çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Azərbaycanın idxal-ixrac əməliyyatlarında təhlükəli vəziyyət var - yeni bazarlar tapılmalıdır...

Image


2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917,6 milyon ABŞ dollarına bərabər olub. Bu da ötən ilin eyni dövrünə nisbətən çoxdur. Ötən ilin ilk dörd ayında bu rəqəm 13.6 milyard dollar olmuşdu.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, son bir ildə ölkə üzrə ixrac 8 milyard 784.7 milyon dollar (7,5 faiz artım), idxal isə 8 milyard 132,9 milyon dollar (48,8 faiz artım) təşkil edib.

Amma xarici ticarət dövriyyəsində 651,79 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 4,1 dəfə azdır. Bir sıra iqtisadçılar idxal-ixrac əməliyyatlarında müsbət saldonun azalmasını neft hasilatının və qiymətinin azalması, qeyri neft-qaz ixracının lazımı səviyyədə artmaması ilə izah edirlər. Hesabat dövründə xarici ticarət iştirakçılarının sayı ölkələr üzrə 157 olub. Bu illik müqayisədə bir ölkə azdır. Xarici ticarət iştirakçılarından fiziki şəxslərin sayı 23 926, hüquqi şəxslərin sayı 8037 olub. Hüquqi şəxslərin 7 900-ü özəl sektordan, 137-si dövlət sektorundan olub. İstənilən halda görünən odur ki, ölkə hələ də idxaldan xeyli asılıdır. Ekspertlər hesab edir ki, idxalın bu qədər artması yerli istehsalın hələ də bir çox sahələrdə xarici məhsullarla rəqabət apara bilmədiyindən irəli gəlir. Uzunmüddətli perspektivdə bu tendensiya xarici ticarət balansında disbalans yarada bilər. Ekspertlər ixracın şaxələndirilməsinin, qeyri-neft sektorunun gücləndirilməsinin və yerli istehsalın stimullaşdırılmasının vacibliyini bildirir. Yerli məhsul istehsalının bəzi sahələrdə zəif olması xarici mallara olan tələbatı artırır. Xüsusilə yüksək texnologiyalı avadanlıq, dərman, maşın və elektronika kimi sahələrdə yerli istehsal kifayət qədər inkişaf etmədiyindən idxala ehtiyac yaranır. İndi getdikcə kəskinləşən qlobal rəqabət və konfrontasiya fonunda Azərbaycan üçün ixracı artırmaq olduqca vacibdir. Bu sırada Türk Dövlətləri Təşkilatına (TDT) xüsusi önəm verilməlidir. Bu gün türk dünyası beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm geosiyasi və geoiqtisadi çəkiyə malikdir. TDT-nin üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Üzv dövlətlərdə ümumi daxili məhsulun həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə dünya ərazisinin 1 faizə qədəri, ticarət dövriyyəsinin 2,4 faizini Türk Dövlətləri Təşkilatına üzv ölkələr əhatə edir. Ərəb ölkələrinə ixrac da mühüm istiqamət ola bilər.

Qeyd edək ki, ərəb dövlətləri ilk növbədə ərzaq, o cümlədən aqrar məhsulları böyük həcmdə Azərbaycandan idxal etməyə hazırdır. Ekspertlər hesab edir ki, ölkəmizin ilk növbədə kənd təsərrüfatı məhsullarının ixracı ilə əlaqədar potensialı genişdir. Digər tərəfdən bu məsələ ilə əlaqədar hökumətin xüsusi proqramları var. Bundan əlavə, ixracla məşğul olan şirkətlərə müəyyən güzəştlər də var. Bu arada qeyd edək ki, Azərbaycan məhsullarının Körfəz ölkələrinə daşınması üçün nəqliyyat logistika layihəsinin hazırlanması gündəmə gəlib. Hesab edilir ki, bunun reallaşması Azərbaycandan ərəb ölkələrinə daha böyük həcmdə məhsul ixracına imkan verəcək. Ekspertlər hesab edir ki, ərəb ölkələrinin bazarlarına ilk növbədə kənd təsərrüfatı məhsullarının çıxarılmağa başlanması Azərbaycanda bu sahənin inkişafına əlavə təkan verəcək. Digər tərəfdən, Azərbaycanın ənənəvi MDB məkanından əlavə, dünyanın digər ölkələrinə də kənd təsərrüfatı məhsullarını çıxarmağa başlaması həm də o deməkdir ki, ölkəmizin beynəlxalq tələblərə cavab verən istehsal potensialı var. Daha bir vacib fakt odur ki, xaricə çıxış imkanlarının genişlənməsi fonunda istehsalçı daha çox məhsul yetişdirib onun satılmasında maraqlı olacaq. Bu isə daxili istehsal həcminin artması deməkdir. Ümumiyyətlə, ərəb ölkələrinə çıxış əldə edilməsi yerli keyfiyyətli məhsullar üzrə istehsal prosesinin artmasına gətirib çıxaracaq. Azərbaycanda aqrar sektorda istehsal imkanlarının genişləndirilməsi, əsasən də keyfiyyətli, rəqabətə davamlı məhsul istehsalının formalaşdırılması ölkə üçün yeni bazarların əldə edilməsi baxımından da vacib əhəmiyyət kəsb edir. Azərbaycan Çin iqtisadi əlaqələri və onun genişlənməsi də burada xüsusi diqqət cəlb edir. Məlumdur ki, Azərbaycanın Çinlə əlaqələri son zamanlar ciddi inkişaf trayektoriyasına qədəm qoyub. Amma bu daha çox idxal əlaqələridir. Azərbaycan Çindən daha çox məhsul idxal edir. Lakin vəziyyətin müəyyən qədər dəyişməsi də mümkündür. Çin olduqca böyük bazardır. Orada yer tutmaq, məhsullarımızı Çin bazarına çıxarmaq çox önəmlidir. Buna rəğmən hələlik Azərbaycan məhsulları Çin bazarında geniş yer tuta bilməyib. Düzdür, son zamanlar bu istiqamətdə hökumətlərarası müqavilələr imzalanmağa vəhəyata keçirilməyə başlanılıb. Çinlə Azərbaycan arasında ticarət və investisiya sahəsində kifayət qədər böyük potensial var. Bu potensialın açılması üçün əməkdaşlığın genişlənməsi yaşıl enerji konteksində də mümkündür. Burada onu da qeyd edək ki, Azərbaycanın Çin məhsullarının ixracında önəmli rol oynaması rəsmi Pekin üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycandan keçən Transxəzər beynəlxalq nəqliyyat dəhlizi - Orta Dəhliz bu gün Çin üçün alternativ ixrac baxımından həyati zərurətə malikdir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