Bazar ertəsi günü, 13 iyul 2026
     

Hicri-qəməri təqviminin müəllifi Həzrət Əlidir

Image




Yerin təbii peyki olan Ayın Yer ətrafında 12 dəfə dövr etməsini 12 sinodik aya ilk dəfə bölən b.e.ə. 3000-2500-ci illərdə babillilər olub. Onların qəbul etdiyi bu təqvim Qəməri (Ay planetinin ərəbcə adı) adlanıb. Bu tərtibi Quran: "Həqiqətən Allah yanında ayların sayı 12-dir" ayəsilə təsdiq edir. Həmin təqvimə əsasən 1 il 354,3 gündür.
Yəni Ay planetinin Yer ətrafında 12 dəfə tam dönməsi 354,3 gün ərzində baş verir. Yeri gəlmişkən, bir təzə ayla ikinci təzə ay arasındakı müddəti 29,5 gün müəyyənləşdirib, onu vaxt vahidi (bir ay) qəbul edən də babillilər olub.

Hicri-qəməri təqvimi
Ərəblər də hələ eramızdan 1000 il əvvəl Qəməri təqvimindən istifadə ediblər. Onlar sonradan, yəni miladi 622-ci ildə həz.Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsini yeni tarixin hesablanma anı, müsəlman erası və Hicri-Qəməri təqviminin başlanğıcı kimi qəbul ediblər. Belə ki, yenicə qurulan İslam dövlətində vahid təqvim olmadığı üçün hər qəbilə öz təqvimi ilə işləyirdi. Bunu nəzərə alan xəlifə Həz.Ömər məşvərət şurasını topladı. Şurada Sad bin Vəqqas təklif etdi ki, Rəsulu Əkrəm(ə)-nin vəfat günü (632-ci il) İslam təqviminin başlanğıcı olsun. Səhabədən olan Talha isə bu tarixi həzrəti Peyğəmbərin ölüm yox, doğum günündən başlanmasını irəli sürdü. Xəlifə məşvərət şurasının daimi üzvü Həz.Əliyə müraciət etdi: "Ya Əli, sənin hansı təklifin var?" Həz.Əli dedi: "Mən Rəsululləhin Məkkədən Mədinəyə hicrət etdiyi ili (622-ci ili-V.C) təklif edirəm. Çünki bu hicrət elə bir hadisədir ki, qiyamətə qədər müsəlmanların yaddaşında qalacaq..." Həz.Ömər soruşdu: "Başqa təkliflər varmı, ey Rəsululləhin yaxınları". Sad və Talha da daxil olmaqla şura üzvlərinin hamısı Həz.Əlinin təklifini qəbul etdi.
Qeyd edək ki, Həz.Peyğəmbərin hansı il doğulduğu barədə nə səhabə, nə də İslam tarixçiləri yekdil fikirdə olmayıblar.
Bəziləri bu tarixin 669, digərləri 671, əksəriyyəti isə 670-ci il olduğunu deyiblər. Peyğəmbər(ə)-nin vəfat etdiyi tarix dəqiq bilinsə də, məşvərət şurası müəyyən səbəblərə görə bu təklifi də qəbul etməyib.
Beləliklə, Hicri-qəməri təqvimi 639-cu ildə həz. Əlinin təklifilə xəlifə həz. Ömərin aşağıdakı fərmanı ilə qüvvəyə mindi: "Ey müsəlmanlar! Bundan sonra hər kəs rast gəldiyi hadisəni tarix başlanqıcı kimi qəbul etməsin. Rəsulu Əkrəmin hicrət etdiyi il (miladi 622-ci il-V.C) İslam təqviminin birinci ili, səhabələrin ilk dəfə hicrət etdiyi Məharram ayı isə ilin birinci ayı qəbul edildi".
Hicri-qəməri təqviminin bir ili Şəms (Günəş) təqviminin bir ilindən 11 gün azdır. Həmin səbəbdən eyni müsəlman gün və bayramları hər il Miladi təqviminin müxtəlif günlərinə təsadüf edir.

