Bazar günü günü, 08 noyabr 2026
     

Baxmutun qalibi Rusiya-Ukrayna müharibəsinin qalibi olacaq...

Image


Dünya gündəminin hələ də bir nömrəli mövzusu olan Rusiya-Ukrayna müharibəsində son həftələr ərzində xüsusi diqqət cəlb edən məsələlərədən biri də Ukraynanın kiçik sənaye şəhəri olan Baxmutda gedən qızğın döyüşlərdir. Bu şəhərdə, demək olar ki, hər yer dağılıb. Ölkənin şərqində yerləşən şəhər yeddi aydan çoxdur Rusiya qüvvələrinin raket zərbələri altındadır.

Şəhər merinin müavini Oleksandr Marçenkonun bildirdiyinə görə, burada cəmi bir neçə min mülki əhali qalıb ki, onlar da su, qaz və elektrik enerjisi olmadan yeraltı sığınacaqlarda yaşamağa məcbur qalıblar: “Şəhər demək olar tamamilə dağılıb. Burada müharibə nəticəsində zərər görməyən bina qalmayıb”. Bəs nə üçün Rusiya və Ukrayna bu dağıntı qalıqlarından ibarət kiçik şəhər uğrunda ağır döyüşlər aparır? Və nə üçün hər iki tərəf bu şəhəri müdafiə etmək və bu şəhərə hücum etmək üçün öz əsgərlərini qurban verir? Hərbi analitiklər Baxmutun çox az strateji əhəmiyyətə malik olduğunu deyirlər. Bura hər hansı hərbi qarnizonun yerləşdiyi, nəqliyyat xətlərinin kəsişdiyi və ya ən çox əhalinin məskunlaşdığı bir şəhər deyil. İşğaldan əvvəl burada təxminən 70 min əhali yaşayırdı. Şəhər duz, gips mədənləri və böyük şərab müəssisələri ilə məşhur idi. Baxmut hər hansı coğrafi əhəmiyyətə də malik deyil. Belə ki, Baxmut 1200 kilometrlik cəbhədə kiçik taktiki ərazilərdən biridir. Buna baxmayaraq, Rusiya ən böyük hərbi resurslarını bu şəhəri ələ keçirmək üçün səfərbər edir. Qərb rəsmiləri Baxmutda və onun ətrafında gedən döyüşlərdə 20-30 min rus əsgərinin öldüyünü deyir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays qeyd edir ki, hazırda ətrafında qızğın döyüşlər gedən Baxmut əməliyyat şəraiti baxımından Rusiya ordusu üçün böyük strateji əhəmiyyət kəsb etmir. Lakin işğalçılar hələ də onu ələ keçirməyə çalışırlar, çünki onların müharibədə ən azı görünən nailiyyətlər əldə etmək üçün başqa variantları yoxdur. Elə ekspertlər də bəyan edir ki, simvolik də olsa, Rusiyanın qələbəyə ehtiyacı var. Rusiya qüvvələrinin Severodonetsk və Lisiçansk şəhərlərini ələ keçirdiyi yaydan bəri uzun müddət ötüb. Həmin vaxtdan bugünədək Rusiya çox kiçik ərazi əldə edib və bu proses indi də olduqca ləng gedir. Ona görə də indi Rusiya Kremli dəstəkləyən təbliğatçılara bu müharibənin uğurlu olduğunu göstərməyə ehtiyac duyur. Ukraynanın Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri Serhii Kuzan BBC-yə bildirib ki, ruslar hərbi yox, siyasi missiya uğrunda döyüşürlər: “Ruslar siyasi məqsədlərini çatmaq üçün minlərlə insanı qurban verməyə davam edəcəklər. Rusiyalı komandirlər Baxmutu həm də hərbi səbəbdən ələ keçirmək istəyirlər. Onlar ümid edirlər ki, Baxmuta yiyələnsələr, bu, onlara daha çox ərazi əldə etmələri üçün imkan yaradacaq. Britaniya Müdafiə Nazirliyinin dekabrda bildirdiyinə görə, şəhərin ələ keçirilməsi rus qüvvələrinə imkan verəcək ki, Kramatorsk və Sloviansk kimi daha geniş ərazilərdə insanlara təhdid yaratsın”. Bununla belə, hücumların mərkəzində yer alan “Vaqner” muzdlu qruplaşması ilə bağlı suallar yaranır.

