Cümə günü, 25 iyul 2025
     

Gerçək Amerika nağılı: Azərbaycana dərs keçmək istəyənlər kimdir?

Image

Noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək. İndiyə qədər namizədlərin qeydiyyata alınmasında, təbliğat-təşviqat kampaniyasının təşkil edilməsində, ümumiyyətlə seçkiyə hazırıq prosesində heç bir şikayət qeydə alınmayıb. Azərbaycan ədalətli, şəffaf və demokratik seçki keçirməyi planlaşdırır. Bu, kiməsə nəyisə nümayiş etdirmək yox, hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququnun təmin olunması məqsədinə xidmət edir.

Azərbaycanda seçki hazırlığının getdiyi bir vaxtda ABŞ Senatında oktyabrın 28-də "Azərbaycanda seçkilər ərəfəsində insan hüquqları” mövzusunda dinləmələr keçiriləcək. Əslində bu o qədər də təəccüblü deyil. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) absurd bəhanələrlə Azərbaycandakı seçkiləri izləmək üçün müşahidə missiyası göndərməkdən imtina etməsi səbəblərinin də okeanın o tayına qədər uzandığına artıq heç bir şübhə yoxdur.

Azərbaycan indiyə qədər bu cür ittihamlarla üzləşib. İstər bundan öncəki seçkilərdə, istərsə I Avropa Oyunlarının və beynəlxalq tədbirlərin Bakıda keçirildiyi ərəfələrdə "demokratiya nağıllarını” dinləmişik. Təsadüfi deyil ki, bu qüvvələrin hər cəhdi uğursuzluğa düçar olur. Senatda keçiriləcək dinləmələrin də eyni aqibəti yaşayacağı şübhəsizdir. Dinləmələrin ABŞ Senatının binasında keçiriləcəyi, tədbirə ABŞ Dövlət katibinin keçmiş müavini Devid Kramerin moderatorluq etməsi, əsas mövzunun Leyla və Arif Yunuslar, həmçinin, Xədicə İsmayıl olması da "tüstünün haradan çıxdığını” aydınlaşdırır. İndiyə qədərki təcrübəyə söykənərək əminliklə deyə bilərik ki, bu dinləmələrdə Azərbaycan haqda səslənən fikirlərdə ölkədə "5-ci kolon”un ötürdüyü informasiyalara, yəni subyektiv mənbələrə istinad ediləcək. Söhbət, gerçək olmayan faktlardan gedir.

Bəs gerçək faktlar nə deyir?

ABŞ-ın QHT-lərin dili ilə Azərbaycana demokratiya dərsi keçməsi "Amerikada gerçəklər necədir?” sualını yaradır.

2000-ci illərdə ABŞ-da keçirilən seçkilərə sadə vətəndaşın münasibəti bütün dünya mətbuatında əsas xəbərə çevrildi. Benzindoldurma məntəqəsində işləyən kassir qadın belə deyirdi: "Seçkilərdə kimin seçilməsindən asılı olmayaraq, onların bizim kimi insanlara əhəmiyyət verdiyini zənn etmirəm”.

O, prezidentliyə namizədlər və Amerikada seçki sistemindən danışırdı.

"Onlar da bizim kimi vaqonda yaşasaydı, bəlkə də fərqli olardı”, - deyə sadə amerikalı qadın bildirirdi.

Daha bir fakt: Restoranda işləyən digər sadə amerikalı ölkədəki seçkilər haqda belə deyir: "Kimin seçilməsindən asılı olmayaraq, mənim həyatımda heç nə dəyişməyəcək”.

Sadə amerikalıların bu fikirləri onların ölkələrindəki azad və demokratik seçkinin sözün əsl mənasında nağıl olduğunu göstərir. Lakin Amerika nağılları bununla bitmir.

Demokratiyanın "Amerika faciəsi”

Ötən il avqustunda 9-da baş verən Ferqüson, bu il yaşanan Baltimor hadisələri Amerika demokratiyasının gerçək üzünü göz önünə sərdi. Ferqüsonda 18 yaşlı, Baltimorda isə 26 yaşlı gənc ABŞ polisi tərəfindən amansızcasına qətlə yetirilmişdi. Onların yeganə günahı qaradərili olması idi.

