Cümə günü, 02 oktyabr 2026
     

Erkən və zorla ərə vermənin dəhşətli fəsadları...

Image



Nişanlı intiharlar, ərli ikən qoşulub qaçmalar...

Mehriban Zeynalova: "Bölgələrdə gəlinləri qaçmağa vadar edən daha bir səbəb ailələrinin boşanmalara razı olmamasıdır"

Bahar Qafarova: "Erkən evliliklərin sonu əksərən faciə ilə nəticələnir"

BMT-nin Əhali Fondunun erkən nikahlarla bağlı yaydığı hesabata görə, Azərbaycanda 18 yaşına qədər ailə quran qızların 11,3 faizi təhsilsizdir. Onlardan yalnız 26 faizi ibtidai təhsil alıb. Cəmi 11 faiz qızın orta məktəb və ali təhsili var. Hesabata görə, 2000-2011-ci illərdə ölkədəki nikahların 12,2 faizi yetkinlik yaşına çatmayan qızlarla bağlanıb.
Ümumiyyətlə, son vaxtlar erkən yaşda ailə qurmağa məcbur edilən qızlarla yanaşı, yeniyetmə qızların evdən qaçması xəbərlərini də tez-tez oxuyuruq. Əksər evdən qaçma hallarının səbəbi də erkən ailə qurmağa məcbur edilmədir. Məsələn, bir neçə ay öncə Sumqayıtda zorla ərə verilən 16 yaşlı qız evdən qaçmışdı. Buna səbəb ailəsinin onu məcburi ərə vermək istəyi olub. 16 yaşlı K.K. kasıb ailədə doğulub. Qızın valideynləri bu kasıbçılıqdan qurtulmağın yolunu övladlarını ərə verməkdə görüb. Qızı sevmədiyi bir oğlana nişanlayıblar.
Nişanlanandan sonra K.K.-nin qara günləri başlayıb. Nişanlısı qızın evinə gedərək valideynlərinin gözləri qarşısında onu döyüb incidirmiş. Oğlanın bu hərəkətlərindən bezən K.K. evlənmək istəmədiyini desə də, qızın valideynləri onu ailə qurmağa məcbur edib. Qızlarını ərə verməkdə israr edən valideynlərin bu əməllərinə səbəb isə oğlan tərəfi olub. Çünki oğlanın ailəsi qızın valideynlərini "əgər K.K.-nı ərə verməyə razı olmasanız, 8 min manat verməlisiniz", - deyə təhdid edib. Olanlardan cana doyan K.K. axırda evdən qaçıb.
Buna oxşar hadisə Siyəzən şəhərində də baş verib. Belə ki, oktyabrın 24-də Gülpəri Vasif qızı Quliyeva yaşadığı evin qarşısında özünü asıb. 1990-cı il təvəllüdlü qızın bu yaxınlarda toyu olacaqmış. İlkin ehtimala görə, qız başqasını sevib, nişanlası ilə ailə qurmaq istəmədiyi üçün intihara əl atıb. Hazırda hadisə ilə əlaqədar Siyəzən Şəhər Prokurorluğunda cinayət işi açılıb.
Bu cür hadisələrin baş verməsinin tək səbəbi erkən nikahdır. Valideynlərin təkidi ilə erkən yaşda olan qız məcburi olaraq ərə verilir. Məcburi qurulan nikahların sonu əksərən faciə ilə nəticələnir. Ya qız evdən qaçır, ya həyatına son qoyur, ya da ailə qurandan müəyyən müddət sonra ərini tərk edir.
Bu günlərdə evli qadının ərdə olan kişiyə qoşulub qaçması xəbəri ard-arda gəldi.
Ötən həftə Şabranın Uzunboyad kəndində yaşayan, əslən Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayev qonşusunun həyat yoldaşını, iki uşaq anası olan 21 yaşlı Gülər Məmmədovanı qaçırıb. Adları çəkilən hər iki şəxs evlidir və Uzunboyad kəndində qonşu evlərdə yaşayıblar. Bir-birinə qoşulub qaçanların hər birinin iki uşağı var. İlham Atayev qaçırdığı xanımdan təxminən 10-15 yaş böyükdür.
