Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Məkr və separatizm yuvası - Erməni Qriqoryan kilsəsi
Tarix: 27.10.2014 / 02:31
Bölmə: Sosial
Ermənilərin "tarixdə ilk xristian dövləti" mifini alt-üst edən AMEA-nın həqiqi üzvü, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində" adlı elmi məqaləsində yazır: "Erməni apostol kilsəsi (Eçmiədzin) erməni diasporunun rəhbərliyi, siyasi elita, ideoloqlar və "tarixçilər" ilə birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir.
Erməni kilsəsi tolerant dünyaya əsrlər boyu bunu təlqin etməyə çalışır ki, xristianlığı dövlət dini kimi ilk dəfə qəbul edən məhz Ermənistan olub. Dünya "hörümçək toru" ermənilərin bəşər tarixində guya "ilk xristian millət" olması barədə məlumatlarla doludur... Onlar ikinci və ya üçüncü olmaq istəmirlər. Yalnız birinci, hətta onların vərdiş etdikləri kimi, tarixi saxtalaşdırmalar bahasına olsa belə".
Neyləsinlər, adətkardırlar, öyrəşiblər saxtakarlığa. Mövcud olduqları vaxtdan bu günə kimi həmin işlə məşğul olublar. Minillərlə damla-damla mənimsədikləri vərdişə tövbə etmək indi çətindir ermənilərə. Çünki saxtakarlıq ustası olan sələflərinin ruhu bunu onlara bağışlamaz. Hətta bu, əlahəzrət Tarixə əks olsa belə.
Halbuki, xristian aləmi də daxil olmaqla, bütün dünya tarixi, yazılı mənbələr təbil vurub birmənalı bəyan edib və edir ki, xristianlıq dövlət dini kimi ilk dəfə Ermənistanda yox, IV əsrin əvvəllərində Roma imperiyasında yaranıb. Onun dini rəmzi isə 381-ci ildə Konstantinopolda II Ümumdünya Kilsə Məclisində təsdiq edilib.
Monofizitizm: Kilsə Məclisindən küfrlə qovulan dini ideologiya-erməni inancı
Məlumdur ki, xristian aləmində Məsih statusunun müzakirəsi həmişə xristianlığın parçalanmasına səbəb olub. Belə ki, bu məsələnin Yunanıstanın Xolkidon şəhərində çağırılan Ümumdünya Kilsə Məclisində müzakirəsi (451-ci il) xristianlığı üç hissəyə parçaladı. 500 yepiskopun iştirak etdiyi toplantıda çoxluq təşkil edən diofizitlər Məsihi həm Allah, həm də insan kimi qəbul etdilər. Azlıqda qalan ikinci tərəfin rəhbəri Konstantinopol patriarxı Nestoriy idi. Onlara (nestoriyenlərə) görə, Məsih insan kimi doğulub. Onun allahlığı müqəddəs fəaliyyətilə bağlıdır və Məsih sonradan Allah oğlu olub. Konstantinopollu Evtixiyin rəhbəri olduğu 5-6 nəfərdən ibarət üçüncü tərəf isə monofizitlər idi. Onlara görə, Məsihin yalnız bir təbiəti - Allah təbiəti var. Onun insan təbiəti Allah təbiətinin içindədir. Məclis azlıqda qalan hər iki qurumun əqidəsini küfr hesab edərək, onları toplantıdan qovdu. Nestoriyenlər XIII əsrə kimi fəaliyyətdə olsalar da, bu gün onların təsir dairəsi İran, İraq və Suriyadakı xırda qruplar istisna olmaqla, yox dərəcəsindədir. Monofizitlər isə dünyanın müxtəlif ölkələrinə yayıldılar. Bu ölkələrdən biri də tarixi Azərbaycanın - Albaniyanın Ərməniyyə (indiki Ermənistan) bölgəsidir. Çoxluqda qalan məzhəb 1054-cü ildə pravoslavlara (doğru yol) və katoliklərə (ümumdünya) ayrıldılar. XVI əsrdə isə katolisizmdən protestantlıq (etiraz edənlər) təriqəti yarandı. Beləliklə, müasir dövrdə xristianlığın 3 əsas: pravoslav, katolik, protestant və küfrlə qovulan 2: monofizit və nestoriyen cərəyanı var.
