çərşənbə günü, 26 avqust 2026
     

Ermənistanın müharibə cinayətləri dünya boyu uğurla ifşa edilir...

Image


Müharibənin dəhşətləri və törətdiyi dağıntılar bəzən silahlı münaqişə zamanı qanunların tətbiq olunmadığına dair inamın yaranmasına səbəb ola bilir. Lakin hüquq tətbiq olunduğu halda tamam fərqli mənzərə üzə çıxır. Müasir müharibə qanunları 19-cu əsrə, döyüşlərdə mülki əhalinin, xəstələrin və yaralıların müdafiəsi üçün ilk beynəlxalq konvensiyaların imzalandığı vaxta təsadüf edir.

Sonradan çoxsaylı beynəlxalq müqavilələr, xüsusən də müharibə qanunlarının mənbəyi kimi ən geniş şəkildə qəbul edilən 1949-cu il dörd Cenevrə Konvensiyası imzalandı. Bu dörd sənəd İkinci Dünya Müharibəsindən dərhal sonra yaradılıb ki, bu da dövlətlərə müharibənin ümumi qəbul edilmiş qaydalarını yazılı şəkildə müəyyən etmək, onlara riayət etmək öhdəliyi götürmək üçün güclü stimul verdi.

Dünyada analoqu olmayan amansız müharibə cinayətləri 

"Müharibə cinayəti" anlayışı bu müqavilələrlə savaş qanunlarının ən ciddi pozuntularını təsvir edən bir termin olaraq ortaya çıxıb. Bu cür hərbi cinayətlərin beynəlxalq təqibi İkinci Dünya müharibəsindən sonra Nürnberq və Tokio tribunallarında başlamış və 1990-cı illərdə keçmiş Yuqoslaviya və Ruanda üzrə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılmış beynəlxalq tribunallarda davam etmişdi.

Bununla belə, müharibə qanunlarının məhkəmədən kənarda da mühüm təsiri ola bilər. Xüsusilə, məhkəməyə müraciət edə bilməsələr belə, ədalətsizliyin qurbanı kimi tanınmaq istəyən zorakılıq qurbanları üçün bu hal keçərlidir. Bu qanunlar həm də silahlı münaqişələrdə iştirak edən və ədalətli üsullardan istifadə edərək həqiqi bir iş uğrunda mübarizə apardıqlarını bilmək istəyən əsgərlər üçün mühüm ola bilər. Müasir beynəlxalq hüquqa əsasən, "müharibə cinayəti" termini fərdi cinayət məsuliyyətinə səbəb olan beynəlxalq humanitar hüququn konkret ciddi pozuntularına aiddir. Bundan əlavə, tətbiq olunan müharibə qanunları və mövcud icra mexanizmləri konkret dövlət tərəfindən hansı müqavilələrin imzalanmasından asılıdır. Bəzi müharibə aktları, xüsusən də mülki şəxslərin ölümü və yaralanması müharibə cinayətləri olmasa da, ciddi nəticələrə malikdir. Bu cür müharibə aktlarının heç bir qanun pozuntusunun baş vermədiyi anlayışı ilə ört-basdır edilməsi silahlı münaqişə zamanı mülki şəxslərə dəyən zərərin azaldılması üçün dövlətlərin siyasi məsuliyyətə cəlb edilməsində mühüm əhəmiyyət kəsb edə bilər. Ümumiyyətlə, silahlı münaqişə zamanı aşağıdakı qanunlar tətbiq edilir: Münaqişə tərəfləri olan dövlətlərin və qeyri-dövlət silahlı qruplarının hərəkətlərini tənzimləyən beynəlxalq humanitar hüquq . Bu hüquq fərdi məsuliyyətdən çox, ilk növbədə dövlətin məsuliyyətinə aiddir. Beynəlxalq cinayət hüququ həm silahlı münaqişələr zamanı, həm də ondan kənarda cinayətlər  törətmiş şəxslərin məsuliyyətini tənzimləyir. Beynəlxalq cinayət hüququ ilə beynəlxalq humanitar hüquq arasında qarşılıqlı əlaqəyə baxmayaraq, onlar beynəlxalq hüququn ayrı-ayrı hissələrini təşkil edir. Beynəlxalq insan hüquqları dövlətlərin ərazilərində və ya yurisdiksiyasında olan şəxslər qarşısında öhdəliklərini tənzimləyir. Dövlətlərin daxili qanunvericiliyindən də burada istifadə olunur. Digər beynəlxalq qanunlar və dövlət tərəfindən imzalanmış müqavilələrə də burada xüsusi diqqət olunur. Bütün bunlar Azərbaycan tərəfindən Ermənistanın müharibə cinayətlərinin ifşasında hüquqi əsas rolunu oynayır. Ermənistanın işğal dönəmində həyata keçirdiyi cinayətlər saysızdır və zamanla onların qanlı təzahürləri meydana çıxır. Qarabağda və Şərqi Zəngəzurda bu illər ərzində xalqımıza məxsus tarixin silinməsi üçün Ermənistan dünyada analoqu olmayan amansız müharibə və insanlıq əleyhinə cinayətlər törədib. İşğal dövründə təbiətimizə, milli-mənəvi dəyərlərimizə qəsd olunub, Azərbaycanın yeraltı və yerüstü sərvətləri talanıb, bu əməllərdə xarici şirkətlərin də iştirakı faktlarla sübuta yetirilib. Azad olunmuş şəhər və kəndlərimizin hər qarışı özündə erməni vandallığını və vəhşiliyini əks etdirir. Təbii ki, bu cinayətlərin kulminasiya nöqtəsi ermənilər tərəfindən törədilən soyqırımları və digər cinayətlərdir.

