Cümə günü, 02 oktyabr 2026
     

Məhərrəmlikdə toy?

Image


Sevinc Əzimbəyli: "Peyğəmbərimizin nəvəsi İmam Hüseyn və silahdaşları bu ayda faciəli şəkildə qətlə yetirildikləri üçün Məhərrəm ayı İslam aləmində matəm ayı kimi qeyd olunur"

Rəşad Ataşov: "Bəli, biz Məhərrəmlik ayında şəhadətə yetirilən İmam Hüseynə matəm saxlayırıq"

Baloğlan Əşrəfov: "Atan öləndə toy edirsən ki, imamlar öləndə də toy edəsən?"


Bir neçə gündür Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi bu ayda insanların şadyanalıq etməsi düzgün deyil. Bu günlərdə ilahiyyatçı Elşad Miri Məhərrəmlik ayı ilə bağlı maraqlı açıqlama verib. E.Mirinin səsləndirdiyi fikirdə deyilir ki, Məhərrəm ayında toy etmək olar: "İslamda hər hansı ayda, gündə toyla bağlı bir qadağa yoxdur.
Əgər qadağa olsaydı, Peyğəmbərimizin 3 qızının, xanımlarının (hansı ki, "Qurani-Kərim"də onlar möminlərin anaları adlandırılıb) vəfat etdiyi gündə, yaxud 124 min peyğəmbərin öldüyü günlərdə toy etməzdik. Yüz minlərlə peyğəmbər və 365 günlük bir təqvim. Onda bizim təqvimimiz ancaq qara olardı. Miladi təqvimdəki yanvar ayı kimi Hicri-qəməri təqvimində də Məhərrəmlik ilin ilk ayıdır. Məhərrəm müqəddəs ay deyil. Bu, İslamdan əvvəl də müsəlman olmayan ərəblərin istifadə etdiyi bir təqvim idi. Sadəcə, Məhəmməd Peyğəmbərin vəfatından sonra 680-ci il Məhərrəm ayının 10-cu günündə, Aşura deyilən həmin vaxtı onun nəvələrindən biri olan İmam Hüseynin (ə) qətlə yetirildiyinə görə toy etmirlər. Ancaq peyğəmbər hətta öz oğlunun ölümü ilə bağlı belə bir qadağa qoymamışdı. Əlbəttə, İmam Hüseyn böyük şəxsiyyət olub, haqsızlığa qarşı vuruşub, amma bununla yanaşı, onun ölümü ilə bağlı toy edilməməsi anlayışı yoxdur. Bizim cəmiyyət hər şeyə kortəbii yanaşır. Məsələn, Ramazan ayı başlayanda hamı müsəlman olur, içmir, islamla bütünləşir. Onlar bilir ki, toylardakı bəzi ənənələr İslama ziddir. Amma həqiqi müsəlman bütün ömrü boyu İslamla bütün olmalıdır, bir ayın xatirinə deyil. İslam hansısa hadisə ilə bağlı, yaxud yaxınını itirən birinin 40 gün saqqal saxlamasını özündə əks etdirən bir din deyil".
Elşad Mirinin fikrincə, belə mərasimlərin ölkəmizdə keçirilməsi İranla bağlı məsələdir: "Zaqatala, Balakən, Qax rayonlarında istər Məhərrəmlikdə, istərsə də Ramazan aylarında toylar keçirilir. Cəmiyyətdə mifik bir fikir formalaşıb ki, guya Məhərrəm ayında kim toy etsə, ya boşanacaq, ya övladı olmayacaq, ya da başqa xoşagəlməz hadisə ilə üzləşəcək. Amma ağlı başında olan bir insan bilir ki, əgər hər hansı genetik xəstəliyi varsa, qanında hansısa virus varsa, sonsuzluq problemi bununla bağlıdır. Əzadarlıq məclislərinə gəldikdə, İslam dinində əzadarlıq anlayışı yoxdur. Allah "Qurani-Kərim"də də buyurur ki, özünüzü öz əllərinizlə təhlükəyə atmayın. Əgər bu deyilibsə, onun verdiyi əmanəti biz necə cəzalandıra bilərik? Əgər həmin insanlar həqiqətən də səmimidirsə, İmam Hüseyn kimi həyat yaşasınlar, onun kimi namaz qılsınlar, onun kimi oruc tutub "Quran"a bağlılıqlarını həyata keçirsinlər. Bütün bunları etməyib yalnız bir "islamçı" olmaq mənə səmimi görünmür".
Elşad Mirinin Məhərrəmlik ayında toy etmək olar fikri cəmiyyət tərəfindən sərt qarşılanıb. Hər bir təbəqənin nümayəndəsi ilahiyyatçının məlum çıxışını tənqid edir.
Elşad Mirinin Məhərrəm ayı ilə bağlı fikirlərinə Quran qarisi Rəşad Ataşov cavab olaraq öz "Facebook" səhifəsində bunları yazıb: "Elə indicə Elşad Mirinin, Məhərrəmlik ayı ilə bağlı və xüsusəndə Hz.Hüseynə əza saxlamağın doğru olub-olmadığı haqqında olan bir yazısını oxudum. İlahiyyatçı Elşad Miri deyir ki, "İslamda hər hansı ayda, gündə toyla bağlı bir qadağa yoxdur".
Elşad bəy, Məhərrəmlik ayında hər hansı bir şadlıq və yaxud toy-düyün edilməsinin Cəfəri məzhəbində qadağa olmasını kim deyir? Bundan əlavə, şiələr nə zaman bunu İslamın "Ruknu" (təməli) hesab ediblər ki, siz də bunu "Üsulid-din"-dən (İslamın əsasları) bilib tənqid edirsiniz?!
