Bazar ertəsi günü, 13 iyul 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Məhərrəm, Aşura və İmam Hüseyn fəlsəfəsi
Tarix: 20.10.2014 / 03:48
Bölmə: Sosial
Yaradılış baxımından Allah ilin 12 ay və günlərini eyni dəyərdə yaradıb. Lakin bu ay və günlərin içərisində elə hadisələr baş verib ki, onlar həmin olayları digər ay və günlərdən qiymətli edib. Yəni ilk yaradılışdan eyni dəyərə sahib olan ay və günlərin içərisində elələri var ki, digərlərindən daha qüdsi (müqəddəs) və mübarəklik (xeyirli, xoşbəxt) qazanıblar.
Məsələn, Quranın nazil olması ilə Ramazan ayı, duanın rədd edilmədiyi cümə günü, ibadət baxımından min aydan üstün olan Qədr gecəsi və s. Hicri qəməri təqvimində ilk ay olan Məhərrəm və onun 10-cu günü Aşura da belə ay və günlərdən biridir.
Məhərrəm haram aydır
Lüğəti mənası, "haram", "qadağan edilən" olan Məhərrəm, bir ay kimi bərəkət (çoxluq, bolluq) yaxşılıq, xeyir, fayda, əminamanlıq, barışıq və əhdləşmə simvoludur. Bu ayın ilk günləri təzə ilin başlanqıcı olduğundan, müsəlmanlar yeni ilin xeyirli və bərəkətli olması üçün dua edər, bir-birini yoluxar, bayramlaşar, küsülülər barışar, hədiyyələr verilər, görüləcək yaxşı işlər niyyət edilib planlaşdırılar və s. "Həqiqətən Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında 12-dir. Onların 4-ü (Racəb, Zulqadə, Zulhiccə və Məharram) haram aylardır. Ona görə həmin aylarda özünüzə zülm etməyin" (Tövbə, 36).
Hələ İslamdan əvvəl də bu aylarda hərb etmək haram, qadağan olunduğu üçün, ərəblər təcavüzlərinə haqq qazandırmaq məqsədilə bəzən süni surətdə ayların yerini dəyişərdilər. Bu səbəbdən Rəsulu Əkrəm(ə) vida həccində buyurdu: "Ayların sırası Allahın yaratdığı kimidir". Allah və Peyğəmbər(ə) kəlamından göründüyü kimi, Məhərrəm ayı "matəm" ayı deyil. O, "göyləri və yeri yaratdığı gündən" bəri Rəbbin sülh, barışıq, xeyir, bərəkət verdiyi aylardan biri, müsəlman təqviminə görə yeni ilin ilk ayıdır.
Aşura
Aşura Məhərrəm ayının 10-cu gününün adıdır. O da Allahın yaratdığı günlərdən biridir. Fəqət Aşura həmin gündə baş verən mühüm hadisələr etibarilə müqəddəslik qazanıb. Adəm(ə)-nin tövbə etməsi, Həzrət İbrahim və İsa(ə)-nin mövludu, Musa(ə)-nin Ölü dənizi keçməsi və Fironun boğulması Aşura günündə olub. Bu gündə Yunus (ə) balığın qarnından, Əyyub (ə) xəstəlikdən xilas edilib, Yaqub (ə) oğlu həz.Yusif ilə görüşüb, Süleyman (ə) çar olub, Yusif (ə) zindandan çıxıb. Həmin gündə Allahu-Təalə göyləri, yeri, ərşi, kürsünü, mələkləri və ilk insanı-həz.Adəmi yaradıb. Bəzi məxəzlərə görə, dünyanın sonu da Aşura günündə olacaq.
Həzrət Nuhun beş-altı nəfərlə tufandan xilas olması da həmin günə təsadüf edib.
"Həqiqətən Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə gözəl qəbul olunmuşdur! Biz (Nuh qövmünü suda boğub), onu və ailəsini böyük fəlakətdən qurtardıq" (Səffat, 75,76). Rəvayətə görə, gəmini xilas edən Nuh(ə) Aşura günü şükür ayini kimi gəmidə olan taxıl məhsullarından şorba bişirib. Qeyd edək ki, müsəlmanların Məhərrəmin 10-cu günü hədik bişirib qonşu və kasıblara ehsan etmələri həmin ibadətin davamı kimi bu gün də unudulmayıb.
