Cümə günü, 02 oktyabr 2026
     

Bilik Fondu "Fikir şənbəsi"ndə Xəlil Rza Ulutürkü xatırladı

Image


Azərbaycan 23 ildir öz istiqlalına qovuşub. Xalqımız öz istiqlalına zərrə-zərrə, qarış-qarış, addım-addım irəliləyib. Əlbəttə, müstəqilliyə gedən yolda xalq tək olmayıb, fikir adamları, ictimai xadimlər, görkəmli şairlər bu məqsəd uğrunda xalqa bələdçilik edib.
Xalqın istiqlala hazırlanması prosesi son iyirmi-iyirmi beş ildən deyil, ondan əvvəlki vaxtlardan başlanıb. İstiqlalın ən görkəmli təbliğatçısı, carçısı kimi Xəlil Rza Ulutürkün siması gözlərimizin qarşısından çəkilmir. Ər əzəmətli Xəlil Rza Ulutürk əlinə qələm aldığı gündən xalqı istiqlala, imperiya buxovlarından azad olmağa səsləyib. Azərbaycanı bağımsız görmək istəyən Ulutürk bu günün xalqımıza bəxş ediləcəyi günə qədər mübarizə aparıb. İmperiya nökərləri tərəfindən millətçi damğası ilə damğalanıb. Bu yolda o, məşəqqətlərə, olmazın əzablarına sinə gərib. Hətta həbs edilib. Azərbaycanı müstəqil, suveren dövlət kimi görmək istəyən Xəlil bəyin həbs cəzasına məhkum edilməsi istiqlal yolunda olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi"nin budəfəki sayı Azərbaycanın Müstəqillik Gününə hərs edildi. Əlbəttə, müstəqilliyimiz üçün borclu olduğumuz şəxsiyyətlərdən biri də Xəlil Rza Ulutürkdür. Dövlət Müstəqilliyi Günündə "Fikir şənbəsi"nin qonağı Firəngiz xanım Ulutürk oldu. Xəlil Rza Ulutürkdən, onun istiqlal mücadiləsindən, yeganə oğlu Təbrizin şəhidliyə gedən həyat yolundan danışdı Firəngiz xanım. İstiqlal şairinin həyat və əqidə yoldaşı Xəlil bəyin tufanlardan keçən ömür yolu haqda çox müfəssəl məlumat verdi.
Tədbirdə "Fikir şənbəsi" klubunun daimi üzvləri, eləcə də Bakı Slavyan Universiteti Yaradıcılıq fakültəsinin tələbələri və tanınmış media nümayəndələri, gənc yazarlar da iştirak edirdi.
Bu dünyada otun, suyun, torpağın da yaddaşı var.
Sındırılmış bir budağın,
söndürülmüş ocağın da yaddaşı var.
Ələk-vələk, darmadağın otağın da yaddaşı var.
Bayaq isti, indi bumbuz yatağın da yaddaşı var.
Nallı çəkmə altındaca qolu çıxan kuklacığın,
Miz üstündə yetim qalan bir qələmin,
varağın da yaddaşı var.
Bəli, canlının da, cansızın da yaddaşı var, Xəlil bəy. Təbiətin yaddaşı olmasa, insanların azadlıq mücadiləsi də olmaz. O da bəllidir ki, insanda azadlıq ruhu da cəmiyyətin, ideoloqların təsiri ilə formalaşmır, bu ruh insanla birgə doğulur. Xəlil Rza da anadan azadlıq aşiqi kimi doğulub. Xatirələrdən bəllidir ki, hələ bolşevizm dövründə, imperiyanın Azərbaycanda hökmdə olduğu çağlarda Xəlil Rza çəkinmədən Azərbaycan xalqının istiqlalı ilə bağlı çıxışlar edir, açıq fikirlər səsləndirirdi. Dissident şair kimi tanınan Xəlil Rza gəncliyin milli şüura sahib olması məsələsində məqsədyönlü iş aparırdı.
"Fikir şənbəsin"də iştirak edən Firəngiz Ulutürk Xəlil Rzanın həyatından elə məqamlar, elə ştrixlər qeyd etdi ki, bu, gənc nəsil üçün həqiqətən də dəyərli məlumatlar sayılır.
