Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanda vəziyyət qarışdı - ölkə vətəndaş müharibəsi astanasında...

Image


Qarabağ iqtisadi rayonunda Azərbaycan ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində bölgədə yerləşən qanunsuz Ermənistan silahlı qüvvələri birləşmələrinin varlığına son qoyulması, gözlənildiyi kimi, İrəvanda vəziyyəti qarışdırıb. Müxalif qüvvələr vəziyyətdən istifadə edib Nikol Paşinyan hakimiyyətinə son qoymağa can atırlar. Bu səbəbdən hakimiyyət əleyhinə aksiyalar davam edir. Paşinyanın iqamətgahına çoxlu sayda polis gətirilib. Polis bir neçə cərgədən ibarət baryer qurub.

Kütləvi etiraz aksiyası İrəvanın Respublika meydanında keçirilir. Mitinqə toplaşan nümayişçilər polisə müxtəlif əşyalar atıb. Eyni zamanda nümayişçilər indi də hökumət əleyhinə şüarlar səsləndirirlər. Aksiyaçılar polisə və hökumət binasına yumurta, butulka və daş atıblar. Polis güc tətbiq edib. “Qraparak” nəşri məlumat yayıb ki, Paşinyan hökumət binasının yaxınlığında etirazların qızğın vaxtında bir neçə tərəfdarı ilə görüşüb: “O, komandasına açıq şəkildə bildirib ki, istefa verməyəcək, nəyin bahasına olursa-olsun, hakimiyyəti saxlayacaq. Bu, İrəvanda polisin kobud hərəkətlərini, qumbaraatanlardan istifadə etməsini izah edir”. Geri çəkilmək istəməyən müxalifət bilir ki, indi hansısa nəticə əldə edilməsə, Paşinyanı devirmək mümkünsüz olacaq. Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan mitinqdə çıxışı zamanı bu fonda qeyd edib: “Bizim dövlətimiz var, ordumuz var və müstəqil Ermənistan dövlətinin gözü qarşısında Qarabağda indiki hadisələr baş verir. Kim inanar? Ərdoğan deyir ki, onların Nikolla Zəngəzur və anklavlarla bağlı hələ də razılaşmaları var. Razılaşma nədir? Razılaşma o deməkdir ki, mən sənə bunu verirəm, sən mənə bunu verirsən. Azərbaycandan, Türkiyədən nəsə almışıq? Biz heç nə almadıq, bəs kim aldı, Nikol aldı? Əslində, ən korrupsioner müxbir korrupsiyaya qarşı mübarizə bayrağını qaldıraraq Ermənistanın lideri oldu. Nikol olmasa, razılaşmalar da olmayacaq. Bu, siyasi mübarizə deyil, burada İrəvanın mərkəzində bizim millətin düşməni oturub və mən onların dedikləri ilə razı deyiləm. İçində sevgi, nifrət yoxdursa, milli hərəkat ola bilməz, ürəyinizdə vətən sevgisi, düşmənə nifrət oyansın. Problemi həll etmək üçün təkcə ağıl kifayət deyil, həm də hisslər lazımdır”. Gələcək planlardan danışan Manukyan qeyd edib: “Hazırda komitə yaradılır, müxtəlif qüvvələrlə danışıqlar aparılır. Bütün siyasi sahə hakimiyyət dəyişikliyi ilə bağlı bu komitəyə tabe olmalıdır”. Erməni bloger Mikael Badalyan isə bunlar fonunda bildirib ki, Ermənistandakı proseslər getdikcə daha gərgin xarakter alır: “Ölkənin baş naziri Nikol Paşinyana qarşı narazılıq pik həddə çatıb. Xaricdə yaşayan çox sayda erməni ona mesaj yazaraq ölkəyə qayıtmaq qərarı verdiyini deyir. Belə ki, onlar ölkəyə qayıdaraq Paşinyana qarşı mübarizəyə başlamaq istədiklərini söyləyiblər. Amma Paşinyan bildirib ki, istefa verməyəcək. O bildirib ki, heç bir halda istefa vermək olmaz, hər vasitə ilə hakimiyyəti saxlamaq lazımdır”.

Qeyd edək ki, Rusiyanın İrəvandakı səfirliyi qarşısına toplaşaraq kütləvi aksiya keçirənlər “Rusiya düşməndir!”, “Nikol satqındır!” şüarları səsləndirblər.

Aksiya iştirakçıları tərəfindən mühasirədə saxlanılan Rusiyanın İrəvandakı səfirliyinin fəaliyyəti iflic olub. Səfirlik bəyanatla çıxış edərək Ermənistan Xarici İşlər Nazirliyindən diplomatik nümayəndəliyin fəaliyyətinin bərpası üçün təcili tədbirlərin görülməsini tələb edib. Yerli internet resurslarının məlumata görə, Ermənistanın digər şəhərlərində də kütləvi aksiyalar keçirilir. “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan canlı efirdə ölkə vətəndaşlarını İrəvanda və regionlarda işçi tətillərinə çağırıb: “Aksiya çox kütləvi olmalıdır ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti istefaya göndərək və yeni hökumət formalaşdıraq”. O qeyd edib ki, bu gün müxalifətin ən başlıca məqsədi Paşinyanı istefaya göndərməkdən ibarət olmalıdır. Ermənistanın “Qraparak” qəzeti isə indiki halda Paşinyanın Müdafiə Nazirliyində gizləndiyi barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, Paşinyan yaxın adamları ilə birlikdə Müdafiə Nazirliyinin bunkerində gizlənib. Baş nazirin ailəsi isə təhlükə duyduğu üçün paytaxtı tərk edərək Göyçədəki malikanəyə köçüb. Amma kütləvi aksiyalar Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olsa belə, nəticə dəyişməyəcək. Ermənistanda istənilən hakimiyyət yeni vəziyyətdən faydalana bilməlidir. Gürcü ekspert Giorgi Caxaya bu xüsusda qeyd edir: “Azərbaycanın Qarabağ iqtisadi rayonunda antiterror tədbirlərinin nəticələri məlum idi. Hamı, o cümlədən Ermənistanın özü üçün bu cür nəticə gözlənilirdi”.Onun sözlərinə görə, Qarabağ Ermənistanın “belində daşıya bilmədiyi ağır bir yük” idi: “Sadəcə olaraq, bəzi qüvvələr Ermənistanın bu yükdən azad olmasına imkan vermirdi. Regionda sabitliyin, sülhün, inkişafın əleyhinə olan qüvvələr erməni separatçılarının əli ilə Azərbaycana qarşı daim kampaniya aparıblar. Nəhayət Azərbaycanın başlatdığı antiterror tədbirləri öz nəticəsini verdi. Qarabağda separatçıların təslim olması və münaqişənin başa çatması Ermənistanın özünün blokadadan çıxmasına, dünyaya açılmasına, ümumilikdə regionun inkişafına təkan verəcək. Eyni zamanda, qlobal nəqliyyat layihələrinin reallaşmasına imkan yaranacaq. “Qarabağ məsələsinin bu cür başa çatması regiondakı digər münaqişələrin də həllinə səbəb ola bilər. Bu da ümumilikdə Cənubi Qafqazın inkişafına, çiçəklənməsinə gətirəcək”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