Hicri-qəməri təqvimində ayların ad və mənaları
Hicri-qəməri təqvimində ayların adları və mənaları, ardıcıllığı və günlərinin sayı belədir: 1) Məharram; 2) Səfər; 3) Rabiuləvvəl; 4) Rabiulaxır; 5) Cəmədiyuləvvəl; 6) Cəmədiyulaxır; 7) Racəb; 8) Şəbən; 9) Ramazan; 10) Şəvval; 11) Zulqadə; 12) Zulhiccə.
Müsəlman təqviminin bütün tək ayları əksər hallarda 30 gündən, bütün cüt ayları isə 29 gündən ibarətdir. Yalnız 12-ci ay - Zulhiccə ayı istisna təşkil edir. Həmin ay ilin uzun və ya qısa olmasından asılı olmayaraq 30 gündür.
1) Lüğəti mənası "haram", "qadağan edilən" anlamını verən Məharram ilin birinci ayıdır. O, bir ay kimi bərəkət (çoxluq, bolluq), yaxşılıq, xeyir, fayda, əmin-amanlıq, barışıq və əhdləşmə simvoludur. Bu ayın ilk günü Hicri-qəməri təqvimilə yeni ilin başlanqıcı olduğundan, müsəlmanlar yeni ilin xeyirli və bərəkətli olması üçün dua edər, bir-birini yoluxar, bayramlaşar, küsülülər barışar, hədiyyələr verilər, görüləcək işlər planlaşdırılar və s.
Məharram ayı Qurani-Kərimdə qiymət verilən 4 aydan biridir. "Həqiqətən Allah yanında ayların sayı, göyləri və Yeri yaratdığı gündən bəri Allahın kitabında 12-dir. Onlərın 4-ü (Racəb, Zulqadə, Zulhiccə və Məharram) haram aylarıdır. Ona görə həmin aylarda özünüzə zülüm etməyin" (Tövbə 36).
Hələ İslamdan əvvəl bu dörd ayda hərb etmək haram-qadağan olunduğu üçün, ərəblər təcavüzlərinə haqq qazandırmaq məqsədilə bəzən bilərəkdən ayların yerlərin dəyişdirirdilər. Həmin səbəbdən Rəsulu Əkrəm(ə) vida həccində (632-il) buyurdu: "Ey əshabım! Ayların sırası Allahu-Təalənin yaratdığı zamandakı kimidir".
Məharramin 10-cu günü Aşura isə həmin gündə baş vermiş hadisələr etibarilə ən müqəddəs günlərdən biridir. Belə ki, Adəm(ə)-nin tövbə etməsi, həz.İbrahim və İsa(ə)-nin mövludu, Musa(ə)-nin Ölü dənizi keçməsi və Fironun boğulması Aşura günündə olub. Həz.Nuhun 5-6 nəfərlə tufandan xilas olması da həmin günə təsadüf edir. Aşura həm də Peyğəmbər(ə) nəvəsi həz.Hüseynin iman və İslam dininin saflığı uğrunda şəhid olduğu, baba və atasının ucaltdığı etiqad atının yenidən şahə qaldırdığı gündür. Aşura-İslam dininin varlıq qayəsi, insan haqq və azadlıqları uğrunda 19 il mücadilə aparan İmam Hüseynin bir şəhid kimi özündən sonra bütün dünyaya örnək olan "Hüseyn fəlsəfəsi"-ni yaratdığı gündür.
"Ramazandan sonra orucların ən fəzilətlisi Məharram ayında tutulan orucdur" Peyğəmbər(ə) kəlamıdır.
2) Hicri-qəməri təqviminin ikinci ayı Səfərdir. Səfərin Quranda iki anlamı var: yolçuluq və savaşa getmək, döyüş (bax: Tövbə 42-48). Səfərin ərəbcə lüğəti mənası isə "sarı"-dır. Əksər müfəssirlər hesab ediblər ki, Allah Yerdəki bitkiləri ilk dəfə yaratdıqdan sonra "sarı yarpaqların tökülməsi" həmin vaxta təsadüf etdiyi üçün, bu ay Səfər adlanıb. Buna payızın ilk ayı da deyilir.
