Bazar günü günü, 08 noyabr 2026
     

Asif Mərzili: «Qarabağda mərmi və güllə alın yazımız idi…» - MÜSAHİBƏ

Image


Dünya Türk Yazarlar Birliynin və Beynəlxalq Jurnalistlər Konfederasiyasının (UGK) üzvü və Azərbaycan təmsilçisi, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili ilə müharibə söhbəti…

-Asif bəy, mediadan oxudum ki, 3-cü Qarabağ savaşında qardaşınız oğlu Samir Məmmədov şəhid olub, bacınız oğlu Vüqar Məmmədzadə isə snayper gülləsi ilə ağır yaralanıb… Qardaşınız Rövşən Məmmədov da 1-ci Qarabağ müharibəsində bir ayağını itiruib, Qarabağ  qazisidir… Müharibə və döyüş alın yazımızdırmı?

-Sənin bu sualına bir sualı da mən əlavə edim: sizin özünüz də 1-ci, oğlunuz Tural Məmmədov isə 2-ci Qarabağ müharibəsinin veteranısınız… Bəli, Azərbaycanda elə bir ailə tapmazsınız ki, ən azı özünün, qohumlarının, dostlarının tərcümeyi-halında Qarabağ müharibəsinin yaralarının izi olmasın. Çünki Azərbaycan böyük Anamızdır, hər bir kəs öz anasının-Vətənin-Qarabağın uğrunda ölüb-öldürməyə müsəlləh əsgər olmuşdur. 1-ci Qarabağ müharibəsində silahsız ordu vəziyyətində idik deyə, torpaqlarımız ermənilər və onlara havadarlıq edən, arxa duran qüvvələrin və ölkələrin sayəsində işğal olundu. Amma 2016-cı ilin 4 aprel, 2020-ci ilin 44 günlük 27 sentyabr-8 noyabr döyüşləri və nəhayət, 2023-cü ilin 24 saatlıq 19-20 sentyabr döyüşləri bir daha sübut etdi ki, Azərbaycan oğul və qızları Ali Baş Komandanın əmrinə hər an hazır idi və gücünü də döyüş meydanında göstərmiş oldu…

-Bildiyim qədər, Siz də vaxtilə Qarabağ müharibəsinin ən qaynar nöqtələrində olan jurnalist kimi fəaliyyət göstərmisiniz. Qələm də bir silah idi…