Böyük həcc ziyarətindən sonra profilaktik tədbirlər məqsədilə bağlanan Kəbə qapısının ziyarət edənlər üçün Aşura günündə açılması da, bu günün dəyərlərindən biridir.
Tövratda "Aşura" sözü böyük günahtəmizləmə günü kimi işlədilib. Həzrət Peyğəmbər Mədinəyə gəldiyi zaman yəhudilərin həmin gün oruc tutduğunu gördü və o da bu ibadəti icra etdi. Yəhudi ibadəti olan Aşura orucu başqa oruclarda olduğu kimi yalnız gündüz yox, bir sutka tutulardı. Hicrətin 2-ci ilində Aşura orucunun yerinə Ramazanın oruc ayı elan edilməsilə Aşura orucu artıq müsəlman üçün dini mükəlləfiyyətdən olmayıb, şəxsin ixtiyarına verildi. Lakin Aşura orucu bugünkü müsəlman aləminin əksəriyyəti üçün sünnədir. Və o, tarixi səbəblərə görə, müqəddəs sayılır. "Ramazandan sonra orucların ən fəzilətlisi Məhərrəm ayında tutulan orucdur. Aşura isə bu ayın ən qiymətli gecəsidir".
Aşura fəlsəfəsi
Məhərrəm ayının Aşura günü həm də Peyğəmbər(ə) nəvəsi Həzrət Hüseynin iman və İslam dininin saflığı uğrunda şəhid olduğu, baba və atasının ucaltdığı etiqad atını yenidən şahə qaldırdığı gündür. Aşura, İslam dininin varlıq qayəsi, insan haqq və azadlıqları uğrunda 19 il mücadilə aparan İmam Hüseynin bir şəhid kimi özündən sonra bütün dünyaya örnək olan "Hüseyn fəlsəfəsi", "Hüseyn məktəbi"ni yaratdığı gündür. Lakin təəssüflər olsun ki, bu məktəb hələ də öz obyektiv təhlil və təbliğini lazımınca tapmayıb. Əksinə, bəziləri bu fenomen hadisəni ya ifrat, ya də təfritə vararaq, onun dini və dünyəvi əhəmiyyətini zədələyirlər. Hadisəni sırf matəmə çevirənlər unudurlar ki, İslam iman, elm və saleh əməl vəhdətidir. Bu vəhdətin əsasını Rəbbin bəyəndiyi işlər uğrunda biganəlik yox, mübarizə təşkil edir. Təfritə varanlar isə, həmin fəlsəfəni cılızlaşdıraraq, onu Həzrət Hüseynin sırf siyasi hakimiyyət uğrunda mübarizəsi kimi qələmə verirlər. Əlahəzrət tarix isə hər iki yanaşmanı rədd edir.
"Güclü nə istəyirsə, ona nail olur" təsəvvürünü dağıtmaq bir tale yazısı kimi mənim boynuma düşən borcdur. Mən, məndən sonra gələcək nəsilləri düşünərək, bir zalım güclünün gücünə müqavimət göstərə biləcək başqalarının da mövcud olduğunu nümayiş etdirməyə çalışıram. Bu, əqidə, iman və vicdan məsələsidir. Və mən, həmin əqidə uğrunda ölməyə belə hazıram". İmam Hüseynə məxsus olan bu tezis, Hüseyn fəlsəfəsinin mayası və nüvəsidir.
