şənbə günü, 24 oktyabr 2026
     

Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

Image


Pahalqamdakı hadisədən sonra Hindistan və Pakistan arasında mövcud gərginlik getdikcə daha təhlükəli mərhələyə daxil olur. Görünən odur ki, Hindistan bölgəni qana boyamaqda israrlıdır. Bunun üçün Hindistan tərəfi bütün addımları atır, hətta terrordan da istifadə edir. Təsadüfi deyil ki, Pakistanın vaxtaşırı Hindistan hökuməti tərəfindən maliyyələşdirilən, planlaşdırılan və həyata keçirilən terrorizmdən ciddi əziyyət çəkir.

Hindistanın şiddətlənən düşmənçiliyi əslində məqsədyönlü xarakter daşıyır. Məsələ ilə bağlı Pakistanın “Dawn” nəşri yazır ki, Hindistanın son addımları təsadüfi xarakter daşımır. Qəzet qeyd edir ki, Hindistan və Pakistan arasında real müharibə olacağı qorxusu fonunda bir çox ekspertlər Nyu Dehlinin mövcud vəziyyətdən həqiqətən nə əldə etmək istədiyinə dair suala artıq cavab veriblər. Bu, Pahalqamdakı terror aktından dərhal sonra dayandırılmış Hind Su Müqaviləsindən birdəfəlik imtinadır: Hindistanın müqavilədən birtərəfli və qeyri-qanuni çıxmasının uzunmüddətli nəticələri Pakistan üçün ciddi fəsadlar yaradacaq. Hindistanın müqavilədən çıxması çay suyunu qeyri-qanuni olaraq öz mülkiyyəti elan etməyə bərabərdir. Sazişdən çıxmaq Hindistanın çoxdankı arzusudur. Onlar bu böhrandan diqqətyayındıran manevr kimi istifadə edərək əsas addımı atıb. Hindistan sazişdən çıxmaq istədiyini ilk dəfə 2016-cı ildə, Uri hücumundan sonra baş nazir Narendra Modinin “qan və suyun birlikdə axması mümkün deyil” deməsi ilə vurğulamışdı. Bu bəyanat sanki sınaq şarı idi və sonradan məlum oldu ki, Hindistanın sazişlə Pakistana verilən Hind çayı və digər iki qərb çayının sularına iddia etmək üçün atdığı addımlardan birincisi idi. İkinci addım 2019-cu ildə Pulvama hücumuna cavab olaraq atılıb. O zaman Hindistanın işğalı altında olan Kəşmir həmin ilin avqustunda, Hindistan konstitusiyasının 370-ci maddəsi faktiki olaraq heçə sayılmaqla, Hindistan federasiyasına daxil edilib. Bunun ardınca 2019-cu ildə Cammu və Kəşmirin Yenidən Təşkili Aktı qəbul edilib. Hindistan çoxdan Hind Su Müqaviləsindən çıxmaq üçün zəmin hazırlayır. Kəşmirdə torpaqların alınması qanunlarının dəyişdirilməsi və ya ləğv edilməsi, 2019-cu ildə edilən dəyişikliklərdən sonra dəmir yolları, nəqliyyat, müdafiə, mülki aviasiya və güc nazirliklərinin orada torpaq alması ilə mübahisəli ərazidə layihə investisiyalarının artmasına səbəb olub. 2023-cü ilin yanvarında Pakistanın “Ratle” layihəsinə qarşı davam edən müxalifliyi və “Kişenqanqa” layihəsi ilə bağlı davam edən mübahisə fonunda Hindistan Pakistana bildiriş göndərərək sazişi əhatə edən genişmiqyaslı şəraitdə fundamental dəyişikliyə istinad edib və bunun artıq mövcud reallığı əks etdirmədiyini bəyan edib. 2024-cü ilin avqustunda onlar eyni arqumenti təkrarlayıb. Pakistan indi Hindistanı Hind Su Müqaviləsi öhdəliklərinə qayıtmağa məcbur etmək kimi çətin vəzifə ilə üz-üzədir. Bu dəfə Hindistanın bu qarşıdurma adı altında etdiklərinin əsl çəkisini və əhəmiyyətini dərk etmək üçün uzun illər gözləyə bilmərik. 2019-cu ildə Hindistan mübahisəli Cammu və Kəşmir ərazisini ələ keçirdi və qeyri-qanuni olaraq onu öz ərazisi elan etdi. İndi isə onlar hüquqi cəhətdən Pakistana aid olan Hind çayı sisteminin suları ilə də eyni şeyi edib”.

Burada onu da qeyd edək ki, Hindistan və Pakistan arasındakı sərhəd 3000 kilometrdən artıqdır və əsas gərginlik bölgəsi şimal hissədə - Hindistan, Pakistan, Çin və bir qədər də Əfqanıstanın maraq dairələrinin kəsişdiyi mürəkkəb coğrafiyada yerləşir. Ən narahatedici məqam isə bu ərazilərin Pakistanın paytaxtına yaxın olmasıdır. Daha ciddi təhlükə isə hər iki ölkənin nüvə silahına malik olmasıdır. Nüvə komponenti bu münaqişəni lokal qarşıdurmadan qlobal təhlükəyə çevirə bilər. Hindistan bunu nəzərə almaq istəmir. Digər bir məqam isə ondan ibarətdir ki, bu gün Kəşmir məsələsi ətrafındakı problem beynəlxalq hüquq baxımından lazımi qaydada həll edilmir və bu problemin həlli üçün hansısa dəstək göstərilmir. Bundan istifadə edən Hindistan Pakistana qarşı ədalətsizliyin müxtəlif dövrlərdə davam etdirdiyi kimi, yenə də davam etdirir. O da qeyd olunmalıdır ki, Pakistanın özü terrorizmdən əziyyət çəkən bir ölkədir və hər zaman beynəlxalq birliyə, terrorizmə qarşı mübarizədə çağırışlar edib. Buna baxmayaraq, Pakistanın beynəlxalq terrora qarşı mübarizədə çağırışlarına adekvat reaksiyalar verilmir. İndi Hindistanın turistlərə qarşı baş vermiş terror hadisəsindən yarım saat sonra, heç bir araşdırma etmədən, bunu Pakistanın üzərinə yıxmağa çalışması onu göstərir ki, Hindistan köhnə yanaşmasından istifadəni davam etdirir. Baş verənlər ölkəmizdə də diqqətlə izlənilir. Azərbaycan beynəlxalq münasibətlər sistemində hansısa konfliktlərin olmasını istəmir. O baxımdan da Azərbaycan istənilən halda dünyada bütün konfliktlərin danışıqlar və sülh yolu ilə həllində maraqlıdır. Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanla Pakistan arasındakı gərginliyə dair yaydığı bəyanda bu xüsusda bildirir: “Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq. Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik. Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inanırıq. Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