Cümə günü, 02 oktyabr 2026
     

Mühafizəkar xristianların belə rədd etdiyi "Cadugərlər bayramı" Bakının bəzi gecə klubu və barlarında da qeyd olunub

Image



Bayram qeyd etmək, bayram ovqatına köklənmək çox yaxşı haldır. Bayram olanda insan könlünə sevinc, şadlıq hakim kəsilir. Bayramı bayram kimi yaşamaq lazımdır. Amma bəzi yabançı törənlər var ki, ona bayram libası geydirib cəmiyyətə təqdim etmək istəyirlər. Qandan-qadadan, terrordan, qorxudan qaynaqlanan törənə bayram demək olmaz.
Xristian aləmində geniş yayılan "Cadugərlər bayramı" dediklərimizə aiddir. XIX əsrdən başlayaraq hər il 31 oktyabrda qeyd edilən "Cadugərlər bayramı" (Halloween), təəssüf ki, Azərbaycana da əllərini uzadır. Dünyanın bir çox xristian dövlətində lənətlənən və qadağan edilən bu törən müxtəlif sektalar tərəfindən təbliğ edilir. Bu günün iblisə sitayiş edənlərin günü olduğu bəllidir və acınacaqlı hal ondan ibarətdir ki, bura kütləvi olaraq gənclər cəlb edilir. Bir neçə gün əvvəl Bakı metrostansiyalarında qorxunc maska taxan bir neçə gənc gördük. Əvvəlcə elə düşündük ki, onlar aktyorlardır və tamaşadan gəlirlər. Ancaq araşdırma nəticəsində bəlli oldu ki, bu gənclər aktyorlar deyilmiş, "Cadugərlər bayramı"na qatılmağa gedən gənclər imiş. Həmin gün oktyabrın 31-i idi. "Cadugərlər bayramı"nda insanlar qorxunc kostyumlar geyir, dəhşət doğuran aksesuarlar taxır, özlərini "cəhənnəmdən gəlmiş" iblis görkəminə salırlar.
Məlumatımıza görə, "Cadugərlər törəni" Bakının bəzi gecə bar və klublarında gənclərin iştirakı ilə keçirilib. Gənclərimizin yad təsirlərə uyub belə bir törənə maraq göstərməsi həqiqətən də ürək ağrıdan bir faktdır. Uca Yaradan da, müqəddəs Quran da, dinimiz də iblisi, şeytanı lənətləyir, onlara sitayiş edənləri cəhənnəm əzabı gözlədiyini bəyan edir. İnsanlar bunu bilir, amma yenə də şeytana uyub iblisə sitayişdən yan qaçmır.
Bir məsələni də təəssüflə qeyd etmək istəyirik ki, bir sıra sosial şəbəkələrdə, o cümlədən də "facevook"da Bakıda keçirilən "Cadugərlər törəni"ndən şəkillər yayılıb. Əslində, bu böyük bir təbliğatdır. Bu işi məqsədli şəkildə görənlər gəncləri bayram keçirmək adı ilə ovsunlayıb öz sıralarına cəlb etmək istəyirlər. Müsəlman dünyasının və xristian aləminin kəskin şəkildə rədd etdiyi bu törənin belə coşqu ilə qeyd edilməsi yaxşı hal deyil.

"Cadugərlər bayramı" - "Hallowen" nədir?

