Bazar ertəsi günü, 09 noyabr 2026
     

İranda aksiyalar islam idarəçiliyinə son qoya bilər

Image


Son günlərin ən çox diqqət çəkən hadisələrindən biri qonşu İranda baş verən etiraz aksiyalarıdır. Bəzi proqnozlara görə, aksiyalar bu templıə davam edərsə, İranda nəinki hakimiyyət dəyişiklyi baş verə, hətta ölkə islam idarəçiliyindən çıxıb yenidən dünyəvi idarəoluma prinsiplərinə qayıda bilər.

Hələlik isə müşahidə edilən odur ki, İranda hicab qaydalarına qarşı çıxmış gənc qadın Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılması və daha sonra ölməsi ilə bağlı keçirilən etiraz aksiyaları ölkənin bir çox şəhərlərinə yayılıb. Qadınlar örpəklərini və hicablarını tonqallarda yandırırlar. Etirazlar Tehran, Məşhəd, Rəşt, Kerman, Bəndər Abbas, Qum, Kirmanşah, Zəncan, Sari, Rəfsəncan və Qəzvində keçirilir. Sosial mediada, həmçinin Təbrizdə etirazların baş verməsinə dair görüntülər var. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Etirazlara görə bəzi mağazalar fəaliyyətini dayandırıb. Əmininin ölümünə etiraz olaraq qadınlar şəhər küçələrində saçlarını kəsir. Bu hərəkat sosial mediada da davam edir. Qeyd edək ki, İran hakimiyyəti qeyri-düzgün geyimlərə qarşı mübarizəyə 1979-cu il İslam İnqilabından qısa müddət sonra başlayıb və onun başlıca məqsədi qadınların təvazökar geyim qaydalarına nəzarət olub. O vaxta qədər isə  ətəklər və açıq saçlar Tehran küçələrində adi mənzərə idi. Şah Məhəmməd Rza Pəhləvinin devrilməsindən əvvəl onun qərbsayağı geyimli həyat yoldaşı Fərəh müasir qadın nümunəsi kimi göstərilirdi. Amma 7 mart 1979-cu ildə Ayətullah Ruhullah Xomeyni hicabın bütün qadınlar üçün məcburi olması barədə fərman verdi. Bununla 1979-cu il İslam İnqilabından sonra İran hakimiyyəti məcburi geyim qaydalarını tətbiq etməyə başladı ki, bu da ictimai yerlərdə qadınların hicablı olmasını və bədəni gizlədən geniş geyimlər geyinməsini nəzərdə tutur. 1983-cü ildə parlament ictimai yerlərdə saçlarını örtməyən qadınların 74 şallaqla cəzalandırılmasına qərar verib. Bu yaxınlarda cəzalara 60 günə qədər həbs müddəti də əlavə olunub. Farsca “Qəşti İrşad” (İrşad patrulları) kimi tanınan əxlaq polisi məhz buna nəzarət edir. Onun səlahiyyətlərinə, digər vəzifələrlə yanaşı, hakimiyyətin hesab etdiyi "düzgün" geyimlərə nəzarət də daxildir. Əxlaq polisi qadınları dayandırıb, onların saçlarının nə qədər açıq olmasını, şalvar və ya paltolarının uzunluğu və ya bədənə yatmasını, makiyajın çox və az olmasını yoxlaya bilərlər. Qaydaları pozmağa görə cərimə, həbs və ya şallaqlanma cəzaları verilə bilər. Qadınlara qarşı cəzaların sərtliyi hakimiyyətdə olan prezidentlərdən asılı olaraq ildən-ilə fərqlənib. Məsələn,  Mahmud Əhmədinejad 2004-cü ildə prezidentliyə namizədliyini irəli sürərkən bu məsələdə daha mütərəqqi görünməyə çalışıb: “İnsanların zövqləri fərqlidir və biz onların hamısına xidmət etməliyik”. Lakin o, seçkilərdə qələbə çaldıqdan qısa müddət sonra ölkədə əxlaq polisi təsis edildi. Həmin  vaxta qədər geyim qaydalarına qeyri-rəsmi olaraq digər hüquq-mühafizə orqanları və hərbiləşdirilmiş birləşmələr nəzarət edirdi.

Əxlaq polisi sərt yanaşmasına görə tez-tez tənqid edilir. Çox vaxt onların saxladığı qadınlar yalnız qohumlarından biri polisə gəlib təminat verəndən sonra sərbəst buraxılır.

Bunlar fonunda 2014-cü ildə qadınlar “Mənim gizli azadlığım” adlı onlayn etiraz kampaniyası çərçivəsində hicab qanunlarının pozulduğunu göstərən foto və videoları paylaşmağa başladılar. O vaxtdan bəri bu, “Ağ çərşənbələr” və "inqilab küçələrinin qızları” kimi digər hərəkatlara ilham verib. İndiki etiraz aksiyaları isə əhatə dairəsinə görə əvvəlkilərdən fərqlənir. Bunun əsas səbəblərindən biri də odur ki, cari il avqustun 15-də sərt xətt tərəfdarı olan prezident İbrahim Rəisi dini geyim qaydalarına aid məhdudiyyətlər siyahısını genişləndirən sərəncam imzalayıb. Yeni qaydalar başı açıq qadınları izləmək və cərimələmək üçün müşahidə kameralarının tətbiqini nəzərdə tutur. Bununla yanaşı, internetdə hicab qaydalarını sorğu-sual edən və onun əleyhinə məlumat yayanlara qarşı həbs cəzası təklif olunur. Elə son məhdudiyyətlər, həbslərin artması ilə yanaşı, hicabsız fotoların və videoların paylaşımlarına təkan verib. Məhsa Əmini ilə bağlı olay isə aksiyaların başlanmasını şərtləndirib. Hökumətə əks mövqedə dayanan “1500 Tasvir” saytının yaydığı videolara görə, Tehranın mərkəzi küçələrinin birində bir qrup etirazçı ölkənin dini lideri “Əli Xamneyiyə ölüm” şüarları səsləndirib. Digər videoda isə Tehrandakı nümayişlərə qoşulan qadınların hicab məcburiyyətinə qarşı hicablarını çıxardıqları görünür. İranlı millət vəkili Cəlal Raşidi Koçi əxlaq polisinin ölkəyə ziyan vurmaqdan başqa bir işə yaramadığını bildirib. Hazırda ABŞ-da yaşayan jurnalist və fəal Məsih Alinejad indiki aksiyaların nəticələrinin oalcağını bildirir: “Məni çox duyğulandıran və ruhlandıran odur ki, bu qızlar ilk dəfədir tək deyillər. İndi qadınların yanında kişilər də dayanır”. Bununla qeyd edilməlidir ki, İranda  mövcud teokratik rejim hələ də güclüdür. Onun bu aksiyalarla devrilməsi və yaxud rejimin qaçıb getməsi üçün güc strukturları mövcud siyasi hakimiyyətin arxasından çəkilməlidir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