Növbəti analoji hadisə oktyabrın 25-də baş verib. Belə ki, Ağcabədi şəhəri X. Səfərəliyev küçəsində yaşayan, evli, iki uşaq anası, 18 yaşlı Abbasova Əfsanə Mədət qızı 44 yaşlı, evli, əvvəllər bir neçə dəfə ailə qurub-boşanmış Kərimov Novruz adlı şəhər sakininə qoşulub qaçıb. Məsələnin ən biabırçı tərəfi burasındadır ki, gəlinin qoşulub qaçdığı şəxs onun qanuni əri, 27 yaşlı Səfiyev Sadiq Həbib oğlunun xalasının həyat yoldaşıdır. 18 yaşlı Abbasova Əfsanə Mədət qızı biri 3 yaşında, biri isə 1 yaşında olan övladlarını qoyub ər evindən qaçıb.
Mətbuatda yayılan məlumata görə, əri ola-ola, ərinin qohumu Novruz Kərimova qoşulub qaçan Əfsanə Abbasova hazırda onunla yaşayır. Eyni zamanda, Əfsanə atıb qaçdığı iki uşağını məhkəmə qaydası ilə boşanmadığı ərindən almaq üçün Ağcabədi Şəhər Məhkəməsinə müraciət edib.
Ekspertlər bu cür xoşagəlməz hadisələrin arxasında erkən evliliyin dayandığını düşünür. Onların fikrincə, valideynlər övladlarının rəyini, istəyini nəzərə almadan, onları özləri kimə məsləhət görsələr, ona da ərə verirlər. Nəticədə də bu cür olaylar yaşanır.
Məsələ ilə bağlı fikir bildirən "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, azyaşlı qızların çoxunun ailəsi dağılır: "Onların boşanmasının səbəbi isə məhz dünyaya uşaq gətirə bilməməsidir. Erkən yaşlarında ərə verilən və orqanizmi yetişməyən qızlardan vaxtından əvvəl uşaq tələb edilir. Bu halın qadın orqanizminə inanılmaz dərəcədə mənfi təsiri artıq elmi cəhətdən öz təsdiqini tapıb. Yetkinlik yaşına çatmayan qızların məcburi analığa təhrik edilməsi onların orqanizminə mənfi təsir göstərməklə yanaşı, dünyaya gələn körpənin normal qidalanmasına da imkan vermir. Belə ailələrdə uşaq dünyaya gəldikdə isə əlavə problemlər yaranır. Erkən nikahlar heç yerdə qeydiyyata alınmadığından, sonradan həm məktəbyaşlı qızlar üçün, həm də bütün cəmiyyət üçün ciddi problemlər yaradır".
Ailəli qadının başqa kişilə qaçması hadisəsini şərh edən M. Zeynalova qeyd etdi ki, əxlaqi-mənəvi dəyərlər sisteminin bu qədər deqradasiyaya uğraması dəhşətlidir: "Belə xəbərlərin sayı, təəssüf ki, artmaqdadır. Kişilər qadınları yoldan çıxarır, qadınlar kişiləri. Demirəm ki, əvvəllər belə hadisələr olmayıb. Əxlaqa, mənəviyyata zidd hərəkətlər hər zaman və bütün cəmiyyətlərdə mövcud olur. Amma hazırda sanki əxlaqsızlıq normaya çevrilməkdədir. İnsanlar utanmadan ailə gizlinlərini ictimaiyyətə ötürür, ailə məsələlərinin geniş müzakirə edilməsində maraqlı görünürlər. Dəyərlər sistemi dağılmaq üzrədir. Gənc qızla evlənirlər, 5-6 aydan sonra boşayırlar. Daha düşünmürlər ki, küçəyə buraxdığın bu gənc xanım ən əvvəl sənin namusundur. Evli qadınlarla əlaqə yaratmaq bəziləri üçün böyük "kişilik" hesab edilir. Bununla öyünürlər, bu barədə hamıya danışırlar. Xüsusi tip insanlar var ki, evli adamların həyatına müdaxilə etmək, ailə dağıtmaqdan sanki həzz alırlar, bunu özlərinə "peşə" seçənlər də var. Bəzən bu insanlar qadının, gənc xanımın yaşadığı qısamüddətli bədbinlikdən məharətlə istifadə edirlər. Qadınla ünsiyyət qurur, görüşə çağırır, sonra da həyatını məhv edirlər. Qadınlar da hədsiz səhvlərə yol verir, daşıdıqları məsuliyyəti dərk etmirlər. Ona görə də biz həmişə bu təklifimizdə israr edirik ki, evlənməyə hazırlaşan cütlüklər psixoloq, sosioloq məsləhəti alsınlar.
