Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanın dəqiq və təbiət elmlərinin dünya elminə böyük töhfələri - elmimiz heç də həmişə indiki kimi olmayıb...

Image


Azərbaycan lap qədim zamanlardan dünyanın böyük elm mərkəzlərindən biri olub. Qüdərətli Azərbaycan alim və mütəfəkkirləri tarixin ayrı-ayrı dövrlərində  elm sahəsinə böyük töhfələr veriblər. Xüsusən də təbiət və dəqiq elmlər sahəsində çox ciddi nailiyyətlərə imza atıblar. Bu elm xadimlərinin əldə etdikləri elmi nəticələr yalnız Azərbaycan və Şərqdə deyil, bütünlükdə bəşəriyyətin elmi tərəqqisində mühüm əhəmiyyət kəsb edib.

Azərbaycan alimləri XX əsr də daxil olmaqla, qədim və orta əsrlərdən başlayaraq dünya elminə böyük töhfələr bəxş ediblər.

Elmin müxtəlif sahələri ilə bağlı aparılan araşdırmaları izlədikcə, Azərbaycan alimlərinin səmərəli elmi fəaliyyətinin şahidi oluruq.   

Bildiyimiz kimi, elm nəzəriyyəsində təbiət elmləri dedikdə biologiya, astronomiya, fizika, kimya və coğrafiya nəzərdə tutulur.

  • Azərbaycanın dünya elminə bəxş etdiyi Nəsrəddin Tusi...

Dünya elm tarixində xüsusi yeri olan filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi Nəsrəddin Tusi xalqımızın bəşər elminə bəxş etdiyi dühalardan biridir. Marağada yaşamış və fəaliyyət göstərmiş N.Tusi elmin müxtəlif sahələri ilə məşğul olub və dünya elminə astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələr üzrə çox qiymətli əsərlər bəxş edib. Tədqiqatçıların yazdıqlarına görə, Tusinin elmi yaradıcılığında əsas yerlərdən birini astronomiya və riyaziyyat tutur ki, o bu sahələrdə çoxlu sayda tədiqiqat aparıb, ortaya qiymətli nəticələr qoyub. Tusi irsini araşdıran tədqiqatçılar onun dünya miqyasında əhəmiyyət kəsb edən əsərlərinin sırasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kitablarının adlarını xüsusi çəkirlər. Bundan başqa, tədqiqatçılar yazırlar ki, dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adının dünya astronomiya tarixinə düşməsinə səbəb olub. Müasir dövrün tədqiqatçılarının böyük əksəriyyəti hesab edir ki, N.Tusi riyaziyyata daha çox zaman xərcləyib və o bu sahə ilə daha yaxından məşğul olub. Tədqiqatçılar yazırlar ki, Tusinin əsərləri yalnız Şərqdə deyil, həmçinin, Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynayıb.

Məlumatlara görə, 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümə edilərək nəşr edilən "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görüb. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynayan əsər olaraq xarakterizə edilir. Alimlər yazırlar ki, dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılıb.

  • XX əsrdə dəqiq və təbiət elmlərimizin yaradıcıları...

Heç şübhəsiz ki, XX əsrdə Azərbaycanda dəqiq və təbiət elmləri sahəsinin inkişafı indiki dövrdən fərqli olaraq daha çox diqqəti çəkir. XX yüzillikdə bu sahələr üzrə Azərbaycanda çox böyük alimlər yetişib. Azərbaycanda riyaziyyat sahəsində çox böyük elm xadimləri yetişib. Məlumatlara görə, Zahid Xəlilov Azərbaycanda funksional analiz məktəbinin əsasını qoyub, normallaşdırılmış halqalarda abstrakt sinqulyar operatorlar nəzəriyyəsini yaradıb. İbrahim İbrahimov Azərbaycanda funksiyalar nəzəriyyəsinin banisi, Məcid Rəsulov isə differensial tənliklər üzrə elmi məktəbin yaradıcısıdır. Yəhya Məmmədov qeyri-xətti analiz və hesablama riyaziyyatının Azərbaycandakı inkişafında mühüm rol oynayıb. Əşrəf Hüseynov qeyri-xətti sinqulyar tənliklər nəzəriyyəsi ilə şöhrət qazanıb. Adlarını qeyd etdiyimiz alimlərin əsərləri, elmi nəticələri nəinki Azərbaycanda, eləcə də keçmiş ittifaq məkanında çox populyar idi.

  • Dahi Azərbaycan alimi Yusif Məmmədəliyevin elmi nailiyyətləri...

Əlbəttə, Azərbaycan elminə bütün dünyada şöhrət qazandıran akademik Yusif Məmmədəliyevin tədqiqatları xüsusi qeyd edilməlidir. Dahi Azərbaycan aliminin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsi ilə bağlıdır. Məlumdur ki, Y.Məmmədəliyev Azərbaycanda neft kimyasının əsasını qoyub. Tədqiqatçıların yazdığına görə, Y.Məmmədəliyev müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərib. O, aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan verib.

  • Yusif Məmmədəliyevin dünya elminə töhfələri...

Məlum olduğu kimi, Y.Məmmədəliyev təkcə Azərbaycanda və keçmiş SSRİ-də deyil, bütün dünyada tanınan şöhrətli bir alim kimi dünya elm tarixində özünə yer tutub. Bildiyimiz kimi, Y.Məmmədəliyev II Dünya müharibəsinin ağır dövründə yüksək oktanlı benzin ixtira edib.

Y.Məmmədəliyev keçmiş SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə, Polşa, Macarıstan və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil edib.

