"Hansısa millət vəkilinin adının erotik kino çəkilişində hallanması ümumən Azərbaycanın adına ləkədir"
.jpg?v=1520254601)
Məlum olduğu kimi, millət vəkili Ceyhun Osmanlının adı son vaxtlar "nurçu"luqda hallanırdı. İndi də onun adı qalmaqallı kino biznesində hallanır. Bu barədə araşdırmanı Virtualaz.org saytı aparıb və olduqca maraqlı faktları üzə çıxarıb. Sayt ilk əvvəl deputatın kino barədə verdiyi açıqlamadan sitat gətirir:
"Son dövrlərdə parlament fəaliyyətimlə yanaşı, film sektoru da məni çox dərindən maraqlandırır. Beynəlxalq səviyyəli bir bədii filmin çəkilişlərini artıq başa çatdırdıq. Artıq Londonda filmin təqdimatı oldu. Hazırda ulu öndərimiz Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı beynəlxalq əhəmiyyətli bir sənədli filmin çəkilişlərini başa çatdırırıq. Bu işlər beynəlxalq bir qrupla həyata keçirilir. "Osmanlıfilm" kinoşirkəti Xocalı soyqırımı ilə bağlı "Discovery" formatında sənədli filmin hazırlığı üzərində işlər görür. Hazırda parlament fəaliyyətimə paralel olaraq yaradıcı işlərlə, xüsusilə beynəlxalq əhəmiyyətli filmlərin istehsalı ilə məşğulam".
Ceyhun Osmanlı bu işlərin yayda başa çatacağını bildirib. Deyib ki, sentyabrın sonunda təqdimat mərasimləri keçiriləcək.
Göründüyü kimi, Ceyhun Osmanlı kino biznesinə olan marağını gizlətmir. Aparılan araşdırma nəticəsində məlum olub ki, Osmanlı bir neçə nəfərlə əlbir olaraq bu sahədə də əməlli-başlı fırıldaqlar edib. Sayt yazır: "Azərbaycanın imamcığazı" Elnur Aslanovun müavininin istedadsızlığı və təfəkkür tərzinin primitivliyi özünü burada da göstərdi. Onun "Discovery" formatında təqdim etdiyi filmə baxmaq kifayətdir. Adamın kinematoqrafiya sahəsindən zərrə qədər də məlumatının olmadığı o dəqiqə bəlli olur.
Guya çəkilib Londonda göstərilən bədii filmə gəlincə isə, biz nurçu C.Osmanlının bu filmi lentə almaq üçün lazım gələn milyonları haradan almasını hələ bir qırağa qoyur və başqa məsələ ilə maraqlanırıq: belə bir film doğrudanmı olub?
Uzun araşdırmalardan sonra bu qənaətə gəlmək olar ki, söhbət bir vaxtlar ANS-də anons edilən "Qafqaz" filmindən gedir. Həmin filmin titrində rejissor olaraq hansısa bir İsa Aydının adı keçir. "İsa Aydın Production" şirkətini təmsil edən bu İsa Aydın isə Ceyhun Osmanlının qaynıdır...
O da məlum olub ki, "İsa Aydın Production"un Dubay və ABŞ-da ofisləri var. Bu şirkət Bəhreyndə, Ər-Riyadda, Səudiyyənin başqa bölgələrində və digər ərəb ölkə və şəhərlərində işləyib. Yeri gəlmişkən, göstərilən ərəb bölgələri seks-trafikinqin ən əsas marşrutlarından biridir. Beləliklə, bir ucu Yaxın Şərqə, o birisi ABŞ-a gedib çıxan film çəkilişi gör kimin əlindədir: pornoqrafiyaçı İsa Aydının, deputat Ceyhun Osmanlının və qərib və qəribə jurnalist Sevinc Osmanqızının".
Maraqlıdır ki, sayt bu araşdırmaların nəticəsində konkret sənədlər də ortaya qoyur. Sonda bu nəticəyə gəlinir ki, millət vəkili Ceyhun Osmanlı indi də erotik kino biznesinə girişib.
Bir millət vəkilinin bu cür işlərlə məşğul olması xəbərlərinə hansı adı vermək olar?
Azərbaycan İslam- Demokrat Partiyasının sədri Tahir Abbaslı qəzetimizə açıqlamasında bu sayaq halları rüsvayçılıq kimi qiymətləndirdi: "Onlar millət tərəfindən seçilib ki, bizim haqlarımızı desinlər. Atdıqları hər bir addıma fikir verməlidirlər. Onların üzərində həm də bir mənəvi məsuliyyət var. Hansısa millət vəkilinin adının erotik kino çəkilişində hallanması ümumən Azərbaycanın adına ləkədir. Özü də bu əməllər xarici ölkələrdə edilirsə, lənətləməkdən başqa əlimizdən heç nə gəlmir. Belələrinin nəinki deputat olmağa, heç Azərbaycanda yaşamağa haqqı yoxdur. Bu bir daha sübut edir ki, bəziləri üçün mandat öz çirkin əməllərini ört-basdır etməkdən ötrü vasitə rolunu oynayır".