Bəli, biz Məhərrəmlik ayında şəhadətə yetirilən İmam Hüseynə matəm saxlayırıq. Amma bu ona əsas vermir ki, şiələr bu matəmi İslamın əsası bilib qeyd edirlər. Əsla! İmam Hüseynə əza saxlamaq bu millətin və bütün müsəlman şiələrin ona verdiyi mənəvi dəyərdən irəli gəlir. İmam Hüseynə ağlamaq məhəbbət və eşq məsələsidir. Onu hüznlə anmaq, zalımlardan yox, məzlumlardan yana olmağın təzahürüdür.
Daha sonra deyirsiz ki, "124000 peyğəmbər ölübsə, belə çıxır ki, onların hər birinə yas saxlamalıyıq?"
Əvvəla xüsusilə vurğulayım ki, bütün peyğəmbərlər İmam Hüseyn kimi vəhşicəsinə qətliamlara məruz qalmayıb. Əgər sizin bu müqayisənizlə yanaşsaq, o zaman mənə deyin görüm niyə Allahu-Təala təxmin edilən 124000 peyğəmbərin qissələrindən Quranda bəhs etmir, yalnız 28-i ilə kifayətlənir? Yaxud niyə Hz. Eyyubun səbri hər zaman digər peyğəmbərlərdən və Hz. Muhəmməd daxil olmaqla, onlardan üstün tutulur? Məgər Allah Rəsulunun dönəmindəki sınaq Hz.Eyyuba verilən sınaqdan azmı idi? Bundan əlavə, Azərbaycan xalqı hər il 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsində şəhid olanları anaraq yad edir. Ancaq nəticə etibarilə 31 mart soyqırımı ondan daha faciəvi olub. Bəs niyə 20 yanvar faciəsi hər il rəsmi qeyd olunur, 31 mart yox? Həmçinin həmin vaxt, yəni 20 Yanvar günü heç bir kəs toy etmir. Sizcə İslama görə həmən ərəfədə toy etmək və ya şadlanmaq haramdırmı? Bəs niyə toy etmirlər əcaba? Hətta doğum günü olanlar belə, o vaxt nə sevinər, nə də əylənər. İndi bu xalqın sayğı və hörmətini İslam ilə uzlaşdırmağın nə adı var?
Deyirsiz ki, "Baş yarmaqdansa qan verin". Çox gözəl təklifdir. Amma bu yeni fikir deyil. Bunu ilk dəfə elə bəyənmədiyiniz şiələr səsləndirib".
R.Ataşov onu da əlavə edib ki, cəfəri məzhəbində doğru-dürüst düşünən beyinlər heç vaxt qəmə vurub baş yarmağın tərəfdarı olmayıb: "Və zərrə qədər də bunu bilməyinizə şübhəm yoxdur. Sizin işiniz mollaları ələ salıb, sətiraltı olaraq, şiə toplumuna sayğısızlıq etməkdir. Sizi hər zaman şiə toplumuna mənsub olan "Mollaların geyimini, İmam Hüseynə yas tutub ağlayanları, QMİ-nin ruhanilərini və s. tənqid etməyinizi gördüm . Amma, nədənsə, qadınların sinəsinə baxıb onların nə qədər ehtiraslı olmasını "Maşallah, sübhənallah" sözü ilə süsləyən Harun Yahya kimi tanınmış Adnan Oktarı, Allahu-Əkbər deyib günahsız insanların başını kəsən murdar İŞİD-i tənqid edən yazılarınıza rast gəlmədim.
Bu olub bitənlərdən sonra Yezidə lənət oxumağın əleyhinə olmanıza, Hüseynə ağlamağı məsğərə etmə halınıza acıyıram. Hüseynə ağlamağı məzəmmət etməkdənsə, öz halınıza ağlaya bilməməyinizi məzəmmət etsəniz daha yaxşı olar...!"
"Yeni Üfüq" İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bizimlə söhbətində bildirdi ki, Məhərrəmlik İslam təqvimində matəm ayı hesab olunur: "Məlum olduğu kimi, Peyğəmbərimizin nəvəsi İmam Hüseyn və silahdaşları bu ayda faciəli şəkildə qətlə yetirilib. Bu səbəbdən də Məhərrəm ayı İslam aləmində hüzr və matəm ayı kimi qeyd olunur, eləcə də matəm mərasimlərinin keçirilməsi tövsiyə olunur. Bu ay ağlayıb-sızlamaq üçün deyil, təşkil edilən mərasimlərdə hadisələrin mahiyyəti insanlara açıqlanmalı, mərasim iştirakçıları elmi cəhətdən zənginləşdirilməlidir. Kərbəla şəhidlərinin xatirəsini əziz tutmaq üçün müsəlmanlar bu ayda şadlıq mərasimlərindən imtina edib". Tanınmüş müğənni Baloğlan Əşrəfov isə bu iddianı qətiyyən qəbul etmədiyini dilə gətirdi: "Biz gözümüzü açandan görmüşük ki, Məhərrəmlik ayında toy, şadyanalıq etmək olmaz. Şəxsən mənim 40 övladım olsun, çatdıra bilməyib, bu halda belə onlara bu ayda toy etmərəm. Atan öləndə toy edirsən ki, imamlar öləndə toy edəsən. İmamlar bizə atalarımızdan da əzizdir. O ki qaldı Elşad Miriyə, Allah onun canını sağ eləsin, ona əcr versin".







DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