Firəngiz xanım qürurlu qadındır, Ulutürkün bütün ictimai-siyasi məzmunlu şeirlərini, azadlıq eşqinə yaratdığı nümunələri böyük ilhamla oxudu. Həyatı tufanlar içində keçib Firəngiz Ulutürkün də. Sözsüz ki, Xəlil Rza kimi şəxsiyyətin həyat yoldaşı olmaq bu xanıma böyük ağrılar, ağrıların içərisində də böyük qürur yaşadır.
Xəlil Rzanın sıxışdırılmasından danışan Firəngiz xanım bildirdi ki, dəfələrlə həyat yoldaşına istiqlalla bağlı çıxışlarını dayandırması üçün təsir etmək istəyib, lakin əyilməzlik simvoluna çevrilən Xəlil Rza bundan imtina edib. Firəngiz xanım danışdı ki, uzun illər Azərbaycan Dövlət Neft Akademiyasında marksizm-leninizmdən, siyasətdən dərs deyib, yuxarı kurs tələbələrinə auditoriyada bu görüşləri öyrədib, həyat yoldaşı isə bunun əksini təlqin edib gəncliyə. Əslində, fərqli iki siyasi qütbə məlik olan ər və arvad həyatlarını sevgi içində keçiriblər. Yəni ilkin mərhələlərdə ayrı-ayrı dünyagörüşə, siyasi fikrə mənsub olmaları onların ailə münasibətlərinə təsir etməyib":Bir həyat yoldaşı kimi mən ondan zərrə qədər inciməmişəm. Xəlil məni heç incitməyib, xətrimə dəyməyib. Mən ona deyirdim ki, Xəlil, belə danışma, səni tutacaqlar, amma o yenə öz işində idi. Mən varlı bir ailənin qızıyam, Aşurbəyovlardanam. Ancaq Xəlil sadə bir ailədən çıxan kənd oğlanı idi. Xəlil sanki kənddən çıxmamışdı, kitablardan hörülən bir ələmdən çıxmışdı. O qədər saf adam idi ki. Xəlil həmişə təqib və təzyiqlərə məruz qalıb, amma öz məqsədindən dönməyib".
Xəlil Rza həqiqətən də azadlıq sevən, azad və özgür yaşamağı təbliğ edən bir şəxsiyyət olub. Firəngiz xanım deyir ki, təqiblər o həddə çatırdı ki, şairin həyatından narahat olurdu. Bolşevizm ideologiyasına qarşı çıxan X.Rzanın yazdığı dissertasiya işinin illərlə müdafiəsi ləngidilib. Heydər Əliyevin köməkliyindən sonra Xəlil Rza müdafiə edə bilib. "Lefertova" zindanında Xəlil Rzanın məşəqqətli günlərindən danışan F.Ulutürk dedi ki, o nə qədər təzyiq görsə də, heç vaxt öz prinsiplərindən geri çəkilməyib.
Azərbaycanda istiqlal mücadiləsinin öncüllərindən biri olan Xəlil Rza Ulutürkün xatirəsi hər birimiz üçün əzizdir.
Firəngiz xanımdan "Xəlil bəyin həyatı çox məşəqqətli olub, həyatda maddi və mənəvi cəhətdən sıxıntılar keçirmisiniz. Heç olurmu ki, onun həyat yoldaşı olmağınızdan təəssüf hissi keçirəsiniz" deyə soruşdum. O, özünəməxsus vüqarla "heç vaxt. Həyatda özümə həyat yoldaşı seçməli olsaydım, yenə Xəlili seçərdim" cavabını verdi. Görün, necə böyük sevgi olub onların sevgisi, illərin tufanı, təlatümü o sevgini sarsıda bilməyib, əksinə, o sevgi daha da möhkəmlənib.
Xəlil Rza Ulutürk mənəvi baxımdan yaşayır. Çünki onu yaşadanlar var. Ömür yoldaşı, həyat dostu Firəngiz xanım Ulutürk kimi...
Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi,
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi.
Çəkil, çəkil, ey qəsbkar,
Mən bu yurdun gur səsiyəm,
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!
Ruhu şad olsun Xəlil Rza Ulutürkün!







DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