Akademik Y.Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək edib.

Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti oldu. Onun tərkibi Y.Məmmədəliyev tərəfindən toluolun - partlayıcı maddələr üçün xammalın əldə edilməsi əsasında işlənib hazırlandı. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici “kokteylin” müəllifi Y.Məmmədəliyevdir.

Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda SSRİ alimlərinin çoxunun Bakıdan olan “alkilləşdirmə kralı”nın - Məmmədəliyevin namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi.

Tədqiqatçılar yazırlar ki, Y.Məmədəliyevin qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə ona Nobel mükafatı verəcəkdilər. Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarıldı. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Müzakirələrin gedişi zamanı qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxdı. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Y.Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmayıb.

  • “Azərbaycanın çox güclü elmi məktəbləri olub”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bizimlə söhbətində bildirdi ki, Azərbaycanın dəqiq və təbiət elmləri sahəsində dünya elminə böyük töhfələr bəxş edən elm korifeyləri olub. “Birmənalı olaraq demək olar ki, barəsində danışacağımız elm xadimlərimiz, xüsusən də fundamental elm sahəsində olan alimlərimiz dünya elmində böyük yeri, nüfuzu  olan, dəyərlər, töhfələr bəxş edən alimlərdir. Bu özü bir daha göstərir ki, Azərbaycanın çox güclü elmi məktəbləri olub. Onu da qeyd edim ki, Azərbaycan alimlərinin yaratdıqları elmi məktəblər keçmiş SSRİ məkanında çox güclü və nüfuzlu məktəblər olub. Azərbaycanın fundamental elm sahəsində olan alimlərinin hər biri fərqli sahələr üzrə çalışıb. Biz onların sırasında Azərbaycanın görkəmli kimyaçı-alimi Y.Məmmədəliyevin adını çəkə bilərik. Y.Məmmədəliyev kimya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki və SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, SSRİ dövlət mükafatı laureatı olan nəhəng bir alimdir. Xüsusilə onun kimya elmi sahəsindəki tədqiqatları nəinki SSRİ, eləcə də bütün dünya miqyasında çox məşhur idi. Hətta 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində məhz onun elmi ixtiraları, elmi kəşfləri qələbənin qazanılmasında çox mühüm rol oynayıb”.

  • “O yalnız Azərbaycan elminə deyil, dünya elminə böyük töhfələr vermiş bir alim idi”

İ.Orucov qeyd etdi ki, öz elmi ixtiraları ilə dünya elminə əvəzsiz töhfələr verən akademik Azad Mirzəcanzadənin də bu istiqamətdə əməyi və rolu danılmazdır. “Azad Mirzəcanzadə çox unikal bir alim və şəxsiyyət idi. O yalnız Azərbaycan elminə deyil, dünya elminə böyük töhfələr vermiş bir alim idi. Azad Mirzəcanzadə uzun illər həm Dövlət Elm və Texnika Komitəsinə, həm də Ali Attestasiya Komissiyasına rəhbərlik edib. Fizika sahəsində də bizim xeyli görkəmli alimimiz olub. Təsadüfi deyil ki, SSRİ dövründə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu yarımkeçiricilər üzrə SSRİ-nin ən tanınmış yeganə mərkəzi idi. Bu ixtisas üzrə çox böyük elmi mərkəz funksiyasını yerinə yetirirdi. Burada riyaziyyatçılarımızın da fəaliyyətini qeyd etmək istəyirəm. Bu dövrdə riyaziyyatçılarımız böyük məktəb yaradıblar və onların yaratdıqları məktəb də çox nüfuzlu və keçmiş SSRİ məkanında qəbul olunan məktəblər idi. Akademik Zahid Xəlilov kimi alimin yaratdığı məktəb, əlbəttə ki, SSRİ məkanında qəbul olunan bir elmi mərkəz idi. Təsadüfi deyil ki, Zahid Xəlilov, Əşrəf Hüseynov, akademik İbrahim İbrahimov, Mirabbas Qasımov, Arif Babayev, Fərəməz Maqsudov kimi böyük riyaziyyatçılar nəsli yetişdirən böyük riyaziyyat məktəbimiz olub. Bu məktəbin davamçılarından, bizim görkəmli elm xadimlərimizdən biri olan dünya şöhrətli kristalloqraf-alim, professor Xudu Məmmədovu xatırlamaq istəyirəm. O, dünya kristalloqrafya elmində çox böyük elmi nailiyyətlərə imza atmış çox böyük elm xadimi idi. O həm də bir ictimai xadim olaraq böyük bir yükü daşıyırdı. Kərim Kərimov da dünyada tanınmış bir alim idi. SSRİ miqyasında kosmik sənayeyə uzun illər rəhbərlik etmiş K.Kərimov nəhəng alimlərimizdən biri olmaqla yanaşı, həm də general-leytenant rütbəsi daşıyırdı. Xüsusilə qeyd etmək istəyirəm ki, bizim fizika sahəsində böyük elm məktəbimizin layiqli simalarından biri olan öz müəllimim Mahmud Kərimovun adını böyük hörmət və ehtiramla çəkmək istəyirəm. Mahmud Kərimovun fizika sahəsində çox ciddi tədqiqatları vardı və çox böyuk alim idi, onun elmi nailiyyətləri Azərbaycan miqyasından kənara çıxırdı. Lütfizadə məktəbinin layiqli davamçısı Rafiq Əliyev Azərbaycan alimləri içində dünyada ən çox tanınanlardan biridir” - deyə ekspert qeyd etdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