661-ci ildə Həzrət Əlinin şəhadətindən sonra Müaviyə camaatı qorxutmaq məqsədilə 40 minlik ordu ilə Xilafətin paytaxtı Kufəyə gəldi. O, həm də Həzrət Həsənin "qardaş qanı axıdılmamalıdır" sözündən məharətlə istifadə edərək, hakimiyyəti zorla mənimsədi. Lakin Kufə, Məkkə, Mədinə və digər bölgələrdə geniş sosial bazaya malik olan Həzrət Hüseyn, Əbu Bəkrin oğlu Əbdürrəhman və Zübeyrin oğlu Abdulla Müaviyəyə biət etmədilər. Başqa sözlə, onlar Müaviyə hakimiyyətinin legitimliyini tanımadılar. Hələ xəlifə Həzrət Əlinin dövründə Şam şəhərində "dövlət içində dövlət" yaradan Müaviyə, 669-cu ildə Həzrət Həsəni zəhərlədərək öldürtdü. Həzrət Hüseyn "problemi" isə onu bir an rahat buraxmırdı. Zira Müaviyə çox gözəl bilirdi ki, İmam Hüseyn xalq arasında həm ondan, həm də onun oğlu Yeziddən qat-qat artıq sosial bazaya və hörmətə malikdir. Tarixçi Təbəri yazır: "Ömrünün sona çatdığını başa düşən Müaviyə sağlığında oğlu Yezidi varis kimi tanıtmaq üçün Yezidə biət edilməsini istədi. Yezid hərəkətlərinə görə fasiq (pozğun-V.C.) sayılırdı. Və belə adamın xəlifəliyə namizədliyini qəbul etmək mümkün deyildi. Hüseyn, Abdullah ibn Ömər, Abdullah ibn-Zübeyr, Əbdürrəhman ibn-Əbu Bəkr və ibn-Abbas təbii ki, bunu qəbul etmədilər". Müaviyə öldükdən sonra Yezid xəlifə oldu (680-cı il). O, Mədinə valisi Validə tapşırdı ki, Həzrət Hüseyn yeni xəlifəyə (Yezidə) biət etsin. Valid: "Ya Hüseyn, Yezid səndən biət istəyir". Hüseyn: "Mən ki, onun atasına baş əymədim. İnsanlar hər biət istəyənin qabağında əyilməyə alışsalar, bəs onda etiqad harada qalar?"
680-ci il Kərbəla hadisəsi təkcə haqq ilə batilin, zülm ilə ədalətin mücadiləsi olmayıb. Bu, həm də imanı saleh əməl ilə reallaşdıran bir qəhrəmanlıq salnaməsidir. Yezidin çoxminlik ordusunun əhatəsində olan İmam buyurdu: "Təkcə mən qaldım. Cəsarəti olan varsa, gəlsin bir anlığa onunla yerimizi dəyişək. Qoy o buradan, mənim dayandığım yerdən sizlərə baxsın. Qorxmayıb, atın üstündə duruş gətirə bilsə, başımı öz əllərimlə kəsərəm. Amma mən qorxmuram. Bilirəm ki, insanların inamı zalımın zülmünü basar. Bu dünya çox yezidlər görüb. Vaxt gələr, yezidlərə baş əyməyənlərin sayı çoxalar. Və onlar bugünkü hadisəni böyük ehtiramla yad edərlər".
Həzrət Hüseynin zülm, batil, yezidlik qarşısında əyilməyən başı Kufə küçələrində gəzdirilərkən, sanki o baş deyirdi: "Ey kəsik başların nümayişinə çıxan kufəlilər!. Mən Yezidə boyun əymədim. Əymədim ki, sizə zülm etməsinlər. Mən, Həzrət Məhəmmədin nəvəsi, Həzrət Əlinin oğlu, başım kəsildisə, vay sizin halınıza. Kəsik başların nümayişinə çıxmaqdansa, ibrət götürüb niyə zalımların qarşısını almırsınız? Niyə öz gələcəyinizi düşünmürsünüz?".
Bəli, Həzrət Hüseyn baba və atasından miras qalan iman atını Kərbəlada elə şahə qaldırdı ki, bu inam və əqidə onun Kufədə nizəyə taxılmış kəsik başından da yüksəkdə oldu. Təəssüf ki, Hüseyn fəlsəfəsini yalnız 40 gün matəmdə görənlər Quran hikməti və "Cihadın ən ən üstünü zülmkar buyruq sahibinə qarşı həqiqəti söyləməkdir" Peyğəmbər(ə) kəlamını unudurlar.
Digər tərəfdən, Hüseyn fəlsəfəsini siyasi ambisiyalara alət edənlər, bu məfkurə ilə aldadılaraq cihad adı ilə bəşər qanı axıdanlar da siyasi ambisiyası olmayan Həz.Hüseyn mübarizəsindən xəbərsiz bədbəxtlərdir.
Əslində "Hüseyn məktəbi" qiyamətə qədər hər bir xalq üçün örnəkdir. Bu nümunədən ibrət alan millət isə sözsüz ki, İslamın beş varlıq qayəsini-əhali, ərazi, dini, gələcək nəsli, haqq və azadlıqlarını qoruyacaqdır.
