məsələdə müasir dövrün tələblərinin nəzərə alınması və ona uyğun olaraq işin qurulması vacib məsələdir. Çünki dəyişən dünya reallıqlarını nəzərə almadan bu işi görsək, aparılan təbliğatın səmərəsi arzuolunan səviyyədə olmayacaq. Bu da nəticə etibarilə yad ünsürlərin gənclərin təfəkkür tərzinə hakim kəsilməsinə gətirib çıxaracaq ki, bunun özü çox zərərli tendensiyalara yol aça bilər".
Onun dediyinə görə, bütün bu deyilənlərin fonunda gənclərin qarşısında duran əsas və prioritet təşkil edən məsələlərdən biri tərbiyə məsələsidir. Sumqayıtda yaşayan sosioloq bildirdi ki, burada gənclər təşkilatlarının rolu özəl olmalıdır":Valideynlərimdən eşitmişəm ki, sovet dövründə ideoloji tərbiyə məsələsi ilə komsomol gənclər təşkilatları daha ciddi məşğul olub. Bu indi də davam etdirilməlidir. Məlumatıma görə, müxtəlif təşkilatlar bu işlərlə məşğul olur, amma bunlar gənclər arasında elə də ciddi təbliğ edilmir. Düşünürəm ki, telekanallar bayağı məsələləri, antimilli mövzuları, məişət problemlərini bu qədər müzakirə etməkdənsə, gənclərin vətənpərvərlik tərbiyəsi haqda böyük proqramlar, disskusiyalar təşkil etsə, daha yaxşı olar. Mətbuatdan oxmuşam ki, gənclərin tərbiyə məsələsi ilə bağlı tədbirlər keçirənlər var. Azərbaycanda gənclərin qarşısında duran vəzifələr çox məsuliyyətli və düşünülməsi vacib olan məsələlərdir. Yəni atılacaq addımlar dəfələrlə düşünülüb, ondan sonra qərar verilməlidir. Gənclərin Azərbaycanın istər iqtisadi, istərsə də siyasi həyatında artıq özlərinə yer tutması vacib məsələlərdən biridir. Bunun üçün də birinci növbədə gənclər özlərini buna hazırlamalıdır ki, dövlət də onların bu sahədə olan potensialını dəyərləndirə bilsin. Yoxsa, gənclər bu işi görmək iqtidarında deyilsə, o zaman dövlətdən, dövlətçilikdən nəyisə ummaq doğru olmaz. O mənada ki, o potensiala sahib olub, amma onu dəyərləndirə bilməyən gəncləri götürsün və hansısa bir prosesə cəlb etsin. Bu, təbii ki, mümkün olan iş deyil. Ona görə də öncə gənclərin buna hazır olub-olmadığını müəyyən etmək lazımdır. Əvvəlcə biz bunu dəyərləndirməliyik. Daha sonra gənclərin qarşısında qoyulan bu vəzifələrin öhdəsindən necə gəldiyinə baxmaq lazımdır. Çünki Azərbaycan inkişaf etdikcə və nailiyyətlərini sərgilədikcə, ölkəmizə olan maraq artır. Bu da artıq Azərbaycanın regionda bir güc mərkəzi olmasının göstəricisidir. Bu zaman, təbii ki, ölkəmizin dostları çoxalmaqla yanaşı, eyni zamanda, düşmənləri də çoxalır. Ona görə də gənclər daha diqqətli və fədakar olmalıdır".
Pərvanə Məhəmmədəliyevanın sözlərinə görə, gənclər yaxşı gələcək, yaşayış tərzi naminə milli və dövlətçilik maraqlarını unutmamalıdır. Bununla bağlı gənclərin üzərinə böyük məsuliyyət düşür. Öz şəxsi maraqlarımızı kənara qoyub, ümumi maraqlarımızı əsas götürərək bir nöqtəyə vurmalıyıq. Başqa bir tərəfdən, gəncliyin qarşısında duran əsas prioritet məsələ Qarabağ məsələsi və onların buna verə biləcəyi töhfələridir. Yəni işğal altında olan torpaqların azad olunması. Azərbaycan dünyada nə qədər təbliğ olunsa da, yenə də biz ölkə xaricinə çıxanda görürük ki, hələ də tanınmaq baxımından bəzi problemlər var. Bunun üçün işlər görülməli və xaricdə təhsil alan gənclərimiz hər zaman bunun fərqində olmalıdır".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...