Ailə həyatına ciddi hazırlaşıb sonra birgə yaşayışa başlasınlar. Gənclər ailə həyatına hazır olmadıqlarından, baş vermiş hansısa kiçik inciklik böyük qalmaqala çevrilir. Münasibətlər gərilir".
M.Zeynalova onu da əlavə etdi ki, qaçan və ya qaçırılan gəlinin övladları olması məsələsinə də xüsusi diqqət göstərilməlidir: "Əvvəla hesab edirəm ki, CM-də şəxsin etibarından sui-istifadə etmə maddəsi tətbiq edilməlidir. Belə olarsa, ailəli qadınları yoldan çıxaranlar cinayət məsuliyyətinə cəlb edilər. Çünki bu tip əməllər cinayətdir. Konkret bu hadisədə isə valideyn olaraq həm qadının, həm də kişinin övladları üzərində hüququ var. Kişi iddia edə bilməz ki, övladlarını anadan alıb ona versinlər. Boşanacaqları təqdirdə isə atanın da ana qədər övladları ilə birgə vaxt keçirmək hüququ tanınacaq. Uşaqların ölkədən çıxarılmasına atanın və ya ananın icazəsi tələb olunacaq. Öz aralarında problemləri çözə bilməyənlərin çıxış yolu məsələni hüquqi müstəvidə həll etməkdir".
Psixoloq Bahar Qafarova "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, erkən ərə verilmə halları daha çox bölgələrdə baş verir: "Bunun da səbəbi erkən nikahlar və kiçik yaşda qızların razılığı olmadığı şəxslərlə evləndirilməsidir. Əgər diqqət yetirsək, bu hadisədə qonşusu ilə qaçan gəlinin 21 yaşı var və iki uşaq anasıdır. Deməli, bu qız erkən yaşlarda evləndirilib və onun beynində hər hansı travma qalıb. Onda analıq hissləri tam formalaşmayıb.
Təbii ki, biz hadisənin gerçək səbəblərini bilmirik və heç kimi ittiham edə bilmərik. Ancaq bölgələrdə gəlinləri qaçmağa vadar edən daha bir səbəb ailələrinin boşanmalara razı olmamasıdır. "Ər evindən qəbir evinə kimi" ifadəsi rayonlarda qadınları istəmədikləri ailədə yaşamağa məcbur edir və nəticədə bu cür hadisələr meydana çıxır. Bu hadisənin səbəbləri qadın və kişi ilə yekunlaşmır, əsl səbəblər daha dərindədir. İki uşaq anasının övladlarını atıb başqa bir kişi ilə getməsinə, təbii ki, bəraət qazandırmaq olmaz. Mədəni cəmiyyətdə belə bir hal olursa, bir-birini sevən evli şəxslər hər ikisi həyat yoldaşından boşanır və ailə qururlar. Ancaq iki uşağını atıb qaçmaq isə artıq sonuncu yoldur və rüsvayçılıqdır. Biz hadisələrin içində deyilik və reallıqda bu hadisənin hansı faktorlar nəticəsində baş verdiyi də önəmlidir. Burada işgəncə faktları, ailədaxili zorakılıq halları da ola bilər. Həmçinin ailənin dağılmasının başlıca səbəblərindən biri intim həyatlarında problemlərin olmasıdır ki, bu səbəb hər zaman ictimaiyyətdən gizli saxlanır".
Psixoloqun fikrincə, bölgələrdə valideynlər qız övladlarını daha tez ərə verərək onların təlim-tərbiyə məsuliyyətini öz üzərindən atırlar: "Kənd camaatını geridə qalmış təfəkkürdən xilas etmək lazımdır.
Bölgələrdə maarifləndirmə işi gücləndirilməlidir. Şəhərdən yüksək mədəniyyətə və intellektə malik insanlar bölgələrə getməli və insanların maarifləndirilməsinə çalışmalıdırlar. Sovet dövründə bu təcrübə var idi və müsbət nəticələr verirdi. İndi isə maarifləndirmə işi yox dərəcəsindədir".







DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