Kərbəla şəhidləri
Rastlaşdığımız mənbəyə görə, 1334 il bundan öncə imam Hüseynin Kərbəla düzündə iman atını şahə qaldırdığı hadisədə ümumbəşər və xüsusən İslam tarixinə əbədi səhifə yazan şəhidlər:
1) Abdullah oğlu Əvf; 2) Abdullahi Mühyi oğlu Ömər; 3) Abdullah oğlu Səd; 4) Abdullahi Yəzmi oğlu Abdurrəhman; 5) Aqil oğlu Səfər; 6) Aqil oğlu Muslim (Kufədə); 7) Aqil oğlu Abdurrəhman; 8) Əmr Kəlbi oğlu Abdullah; 9) Əvf oğlu Avn; 10) Avsəcəyi Azərbaycani oğlu Muslim; 11) Cəbavə oğlu Ömər; 12) Cəfər oğlu Abdullah oğlu Muhamməd; 13) Cəfər (İslam ordusunun muəzzini); 14) Dəccanə oğlu Abdullah; 15) Dəccanə oğlu Səd; 16) Ənəs oğlu Malik; 17) Ənəs oğlu Muhamməd; 18) Fərrat oğlu Ömər; 19) Firuzan (İmam Hüseynin göləsi); 20) Faris oğlu Qulam (İmam Zeynəl Abidinin hizmətçisi); 21) Qulam Salman (Bəsrədə Şəhid olub); 22) Qulam oğlu Ürvə (Hürün köləsi); 23) Hani Baba (Ürvə və Həz.Əlinin bacısı Ümməhəninin oğlu); 24) Həsəni Həmədani oğlu Bərir; 25) Hür oğlu Əli; 26) Hənzələ oğlu Səid; 27) Həsən oğlu Zəhir; 28) Həz.Əli oğlu Həz.Hüseyn; 29) Həz.Əli oğlu Əvn; 30) Həz.Əli oğlu Abdullah; 31) Həz.Əli oğlu Cəlal Abbas; 32) Həz.Əli oğlu ƏbubƏkr; 33) Həz.Əli oğlu Fəzl; 34) Həz.Əli oğlu Osman; 35) Həz.Həsən oğlu Abdullah; 36) Həz.Həsən oğlu Qasim; 37) Həz.Hüseyn oğlu Əli Əkbər; 38) Həz.Hüseyn oğlu Əli Əsgər (Abdullah Əkbər); 39) Həz.Hüseyn oğlu Qasim
40) Xalid oğlu Ömər; 41) Hərir oğlu Həmzə; 42) Həris oğlu Cəbavə; 43) Həris oğlu Yusif; 44) Qeys ibn Ərəbi (Kufədə); 45) Kəlbi oğlu Vəhəb; 46) Makəl oğlu Ənəs; 47) Malik oğlu Vəkkas; 48) Məskur (Kufədə); 49) Məzahir oğlu Həbib; 50) Miqdad oğlu Muhəmməd; 51) Mühaciri Cəfi oğlu Zeyd; 52) Muhammədi Kəsiyr (Kufədə); 53) Muhamməd Kəsiyr oğlu Mahmud (Kufədə); 54) Muta oğlu Ömər; 55) Müslim-i Azərbaycaninin oğlu (ismi bilinmir); 56) Müslim Aqil oğlu Abdullah; 57) Müslim Aqil oğlu İbrahim (Kufədə); 58) Müslim Aqil oğlu Muhəmməd (Kufədə); 59) Müslim Həmmad; 60) Müslim Məzəni oğlu Yəhya; 61) Ömər oğlu Xalid (və ya Xəlil); 62) Rəfi oğlu Hilal; 63) Rabiə oğlu Qeys; 64) Riyah oğlu Hür; 65) Riyah oğlu Müsəb (hürün qardaşı); 66) Səd (Əbu Talibin köləsi); 67) Səd oğlu Hənzələ; 68) Səfiyd oğlu Sit; 69) Übeyd oğlu Sərih; 70) Ürvə oğlu Əbdurrəhman; 71) Ütbəyi Vəqqas oğlu Həşim; 72) Ütbe oğlu Malik; 73) Ziyad Səbi oğlu Zeyd olub.
Şəhidə matəm saxlamaq lazımdırmı?