Hər iki hadisə ABŞ-da söz azadlığına ciddi müdaxilələrin olması faktını da aşkara çıxardı. Belə ki, hadisələri işıqlandıran "The Washington Post” və "The Huffington Post” qəzetlərinin jurnalistləri heç bir səbəb olmadan polis məntəqəsinə aparılıb. "Əl-Cəzirə”nin jurnalisti canlı yayıma qoşulmaq istəyəndə polis onun qarşısına qaz qumbarası atıb.

Həmçinin, sosial şəbəkələrdə hadisələrlə bağlı yazan jurnalistlərə təzyiqlər edilib. Hətta hadisə haqda obyektiv informasiyaların yayılmasının qarşısını almaq üçün sosial şəbəkələrə giriş məhdudlaşdırılıb.

Ümumiyyətlə, ABŞ-da sosial şəbəkələrə müdaxilə BMT tribunasından bir neçə dəfə tənqid olunub. Britaniyalı professor Naycel Rodlinin başçılıq etdiyi komitənin hesabatında Amerika hökumətinin sosial şəbəkələrdə insanları təqib etdiyi, onların şəxsi məlumatlarına qeyri-qanuni müdaxilələrin olduğu deyilir.

"Ferqüson və Baltimorda yaşanan hadisələr, ölkəni bürüyən etiraz aksiyaları sadəcə iki qaradərilinin ölümünə deyil, on illərdir davam edən polis zülmünə və şiddətinə, zorakılığına, irqi ayrı-seçkiliyə qarşı idi”.

İsveçrənin Stokholm Universitetinin professoru Kristian Kristensen "Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

Hinduların kütləvi qətlləri ilə qurulan Amerika tarixində rasizm günümüzün əsas reallığıdır. Bu ölkənin əhalisinin yarısını təşkil edən qaradərililərin hüquqları demək olar ki, hər gün tapdanır. Hətta ABŞ-da qaradərililər küçə itləri ilə müqayisə olunur. Texas ştatında vətəndaş hüquqları layihəsinin rəhbəri Cim Herinqtonun sözləri buna açıq sübutdur: "Austin məntəqəsində iki itin güllələnməsi hadisəsi bu məntəqədə iki qaradərilinin güllələnməsi hadisəsindən daha çox araşdırılıb və diqqət mərkəzində olub”.

Müxtəlif təşkilatların hesabatlarında ortaya çıxan faktlar ABŞ-ın özündə demokratiyanın sadəcə nağıl olduğunu deməyə əsas verir.

- 2002-ci ildə Çikaqo Universitetinin apardığı araşdırmaya görə, Amerikada işəgötürən rəyçilər ağdərililərə nisbətən qaradərililərin müraciətinə 50 faiz az baxırlar.

- Mənzil və Şəhərsalma üzrə Federal Departamentinin 2012-ci ildə apardığı araşdırmalara görə, ev almaq üçün əlaqələndirici şəxslərlə danışıqlar aparanlar qaradərili müştərilərə ağdərililərlə müqayisədə 17 faiz daha az ev göstərirlər.

- Qaradərililər avtomobil alarkən əlavə 700 dollar ödəyirlər.

- Amerika Vətəndaş Azadlığı Müdafiə İttifaqının 2013-cü ildə apardığı araşdırmaya görə, marixuanadan istifadə dərəcəsi ağdərililərlə qaradərililər arasında eyni olsa da, buna görə qaradərililərin həbsi 3,7 dəfə çoxdur.

- Bundan başqa, amerikalı həkimlər ürək prosedurları barədə qaradərililəri ağdərililər qədər məlumatlandırmır.

- ABŞ qanunvericiləri də qaradərili seçicilərə cavab verməkdən tez-tez imtina edirlər.

- Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur.

- Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir.

- 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir.

Çətin yeniyetmələrlə iş üzrə ekspert Len Makduqal ABŞ məktəblərində vəziyyətin həbsxanalardakı kimi olduğunu deyib: "Məhbuslar kimi, şagirdləri də bir yerə toplayan əsas məsələ dərinin rəngidir”.

Rasizm günümüzdə də ABŞ-da tüğyan edir. Lakin insanları təkcə rənginə görə deyil, həm də siyasi mövqeyinə görə də təqib edirlər. 2011-ci ilin noyabrında Nyu- Yorkda iqtisadi və sosial ədalətsizliyə qarşı "Uoll striti zəbt et” adlı hərəkata qoşulan yüzlərlə insanın həbs olunması buna əyani sübutdur. Bu da gerçək Amerika nağılı...

