Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Hikmət Xudiyev "Kristal AA" MTK-nın 18 mərtəbəli binasında baş verən partlayışla bağlı təhlil yazdı
Tarix: 14.10.2014 / 03:53
Bölmə: Sosial
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki, əməkdar jurnalist Hikmət Xudiyev Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov 14-də yerləşən "Kristal AA" MTK-ya məxsus 18 mərtəbəli yaşayış binasında baş verən partlayışla bağlı fikirlərini açıqlayıb.
APA Hikmət Xudiyevin məqaləsini təqdim edir:
Payız-qış mövsümü başlar-başlamaz yanğın, partlayış hadisələri həyəcan təbili çalmaqdadır. Yanğınlar, partlayışlar yenə də can almaqda, insanlara bədən xəsarəti və külli miqdarda maddi ziyan yetirməkdədir. Bu günlərdə KİV-də növbəti hadisə - Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov 14-də yerləşən "Kristal AA" MTK-ya məxsus 18 mərtəbəli yaşayış binasında bir nəfərin ölümünə, 5 nəfərin yaralanmasına, bir neçə avtomobilin ciddi zədələnməsinə səbəb olmuş partlayışla bağlı məlumatlar yayıldı. Bu partlayışların səbəb nədir?
Təbii ki, bu suala birmənalı cavab vermək çətindir. Kütləvi informasiya vasitələri ictimaiyyətə partlayışın sözügedən binanın 1-ci mərtəbəsində "Army" mağazası üçün inşa edilən soyuducu anbarda qaz sızmasından baş verdiyini çatdırdı. Təbii ki, bu ilkin məlumatlar idi. Yəqin ki, partlayışın daha dəqiq səbəbini səlahiyyətli orqanlar müəyyənləşdirəcək. Bizim araşdırmalarımızda isə artıq partlayış baş vermiş bina ilə bağlı bəzi dəqiq məlumatlar var. Hansı ki, elə bu məlumatlara istinad edib "nə üçün partlayışlar və yanğınlar baş verir" sualına cavab tapmağa çalışacağıq.
Bu məlumatlara aydınlıq gətirmək üçün sözügedən bina ilə bağlı bəzi məqamlara diqqət yetirək. Partlayışın baş verdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov 14-də yerləşən "Kristal AA" MTK-ya məxsus 18 mərtəbəli yaşayış binası hələ bu günə kimi müvafiq qaydada Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Buna baxmayaraq, həmin binada bu gün sakinlər yaşayır və qeyri-yaşayış sahəsində obyektlər fəaliyyət göstərir.
Müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq sözügedən binanın ərazisində ayrıca yanğın su hovuzu inşa olunmayıb, mərtəbələrdə quraşdırılmış daxili yanğın su kranları daimi təzyiq altında su ilə təchiz edilməyib. Yaşayış binası olmasına, müxtəlif təyinatlı obyektlərin fəaliyyət göstərməsinə baxmayaraq, dəhliz və mərtəbələrdə quraşdırılmış avtomatik yanğın xəbərverici və aşkaredici siqnalizasiya qurğuları və zirzəmi sahəsində yerləşən açıq avtodayanacaq sahəsində quraşdırılmış ventilyasiya qurğusu işlək vəziyyətdə deyil.
Təbii ki, dövlətin nəzarət qurumlarından biri olan FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) yanğın təhlükəsizliyinin təmin olunmasına zidd olan bu hallara laqeyd qala, seyrçi münasibət bəsləyə bilməzdi. Partlayış baş vermiş bu binada DYNX-nin əməkdaşları tərəfindən hələ 30 oktyabr 2008-ci ildə yanğın-texniki müayinə keçirilib, yanğın təhlükəsizliyinə zidd hallar aşkar edilib və bu haqda akt tərtib olunub, "Kristal AA" MTK-ya xəbərdarlıq məktubu yazılıb. Lakin çox təəssüflər olsun ki, dövlət yanğın nəzarəti xəttilə həyata keçirilmiş bu tədbirlərdən sonra aşkar olunmuş çatışmazlıqlar "Kristal AA" MTK tərəfindən aradan qaldırılmayıb.
2008-2012-ci illərdə həmin binada növbəti yanğın-texniki müayinələr keçirilsə də, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmadığı yenidən yazılı şəkildə diqqətə çatdırılsa da, "Kristal AA" MTK dövlət qurumunun qanunvericilikdə nəzərdə tutulmuş qanuni tələblərinə əməl etməmişdir.