625-ci ildə baş verən Uhud döyüşündə Peyğəmbər(ə)-nin əmisi Həzrət Həmzə şəhid oldu. Bu döyüşdən Mədinəyə qayıdan Həzrət Məhəmməd, Həmzənin evindən başqa bütün şəhidlərin evindən ağlaşma səsini eşitdi. Peyğəmbər(ə) buyurdu: "Bütün şəhidlərin ağlayanı var, Həmzənin isə ağlayanı yoxdur".
Rəsuli Əkrəmin bu sözündən sonra müsəlmanlar Həmzənin evinə gəlib ona yas tutdular. Həmin hadisə göstərir ki, istər adi insana, istərsə də şəhidə matəm saxlayaraq, ona vicdanın zəkatı kimi ifrata varmadan ağlamaq islami və insani keyfiyyətlərdir. İnsanların şəhidə matəm saxlaması təkcə ona olan münasibəti müəyyən etmir. Şəhidi (və ya şəhidləri) anma prosesi cəmiyyətin həm şəhidə məhəbbəti, həm də haqqa, ədalətə zülm edən zalıma qarşı bir mesajıdır. Bu, cəmiyyətdə bir saflaşma, ələkdən keçirmə prosesi kimi, kimin kim olduğunu təyin etmə mərasimidir. Bu, qəbul olunub-olunmayacağından asılı olmayaraq, bəlkə də batil və zülm üçün bir tövbə şansıdır. Şəhidə matəm saxlayıb, keçmişi təhlil etmək potensial şəhidləşmə deməkdir. Potensial şəhidləmə olmadan isə heç bir ümmət və millət din, vətən, bayraq, qeyrət, şərəf və ləyaqətini qoruya bilməz. Və nəticədə o, başqa ümmət və millət süvarisinin üzəngisindən öpməyə məhkum olar.
Qısa tarixi oçerk
Məhərrəm ayında matəm mərasimi ilk dəfə İraqda, Buveyhüllə oğulları tərəfindən saxlanılıb. Aşurə isə ilk dəfə rəsmən 963-cü ildə İranda keçirilib. Sonradan Şah Abbas dövründə (1571-1629) bu ənənə kifayət qədər geniş yayılıb. Səfəvilər vaxtında şiəlik rəsmi din kimi qəbul olunduqdan sonra Məhərrəm ayının yas ovqatında keçirilməsi adət halını aldı. Aşuranın mərsiyələrlə keçirilməsi isə XVIII əsrdən başlayıb. Belə ki, həmin əsrdə İranda Kərimxan Zəndin yanına bir avropalı gələrək, ona faciə janrından söhbət açıb. Bu söhbətdən təsirlənən Kərimxan əmr edib ki, Kərbəla faciəsi də mərsiyələrlə keçirilsin.
680-cı ildəki Kərbəla hadisəsi dünyada analoqu olmayan Təvhid və Nubuvvətə inam, birlik və azadlığın əməli vəhdəti, sədaqət və iradə qaynağı kimi nəsillərin yaddaşına əbədi həkk olunan şəhidlik məktəbi, dünya müsəlmanlarının qan yaddaşıdır. Keçmişdə olan, fəqət keçmişdə qalmayan bu hadisə qiyamətə qədər imanlı, ədalətli bəndələrin qəlbində həkk olunan azadlıq məktəbidir. Bu məktəb: "Allahım; Məni şəhid, dinimi, bayrağımı qalib et!" məfkurəsinin praktik təntənəsidir. həzrət Hüseynin iman atını şahə qaldırdığı günün yad edilməsi məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar üçün axirət sərmayəsidir. Bu sərmayənin qayəsini isə Əhli-beyt sevgisi təşkil edir. "hüseyn fəlsəfəsi" yurd-yuvası olmayan, səpələnmiş bir etnik qrupun - xarici yezidlərin 200 il ərzində Azərbaycan torpağına sahib çıxması baxımından bir müsəlman, suverenliyini can bahasına belə bərpa etmək istəyən bir azərbaycanlı kimi hamımız üçün ibrət, təhlil və mübarizə qaynağıdır. "Hüseyn fəlsəfəsi" həm də özünü Yezid kimi müsəlman adlandıran, fəqət əməlilə yezidlik edən daxili və xarici yezidlərimizə qarşı mübarizə məfkurəsi olmalıdır. Vaxtilə Rəbb Musa(ə)-nin qorxaq və müti camaatını hidayətə çatdırmaq üçün buyurdu: "Mən sizin qeyrətinizi millət anlayışı olmayan bir xalqla oyadacam". Elə imam Hüseyn məktəbinin bəzi verəcəyi ən böyük dəyərlərdən biri də, Rəbb buyuran oyanışla ərazi bütövlüyümüzü təmin və Allah evlərini işğalçıdan azad etməkdir.
