Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycanda uşaq övladlığa götürmək istəyənlərin sayı artır, amma...

Image


Yusif Bəkirov: "Uşaqların övladlığa verilmə prosesi uzun zaman tələb edir"

Nazir Quliyev: "Övladlığa verilən uşaqların müdafiə sistemini də gücləndirmək lazımdır"

Vəsilə Mövsümova: "Uşaq evlərində uşaqların sayının çox olması o demək deyil ki, onların hamısı övladlığa verilə bilər"

Uşaqların övladlığa verilməsi çox həssas və məsuliyyətli məsələdir. Eyni zamanda, götürülən uşağa doğma övlad kimi baxmaq bu məsuliyyəti bir az da artırır. Digər vacib məqam isə övladlığa verilən uşaqların sonrakı taleyi ilə maraqlanmaq və onu izləməkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 141 nömrəli Qərarı ilə təsdiq edilmiş "Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı"na əsasən, əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyi olan Azərbaycan vətəndaşları övladlığa uşaq götürməyi arzu edən şəxs kimi qeydiyyata götürülə bilməz.
Ailə Məcəlləsinin tələbinə görə, Azərbaycanda yetim və valideyn himayəsindən məhrum uşaqlar öncə qohumlarına, sonra başqalarına, ən sonda isə xarici vətəndaşlara verilir. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan ərazisində daimi yaşayan Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları övladlığa götürmədikdə icazə verilir.
Qeyd edək ki, valideynlər valideynlik hüquqlarından məhrum edilibsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Həmçinin, valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırsa, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. 10 yaşına çatan uşaq övladlığa götürüldükdə isə onun özünün razılıq verməsi zəruridir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümovanın sözlərinə görə, 2013-cü ildə sözügedən qurum tərəfindən 8 əcnəbi ailəyə övlad verilib: "8 ailənin 4-ü Rusiyada yaşayan azərbaycanlılar olub. Digər 4 uşaq isə Türkiyə, İran, ABŞ və Fransada yaşayan ailələrə verilib. ABŞ və Fransaya övladlığa verilən uşaqlar fiziki cəhətdən qüsurlu olublar".
V.Mövsümova onu da əlavə etdi ki, uşaq evlərində uşaqların sayının çox olması o demək deyil ki, onların hamısı övladlığa verilə bilər: "Uşaq evləri bir dövlət müəssisəsidir. Tutaq ki, hansısa bir ailənin imkanı yoxdur, uşağını gətirib bu müəssisəyə qoyur və bildirir ki, müəyyən müddətə vəsait toplayandan sonra gəlib uşağını götürəcək. Və yaxud valideynlərdən biri məhkumluq həyatı yaşayır və digər valideynin uşağı saxlamaq imkanı olmur. Ona görə də uşağı müvəqqəti olaraq uşaq evinə verir. Yəni uşaqlar bir növ dövlətə etibar olunur. Bu halda həmin uşaqlar övladlığa verilə bilməz.
Ümumilikdə 2007-2013-cü illər ərzində xaricdə yaşayan 39 ailə tərəfindən 49 azərbaycanlı uşaq övladlığa götürülüb. Bundan başqa, 2012-ci ildə 989 uşaq yerli vətəndaşlara övladlığa verilib. Bunlardan 1 yaşına qədər olan uşaqların sayı 226 (145-i qız), 1-5 yaş arasında olanların sayı 438 (202-si qız), 6-10 yaş arasındakıların sayı 195 (90-ı qız), 11-17 yaşda olanların sayı isə 130 (45-i qız) olub. Bu vaxta qədər ölkələrarası övladlığa verilən uşaqlardan geri alınanı olmayıb".
Təhsil Nazirliyindən mətbuata verilən məlumata görə, 2014-cü ilin ilk yarımilində 8-18 yaşarası 5 uşaq övladlığa verilib. Övladlığa verilən 5 uşaqdan biri sağlamlıq imkanları məhdud uşaqdır: "Uşağın övladlığa verilməsi barədə məhkəmə tərəfindən verilən qərar onun övladlığa götürülməsi üçün əsas hesab edilir. Məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən sonra övladlığa verilən uşaq müəssisəni tərk edir və onu övladlığa götürən valideynin yanında, onun himayəsində yaşayır. Övladlığa götürülən məktəbyaşlı uşaq təhsilini isə, onu övladlığa götürən valideynlərin seçiminə əsasən, ümumtəhsil məktəblərindən birində davam etdirir" - deyə nazirlikdən bildirilib. Hazırda nazirlikdə hazırlanan övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında 35 nəfər uşaq var. Onlardan 15 nəfər sağlamlıq imkanları məhdud uşaqdır. Ümumilikdə isə Azərbaycanda 2013-cü ildə 961 uşaq övladlığa götürülüb".
Uşaq hüquqları üzrə ekspert Nazir Quliyev bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda övladlığa və qəyyumluğa götürülmə proseduru uzun zaman tələb edir: "Prosedur qaydaları sadələşdirilsəydi, çox uşaq ailələrə verilərdi".
Onun sözlərinə görə, bu prosedurun bir çətinliyi övladlığa verilməyə hazır olan uşaqlarla bağlı yetkin məlumat bazasının olmaması ilə bağlıdır.
Həmsöhbətimiz onu da əlavə etdi ki, uşaqların sonrakı taleyinin necə olmasını Allahdan başqa heç kim bilmir: "Heç cür zəmanət vermək olmur ki, sonradan bu uşaqların əməyi istismar olunmayacaq, onlar zorakılıqla üzləşməyəcək. Amma bunu müəyyənləşdirmək komissiyaların imkanları xaricindədir. Proseduru təkmilləşdirmək və şəffaflığa nail olmaqla övladlığa verilən uşaqların müdafiə sistemini də gücləndirmək olar".
Uşaq Hüquqlarını Müdafiə Komitəsinin sədri Yusif Bəkirov bildirdi ki, qanunvericilikdə bununla bağlı heç bir boşluq yoxdur, sadəcə sənədləşdirmə prosesi ləng gedir. "Hazırda Azərbaycanda çoxlu sayda insan 3 yaşına qədər uşağı övladlığa götürmək üçün növbədədir. Bu sahədə iş düzgün qurulmayıb, övladlığa verilən uşaqlara nəzarət edilmir, edilirsə də, bu, ictimaiyyətə açıqlanmır".







DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