Məşhur amerikalı tarixçi Hovard Zin "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi” kitabında yazırdı: "Çoxları Amerikanı tanımır, yaxud səhv tanıyır”.

Seçki-2015.az



VİDEO

SON XƏBƏRLƏR

25.07.2025 / 19:22
Azərbaycanın ilk peykindən süni intellekt layihələrinin maliyyələşməsinə qədər...

25.07.2025 / 19:16
Bakıda DİN müşavirəsində sərt tələb - “icra olunmalıdır”

25.07.2025 / 19:09
Qubanın şəhid ailələri təklif etdilər - hər şəhid barədə kitab yazılsın...

25.07.2025 / 19:01
MM-in Korsikaya Dəstək Qrupundan Fransa parlamentinə sərt cavab - bu onları qıcıqlandırır...

25.07.2025 / 18:58
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

25.07.2025 / 18:55
Tələbə təqaüdləri artırıldı - 300, 450 manat...

25.07.2025 / 18:50
İsgəndər Xəlilovun oğlunun şirkəti ofisdə axtarış aparılmasını təkzib etdi

25.07.2025 / 18:41
Rusiya Aİİ çərçivəsində Ermənistanı iqtisadi sanksiyalarla hədələdi...

25.07.2025 / 18:35
Mixail Qusmanın Azərbaycan boyda səmimi və doğma ailəsi var – Cavid İsmayıl yazır

25.07.2025 / 18:30
Şuşa Media Forumu qlobal mətbuatda

25.07.2025 / 18:27
Nazirlər Kabineti 2018-də söz vermişdi ki, yaxın 3 ildə 100 faiz olacaq - hanı bəs?

25.07.2025 / 18:14
Kreml rəsmisi Zəngəzur dəhlizindən imtina etdi - şok...

25.07.2025 / 18:09
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO

25.07.2025 / 17:59
Rusiya Ermənistanın qazını kəsməkdən başladı – Tiflis-İrəvan xəttində nə baş verir?..

25.07.2025 / 17:46
İstanbulda Rusiya-Ukrayna danışığının iflas etməsinin şok səbəbləri - təfərrüatlar...

25.07.2025 / 17:33
Türkiyənin Akkuyu AES tikintisində maaş qalmaqalı günbəgün böyüyür...

25.07.2025 / 17:14
Ərdoğan Trampla Putini İstanbulda bir araya gətirmək istəyir...

25.07.2025 / 17:10
"Zəngəzur dəhlizi regional logistikanı gücləndirəcək" - Özbəkistan Nəqliyyat Nazirliyinin hesabatı

25.07.2025 / 17:07
“Yüksəliş” müsabiqəsi insan kapitalına dəyərli investisiyadır" - Fərəh Əliyeva

25.07.2025 / 17:01
"Beşinci “Yüksəliş” müsabiqəsinin 20 qalibindən ikisi ADA Universitetinin tələbəsi, biri isə ADA-nın müəllimidir" - Hafiz Paşayev

25.07.2025 / 16:49
Polis Pirallahıda əməliyyat keçirdi - 42 kq narkotik aşkarlandı

25.07.2025 / 16:33
Keçmiş Baş Qərargah rəisindən xəbərdarlıq - Rusiya-Ukrayna müharibəsi 2034-cü ilə qədər uzana bilər…

25.07.2025 / 16:15
ABŞ səfiri Makronun Fələstin qərarını ələ saldı - onda İngiltərə də Fransanı öz müstəmləkəsi elan edə bilər

25.07.2025 / 16:09
"Bakıda yəhudi özünü Parisdən daha təhlükəsiz hiss edir" - Corc Dik

25.07.2025 / 15:46
Hacıqabulda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu

25.07.2025 / 15:27
"Gəncəyə raketlər düşəndə mən oradaydım" - İsrail səfiri erməni hücumlarından danışdı

25.07.2025 / 15:22
Castin Timberleyk Bakıdadır!

25.07.2025 / 14:43
"Şuşanı ziyarət etmiş ilk İsrail səfiri olmaq mənim üçün böyük şərəfdir" - Corc Dik

25.07.2025 / 14:27
Kreml Ukraynanın təklifini yenə qəbul etmədi - Putin-Zelenski görüşü çətin ki, mümkün olsun...