Tarix: 05.12.2025 / 21:50
Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...
Tarix: 05.12.2025 / 20:56
Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...
SON XƏBƏRLƏR
08.12.2025 / 21:45
Kreml ATƏT dövrü Qarabağ sənədlərinin açılmasından narahat olub...
08.12.2025 / 21:31
"Yeddi Yara" kilsəsi katolikosa qarşı mübarizənin mərkəzinə çevrildi
- erməni keşişlərinin pornovideoları yayıldı...
08.12.2025 / 21:16
Rəsmi İrəvan Dohada da "dəhliz" sözündən qıcıqlandı
- "niyə"sinə izah verilmir...
08.12.2025 / 21:02
Azərbaycan neft diplomatiyasında yeni yol açır
- Hikmət Hacıyev anons verdi...
08.12.2025 / 20:49
Amerika alimi Ermənistanda türk yer adlarının kütləvi silindiyini ifşa etdi...
08.12.2025 / 20:35
Qərbi azərbaycanlıların qayıdışına BMT də cəlb olunur...
08.12.2025 / 20:23
MDU daha bir ilkə imza atdı - Dünyanın 19 ölkəsinin alimləri univetsitetə toplaşdı…
- FOTO
08.12.2025 / 20:21
“Trampın təhlükəsizlik qarantiyası əvəzinə Ukrayna torpaqları Rusiyaya verilir"
- Zelenskini nəyə məcbur edirlər...
08.12.2025 / 20:08
Qeyri-neft sektorunda inqilabi nəticə
- 84 faizdən yuxarı...
08.12.2025 / 19:54
Ramiz Mehdiyev-Əli Kərimli xəyanət birliyinin 1990-cı illərin əvvəlinə dayanan şok məqamları üzə çıxır...
08.12.2025 / 19:40
Hikmət Hacıyev Taker Karlsona çox düz tövsiyə verib
- ədalətli olmağın üsulu elə budur...
08.12.2025 / 19:27
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
08.12.2025 / 19:25
"Bizdə kifayət qədər böyük enerji potensialı var"
- Prezident
08.12.2025 / 19:23
77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...
08.12.2025 / 19:21
Prezident İlham Əliyev: "Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik"
08.12.2025 / 19:18
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir"
- Prezident
08.12.2025 / 19:14
Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
08.12.2025 / 19:12
Prezident İlham Əliyev: "Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək"
08.12.2025 / 19:10
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir"
- Prezident
08.12.2025 / 19:10
Tramp İlham Əliyevə nə demək istədi?
- “Sizinlə qeyri-mümkün şeyləri edəcəyik”...
08.12.2025 / 19:07
"Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır"
- Prezident
08.12.2025 / 18:57
ABŞ-ın yeni strategiyası
- "Avropa çökür, Rusiya ilə müttəfiq olmalıyıq"...
08.12.2025 / 18:43
Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub
- FOTO
08.12.2025 / 18:43
Qərbi Azərbaycanın mədəni irsinin bərpası gündəmə gətirildi...
08.12.2025 / 18:29
Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...
08.12.2025 / 18:18
Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub
- FOTO
08.12.2025 / 18:16
Qatil terrorçu Melkonyan hələ də İrəvanda “qəhrəman” sayılır
- üstəlik “sülh” deyirlər...
08.12.2025 / 18:05
Trampın "söndürdüm" dediyi bütün müharibələr yenidən alovlanacaq, tək birindən başqa...
çünki onu Tramp söndürməyib....
08.12.2025 / 17:56
“Tramp Ukraynanı satacaq” söhbətini Avropa liderləri məqsədli sızdırıblar...
08.12.2025 / 17:49
Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfər edib
- FOTO
08.12.2025 / 17:43
Qərbi azərbaycanlılara qarşı törədilənlər beynəlxalq hüquqi qiymətini alacaq...
08.12.2025 / 17:29
Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...
