Cümə axşamı günü, 12 noyabr 2026
     

“Qisas” əməliyyatı - Laçın dəhlizində alternativ yola tam nəzarət Azərbaycanın əlinə keçir

Image


Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı artıq nəticələrini verir. Ermənilər həm Laçın dəhlizinə alternativ yolun çəkilişini tezləşdirir, həm də bu rayon ərazisini tərk edirlər. Buna qədər rəsmi İrəvan 10 noyabr bəyanatını öz maraqları çərçivəsində şərh etməklə, dəhlizin köçürülməsini bundan sonra ən yaxşı halda bir il yarım uzatmaq niyyətində idi.

Verilən rəsmi açıqlamalar da bunu təsdiq edirdi. Lakin ordumuzun “Qisas” əməliyyatından sonra dəhlizin yeni marşruta köçürülməsinin sentyabr ayına qədər həyata keçirildiyinə dair razılaşmanın olduğu haqda məlumatlar var. Özü də bunu erməni mənbələri özləri təsdiq edir.

Erməni müxalif deputat Tiqran Abramyan bildirir ki, Azərbaycan Ermənistandan Xankəndiyə gələn Laçın dəhlizinin alternativ yola dəyişdirilməsi üçün İrəvana maksimum 1 sentyabra qədər vaxt verib. O, Ermənistan Xarici İşlər Nazirliyinin marşrut dəyişdiriləcəyi təqdirdə yolun rejiminin dəyişdirilməsi təhlükəsi ilə bağlı bəyanatını xatırladıb: “Bəs niyə Ermənistan yeni yolun inşası ilə bağlı məsələ qaldırmayıb? Hakimiyyət kulislərdə bu marşruta razılaşır, Laçın şəhəri, Sus və Zabux kəndlərini qaytarır, amma bundan irəli gələn addımları atmır. Yolun Ermənistandan keçən hissəsi çəkilmədiyi təqdirdə necə böyük problemlərin yaranacağını dərk etdikləri halda hakimiyyət bu yolu inşa etmədi”. “Hetq” qəzetinin baş redaktoru Edik Bağdasaryan da eyni mövqedən çıxış edir: “Müqavilə pozulmasa, ayın sonuna qədər Laçından yan keçən yolu çəkib Laçını təhvil verməliyik. Kornidzor yolu çəkilənə qədər köhnə xətlə Ermənistanla əlaqə olacaq”. Azərbaycanşünas kimi təqdim edilən erməni alim Anjela Əlibəyova isə məsələnin digər maraqlı tərəflərinə nəzər salır. Onun sözlərinə görə, Azərbaycan Laçın dəhlizini tələb edir: “Alternatov yolu onlar, demək olar ki, tamamlayıblar, ancaq Ermənistan tərəfi bizim hissədə hələ tikintiyə belə başlamayıb. Başqa sözlə desək, 2020-ci il 10 noyabr bəyanatında qeyd edilən alternativ yol texniki olaraq mövcud deyil, amma Azərbaycan hazırkı dəhlizi təhvil verməyi tələb edir. Normal adamda, təbii ki, məntiqi sual yaranır: niyə Ermənistan tərəfi bizim hissəni indiyə qədər tikməyib?”. O, Gorus-Qafan yolunu misal göstərib və bildirib ki, Ermənistan vaxtında yeni yol tikmədiyi üçün Azərbaycana düşən hissəni Azərbaycan tələb etdi. O zaman Ermənistanın “Tatev yolu” daş-kəsəkli yola döndü. Erməni ekspert ritorik sualla analoji vəziyyətin Laçın yolu ilə bağlı da olacağına işarə edib: Azərbaycan tərəfi yeni yolu çəkib və dəhlizi geri alacaq, Ermənistan tərəfdə isə yenə yolsuzluq başlayacaq. Məsələ ilə bağlı daha bir maraqlı məqam yeni yola nəzarətlə bağlıdır. Bu mənada ekspertlər “Qisas” əməliyyatının digər mühüm nəticələrinin olduğunu da bildirir. Xüsusən də Qırxqız və Sarıbaba yüksəkliklərinə nəzarətin ordumuzun əlinə keçməsi bu mənada çox mühümdür. Xüsusən də Sarıbaba yüksəkliyi olduqca mühüm hərbi-strateji əhəmiyyətə malikdir. Dəniz səviyyəsindən 2295 metr yüksəklikdə yerləşən bu zirvədən Laçın şəhəri, Turşsu qəsəbəsi, Böyük və Kiçik Qaladərəsi kəndləri, Laçın-Gorus, Laçın-Qubadlı yollarını nəzarət altında saxlamaq mümkündür. Laçın dəhlizinin alternativi olan yol məhz Sarıbaba yüksəkliyinin yaxınlığından keçir. Yəni bu zirvədə olan hərbi qüvvə həmin yola asanlıqla nəzarət edə biləcək. Laçın yolunun Azərbaycana təhvil verilməsi ilə Şuşa da erməni təxribatından əhəmiyyətli dərəcədə sığortalanmış olacaq.

Beləliklə, Azərbaycan ordusunun son əməliyyatı Laçın dəhlizinin alternativi olan yolun da nəzarət altında olması baxımından müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda artıq separatçı-terrorçu dəstə susduruldu və təxribata imkan verilmədi, üstəlik, Sarıbaba və Qırxqız yüksəklikləri, eyni zamanda daha bir neçə adsız yüksəklik və ermənilərin qanunsuz olaraq yaratdıqları “mövqe-postlar” ordumuzun nəzarəti altına keçdi. Eyni zamanda bu əməliyyat üçtərəfli bəyanatların tam şəkildə icrasına da Ermənistanı vadar edəcək. Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov da xüsusi olaraq vurğulayır: “Azərbaycanın Qarabağ zonasında gərginliyin ciddi artmasının əsas səbəbi Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsidir”. Onun sözlərinə görə, avqustun 3-də baş verən insidentin ən başlıca səbəbi Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsinin demilitarizasiyasının aparılmamasıdır: “Orada hələ də qanunsuz olaraq erməni silahlı birləşmələri qalır, hansı ki, hazırda onlar orada döyüşür. Bundan başqa, hələ də Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya olunmaması da regionda gərginlik yaradır. Digər mühüm məqam isə Zəngəzur dəhlizinin reallaşmamasıdır. Azərbaycan tərəfi bu dəhlizin öz ərazisindən keçən hissəsini reallaşdırır. Bu şərtlərdə potensial münaqişə üçün şərait yaranıb”. Rusiyalı siyasi ekspert rəsmi İrəvanın 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməməsinin hərbi münaqişənin daha da genişlənməsinə səbəb olacağını vurğulayıb: “Əgər Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməsə, hərbi münaqişə davam edəcək, hətta genişlənəcək. Bu şərtlərdə Azərbaycanın təkbaşına Qarabağı, eləcə də Laçın rayonunu hərbsizləşdirmə qərarı hər kəs tərəfindən, həm Azərbaycan əhalisi, həm də beynəlxalq ictimaiyyət tərəfindən anlayışla qarşılanır. Rusiya sülhməramlı qüvvələrinin güc yolu ilə hərbsizləşdirməni həyata keçirməsi üçün, təəssüf ki, tam mandatı yoxdur. Rusiya ancaq Ermənistanı üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə yola gətirə və çağıra bilər”. İndiki şəraitdə hesab edilir ki, Ermənistan meydanda tək qaldığından, üçtərəfli bəyanatların şərtlərini icra etməyə məcburdur. Ordumun son əməliyyatı da bu xüsusda İrəvana konkret mesaj oldu.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