Bazar günü günü, 08 noyabr 2026
     

Ermənilər Qarabağ məliklərinin I Nikolaya məktubunu belə saxtalaşdırıblar...

Image


Qarabağ məliklərinin erməni olmadıqlarını əsaslandıran saysız sübutlar var. Azərbaycan albanşünaslarının apardıqları tədqiqatlar nəticəsində bir daha təsdiqlənir ki, onlar alban əsilli xristianlar olublar. 

Tədqiqatçılar yazır ki, Dizaq, Vərəndə, Çiləbörd və Talış (Gülüstan) məliklikləri Azərbaycanın müxtəlif bölgələrindən Qarabağa gəlmə, Xaçın məlikliyi isə qədim Azərbaycan Alban sülaləsinin davamı olub (tədqiqatçı Aysel Sadıqova). Tədqiqatçılarımız  alban məliklərinin tarixinin erməni tarixçiləri tərəfindən təhrif edilməsi, tutarlı qaynaqlara istinad edilmədən uydurma tarix yaradılması məsələsini ifşa ediblər.

Aysel Sadıqovanın “Pənahəli xan Cavanşir tərəfindən Qarabağın Alban-Xristian məliklərinin mərkəzi hakimiyyətə tabe edilməsi” adlı tədqiqat məqaləsində deyilir: “...XVIII əsrdə erməni tarixçiləri tərəfindən “erməni” adlandırılan Qarabağın xristian əhalisinin əslində Azərbaycan albanları olduğu məsələsinə aydınlıq gətirilmişdir. Qeyd edilən dövrdə Qarabağda yaşayan alban məlikləri Rusiya çarı I Pyotra göndərdikləri məktubda özlərini erməni deyil, alban adlandırmışlar”. 

Qarabağın alban xristian məlikləri barədə erməni müəlliflərinin uydurduğu saxta fikirlərə gəlincə, qeyd edilir ki, erməni müəllifləri və onların digər həmfikirləri Qarabağ ərazisində mövcud olmuş beş xristian məlikliyinin rolunu şişirtməyə, hər bir məlikliyi az qala “erməni milli dövlətçiliyinin nümunəsi”, “əsrlər boyu erməni dövlətçililiyi ənənələrini qoruyub saxlayan, yaşadan” qurum, knyazlıq və s. kimi təqdim etməyə və eyni zamanda erməni əhalisini tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırlar. “Məsələn: erməni tarixçisi A.R.İoannisyan Qarabağ və İrəvan torpaqlarını erməni əhalisinin əsas hissəsinin cəmləşdiyi “tarixi Ermənistan ərazisi” adlandırmaqla yanaşı, Nadir şah dövründə Qarabağ ərazisində mövcud olan xristian məlikləri “faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar” kimi təsvir etmişdir. 1780-ci ildə Cənubi Qafqaz yürüşünə hazırlaşan V.A.Suvorov Azərbaycan ərazisi, xüsusilə Qarabağ və İrəvana gedən yollar, yaşayış məntəqələri və s. haqqında ətraflı məlumatlar toplayırdı. Qeyd etmək yerinə düşər ki, V.A.Suvorovun Q.A.Potyomkinə yazmış olduğu 1780-ci il 15 fevral tarixli raportuna əlavə olunmuş sənəddə Həştərxana gəlmiş Qarabağ məlikləri Adəm və Usubun Qarabağ və İrəvan xanlığında baş verən hadisələr haqqında məlumatları verilmişdi. M.Q.Nersisyanın ümumi redaktəsi ilə tərtib olunan “Erməni-rus əlaqəlri”nin IV cildində nəşr olunanmuş bu sənədin heç bir yerində “erməni məliyi” ifadəsi işlənmədiyi halda, A.R.İoannisyan həmin sənədi şərh edərkən məlikləri erməni adlandırmışdır. Qeyd olunan dövrdə məhz həmin ərazilərin sakinlərinin erməni olduğunu sübuta yetirməyə çalışan müəllif dövrün sənədlərini belə saxtalaşdırmaqdan çəkinməmişdir. Erməni romanisti Raffi daha da irəli gedərək “Qarabağın erməni məliklərinin hakimiyyəti altında olması” fikirini irəli sürür.  XVIII əsr erməni katalikosu Simeon İrəvanlı da “Cambr” adlı kitabında eyni saxtakarlığa yol verir və Xəmsə məliklərini erməni kimi təqdim edir. Erməni müəlliflərinin fikirlərini dəstəkləyən Atkin Müriel də Qarabağ xanlığı daxilində ermənilərin nüfuzedici səsə malik olduğunu iddia edir”-deyə tədqiqat əsərində qeyd edilir.

