07/02/2023 03:23
728 x 90

"Moldova, Rumıniya və Bolqarıstan qaz tələbatının ödənilməsi üçün Azərbaycanla işləyir" - Mövlud Çavuşoğlu

img

Moldova, Rumıniya və Bolqarıstan təbii qaza olan tələbatlarının ödənilməsi üçün Azərbaycanla işləyir.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moldovanın xarici işlər naziri Niku Popesku ilə keçirdiyi birgə mətbuat konfransada çıxışında deyib.

Nazir qeyd edib ki, Ukraynadakı müharibə ilə əlaqədar enerji və qida təhlükəsizliyi qlobal ictimaiyyətin gündəm məsələləridir.

"Enerji sahəsində əməkdaşlıq etməliyik. Rumıniya, Moldova, Bolqarıstan kimi ölkələrin təbii qaza tələbatı var. Azərbaycanla birlikdə bu tələbatın qarşılanması istiqamətində işlərimiz davam edir", - deyə nazir bildirib.

Peşə etikası

Son xəbərlər