Baxmutun mühasirəsində əsas rol oynayan qruplaşmanın lideri Yevgeny Priqojinin reputasiyasi ciddi zədələnib. O ümid edirdi ki, rəhbərlik etdiyi muzdlu qüvvə siravi rus ordusundan daha yaxşı döyüşdüyünü göstərə biləcək. O, minlərlə məhbusu öz dəstəsinə qoşaraq Ukrayna ordusuna qarşı ölümə göndərib. Əgər burada uğur qazanmazsa, o zaman onun Moskvada siyasi nüfuzu aşağı düşəcək. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə fikir ayrılığında olan Priqojin nazirin taktikasını tənqid edir və indi də kifayət qədər silah-sursat ilə təchiz olunmamasından şikayətlənir. Kuzan hesab edir ki, Kremldə öz təsir gücünü artırmaq uğrunda bu iki şəxs arasında gedən mübarizə Baxmut və onun ətrafında mübarizənin davam etməsini şərtləndirir. Bəs minlərlə canlı qüvvəsini itirən Ukrayna nə üçün Baxmutun müdafiəsində inadkarlıq edir? Əsas strateji hədəf Rusiya ordusunu bu döyüşdə zəiflətməkdir. Qərb rəsmiləri bu döyüşü təsvir edərkən bildirib ki, Baxmut Rusiyanın yanlış taktikası səbəbindən Ukraynaya daha çox rus əsgəri öldürmək şansı verir. NATO mənbələrinin hesablamalarına görə, Baxmut döyüşlərində ölən hər beş rus əsgərinə qarşı Ukrayna bir əsgərini itirir. Ukraynanın milli təhlükəsizlik üzrə katibi Oleksiy Danilova görə, bu rəqəm daha böyükdür və itki 7-nin 1-ə nisbətindədir. Serhii Kuzan qeyd edir: “Baxmutda mübarizənin davam etməsi, bizə daha çox düşmən qüvvəsini məhv etmə imkanı verir və onların daha çox təchizatını darmadağın edə bilirik.Ona görə də, Baxmutu əldə saxlamağa davam edəcəyik”. Şəhəri müdafiə etməklə Ukrayna həm də Rusiya qoşunlarının cəbhənin digər istiqamətlərində cəmlənməsinə də mane olur. Rusiya kimi Ukrayna da Baxmuta siyasi önəm verir. Ukrayna prezidenti Volodimir Zelenski şəhəri “müqavimət emblemi” kimi təsvir edib. O, dekabrda Vaşinqtonda səfərdə olarkən Baxmutu “döyüş əzminin qalası” adlandırıb və ABŞ Konqresinə Baxmutun bayrağını verib: “Baxmut döyüşü müstəqillik və azadlıq uğrunda apardığımız müharibənin trayektoriyasını dəyişəcək”. Baxmut ələ keçirilərsə, Rusiya qələbə qazandığını iddia edə bilər və bu, rus ordusu üçün əhval-ruhiyyəni yüksəldən xoş xəbər ola bilər. Ukrayna isə siyasi və simvolik itkidən əziyyət çəkər. Daha ukraynalılar sosial mediada “Baxmut ayaq üstədir!” şüarını səsləndirə bilməzlər. Lakin çox az insan Baxmutun itirilməsinin böyük hərbi təsir yaradacağını düşünür. ABŞ müdafiə naziri Lloyd Austin bildirib ki, Baxmut ələ keçirilərsə, bu, hələ Rusiyanın müharibənin gedişini dəyişdirməsi anlamına gəlməyəcək. Hərbi təhlilçi və Avstraliyanın keçmiş generalı Mivk Ryan düşünür ki, Rusiyanın irəliləməsi ləng baş verə bilər: “Baxmut itirilərsə, Ukraynalılar Kramatorsk ərazisində 8 ildir hazırladıqları müdafiə zonasına geri çəkilə bilərlər. Bu şəhər Baxmutla müqayisədə müdafiə baxımından daha əlverişli ərazidə yerləşir. Baxmutda olduğu kimi rus qoşunlarının Kramatorskda irəlilədiyi hər addım qanlı itkilər bahasına başa gələcək”. Beləliklə, Baxmutda gedən döyüşlərin əhəmiyyəti daha çox tərəflərin nə qədər itki verməsi və bunun müharibənin növbəti mərhələsi üçün hansı mənaya gəlməsi ilə əlaqəlidir. İndi maraqlıdır ki, Rusiyanın itkiləri onun hücumlarını zəiflədəcək dərəcədə çox olacaq, yoxsa Ukraynanın itkiləri yaz aylarında əks-hücuma keçmə imkanlarını azaldacaq qədər böyük olacaq? Hələ ki, bu suala heç bir dəqiq cavab yoxdur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