çərşənbə axşamı günü, 07 iyul 2026
     

Bir ildə 15 min boşanma - Azərbaycan üçün çox deyilmi…

Image


Son illər boşanmaların sayı öncəki illərlə müqayisədə artır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, ötən il Azərbaycanda rəsmi orqanlar tərəfindən 62,5 min nikah qeydə alınıb. SİA xəbər verir ki, 2018-ci ildə 14,9 min ailə boşanıb.

Qeyd edək ki, uzun zamandır boşanma hallarının sayının azalması üçün müəyyən maarifləndirmə işləri həyata keçirilsə də, rəqəmlərdən göründüyü kimi, nəticə olmayıb. Maraqlıdır, insanlar son zamanlar niyə boşanmaya bu qədər meylli olublar? Buna zəmin yaradan əsas hansı səbəblərdir?

  • Könül Vaqifqızı: “Bu gün ailə quran gənclər bir-birini tam tanımadan nikah masasına otururlar, nəticədə isə…”

Psixoloq Könül Vaqifqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, boşanmaların sayı günü-gündən artır: “Bu gün ailə quran gənclər bir-birini tam tanımadan nikah masasına otururlar. Nəticədə isə boşanmaların sayı artır. Boşanmaların səbəbi çoxdur. Son zamanlar cütlüklər boşanmaya səbəb kimi iqtisadi çətinlik, böyüklərin müdaxiləsi və seksual zorakılığı göstərirlər. Seksual münasibətlər boşanmalara səbəb olan mühüm faktorlardan biridir. Məsələyə Azərbaycan reallığı ilə yanaşsaq, ər, ya arvadın məhz bu səbəbə görə boşandığını etiraf etməkdən imtina etdiyini görə bilərik. Boşanmaların səbəblərini araşdırmaq lazımdır. Ümumdünya statistikasına nəzər saldıqda boşanmaların 50 faizindən çoxuna səbəb olan amil kimi seksual münasibətlərin mühüm rol oynadığını deyə bilərik. Azərbaycanda boşanan tərəflər heç vaxt bunu etiraf etmirlər. Buna səbəb də sovet psixologiyasında seks deyə bir anlayış olmaması, heç kimin bu haqda danışmamasıdır. Azərbaycan ailəsində nə ər, nə də arvad həyat yoldaşından ayrılmasına səbəb kimi qarşı tərəfin onu yataqda yaxına buraxmadığını deyə bilir. Bu cür cütlüklərlə tez-tez söhbət aparıram. Nəticə etibarilə körpə dünyaya gəldikdən sonra tərəflər arasında seksual münasibətlərdə soyuma yaranır. Bu, Azərbaycan reallığıdır. Təxminən 50 faizdən çox cütlüklərdə bu analoji hal müşahidə edilir. Cütlüklərin şüuraltı düşüncələrində "artıq nəsli davam etdirən var" deyə fikrin formalaşması tərəflər arasında soyuma yaradır”.

Həmsöhbətimizin sözlərinə görə, maddi sıxıntı ailələrin dağılmasına səbəb olur: “Maddi sıxıntı hər zaman olub. 50-60-cı illərdə də bu olub. Lakin o vaxt maddi amillər mənəvi amillərin təsiri altında idi. Mənəvi amillər hər şeydən üstün tutulurdu. O zaman maddi sıxıntılar olsa da, ailədaxili ənənələrə görə ailə strukturu qorunur, bir o qədər də münaqişə baş vermirdi. Ailədaxili nizamı mənəvi amillər qoruyurdu. Lakin hazırkı dövrdə bu nizamı qoruyacaq mənəvi amillər üstün tutulmadığından, müxtəlif münaqişələr, söz-söhbətlər yaranır. Ailədaxili münaqişələr cəmiyyətdə maddi amillərin təsiri altında baş verir”.