-Tamamilə doğru deyirsiniz ki, qələm də bir silahdır. Hətta deyərdim ki, son illərin informasiya müharibəsi bir daha göstərdi ki, əksər vaxtlarda söz-informasiya silahdan da güclüdür. Bəzən deyirlər ki, biz informasiya savaşında ermənilərə uduzmuşduq… Mən deyirəm, əksinə, ermənilər bu savaşda bizə qalib gəlmişdilər. Niyə, çünki onların uzun onilliklərlə apardıqları saxta informasiya savaşı, feyk məlumat və xəbərləri ayaq açıb yeriyirdi də. Dünya bizim gerçəklərimizə deyil, ermənilərin yalanlarına inanırdı. Biz isə haqlı olduğumuzu düşünür və yalan danışmağı özümüzə ar bildiyimizdən onların yalanlarına da fikir vermirdik ki, yəqin dünya ictimaiyyəti bu yalanlara inanmaz. Amma tarix və zaman göstərdi ki, bu belə deyilmiş. Ermənilər o qədər yalan danışıb yazdılar ki, axırda, hətta özləri də bu yalanlarına inanırdılar. Mən 2016-cı ildə Yesentukidə olanda Qarabağdan köçmüş erməni ailəsi qaldığım villanın qonşuluğunda yaşayırdı və ailə başçısı Ağdərənin Seyidsulan kolxozunun sədri olmuşdu. Bu barədə o vaxtlar yazmışam. Qoca kolxoz sədrinin ailə üzvləri Azərbaycandan olduğumu bilib məni qonaq çağırdılar. Düzdür, bizimlə olan və Rusiyada yaşayan qohumlar ehtiyatlı olmağımı, imtina etməyimi xahiş etdilər, amma jurnalist marağı bu ehtiyatı üstələdi, qonaqları oldum. Düzünü deyim ki, məni toy-bayramla qarşıladılar, Azərbaycan dilində söhbətlər edirdik. Qısası, mən qocanın ali təhsilli olan oğluna sual verdim ki, Şuşanı, Ağdamı… almısınız. İndiyədək orda nə qurub yaratmısınız, əksinə, Ağdamı tamam dağıtdınız, Şuşada isə dağılanlar dağılıb gedir. Sualıma sualla cavab verdi ki, sizcə niyə? Dedim, ona görə ki, Şuşa və Ağdam, elə o biri rayonlar da sizin deyildi. İnsan özününkünü dağıdarmı? Sonra qocanın Moskvada işləyən professor qızı isə dedi ki, yaxşı, Şuşa bizim deyil ki?! Dedim, axı Şuşa sizin necə ola bilər?! Qarabağ və ya Şuşa 1828-ci ildə İran və Türkiyədən Qarabağa köçən adamın olur? Və planşeti açıb erməni, rus və fransız  mənbələrindən (internetdə) İranla Rusiya arasındakı Türkmənçay sülh müqaviləsini, ermənilərin köçünü və s. bildirən tarixi rəsmi məlumatları onlara göstərdim. Dözməyib dedilər ki, «Ara, məzhəb haqqı, biz həmişə sizinlə mehriban olmuşuq, Allah o saqqallıların başına daş salsın!». Dedim o daşı əvvəlcə sizlər salmalısınız, sizlər olmasa da, nə vaxtsa Azərbaycan salacaq… Şükürlər olsun, Azərbaycan 2-ci və 3-cü Qarabağ savaşı ilə o daşı birdəfəlik o düşmənlərin təpəsinə saldı və indi qürurla «Qarabağ Azərbaycandır!» deyirik…

-Asif bəy, jurnalist kimi müharibə dövründəki fəaliyyətinizlə bağlı sual vermişdim…

-Açığı, özüm istəmədim o sualınıza cavab verim. Mən 1-ci Qarabağ müharibəsi illərində «Azərbaycan» qəzetinin xüsusi müxbiri kimi daim Qarabağ bölgəsində olurdum, məqalələrim  və reportajlarım da qəzetin arxivində var… Dəfələrlə ən ağır mərmi yağışına düşmüşəm, amma bəxtim gətirib.Bu barədə nə deyim, müharibədə əsas söz sahibi döyüşçülərimizdir, şəhidlərimizdir… 2-ci Qarabağ savaşı vaxtı isə Türkiyənin bir neçə saytı ilə əməkdaşlıq edirdim, hər gün iki-üç qələbə xəbərlərimizi Türkiyə mediasında yayımlada bilirdim. Müharibə bitəndən sonra məni trtajans portalı İdarə Heyətinin Azərbaycan nümayəndəsi və sədr müavini seçdilər. Hazırda Türkiyənin 3 saytının köşə yazarıyam, Azərbaycan həqiqətəlrini dünyaya çatdırmaq üçün hər ay bir neçə xəbər və ya yazılarımı həmin portallarda yayımladıram. Avropa Mətbuat Federasiyasına, Türkiyənin iki Beynəlxalq jurnalist təşkilatına üzvlüyümü isə bilirsiniz…