"Allahın kitabında ayların sayı 12-dir. Onların 4-ü haram", üçü (Şəbən, Ramazan, Rəcəb) mübarək, Hacc ərəfəsi (Zulqadə), Hacc (Zulhaccə) və Peyğəmbər(ə)-nin anadan olduğu Rabiuləvvəl aylarıdır. Bu aylardan hamısı sülh, əmin-amanlıq aylarıdır. Göründüyü kimi, Rəbbimiz ilin əksər aylarına mübarəklik verib. Verib ki, insanlar Yeziddən fərqli olaraq bu aylarda bir-birinə zülm etməsinlər. İstər yeni ilin ilk ayı olan Məhərrəmdə, istərsə də 680-cı ilə qədər və ondan sonra Aşurada baş verən bütün hadisələr Rəbbin icad və qüdrətindən doğan hikmətlərdir. İbrət alınacaq bu işlərin başında isə, ifrat və təfritə yol vermədən keçmişi obyektiv təhlil edib, gələcəyə iman, elm və saleh əməl ilə getməkdir.
Qoy bu yolda hamimiz Allah olsun!, Amin!
Vaqif CƏLİLOĞLU,
T.e.üzrə fəlsəfə doktoru
DİGƏR XƏBƏRLƏR
Tarix: 12.07.2026 / 12:03
Hacıqabulda avtobus aşdı, 30-dan çox sərnişin yaralandı...
Tarix: 11.07.2026 / 19:45
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir
Tarix: 11.07.2026 / 19:03
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
- FOTO
Tarix: 11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!
Tarix: 10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib
FOTO
Tarix: 10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi...
- "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."
Tarix: 10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı
- necə və hansı üsullarla?...
Tarix: 10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu
- FOTO
Tarix: 10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib
Tarix: 10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir?
– Deputatdan iddia...
Tarix: 10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...
Tarix: 10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...
Tarix: 09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...
Tarix: 09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...
SON XƏBƏRLƏR
13.07.2026 / 08:39
Seçkiqabağı sorğuda Kılıçdaroğlu cəmi 13 faiz səs topladı…
13.07.2026 / 07:02
ABŞ İrana yeni hücum dalğası başlatdı
12.07.2026 / 22:58
İran raketi Küveytdə strateji bir limanı bombaladı
– ABŞ-ın Himars sistemləri də vuruldu...
12.07.2026 / 22:45
Vaqner qrupunun qalıqları Mərkəzi Afrikada narkoimperiya qurub -
olan Priqojinə oldu
12.07.2026 / 22:22
Tehran təkzib etdi -
“Buşehr AES-ə hücum və radiasiya yayılması xəbərləri doğru deyil…”
12.07.2026 / 20:33
Vens ABŞ-İran Memorandumunun uğursuzluğunda günahlandırıla bilər -
Politico
12.07.2026 / 20:26
İran səfiri pilotsuz təyyarələrin hücumlarından sonra Oman XİN-ə çağırılıb
12.07.2026 / 20:23
Trampa qarşı sui-qəsd planı...
ABŞ səfiri də təsdiqlədi – vəziyyət son dərəcə ciddidir...
12.07.2026 / 20:10
Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 34 illiyi qeyd olundu
12.07.2026 / 18:20
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə çatıblar
- FOTO
12.07.2026 / 16:23
Ukrayna Rusiyanın 10 tankeri, dörd bərəsini və Sızran neft emalı zavodunu vurdu...
- VİDEO
12.07.2026 / 15:46
Rusiya Türkiyənin S-400-ləri BƏƏ-yə satmasına “yaşıl işıq” yandırdı...
12.07.2026 / 15:10
Polşa və Ukrayna MiQ-29 qırıcılarının dronlarla mübadiləsi barədə razılığa gəliblər...