K.Vaqifqızı bildirdi ki, psixoloji durum, qaynana-qaynata müdaxiləsi boşanmaların sayının artmasında xüsusi çəkiyə malikdir. Boşanmaların artmasına səbəb olan əsas problem isə zorakılıq faktlarıdır: “Öncələr psixoloji problemlərin, sonra zorakılığın boşanmaya aparan yol olduğunu deyirdik. Amma son illər ailədaxili münaqişələr cinayətlərin sayının artmasında da əhəmiyyətli təsirə malik olub. Vaxtında müəyyən tədbirin görülməməsi nəticəsində boşanmalarla yanaşı, cinayət hadisələrinin də çəkisi artıb. Kənar müdaxilələr boşanmalar üçün sadəcə olaraq təkan rolunu oynayır. Qaynana-qaynata, baldız və digər yaxın qohumların müdaxilələri qeydə alınır. Amma onların müdaxiləsi boşanmaya sadəcə olaraq təkan verir. Səbəb kimi aparıcı rol oynamır. Ailədə hər şey qaydasındadırsa, hörmət, sevgi varsa, belə ailəni dağıtmaq çətin olur. Müəyyən problem yarandıqdan sonra ailələr arasında münaqişə başlayır. Həm qızın, həm də oğlanın ailəsi ailəyə müdaxilə edir”.

Psixoloq onu da vurğuladı ki, aidiyyəti qurumlar boşanmaların qarşısının alınması ilə bağlı ciddi addım  atmasa, vəziyyət daha da təhlükəli həddə çatacaq. 12 ay ərzində 15 min şəxsin boşanması artıq təhlükədən xəbər verir. Vəziyyətin daha da kritikləşməməsi üçün aidiyyəti qurumlar bir araya gəlib müəyyən işlər görməlidirlər.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

06.07.2026 / 23:42
Tsarukyanın özünü damladılar, malikanəsində saxladığı üç şir və bir pələngi də müsadirə etdilər...

06.07.2026 / 23:26
FIFA amerikalı futbolçunun cəzasını Trampın istəyi ilə ləğv etdi - Dünya Çempionatında “qırmızı kart” qalmaqalı...

06.07.2026 / 23:06
"Çiçəklənən Ermənistan"ın sədri Tsarukyan saxlanıldı - 22 milyon dollarlıq fırıldaqçılıq...

06.07.2026 / 22:43
Ermənistanın 5 müxalif partiyası Azərbaycanla sülh sazişi üzərinə açıq yürüşə başladılar - “olmaz”...

06.07.2026 / 22:23
Birlik Karate Klubunun idmançısı Aslan Ercan kəmər və sertifikatla təltif edildi… - FOTO

06.07.2026 / 22:10
4 NATO ölkəsi yeni müdafiə mexanizmi yaradır

06.07.2026 / 21:58
Tramp NATO Zirvəsində Rusiya-Ukrayna savaşına son verəcək

06.07.2026 / 21:45
Mingəçevir Dövlət Universiteti “Cybersign” MMC ilə əməkdaşlığa başladı

06.07.2026 / 21:45
Ermənistan Azərbaycanla Türkiyənin elektrik şəbəkəsinə qoşulmaq istəyir...

06.07.2026 / 21:43
Səfir Karlovun qətli də FETÖ əməli imiş?..

06.07.2026 / 21:38
NATO nümayəndə heyəti Anıtqəbiri ziyarət etdi

06.07.2026 / 21:22
Vətəndaşlara bütün xidmətlərin rəqəmsallaşması kursu özü ilə risklər də gətirir...

06.07.2026 / 21:21
Avstraliya baş naziri yersiz sualı cavablamaqla özünü çətinə saldı

06.07.2026 / 21:05
Avropanın daha bir dövləti Azərbaycanın Orta Dəhliz layihəsinə qoşulur...

06.07.2026 / 20:46
Tramp Prezident İlham Əliyevi G20 zirvəsinə dəvət etdi…

06.07.2026 / 20:35
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” adlı layihəyə start verdi

06.07.2026 / 20:30
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası hesabat verdi… - FOTO

06.07.2026 / 19:41
Şirvanda çətənə yetişdirən şəxs saxlandı

06.07.2026 / 19:25
Ermənistan məhsullarının Avropaya çatdlrılmasında ağır problemlər yarandı...

