Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Mədəniyyət nazirlərimiz 24 ildə bu işi görmədilər...

Image


“Bu artıq onu göstərir ki, keçmişdə Mədəniyyət Nazirliyinə rəhbərlik edən şəxslər öz vəzifələrinə məsuliyyətsiz yanaşıblar”

Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının iclasında mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ölkə ərazisində yerləşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısı 2001-ci ildə təsdiq edilib.

Baki-xeber.com xəbər verir ki, iclasda qeyd olunan siyahının yenilənməsinə ciddi ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, həmin siyahıya müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb.
Qeyd olunub ki, aparılmış təhlillər zamanı mövcud siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq, xeyli sayda tarixi, memarlıq və arxeoloji əhəmiyyəti olan obyektlərin reyestrə daxil edilmədiyi kimi çatışmazlıqlar aşkar edilib. Digər bir məqam abidələrin yerləşdiyi ünvanlarla bağlıdır. Məlumata görə, 2001-ci ildən sonra ünvan məlumatlarında bir sıra dəyişikliklər edilib və bütün məqamlar reyestrin yenilənməsi zamanı nəzərə alınacaq.

Ölkə ərazisində yerləşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısının 2001-ci ildə, yəni 24 il əvvəl təsdiq edilməsi, sonradan bu istiqamətdə ciddi işlərin aparılmaması müxtəlif suallar doğurur. Bu 24 il ərzində mədəniyyət nazirləri nə işlər görüblər? Nazirlər bu vacib məsələni niyə unudublar? Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biri tarix və mədəniyyət abidələrini qorumaq deyil? Polad Bülbüloğlundan, Əbülfəs Qarayevdən tutmuş Anar Kərimova qədər olan nazirlər nə işlər görüblər? 2020-ci ildə qazandığımız şanlı zəfərdən sonra ən azı bu işləri görmək, bu abidələrin siyahısına yenidən baxmaq lazım idi. Bu, həmçinin, azad olunmuş torpaqlardakı vəziyyətlə bağlı vacib sayılmalı məsələ idi.

Eyni zamanda da 2014-cü ildə yaradılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəhbərliyi bu işlə məşğul olmağı əsas saymalı və işlər görməli idi. Bildiyimiz kimi, nazirliyin keçmiş rəhbərliyi dövründə bu strukturda ciddi yeyinti, korrupsiya faktları üzə çıxdı, hətta nazir müavinlərindən biri və Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov həbs edildi. Onlar öz əsas vəzifələrini gerçəkləşdirmək əvəzinə dövlət büdcəsini taladılar və özlərinə var-dövlət topladılar, sonları isə hər kəsə bəllidir. Halbuki, tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması, onların siyahılarına hər il yenidən nəzər salınması, əlavələrin edilməsi çox vacib idi, amma təəssüf ki, bunu görmədik. 24 ildən sonra Mədəniyyət Nazirliyi bu vacib məsələ ilə bağlı hərəkətə keçib, müvafiq şura yaradıb.

“Öz vəzifə borclarını yerinə yetirməyiblər”

Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, keçmiş nazirlərin və Dövlət Xidmətinin sabiq rəisinin bu istiqamətdə heç bir iş görməməsi həm təəssüf doğurur, həm də bu onların tarixi irsmizə, mədəniyyətimizə münasibətlərini göstərir. “Bu olduqca aktual məsələdir. Bu yaxınlarda dostlarım Qəbələdə qonaq idilər, ordan videolar, şəkillər çəkib gətirmişdilər. Görüntülərdə meşənin içində çox qədim bir tarixi abidə əsk olunurdu, amma təəssüflər olsun ki, həmin abidənin qalıqları qalmışdı, hətta abidənin adı yazılmış lövhəni orda ağaclardan birinə mismarla bərkitmişdilər. Mən özüm bir çox bölgələrdə, o cümlədən də doğulduğum Naxçıvan Muxtar Respublikasında da bu cür diqqətdən kənar qalan abidələri çox görmüşəm. Bəzi abidələr var ki, onlara zamanında diqqət ayrılmır, yaxud onların restavrasiyası düzgün aparılmır, nəticədə abidədə tarixilikdən əsər-əlamət qalmır”.

E.İslamoğlunun sözlərinə görə, ölkə ərazisində olan bütün tarix, mədəniyyət, arxeoloji, təbiət abidələrinin siyahıya alınması həyata keçirilməlidir, amma diqqətdən kənarda qalan abidələrimiz az deyil. “ Çox təəssüflər olsun ki, ölkə ərazisində yerləşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısı 24 il əvvəl təsdiqlənib və 2001-ci ildən bu yana həmin siyahılar yenilənməyib. Bir çox hallarda, biz Bakıda və Bakıətrafı kəndlərdə görürük ki, tarixi abidələrin ərazisi satılıb, ora müdaxilə edilib, yaxud abidə nə vaxtsa sökülüb yoxa çıxarılıb. Bu artıq onu göstərir ki, keçmişdə Mədəniyyət Nazirliyinə rəhbərlik edən şəxslər öz vəzifələrinə məsuliyyətsiz yanaşıblar. Bu hal nazirliyin keçmiş rəhbərlərinin işə düzgün yanaşmadığından, zamanında reaksiya vermədiyindən xəbər verir. Sabiq mədəniyyət nazirləri, eləcə də bu strukturda yüksək vəzifələr tutmuş şəxslər öz vəzifə borclarını yerinə yetirməyiblər. Bəzilərilərinin hansı işlərlə məşğul olduğu barədə mətbuatda çox yazılıb.

Ümumiyyətlə, bu elə bir sahədir ki, orda daim yeni tapıntılar olur. Çünki son vaxtlar müxtəlif bölgələrdə arxeoloji ekspedisiyalar qazıntılar aparır, yeni abidələr aşkarlanır. Aşkarlanan bütün abidələr siyahıya alınmalı idi ki, bu gün həmin abidələr dağılmağa, açınmaya, məhv olmağa məruz qalmasın.

İnanıram ki, indiki mədəniyyət naziri, özündən əvvəlkilərdən fərqli olaraq, bu vacib məsələyə daha ciddi yanaşacaq. Görünən, budur ki, yanaşır da. Mən cənab nazirdən xahiş edirəm ki, heç bir abidənin diqqətdən kənarda qalmasına imkan verməsin, ölkə ərazisində olan bütün abidələr siyahıya alınsın, bu məsələni diqqətdə saxlasın. Xüsusən də azad ərazilərdəki tarix və mədəniyyət abidələrinə diqqət daha da artırılmalıdır, onların hər biri siyahıda öz əksini tapmalıdır. Bizim tariximiz, keçmişimiz həmin abidələrlə daha çox bağlıdır. Üstəlik də mənfur qonşularımız dayanmadan Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, abidələrimizi mənimsəməyə çalışırlar. Bu abidələr bu torpağın, bu Vətənin bizə məxsus olduğunun ən böyük sübutlarından biridir. Ona görə də ölkədə olan bütün tarixi abidələr, keçmişimizlə bağlı nə varsa hamısı qorunmalıdır, hamısı siyahıya alınmalıdır”.

E.İslamoğlu həmçinin bildirdi ki, Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının yaradılması və fəaliyyətə başlaması çox müsbət addımdır, bu şuranın fəaliyyəti nəticəsində keçmişdən qalan bütün nöqsanların düzəldiləcəyinə inanır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