Erməni Qriqoryan kilsəsi
Bizim eranın əvvəlində xristianlığı həvarilər və onların şagirdləri təbliğ edirdilər. "Dünyaya səpələnin, xristianlığı yayın" çağırışını təbliğ edən belə missionerlərdən biri də Roma təbəəsi, milliyyətcə parfiyalı Qriqori Partev olub. Partev IV əsrin əvvəlində Albaniyanın Ərməniyyə adlanan bölgəsində fəaliyyət göstərərək, əhalini xristianlığa dəvət edib. Dini təbliğinə görə o, maarifçi Qriqori kimi də tanınıb. Özlərindən xarizmatik bir lider tapa bilməyən ermənilər hiyləyə əl atdılar. Onlar həmin adı "yan" şəkilçisi ilə "özününküləşdirib", missioner Qriqori Partevi monofizit "Qriqoryan" etdilər. Bu, mərkəzi Eçmiədzin (üç kilsə, 1945-ci ilədək Vaqarşapat) olan Qriqoryan kilsəsinin ilk dini saxtakarlığı, qriqoryanlaşdırmanın başlanğıc mərhələsi idi.
IV əsrin sonunda Albaniya və onun tərkib hissəsi olan Ərməniyyə həm də Bizans və Sasani imperiyasının hərbi - siyasi maraq dairəsində idi. Xolkidon Ali Məclisindən küfr damğası ilə qovulan monofizit inancını qəbul edən ermənilər yerli əhalini qriqoryanlaşdırmaq üçün müxtəlif vasitələrlə güclü Bizans imperiyasından və onun etiqad etdiyi diofizitlikdən yaxa qurtarmaq istəyirdilər. Həmin dövrdəki Bizans-İran müharibəsi isə erməni katolikosu üçün göydəndüşmə oldu. Atəşpərəst Sasani hökmdarı Xosrov (? - 579) Bizans tərəfindən rədd edilən erməni din xadimlərinə torpaq və pul verərək, onlardan Bizansa qarşı istifadə etdi. Erməni Qriqoryan kilsəsi gələcəkdə gizli separatçı-teokratik dövlət yaratmaq məqsədilə Xosrovun təklifini qəbul etdi. Nəhayət, kilsə 554-cü ildə Bizans kilsəsindən ayrılıb, avtokefal (müstəqil) qurum oldu. Lakin Qafqazda erməni Qriqoryan kilsəsindən əvvəl fəaliyyət göstərən və Bizans imperiyasının dövlət dininə - diofizitliyə etiqad edən bir kilsə də var idi. Bu, vaxtilə Şərqi Zaqafqaziyada yaşayan və indiki azərbaycanlıları dünyaya gətirən köklərdən biri olan albanların ibadət etdiyi Alban kilsəsi idi. Və sözsüz ki, Alban kilsəsi Qafqazda dini-siyasi hegemonluq iddiasında olan erməni Qriqoryan kilsəsi üçün məzhəb ayrılığı və xüsusən "dənizdən-dənizə" dövlət qurmaq xülyasında ilkin maneələrdən biri idi.