Bütün bunlarla yanaşı, sözügedən yaşayış binası müvafiq qaydada Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən də istismara qəbul edilmədən vətəndaşların istifadəsinə verildiyinə görə 14 fevral 2013-cü il tarixdə inzibati qaydada protokol tərtib edilib, mövcud olan nöqsanlar uzun müddət aradan qaldırılmadığına görə isə 28 mart 2014-cü ildə xəbərdarlıq məktubu tərtib edilərək "Kristal AA" MTK-nın rəhbərliyinə təqdim edilib. Müəyyən olunmuş müddət keçdikdən sonra xəbərdarlıq məktubunda qeyd olunan yanğın təhlükəsizliyinə zidd halların aradan qaldırılması ilə bağlı tədbirlərin icra vəziyyətini yoxlamaq məqsədi ilə DYNX-nin əməkdaşları 16 may 2014-cü ildə binada yenidən yanğın-texniki müayinə keçirib, müayinə zamanı yanğın təhlükəsizliyinə laqeyd münasibətin davam etdiyi aşkar olunub. Elə bu səbəbdən də DYNX növbəti addım atıb, yanğın təhlükəsizliyi qaydalarının müvafiq tələblərinə riayət etmədiyi üçün "Kristal AA" MTK-nın sədri inzibati qaydada cərimə olunub.
Dövlət Yanğın Nəzarəti Xidməti sözügedən binada yanğın təhlükəsizliyinə zidd halların aradan qaldırılmasını təmin etmək üçün digər tədbirləri həyata keçirmək məcburiyyətində qalıb, yerli icra orqanlarına müraciət edib. Belə ki, yaşayış binasının istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan, həmçinin sakinlərin məskunlaşması və binanın qeyri-yaşayış sahəsində obyektlərin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə 10 iyul 2012-ci və 11 iyul 2013-cü ildə Binəqədi Rayon İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət olunub. Lakin bu müraciətdən də heç bir nəticə əldə edilməyib. Binəqədi RİH başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi dövlətin nəzarətedici orqanlarının tələblərinin yerinə yetirilməsinin vacibliyini unudaraq zəruri olan tədbirlərin görülməsi əvəzinə əsassız yazışmaya üstünlük verib, sözügedən yaşayış binasında yanğın təhlükəsizliyi standartlarının, norma və qaydalarının tələblərinə uyğunluğu barədə DYNX-nə faktlara söykənməyən cavab məktubu göndərib.
Beləliklə, DYNX öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri həyata keçirib. Təəssüf ki, bir çox hallarda olduğu kimi, bu tədbirlər mövcud səlahiyyətlərin məhdudluğundan kifayət qədər təsirli olmayıb, vətəndaşların, sahibkarların, məmurların yanğın təhlükəsizliyinə etinasız münasibətini sındıra bilməyib və həyata keçirilən tədbirlər nəticəsiz qalıb.
İnsan həyatına, maddi sərvətlərimizə sarsıdıcı zərbələr vuran bu laqeyd münasibətin - nəzarətedici orqanların qanunvericilikdə nəzərdə tutulmuş tələblərini saymazyana şəkildə qulaqardına vurmağın, müvafiq razılaşmalar olmadan qaz xəttinin çəkilməsinin partlayış və yanğınlarla müşayiət olunan acı nəticələri isə göz qabağındadır. "Nə üçün partlayış və yanğınlar baş verir" sualının cavabı isə təhlükəsizlik qaydalarına sahibkarlar, məmurlar, vətəndaşlar tərəfindən ifrat laqeydlik göstərilməsidir. Bu laqeyd münasibətlərdən yaxa qurtarmaq üçün isə nəzarətedici orqanların səlahiyyətlərini artırmaq, qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi haqqında düşünməyin vaxtıdır ki, təsirsiz cəza və yüngül cərimələrdən qorxmayaraq təhlükəsizlik qaydalarını pozanların qarşısına sədd çəkilməsi üçün daha sərt qanunlar öz təsir qüvvəsini göstərsin. Bəli, bu haqda düşünməyin vaxtıdır. Ən azı, daha böyük faciələrin qarşısını almaq üçün..."
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