3) Təqvimin üçüncü ayı Rabiul-əvvəldir. Ərəbcə "Rabi" sözü "mövsüm", "rüb", "dördə bir" mənalarını ehtiva edir və "dörd" kökündən əmələ gəlib. Müasir ərəb dilində bu sözlə "yaz", "bahar" ifadə edilir. Qədimdə isə bu söz "payız" mənasında işlədilib. Çünki Rabiul-əvvəl, yəni birinci Rabi payızın orta ayına təsadüf edib. Başqa sözlə, Hicri-qəməri ayları hər il 11 gün dəyişdiyi üçün bu ay ilk dəfə payızın ortasına düşüb. Əksər mənbələrə görə, bəşəriyyətin iftixar abidəsi Məhəmməd(ə) bu ayın 12-də bazar ertəsi gecəsi, səhərə yaxın Məkkədə anadan olub.
Qeyd: Məhəmməd(ə)-nin təvəllüdü İslam dini yarandıqdan yalnız 300 il sonra qeyd edilməyə başlanıb. Bəzi tədqiqatçılara görə, Mövlud bayramı xristianların Milad - İsa(ə)-nin anadan olması ilə əlaqədar - bayramının təsiri altında meydana gəlib. Həz. Məhəmmədin anadan olduğu gün dəqiq bilinmədiyi üçün Mövlud bayramı çox vaxt daha dəqiq gündə - Peyğəmbər(ə)-nin vəfat etdiyi gündə qeyd olunur. Ümumiyyətlə, islamiyyətdə anadanolma günlərinin sadə keçirilməsi, hətta bəzən qeyd edilməməsi təqdir olunur. Vəfat günləri isə adətən əbədiyyətə qovuşmaq üçün doğuluş kimi təfsir olunduğuna görə, daha yaddaqalımlı qeyd olunur.
4) Rabiul - axır dördüncü aydır. Bu ay ilk dəfə payız mövsümünün son ayına təsadüf etdiyi üçün, Rabiul - axır (ikinci Rabi) adlanıb. Bu ay ədəbiyyatda həm də Rabius - sani kimi işlədilir.
5) Təqvimin beşinci ayı Cəmədiyul - əvvəldir. "Cəmədə" sözü "bərkimək", "donmaq" kökündən əmələ gəlib. Qədim ərəblər qış aylarını adlandırmaq üçün bu termindən istifadə ediblər. Həmin səbəbdən Cəmədiyul - əvvəl qışın başlanğıcını göstərən aydır.
6) Cəmədiyul - axır Hicri - qəməri təqviminin altıncı ayıdır.
Bu ay ilk dəfə qışın orta ayına təsadüf edib.
7) Racəb - möhtərəm, qiymətli, hörmətə layiq, muazzam (böyük) mənalarını ehtiva edir. Təqvimə görə yeddinci, məntiqlə qışın sonuncu 30 gününə təsadüf edən aydır. Rəcəb həm də mübarək üç aylardan birincisidir. Onun lüğəti mənası, "qorxusuz" deməkdir. Ayın ümumi anlamı isə "təcavüzdən əl çəkmək"dir. Bu ayda hərb etmək haramdır, yəni qadağandır. Çox möhtəşəm və fövqəlbəşər hadisə - Peyğəmbər(ə)-nin meracı bu ayda, Racəb ayının 26-dan 27-ə keçən gecədə olub (bax: surə İsra).
Həz.Rəsulu Əkrəm buyurub: "Racəb ayına sayğı göstərənə Allahu-Təalə dünyada və axirətdə sayğı edər".
Racəbin birinci cüməsinin gecəsi leylətul-raqaib-arzuların yerinə yetirilməsi və ya "hədiyyələr, ehsanlar" gecəsi adlanır. Bu gecədə edilən dualar qəbul olunar. Racəbin bu gecəsində həm də həz. Peyğəmbərin valideynləri ailə qurublar.