Alban kilsəsi
Alban (Qafqaz) kilsəsi ən qədim xristian məbədlərindən biridir. O, b.e. 74-cü ilində inşa edilib. Tarixi Azərbaycanın bir hissəsi olan Albaniyanın (paytaxtı Qəbələ, V əsrdən sonra Bərdə) katolikosu alban Hakiq (948-962) yazıb ki, "Albaniya Ermənistandan qabaq xristianlığı qəbul edib". Alban əlifbasının yaradılması, kilsə məktəblərinin açılması, Bibliya və digər dini ədəbiyyatın alban dilinə tərcümə edilməsində bu kilsənin xüsusi rolu olub. Yeri gəlmişkən, xristianlıq alban çarı Urnayrın dövründə (IV əsr) Qafqaz Albaniyasının dövlət dini elan edilib. Lakin Alban diofizit kilsəsinin eyni məzhəbə etiqad edən Bizans imperiyasından kömək istəməsi nə Sasani, nə də Ərəb imperiyalarını razı salırdı. Özünün Qafqazda ilkinliyi və Alban kilsəsindən üstünlüyünü iddia edən Qriqoryan kilsəsi (470-480-cı illərdə tikilib) isə bu fürsətdən məharətlə istifadə etdi. O, Alban kilsəsini öz nüfuzuna tabe etmək üçün əvvəlcə Sasani İrana və Ərəb xilafətinə, sonra da Rus imperiyasına yararlanıb, yaltaqlanıb. Nəhayət, məkrini metodik surətdə həyata keçirən Qriqoryan kilsəsi xilafətin köməyilə 705-ci ildə Alban kilsəsini özünə tabe etdirdi. Həmin dövr ermənilərin İslamı qəbul etməyən diofizit xristian albanlarını qriqoryanlaşdırdığı - monofizitləşdirdiyi dövr idi. Rus imperiyası zamanı isə Qriqoryan kilsəsi imperiya məmurlarına külli miqdarda rüşvət verərək, Alban kilsəsini ləğv etdirib, onun varlığına son qoydu. Bu erməni məkri Peterburq Müqəddəs Sinodun qərarı ilə 1836-cı ildə həyata keçirilib.
Erməni Qriqoryan Kilsəsinin məziyyətləri
Yaltaqlıq, qorxaqlıq, riyakarlıq, məkr, yırtıcılıq, əhdə vəfasızlıq, naşükürlük, separatizm, vandalizm, başqa xalqlar içərisində özünü assimilyasiya etmək bacarığı, donosçuluq, hiyləgərlik, təxribatçılıq, özgə malını, xüsusən qonşu xalqların dəyərlərini oğurlayıb özününküləşdirmək əksər xristian aləminin küfrlə lənətlədiyi Qriqoryan kilsəsinin əsas məziyyətləridir. "Erməni xalqının acınacaqlı aqibəti kilsə xadimlərinin sırf siyasətlə məşğul olması ilə izah edilir. Katolikoslar dini yox, siyasi rəhbərlərdir" (baron de Bay). XIX əsrin rus tarixçisi V.Veliçko yazıb: "Ermənilər teokratik məqsədləri üçün başqa xalqların soyad sonluqlarını (bəy, şvili, ze, ov, yev) götürməkdən belə usanmırlar". Sadalanan məziyyətlərə sahib olmaq üçün ermənilər ən azı 2000 il "tər" töküblər. Bunu Roma tarixçisi Tasitin (58-117) onlara verdiyi: "Ermənilər həm xarakter, həm də coğrafi mövqelərinə görə ikiüzlü xalqdır. Onlar kifayət qədər yırtıcıdırlar" xarakteristikası da sübut edir. Rus şairi A.M.Жemçujnikov yazıb: "Darısqal evimdə yatarkən erməni bayırdan qışqırır ki, onu özgə evinə buraxmırlar. Onlar təkcə özləri hay-küy salmayıb, başqalarını da qışqırmağa dəvət edirlər" (ifadə bu günün reallığı ilə necə də həmahəngdir). "Rus qızı hətta varlı erməniyə ərə getməz" (M.N.Nekrasov); "Onlar şantajçıdırlar" (N.S.Leskov); "Onlar yaltaq, alçaq və rəzildirlər" (Qraf de Şole); "Yunan iki yəhudini, erməni isə iki yunanı aldada bilir. Türklərlə müqavilə bağlamağa ehtiyac yoxdur. Onların sözləri müqavilədir. Yunanlarla müqavilə bağlayıram, ermənilərlə müqavilə bağlamıram. Çünki onlar yalançı və intriqantdırlar" (Kolmar Fon-der-Qols). "Sən qorxaqsan, sən qulsan, sən ermənisən" deyən A.S.Puşkin, indi "erməni gəldi, yeni bədbəxtlik gəldi. Gəlmə toyuq yerli toyuqları qovdu" gürcü xalq məsəlinə təəccüb edərdi (mi?).