Bu törənlə bağlı internetdə axtarış verib onun mahiyyətini öyrənməyə çalışdıq. Nəinki xarici saytlarda, hətta Azərbaycan saytlarında belə, bu günün əsl mahiyyətindən deyil, xoşməramlı törən olduğundan danışılır.
Xristian dünyasında "Hallowen" - yəni "Cadugərlər bayramı"nın simvolu gülən bir balqabaqdır; bunun üçün də bir balqabağın içi boşaldılaraq gülən bir sifət şəklində oyulduqdan sonra içində bir şam yandırılaraq şeytani bir sifət göstərilməyə çalışılır. Uşaqlar qorxunc paltarlar geyərək qapı-qapı gəzir və şəkər toplayır(?).
Bu bayramı bütün xristianlar qeyd etmirlər. Belə ki, mühafizəkar (katolik) xristianlar ümumiyyətlə "Cadugərlər bayramı"nı qeyd etməzlər və bunun səhv olduğunu düşünərlər.
Qədimdə xalq "Cadugərlər bayramı" ("Hallowen") olaraq bilinən bu bayramın 31 oktyabr tarixində yaşayanlar və ölülər dünyası arasında bir keçid yaratdığına inanırdı. Ölülər pis niyyətli və təhlükəli qəbul edilirdi. Yaşanılan problemlərindən, xəstəliklərindən və pis məhsuldarlıqdan ölülər məsul tutulardı.
"Hallowen" festivalında atəşlər yandırılır, qış üçün öldürülən heyvanların sümükləri bu atəşlə yandırılır. Ruhları təqlid edə bilmək üçün maskalar və kostyumlar geyilir.
"Cadugərlər törəni"nin mənfi tendensiyanı daşıdığı məlumdur, böyüklər bir yana, uşaqların da bura cəlb edilməsi sadəcə dəhşətdir. Fikir verin, uşaqlar qorxunc paltarlar geyir, qulyabanı maskaları taxır. Biz həmişə çalışırıq ki, uşaqları qorxunc filmlərə baxmaqdan, dəhşət təbliğ edən cizgi filmlərindən yayındıraq. Səbəb də budur ki, uşaqların psixikası korlanmasın, uşaq normal şəkildə formalaşsın. Ancaq bu törəndə uşaqlar kütləvi olaraq dəhşətin içinə sürüklənir, psixikası zədələnən uşaq isə gələcəkdə potensial cinayətkar ola bilər. Bu qaçılmazdır. İblisin təlimindən də aydındır ki, insan başqa bir insana rəhm etməməlidir, hətta onu öldürüb iblisi sevindirməlidir. Dinimiz isə bunları kəskin şəkildə inkar edir və Allah yaratdığı bəndəni yalnız Allah öldürə bilər fikrini təlqin edir.

İblisə xoş getsin deyə anasını öldürən də olub...

"Cadugərlər bayramı"na qatılan insanlar o qədər qorxunc olur ki, onların siması kimi əməlləri də dəhşətdir. Kim təminat verə bilər ki, qorxunc geyimli, qorxunc görkəmli birisi kütlə arasında böyük həyəcan, səs-küy yaratmaz, yaxud şeytana çevrilib evlər yıxmaz.
Dünya təcrübəsi də göstərir ki, məhz bu törəndə iştirak edən adamlar iblisə uyub öz doğmalarına belə qəsd etməkdən çəkinməyib. "Cadugərlər bayramı"nda ("Haloween") Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan bir gənc anasını öldürüb. Azərbaycan mətbuatının yaydığı məlumata görə, ABŞ-da Nyu-York şəhərinin Lonq İzlənd bölgəsindəki binalardan birində yaşayan 35 yaşlı Derek Vord eyni evdə yaşadığı 66 yaşlı Patrisia Vordun başını kəsərək qətlə yetirib. Qatil oğlu daha sonra başsız cəsədi sürüyərək küçəyə çıxarıb. Qorxunc hadisəni görən ətrafdakılar əvvəlcə baş verənlərin sadəcə bir "Cadugərlər bayramı" zarafatı olduğunu düşünüblər. Lakin həqiqəti öyrəndikdə dəhşətə gəliblər və dərhal polisə məlumat verilib. Hadisə yerinə gələn polis qadının öldüyünü, qatil oğlun isə həyatına qəsd etdiyini müəyyən ediblər.

"Cadugərlər bayramı" necə yaranıb?