08.12.2025 / 17:17
“Borçalı” İctimai Birliyi müraciət yaydı
08.12.2025 / 17:10
Rusiya Ukrayna sərhədində öz şəhərini bombaladı
- yaralı və ciddi dağıntılar var…
08.12.2025 / 16:53
NATO Rusiya təyyarəsini vura bilər
- Moskvaya xəbərdarlıq…
08.12.2025 / 16:50
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edildi
08.12.2025 / 16:36
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı
08.12.2025 / 16:23
Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-da istifadəyə veriləcək...
08.12.2025 / 16:10
Ermənidən betər bəla...
08.12.2025 / 16:08
Tramp Rusiya-Ukrayna məsələsində yenə məyus oldu
- Putin sülh istəyir, Zelenski yox?...
08.12.2025 / 16:04
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək
08.12.2025 / 15:52
Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlandı
08.12.2025 / 15:45
Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sanballı əsər
08.12.2025 / 15:31
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq...
08.12.2025 / 15:24
Könüllərdə yuva quran şəhid kapitan - Elçin Tağıyev...
08.12.2025 / 15:16
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi oldu
08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...
08.12.2025 / 15:05
MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladı
08.12.2025 / 14:55
“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var”
- Aygül İsayeva
08.12.2025 / 14:43
İki “ruh ekizi”, iki “təbii müttəfiq”
- Abutalıb Səmədov yazır...
08.12.2025 / 14:28
Ədalət yer üzündə Allahın tərəzisidir
08.12.2025 / 14:14
Azərbaycan Qəzzaya kontingent göndərəcək?
- Nazir məsələyə aydınlıq gətirdi...
08.12.2025 / 13:50
"İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub"
- Əraqçi
08.12.2025 / 13:41
Ağbənd-Kəlalə körpüsünün gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir
08.12.2025 / 13:14
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü
08.12.2025 / 13:08
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı, iki nəfər saxlandı...
08.12.2025 / 12:51
Anar Zərdabinin heykəlinin köçürülməsini təklif etdi
- "...restoranın qapıçısı kimi görünür"
08.12.2025 / 12:34
"Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir"
- İƏT-in Baş katibinin müavini
08.12.2025 / 12:24
Emin Əmrullayev dərslikləri tənqid etdi
- "...müəlliflərin şəxsi yanaşmalarına əsasən hazırlanır"...
08.12.2025 / 12:16
Nazirlik Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi...
08.12.2025 / 12:07
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul etdi
08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi"
- ABŞ səfirliyi
08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar"
– Nazir
08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi
08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi
- FOTO
08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb"
- Şahmar Mövsümov
08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq
- Komitə sədri narkotiklərlə bağlı rəqəmlər açıqladı...
08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...
08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA
08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA
08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR
08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq
08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb
07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı
- bunsuz razılaşma mümkün deyil...
07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət
- radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…
07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...
07.12.2025 / 18:44
HƏMAS şərtlərini açıqladı
- bu halda silahlarımızı yerə qoymağa hazırıq…
07.12.2025 / 17:51
Trampın Ukrayna sülh planı iki məsələdə dalana dirəndi
– Donetskin statusu və Zaporojye AES...
07.12.2025 / 17:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər
- FOTO
07.12.2025 / 16:38
Orban Avropa Birliyinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etdi
- 2030-cu ilə qədər…
07.12.2025 / 14:23
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb"
- Prezident
77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...
Populyar xəbərlər
Tarix: 29.11.2025 / 13:50
Müəllimi 8 saat məktəbdə tutmağın hədəfi budur,
planın uğuruna şübhələr var…
Tarix: 04.12.2025 / 18:53
Uşaqlarımızın "Mavi balina" bəlası yenidən qayıdıb...
Tarix: 14.11.2025 / 13:09
Пашинян громит агентов России
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
Tarix: 19.11.2025 / 09:32
SOCAR prezidentinin qərarı ölkədə maaş disbalansını dərinləşdirəcək...
Tarix: 17.11.2025 / 13:05
К.Саркисян: "Будет новый Бог - армянин". Иисус Христосян?
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
XƏBƏR ARXİVİ