Qriqoryan kilsəsinin yarandığı dövrdən bu günə qədər tarixini ümumiləşdirsək aydın olur ki, onlar imperiyaya qul, qonşularına isə həsəd aparıb, xainlik ediblər. Ermənilər kilsənin "xeyir-duası" ilə eranın əvvəlində Roma, sonra Bizans, Sasani, Ərəb, Osmanlı, Rus, sonra da Sovet imperiyalarına, indi isə Rusiyaya "ermənisayağı" yararlanaraq, qonşu xalqların maddi-mənəvi dəyərinə sahib çıxıblar.
Bunu Eçmiədzinin qəzəbinə tuş gələn erməni tarixçisi N.Vartapetov çox dəqiq ifadə edib":Erməni kilsəsi həmişə özü üçün yeni şəraitə bacarıqla uyğunlaşırdı və siyasi vəziyyətdən asılı olaraq, Səfəvilərə, sonra da rus çarına qulluq göstərirdi; necə ki, vaxtilə eynilə həmin qaydada hərəkət edib Bizans imperatorları, İranın Sasani şahları, Ərəb xəlifələri, monqollar və digərləri qarşısında baş əymişdi ("Xristianskie pamyatniki Karabaxa", səh. 11).
Göründüyü kimi, istər tarixən, istərsə də bu gün Cənubi Qafqazdakı bəlaların baisi "ağalarına" arxalanan məkrli Qriqoryan kilsəsi və onun idarə etdiyi erməni dövlətinin siyasətidir. Halbuki, Veliçko demişkən, "ruslar öz ordusunu Qafqazdan çıxaran kimi, orada bir erməni belə qalmaz".
Erməni Qriqoryan kilsəsinin fəaliyyət dairəsi
Ərəb xilafəti dövründə Albaniya və onun tərkib hissəsi olan Ərməniyyənin xristianlarını qriqoryanlaşdıran erməni kilsəsinin əsas vəzifəsi "dənizdən-dənizə" məkrini həyata keçirmək olub. Bu vəzifəni yerinə yetirmək üçün onun güclü diasporu, bir mərkəzdən - Eçmiədzindən idarə olunan xaricdəki 30-a yaxın dini qurumları (eparxiy), hər hansı ölkənin daxili və xarici siyasətinə təsir edə biləcək geniş və çevik təbliğat, təşviqat, qızışdırıcı və təxribat şəbəkələri var. İran, Gürcüstan, Rusiya və digər ölkələrdəki təxribatlar, Türkiyə və Azərbaycandakı soyqırımlar, Rusiya-İran, Rusiya-Türkiyə və Balkan müharibələrinin qızışdırılması, rus səfiri Qriboyedovun Tehranda öldürülməsi (1829-cu il), Azərbaycan torpaqlarının işğalı və s. bəlalar Qriqoryan kilsəsinin rəhbərliyilə həyata keçirilib.
Qriqoryan kilsəsinin növbəti məkrləri
Erməni katolikosları tarixən Azərbaycana məxsus ədəbi abidələri məhv edərkən əvvəlcə onları qrabara (əski erməni dili) çeviriblər. Məsələn, albaniyalı M.Kaqankatvatsinin "Alban tarixi" və albanların bir çox başqa əsərləri kimi. Diqqətçəkəndir ki, erməni tarixçisi T.Ter-Qriqoryan yazıb: "Bu kitabın üzünü köçürüb yazanlar erməni rahibləri olduğu üçün mətndə qəsdən təhriflərə yol verilib". Eçmiədzinin barmaqları ilə qələm tutan digər erməni "tarixçisi" V.Nalbandyan isə, "M.Kaqankatvatsinin Arran (Albaniya) əhli olmasını bir növ kədərverici anlaşılmazlıq" hesab edib.