25.07.2025 / 14:21
Şəxsiyyət vəsiqəsinə yeni məlumatlar əlavə ediləcək - FOTO

25.07.2025 / 14:18
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN

25.07.2025 / 14:11
44 günlük müharibə zamanı Ermənistanın əsir götürdüyü azərbaycanlı - "Mənə işgəncələr verildi"

25.07.2025 / 13:43
"Azərbaycan İsraillə Türkiyənin yaxınlaşmasında mühüm rol oynayıb" - Səfir

25.07.2025 / 13:35
Qazaxıstan Xəzər dənizini xilas etməyə çağırdı...

25.07.2025 / 13:19
"Azərbaycan multikulturalizm modeli ilə haqlı olaraq qürur duyur" - İsrail səfiri

25.07.2025 / 13:10
За что уволили в России бакинца М. Гусмана? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

25.07.2025 / 12:55
Yeni tədris ilində təhsil haqlarında dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA

25.07.2025 / 12:37
Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı

25.07.2025 / 12:28
İnsan ölümü bilib, boşuna yaşayır - müğənni Günel

25.07.2025 / 11:04
Zaxarova Azərbaycana şərt qoydu. İşə baxın! - CANLI

25.07.2025 / 10:12
İsrailə bəd xəbər - Kanada da Fələstini tanımağa hazırlaşır

25.07.2025 / 10:06
Bu gün 22 min abonentin qaz təchizatı dayandırılacaq

25.07.2025 / 10:00
Trampdan QƏRAR - USAID üçün ayrılan 7,9 milyard dollar geri qaytarıldı

25.07.2025 / 09:30
Bu gün Cənub zonasında işıq olmayacaq - səbəb açıqlandı

25.07.2025 / 09:22
Ukraynalı deputat yol qəzasında ölüb

25.07.2025 / 09:18
"Pivəçilər" bu futbolçu üçün 75 milyon avro təklif edir!

25.07.2025 / 09:12
ABŞ-dan Makrona ŞOK- "Fələstini dövlət kimi tanımayacayıq"

25.07.2025 / 09:06
Ər-Riyadda sürücüsüz avtomobillər işə düşür

25.07.2025 / 09:00
Ağdamın Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

25.07.2025 / 08:44
İli 5 min manata peşə təhsili olar? Universitetlərdən baha?

25.07.2025 / 08:30
Goranboyda dəhşətli qətl - yeniyetmə öz anasını və nənəsini öldürdü!

24.07.2025 / 22:35
Ermənistan Zəngəzur dəhlizini ABŞ-a icarəyə verməkdən imtina etdi

24.07.2025 / 21:43
Ermənilərin təxribatları nəticəsində yaralanmış, evləri dağıdılmış, əsir və girovluqda olmuş 60-dan çox zərərçəkmiş şəxs ifadə verdi - MƏHKƏMƏ +FOTO

24.07.2025 / 21:08
Dünyanın diqqəti Zəngəzur dəhlizinə fokuslanır...

24.07.2025 / 21:01
Lerikdə yanğına səbəb olan iki nəfər saxlandı

24.07.2025 / 20:52
Düşmən kəşfiyyatı Azərbaycanın nüfuzlu adamları barədə məlumatlar toplayır... Ayıq olun...

24.07.2025 / 20:36
Ermənistan daxildə qanlı toqquşmalar mərhələsinə girdi...

24.07.2025 / 20:21
Ermənistan Zəngəzurun icarəyə verilməsi məlumatlarını məqsədli yayır...

24.07.2025 / 20:04
Rusiya Azərbaycanla münasibətlərini daha da gərginləşdirir - yeni şok detallar üzə çıxır...

24.07.2025 / 19:49
Fransada islamofobiya yenidən qızışır - müsəlmanlara qarşı repressiyalar kəskinləşdi...

24.07.2025 / 19:35
100 mindən çox sənədsiz ev sahiblərinə Prezidentdən böyük töhfə...

24.07.2025 / 19:20
Suriya İsrailin təcavüzünə qarşı Türkiyədən hərbi dəstək istədi...

24.07.2025 / 19:06
Putin "ekstremist" adı ilə müxalifətin üstünə qanuni yürüşə başladı...

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 18:03
Prezident İlham Əliyev Putinə başsağlığı verdi

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:12
Qarabağda Zəfər bayrağı qaldıranlardan biri – Muxtar Babayev...

Azərbaycanın ilk peykindən süni intellekt layihələrinin maliyyələşməsinə qədər...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910