Ermənistan beynəlxalq humanitar hüququn bütün tələblərini pozub 

Azərbaycan ermənilərin müharibə cinayətlərinin ifşası istiqamətində müvafiq addımlar atır. Müharibə ilə bağlı ən uyğun hüquq norması beynəlxalq humanitar hüquqdur ki, yalnız silahlı münaqişələr zamanı istifadə olunur. O, kimin hədəfə alına bilməyəcəyini müəyyənləşdirir, davranış qaydalarını tənzimləyir. 

Beynəlxalq humanitar hüquq yalnız xüsusi hüquqi meyarlara əsaslanan silahlı münaqişələr kimi müəyyən edilən hallarda tətbiq edilir. Azərbaycan da ermənilərin müharibə cinayətlərinin ifşasında beynəlxalq humanitar hüquqdan geniş istifadə edir. Beynəlxalq humanitar hüquqda müfəssəl müharibə qaydaları və döyüş əməliyyatlarında iştirak etməyən və ya artıq iştirak etməyən şəxslərin müdafiəsi qaydaları mövcuddur. Beynəlxalq humanitar hüquq ilk növbədə münaqişə tərəflərinin, yəni dövlətlərin və qeyri-dövlət silahlı qruplarının məsuliyyətinə aiddir. Soyqırım və insanlığa qarşı cinayətlər beynəlxalq cinayətlərin növləridir. Bu anlayışlar İkinci Dünya müharibəsindən sonra əvvəlki illərdə törədilmiş beynəlxalq cinayətləri mühakimə etmək üçün ortaya çıxıb. Hazırda hər iki cinayət növü Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda kodlaşdırılıb. 1948-ci il Soyqırımı Konvensiyası da bütün dövlətlər üçün məcburi olan adi beynəlxalq hüquq sayılır. Ermənistan bütün bu tələbləri pozub. Xatırladaq ki, Birinci Qarabağ müharibəsində Xocalıda, Qaradağlıda, Başlıbeldə və digər yaşayış məntəqələrimizdə insanlıq əleyhinə cinayətlərə rəvac verən Ermənistan İkinci Qarabağ müharibəsində də terrorçu xislətinə sadiq qalaraq Azərbaycanın şəhər və kəndlərini, dinc mülki əhalini raket və artilleriya atəşinə tutmuşdu. Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində darmadağın edilən Ermənistan silahlı qüvvələri döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən mülki infrastruktur obyektlərini hədəf seçmişdi. Düşmən müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə yaşayış məntəqələrini atəşə tutaraq, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmaqla sülh və insanlıq əleyhinə cinayətlər törətmişdi. İndi Azərbaycan bütün bunlara görə Ermənistanın beynəlxalq hüquq əsasında cavab verməsi üçün müvafiq fəaliyyət həyata keçirir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