Qarabağın alban məliklərinin məktublarının saxtalaşdırılması məsələsi diqqət çəkən hallardan biridir. “Bu gün erməni tarixçiləri və onların həmfikirləri tərəfindən ictimaiyyətin beyninə belə bir fikir yeridilməkdə davam edir: Qarabağ məlikliklərinin əhalisi ermənilərdən ibarət olmuşdur. Bundan başqa erməni tarixşünaslığında Qarabağ məlikləri birmənalı şəkildə erməniləşdirilir və onların tarixən bu ərazidə məskunlaşmış, mənşəcə Qafqaz albanlarından olması tamamilə inkar olunur. İ.P.Petruşevski XV əsrdə Qarabağ əhalisindən danışarkən qeyd edir ki, buranın alban əhalisi müxtəlif vaxtlarda erməniləşməyə məruz qalmışdır. Bu haqda qafqazşünas Veliçkonun fikirləri maraqlıdır. “Zaqafqaziya Albaniyası, yaxud ermənicə Ağvaniya məsələsi də olduqca maraqlıdır. Tərkibinə həm indiki Yelizavetpol quberniyası, həm Tiflis quberniyası, həm də Dağıstanın bir hissəsi daxil olan bu diyar ermənilərdən xristianlığı qəbul edən, lakin erməni mənşəli olmayan xalqların məskənidir. XIX əsrin əvvəllərinə qədər Üçmiədzin katolikosu ilə rəqabət aparan, bəzən də tamamilə ondan asılı olmayan ayrıca Ağvan, yaxud Gəncəsər katolikosu da mövcud idi. Vaxtilə Ağvan katolikosunun dindarları olmuş xristianlar indi erməni hesab edilir və onların qarışıq xasiyyətlərini götürüblər”. Azərbaycan tədqiqatçılarının son tədqiqatlarında Qarabağ məliklərini birmənalı şəkildə erməniləşdirlməsinin tamamilə saxta, əsassız olduğu arxiv sənədləri əsasında təkzib edilmişdir: 1723-cü ilin martında Qarabağ məliklərindən 4-nün ətrafdakı dağıdıcı hücumlardan qorunmaq üçün I Pyotra ünvanladıqları məktub çox maraqlıdır. Məktubda təqdim edilən “alban türkləri” ifadəsi məktubun rus dilinə tərcümə edilmiş variantında “alban müsəlmanları” ifadəsi ilə əvəz edilmişdir. Bundan başqa, Qarabağın xristian məliklərinin 1781-ci il 2 sentyabr tarixində II Yekaterinaya ünvanladıqları məktubunun erməni dilində olan variantında məliklər özləri haqqında “biz Arşaki və Alban taxt-tacının çarları nəslinə məxsusuq” ifadələrini yazmışlar. Erməni tarixçiləri həmin sənədi rus dilində təqdim edərkən qeyd etdiyimiz cümləni saxtalaşdırıb “biz erməni rəisləri nəslindənik” ifadələri ilə əvəz etmişlər. Göründüyü kimi, Qarabağ məlikləri mənşəcə alban, qıpçak türkləri olduqlarını unutmamışdılar...”-deyə A.Sadıqovun tədqiqatında qeyd edilir. 

  • " Harada alban, ağvan yazılıb, onu dəyişib "erməni" ediblər"

AMEA-nın Qafqazşünslıq institutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilər alban məliklərinin tarixini də saxtalaşdırıb. " Elə tarixi sənəd, xəritə, mənbə yoxdur ki, ermənilər ora əl atmasın, saxtalaşdırmasınlar. Hansı birinə əl vurublarsa onu saxtalaşdırmaqdan çəkinməyiblər. Söhbət Cənubi Qafqaza aid mənbələrdən gedir. Erməninin tarixi yoxdur. Onların tarixi saxtakarlıqdan ibarətdir. Ermənilər tarixi saxtalaşdırma edərkən Qarabağ məliklərinin tarixini də "unutmayıblar". 

Qarabağ məliklərinin erməni kimi qələmə verilməsi halları olub, bu barədə də ermənilər saxta "mənbələr" "icad" ediblər.   Məliklər çara məktubları alban olaraq  yazıblar, onlar yazdıqları  dövrdə orada ermənilər yox idi.

Qarabağ məlikləri alban nəslindən olan xristianlar idi. Məliklərə aid olan arxiv sənədlərinə ermənilər ciddi "əl gəzdirib" o məktubları da saxtalaşdırıblar. Harada alban, ağvan yazılıb, onu dəyişib "erməni" ediblər. O məktublarda onlar yazırdılar ki, alban türklərdir. Ermənilər nə qədər saxtalıqlar etsə də, onların təhrifləri ifşa olunur. Bu gün bütün dünya bilir ki, məliklər erməni deyillər"-deyə Q. Hacıyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