06.07.2026 / 18:51
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO

06.07.2026 / 18:43
Rusiyanın Ukrayna dronlarını niyə vura bilmədiyi ortaya çıxdı – işin arxasından ABŞ kəşfiyyatı çıxır...

06.07.2026 / 18:28
Ukrayna müharibəsinin əsil mahiyyətini gizlətmək üçün Rusiyadan yeni ideya...

06.07.2026 / 18:21
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqlədi

06.07.2026 / 18:03
İsrailin NATO-nu Türkiyəyə qarşı qaldırmaq planı...

06.07.2026 / 17:45
Naxçıvana uçuşlar təxirə salındı...

06.07.2026 / 17:39
Göyçə gölü ətrafında Alban məbədləri

06.07.2026 / 17:26
Demokrat və respublikaçı sabiq prezidentlər Trampa qarşı birləşdi - Hakimiyyət ömrünü uzatmaq eyhamı...

06.07.2026 / 17:09
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərdi

06.07.2026 / 17:07
Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli

06.07.2026 / 16:35
Şirvanda 34 min manatlıq naqil oğurladılar...

06.07.2026 / 16:26
Rusiya səfiri XİN-ə çağırıldı - Bakı Moskvaya nota verdi...

06.07.2026 / 16:22
Görkəmli ictimai-siyasi xadim, vətənpərvər şəxsiyyət - Sabit Abbasəliyev...

06.07.2026 / 16:19
İsrail ABŞ-İran razılaşmasının pozulacağını gözləyir - dərhal zərbə vuracaq...

06.07.2026 / 15:55
NATO ilə Rusiyanin arasında "Şərq qalxanı" qurulur...

06.07.2026 / 15:37
Paşinyan Konstitusiya günündə Azərbaycanın əsas tələbindən danışdı...

06.07.2026 / 15:36
“Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik təsdiqləndi

06.07.2026 / 15:22
Azərbaycanda bir ildə uşaq doğumu 10 min nəfər azaldı...

06.07.2026 / 15:08
Ermənistan Rusiya qazını Avropa qiymətinə alacaq...

06.07.2026 / 14:53
ABŞ Zelenskiyə xəbərdarlıq etdi - Hücumu dayandırıb, müdafiəyə keçin...

06.07.2026 / 14:26
Ozəl bağçalara dövlətdən pul hansı meyarlarla ayrılır... Şəffaflığa şübhələr var

06.07.2026 / 14:06
Rusiya dronla Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu...

06.07.2026 / 13:47
Hikmət Hacıyev Qəbələdən paylaşım etdi

06.07.2026 / 13:33
Bakıda avtobus yanıb kül oldu...

06.07.2026 / 12:32
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı...

06.07.2026 / 12:16
Baş Prokurorluq Gürcüstanda öldürülən azərbaycanlı ilə bağlı açıqlama yaydı

06.07.2026 / 11:50
Türkiyədə 9-cu Uludağ Premium Ultra Trail yarışına geri sayım başlayıb - FOTO

06.07.2026 / 11:18
DÇ-2026 - Portuqaliya İspaniyaya, ABŞ Belçikaya qarşı...

06.07.2026 / 11:05
Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb

06.07.2026 / 10:56
Azərbaycan qırıcıları havaya qaldırdı - VİDEO

06.07.2026 / 10:52
İki gündə 81 cinayətin üstü açıldı...

06.07.2026 / 10:52
Ankarada NATO Zirvəsinə Trampın nəqliyyatı özündən qabaq gəlib

06.07.2026 / 10:42
İsrail ordusunun cəmi 10 günlük sursat ehtiyatı qalıb – Libermandan iddia...

06.07.2026 / 10:37
Tramp Meloni barəsində "İntizam tədbiri görülməlidir" deyir…

06.07.2026 / 10:26
Şərurda faciəvi - ata, ana və 1 yaşlı övladları qəzada həlak oldu...