-Təxminən 24 saatlıq 3-cü Qarabağ savaşında ailənizdə şəhidiniz və qaziniz oldu…

-Bəli, sentyabrın 20-də qardaşımın nəvəsi Samir (əslində, oğlu idi, çünki o, körpə ikən anasını itirmişdi, ailənin tək oğlu idi, qardaşım onu oğlu kimi saxlayıb böyütmüşdü) Samir Aqil oğlu Məmmədov idarə etdiyi tankı ilə irəli hücum edərək düşmənin əsas cəbhəxanasını darmadağın etmişdi. Döyüşün qızğın vaxtında düşmənin atdığı top mərmisi təsadüfən tankın üstünə düşmüş, içərisində olan ekipajın üçü də şəhid olmuşdur. Eləcə də müddətdən artıq xidmət edən bacım oğluVüqarNəsimi oğlu Məmmədzadə də sentyabrın 19-da başlanan anti-terror əməliyyatında da kəşfiyyatçı-xüsusi təyinatlı kimi döyüşə atılmışdı, snayper gülləsindən ağır yara almışdır. O, digər qardaşı Vüsal Məmmədzadə ilə birlikdə 2020-ciilin 44 günlük döyüşlərdə də iştirak etmişdi… Allah şəhidlərimizə min rəhmət eləsin, qazilərimizə can sağlığı versin! Veteranlarımızı da Allah uzun ömürlü eləsin! Allah Azərbaycanı qorusun!

-Sizin sosial mediada "kasıb-varlı balası" söhbəti salanlara cavabınızı oxudum…

- Bu ən zərərli mövzulardan biridir. Mən bu təxribatçı söhbəti salanlara cavab olaraq müddətdən artıq xidmət keçən bacım uşaqlarının fotoşəkillərini paylaşıb yazmışdım ki, sinələrində 5-6 medalları olan bu döyüşçülər mənim bacımın iki oğludur, ikisi də 44 günlükdə döyüşüb, kəşfiyyatçıdırlar, Vüsal (soldan birinci) 44 günlükdə yaralandı, ehtiyata buraxılıb, bu birisi isə seyntyabrın 19-da ağır yaralanıb... Anasına, yəni bacıma zəng edirəm ki, axırıncı dəfə Vüqarla nə vaxt danışmısan? Mənə dedi ki, vallah, yadımdan çıxıb, o əməliyyat, bu əməliyyat, çoxdandı üzünü görmürəm. Bir də soruşdum ki, özü niyə zəng etmir, hara yoxa çıxıb ki?! Bacım mənə deyir ki, xəbərin yoxdu, Vüqar məni artıq neçə vaxtdır yaddan çıxarıb, o biri anasına sığınıb... Deyirəm, başa düşmədim, hansı anasının? Deyir, Vətən anasının... Mən statusumda belə də yazmışdım: «Allah haqqı, bu qadın mənə belə də dedi... Əzizlərim, Vətən anamızdır, onu da biz qorumalıyıq. Gözləyək ki, filan nazirin -məmurların oğlu Anamızı qorumağa gedəcək?! Gözləsək, onda da Vətənimiz əldən gedəcək! Gəlin yığışdıraq bu «varlı-kasıb balası» söhbətini!». Mənim bu duyğusal statusumdan sonra belə müzakirələrə iki gündür rast gəlmirəm artıq…

-Sonda nə deyərdiniz?

-Müşahidələrimə görə, Azərbaycanda elə bir ailə yoxdur ki, özündə, yaxın qohumlarında, dostlarında, yaxınlarında… Qarabağ savaşının qanlı izi ifadə olunmasın. Elə sənin özün 1-ci, oğlun isə 2-ci Qarabağ döyüşlərinin iştirakçısı olmusunuz.  Allaha və Azərbaycanımıza, Ordumuza min şükür ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində 1828-ci ildən Qarabağa köçürülmüş, bağrımızda xərçəng xəstəliyinə bənzər yaraya-xəstəliyə çevrilmiş ermənizmidən canımız qurtardı. Bu yolda canını qurban vermiş şəhidlərimizə min rəhmət, qazilərimizə can sağlığı, veteranlarımıza uzun ömür  arzu edirəm. Onlar torpağı Vətən edən oğullardır! Unudulmaz Hüseyn Cavid yazıb:

Bayraqları bayraq yapan üstündəki qandır,

Torpaq, əgər uğrunda ölən varsa, vatandır!

Dinlədi: Elçin Məmmədli




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