Bu kilsənin məkrlərindən biri də Azərbaycanın mətbəxini, mədəniyyət və incəsənətini, tarixi abidələrini "Alban Tarixi" kimi özününküləşdirməkdir. Onlar bir neçə il bundan qabaq dünya ictimaiyyətinə bəyan etdilər ki, Şuşa və digər rayonlardakı məscidləri təmir edəcəklər. Əvvəla kim zəmanət verir ki, ermənilər həmin məscidləri təmir edərkən oraya qədim dövrə aid erməni əşyalarını qoymayacaqlar. (Bu məkr hələ doğulmayan erməni dığalarının həmin ərazinin ermənilərə məxsus olmasını gələcəkdə iddia etməsi üçündür).
İkincisi, məscidlərin kim tərəfindən təmir olunması barədə Rəbb buyurub: "Allahın məscidlərini təmir etmək müşriklərə layiq olmaz. Onlar cəhənnəmdə əbədi qalacaqlar. Allah məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər" (Tövbə, 17-18).
Bir müddət öncə erməni katolikosu şeyxülislamla Moskvada görüşərkən ona təklif etdi ki, vaxtilə Azərbaycanda dəfn edilən ermənilər Ermənistanda, Ermənistan və Dağlıq Qarabağda dəfn edilən azərbaycanlılar isə Azərbaycanda basdırılsınlar. Halbuki, istər Ermənistanda, istərsə də Dağlıq Qarabağda dəfn edilən azərbaycanlılar öz doğma torpaqlarında uyuyurlar. Həmin səbəbdən, təklif Azərbaycanda birmənalı qarşılanmadı. Bəli, bu, Qriqoryan kilsəsinə lazımdır. Əslində katolikos bu təklifi erməni tərəfinin gələcəkdə Dağlıq Qarabağın erməni torpağı olduğunu dünyaya əşyayi dəlil kimi göstərmək üçün edib ("Alban Tarixi" və Dağlıq Qarabağdakı saxta erməni abidələri kimi). İstisna edilmir ki, katalikos bu təklifilə həm də bizim torpağa, bayrağa, dinə, tarixi mədəni abidələrimizə, kökümüzə olan münasibətimizi "dişinə vurur".
Hazırda Eçmiədzin və siyasi elita erməni diasporunun köməyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini islam-xristian qarşıdurması kimi təqdim etməklə yeni hiyləyə əl atıb. Məqsəd bütün xristian dünyasının dəstəyini qazanmaq, onları bu münaqişəyə cəlb etməkdir. Bəhri qəhr, qəhri bəhr olan erməni rejiminin növbəti məkrini ifşa edən Prezident İlham Əliyev deyib":...Ermənistan rejimi öz cəmiyyətində Azərbaycana qarşı mağara insanı səviyyəsində nifrət hissi yaymaqla, azərbaycanfobiyanı dövlət siyasəti səviyyəsinə qaldırmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi səciyyələndirməklə bu münaqişənin uzanmasının mümkün nəticələrinə görə birbaşa məsuliyyət daşıyır".
Deməli, 1563 il bundan öncə Ali Kilsə Məclisindən küfr damğası ilə qovulan monofizitlərin tör-töküntüsünün - əzəldən ikiüzlü və yırtıcı olan Qriqoryan kilsəsi və onun idarə etdiyi Ermənistan rejiminin hər bir təklifi milli maraqlar və dövlətçiliyimiz baxımından təhlil edilməlidir. Bu bizim həm Allah, vətən, din, həm də onlar uğrunda özünü şəhid etmiş milyonlarla həmvətənimizin ruhu qarşısında borcumuzdur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