Tanrının əmrləri ilə ziddiyyət təşkil edən bu törənin geniş miqyas alması dəhşətli bir haldır. Müxtəlif xarici sektalar tərəfindən ilibəil genişləndirilən törənin tarixinə gəlincə, yazılanlara görə, bu, müasir balqabaqlar bayramıdır. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı keltlərin adətləri əsasında hazırlanıb. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə təntənəli şəkildə keçirilir. Ölkəmizdə də bəzi gənclər əyləncə məqsədilə belə partilərdə iştirak edir. Xristian dünyasında ən qorxulu törən olan bu gün əvvəllər Qael, indi isə "Cadugərlər bayramı" adlanır. Guya yaşayanlar və ölülər dünyası arasında bir bağ mövcuddur. Həmişə ölülərin pis niyyətli və təhlükəli olduğu haqda söhbətlər dolaşıb. Hətta xəstəliklər və məhsulun azlığı kimi problemlər onlarla əlaqələndirilib. Festivalda tonqallar qalanır, qış ehtiyatı üçün öldürülən heyvanların sümükləri bu tonqallarda yandırılırdı. Ruhları təqlid etmək üçün maskalar və kostyumlar geyinilirdi.

Günaha batanlar...

Bəzi xristian ölkələrində kafelərin, restoranların, küçələrin hər biri bəzədilir. İnsanlar öz qorxunc geyimləri ilə fərqlənməyə, ən qorxulu görkəmə sahib olmağa çalışır. Bəziləri Drakula (qədimdə yaşadığına inanılan vampir-qaniçən) kostyumu, bəziləri də yarasa, küpəgirən qarı kostyumları geyinir. Bunların hər birinin də öz mənası var. Məsələn, maskalar Samhain adı verilən qorxunc ruhdan gizlənmək, qapıya qoyulan konfetlər onu doydurmaq, balqabaqlarına çəkilən üzlər isə ona sitayiş etmək mənalarını daşıyır. Samhainin əsrlər əvvəl cəhənnəmə göndərildiyinə və geri gəlib bütün şeytani qüvvələri yuxudan ayıldacağına inanılır. Bir daha qeyd edək ki, mühafizəkar xristianlar bu bayramı günah hesab edir və keçirmir.
Mühafizəkar xristianların da kəskin şəkildə pislədiyi bu törənin məqsəd və məramı aydındır. Onlar insanları qorxu və səksəkə içində yaşatmaq istəyir. Hətta yanlış olaraq iddia edirlər ki, guya həmin gün müxtəlif ayin və caduların köməyi ilə insanlar öz əzizlərinin ruhları ilə görüşür. Həmin ruhların obrazını isə qorxunc maskalı vampir görkəmli insanlar canlandırır. Təsəvvür edin ki, bu törənlə bağlı yayılan fotoşəkillərin böyük əksəriyyətində iştirakçılar vampir görkəmindədir. Ağızlarından qan süzülür. Sanki insan qanı içiblər. Qanın bu şəkildə təbliğ edilməsi yolverilməzdir. Əslində, onlar bununla insan qanına susamış olduqlarını büruzə verir. Düzdür, törənlə bağlı məlumatlarda qeyd edirlər ki, quşlar və heyvanlar qurban verilir, amma insanın dişi qanlı, ağzından qan süzülən vəziyyətdə görüntülənməsi adamları, sözün həqiqi mənasında, dəhşətə gətirir.

Cadugər libaslı insanlara qadağa...

Çin başda olmaqla artıq bir sıra dövlətlərdə qorxunc maskalı insanların ictimaiyyət arasına çıxmasına, xüsusən də bu vəziyyətdə metrodan istifadə etməsinə qadağa qoyulub. Çox istərdik ki, Bakıda da belə insanların şəhərin mərkəzi yerlərinə çıxmasına, ictimai nəqliyyatdan istifadəsinə məhdudiyyət qoyulsun. Fikrimizcə, bununla şeytana uyub iblisə sitayiş edənlərə "dayan" demək olar. Təəssüf ki, bəziləri bu mərasimi insanları əyləndirmək, güldürmək anlamında təqdim etməyə çalışır. Ancaq mahiyyətində şeytani sevgi olan bir törənin gerçək bir bayram olması mümkün deyil. İlbəil əhatəsi genişlənən "Cadugərlər bayramı"nın keçirilən ənənəvi festivallarının da məqsədi insanı insanlıqdan uzaqlaşdırmaqdır. Kökündə, qaynağında humanizm, sevinc, sevgi, qardaşlaşmaq, yardımlaşmaq kimi əzəli müsbət mahiyyət olmayan mərasim işıqlı bir hadisə kimi qarşılana bilməz...







DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