12.07.2026 / 13:37
Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
12.07.2026 / 12:25
Keçmiş əmiri vəfat etdi, ölkədə 4 günlük matəm elan edildi
12.07.2026 / 12:03
Hacıqabulda avtobus aşdı, 30-dan çox sərnişin yaralandı...
12.07.2026 / 11:32
İranın 6 şəhərində partlayışlar baş verib
12.07.2026 / 11:10
İrandan ABŞ-a xəbərdarlıq
- Sözünüzə əməl edin, əks halda bədəlini ödəyəcəksiniz...
12.07.2026 / 10:52
DÇ-2026 - Yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşdi...
12.07.2026 / 10:37
ABŞ İranı yenə vurdu
– İran 5 ölkədə hərbi hədəflərə zərbə endirdi...
12.07.2026 / 10:19
Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapılıb
12.07.2026 / 09:55
SEPAH Hörmüzdə daha bir gəmini vurub
12.07.2026 / 07:31
Almaniyada Ukrayna üçün dron istehsal edən gizli fabrik?..
12.07.2026 / 07:17
1900 LGBT+ sərnişini daşıyan Amerika kruiz gəmisi Türkiyə və Misir sahillərinə buraxılmadı
12.07.2026 / 06:46
Hörmüzdə gəmilərə hücum edən "sistemin yaramaz elementləri" imiş -
İran tərəfi belə deyir…
12.07.2026 / 06:31
İnqilab Keşikçiləri Hörmüzü yenidən bağladı -
“əlavə xəbərdarlığa qədər…”
11.07.2026 / 23:18
Rusiya Ukraynaya göndərilən silahları izləmək üçün NATO ölkələrində minlərlə kameranı ələ keçirdi...
11.07.2026 / 22:40
Polşa Ukrayna Üsyançı Ordusunun qırmızı-qara bayrağını qadağan edir
- Navrotski parlamentə çağırış etdi...
11.07.2026 / 21:10
Prezidentin sosial media hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb
11.07.2026 / 21:05
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı çökdürür
- bir gecədə 28 gəmi vuruldu... +VİDEO
11.07.2026 / 20:46
İstilər Eyfel qülləsinin də “dəngəsini” pozdu
11.07.2026 / 20:02
Prezident: "Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir"
11.07.2026 / 19:58
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
- Prezident
11.07.2026 / 19:56
ABŞ konqresmeni İordan çayının qərb sahilində israilli köçkünlər tərəfindən girov götürüldü...
11.07.2026 / 19:53
Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"
11.07.2026 / 19:51
"Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır"
- Prezident
11.07.2026 / 19:45
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir
11.07.2026 / 19:03
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
- FOTO
11.07.2026 / 18:01
“Xankəndi” hotelinin açılışı oldu
- FOTO
11.07.2026 / 17:35
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib
- VİDEO
11.07.2026 / 17:25
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
11.07.2026 / 16:17
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı
11.07.2026 / 16:01
Prezident Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış oldu
- FOTO
11.07.2026 / 15:32
Prezident Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
- FOTO
11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı
– ABŞ son anda imtina etdi...
11.07.2026 / 15:07
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub
- FOTO
11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı
11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı
11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
- FOTO
11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
- FOTO
11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı
– qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...
11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı
– sədrin də aralarında olduğu 36 nəfər qandallandı...
11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu...
Orduya əmr verdi - İranı xəritədən siləcəklər...
11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? -
Tramp danışıqların bərpasına göstəriş verdi
11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu
- Rusya Don-Azov kanalını gəmilərə bağladı...
11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur"
- Sen-martinli jurnalist
11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...
11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi
- FOTO
11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir
- FOTO
11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu
11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi
- müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...
11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş...
SÜBUT...
11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...
11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı
11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır"
- Abbas Abbasov
11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!
11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir
11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...
11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi
– onlardan danışıqların bərpasını istəməmişik...
11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir
- peyk görüntüləri ortaya çıxardı...
10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...
10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi
- Peskov nə demək istəyir?...
10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...
10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...
10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...
10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
- FOTO
10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür
10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı
10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var
10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...
Populyar xəbərlər
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə
Tarix: 14.06.2026 / 14:02
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Tarix: 14.06.2026 / 13:47
Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb
Tarix: 27.06.2026 / 15:15
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir
XƏBƏR ARXİVİ