06.07.2026 / 10:05
Ermənistanda partiya liderinin evində və şirkətlərində axtarış aparılır...

06.07.2026 / 09:48
Rusiya raketi Kiyevə ballistik raket yağdırdı – çox sayda ölü və yaralılar var...

06.07.2026 / 09:33
Venesuelada zəlzələdə ölənlərin sayı 3 mini keçdi...

06.07.2026 / 09:21
Nebenzya Quterreşin cavabını “lağa qoyma” adlandırdı

06.07.2026 / 09:08
Xameneinin dəfn mərasimində ŞOK çağırış – “Trampı öldürmək bizim borcumuzdur”...

06.07.2026 / 08:39
Növbəti köç karvanları Cəbrayıla yola salındı

06.07.2026 / 08:10
DÇ-2026-da SENSASİYA - Norveç Braziliyanı mundialdan kənarlaşdırdı...

05.07.2026 / 21:18
“ABŞ ilə sülh bağlamadıq və İsraili rəsmi olaraq tanımayacağıq” - Qalibaf

05.07.2026 / 20:55
Polşada Rusiya narahatlığı - Tusk “hər ssenariyə hazırıq” dedi

05.07.2026 / 20:47
Medvedyev ABŞ barədə sərt danışdı - “…nümunə, ya şər imperiyası?”

05.07.2026 / 20:38
Serbiya spikeri Aİ-nin ikiüzlülüyünə üsyan etdi - "Biz kiçik ruslar deyilik"...

05.07.2026 / 20:25
ABŞ-ın keçmiş prezidentləri ölkənin gələcəyindən narahatdır…

05.07.2026 / 20:14
Tramp ailəsi "Melaniya" filmindən 10,7 milyon dollar qazandı...

05.07.2026 / 19:40
"Yeni dəmir yolu Türkiyə, Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini gücləndirəcək" - Uraloğlu

05.07.2026 / 19:21
Xameneinin dəfni ilə bağlı gizli məktub ortaya çıxdı – Qorxunc etiraf... Minlərlə məzar qazılaraq hazır vəziyyətə gətirildi...

05.07.2026 / 18:39
Misir İsrailə münasibətlərin normallaşması üçün şərtini açıqladı – bu olmadan mümkün olmayacaq...

05.07.2026 / 18:15
Kremldən Zelenskinin Putinlə Konstantinovkada görüş təklifinə cavab - Rusiyaya səfər etmək istəyirsə Moskvaya gəlsin...

05.07.2026 / 17:22
Ukrayna ilə Polşa arasında gərginliyi artıracaq hadisə - Krakovda ukraynalı yazıçının məzarı dağıdıldı...

05.07.2026 / 16:35
Ukrayna Krımda hərbi aerodromu və Donetskdə iki körpünü bombaladı...

05.07.2026 / 16:17
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

05.07.2026 / 15:58
ATƏT PA sessiyasında Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verildi

05.07.2026 / 14:28
Tramp Putini ABŞ-la əməkdaşlıq naminə Ukraynadakı döyüşlərə son qoymağa çağırdı...

05.07.2026 / 14:12
İsrail İranla müharibə zamanı BƏƏ-də “Dəmir Günbəz” sistemi yerləşdirildiyini rəsmən təsdiqlədi...

05.07.2026 / 13:39
Putinlə Tramp arasında 1 saatdan çox davam edən telefon danışığı – nələr müzakirə edildi...

05.07.2026 / 12:46
Ermənistanda seçkilərin nəticələri təsdiqləndi - müxalifət hədəflərini elan etdi...

05.07.2026 / 12:03
Həkəri çayında batan şəxsin axtarışlarına dalğıc-xilasediciləri cəlb olundu...

05.07.2026 / 11:47
Təhlükəsizlik xidməti Xameneinin atasının dəfn mərasimində iştirak etməsinə icazə vermədi...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