8) Hicri - qəməri təqvimində Şəbən səkkizinci aydır. Hərfi mənası "ayrılmaq", "bölünmək", "müxtəlif yerlərə getməkdir". Şəbən mübarək üç aylardan ikincisidir. "Hər kim Şəbəni şərifdə üç gün oruc tutsa, Allah ona Cənnətdə bir yer verər" (hədis). Peyğəmbər buyurub: "Şəbən mənə məxsus aydır. Allahu-Təalə mələklərinə buyurdu: "Ey mənim mələklərim, gördünüzmü Mənim qullarım Həbibimin (Həz.Peyğəmbərin-V.C) ayına necə hörmət edirlər?! Mən həmin qullarımı əfv edəcəm". Şəbən ayının 15-ci gecəsi Vərat (bəraət almaq) gecəsidir. Peyğəmbər(ə) buyurub: "Cəbrail(ə) mənə dedi: "Qalx namaz qıl, dua et! Bu gecə Şəbənin 15-ci - Bəraət gecəsidir. Müşriklər, əyyaşlar, fal və cadu ilə məşğul olanlar, sələmçilər, xəsislər, zina və valideynlərinə hörmətsizlik edənlər istisna olmaqla, Allah bu gecədə ibadət edənlərin hamısını əfv edər". Hicrətin 2-ci ilində (623 il) qiblənin Qüdsdən dəyişdirilməsi Şəbənin 15-ci günündə olub. "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar" Rəbb əmri (Bəqara 183-185)də Mədinədə, hicrətdən 1,5 il sonra, Şəbən ayının 10-cu günü verilib.
9) Ramazan İslam təqvimində doqquzuncu aydır. Hərfi mənası "isti", "yanmaq" olan Ramazan müqəddəs 3 ayların sonucusu, oruc tutulduğu və Quranın ilk ayəsinin nazil olduğu aydır. Buradakı "yanmaq" termini oruc tutan və tövbə edənlərin günahlarının yanmasına, bağışlanmasına işarə edir. Ramazan İslam dininin namus pərdəsi, 11 ayın sultanıdır. Qədr gecəsini də ehtiva edən "Ramazanın əvvəli rəhmət, ortası məğfirət, sonu Cəhənnəmdən qurtuluşdur" (həz.Peyğəmbər).
10) Lüğəti mənası "gəzən", "köçəri" olan Şəvval onuncu aydır. Bu ayda ərəb qəbilələri daimi yaşayış yerlərindən müvəqqəti çıxardılar. Şəvval ayının ilk künü Ramazan bayramıdır. "Ramazanda oruc tutub, ardından da Şəvval ayında altı gün oruc tutan şəxs, bir il oruc tutana bərabərdir (həz.Peyğəmbər).
11) On birinci ay Zulqadədir. "Qadə" ərəbcə "yerində oturmaq", "dayanacaq" mənalarını verir. "Zulqadə" isə "dayanacağın sahibi" anlamına uyğundur. Şəvval ayında gəzən ərəblər adətən bu ayda bir yerdə dayanardılar. Zulqadə Həcc ziyarəti ərəfəsində olan aydır.
12) Hicri Qəməri təqviminə görə, sonuncu-on ikinci ay Zulhiccədir. Mənası "Həccin sahibi", "Həcc ziyarətçisi" olan Zulhiccəni bütün dünya müsəlmanlarının "konqresi" anlamı kimi də qəbul etmək olar. Çünki hər ilin bu ayında milyonlarla müsəlman buraya yığışıb Kəbəni ziyarət edirlər. Bu ayın 9-u Ərəfə günü, 10-u isə Qurban bayramıdır. Bəzi müfəssirlərə görə, "Zulhiccənin son 10 günündə edilən hər bir ibadət ilin digər günlərindən daha fəzilətlidir".
Hicri təqviminin digər növü 1925-ci ildə İranda qəbul edilən hicri-Şəms (Günəş) təqvimidir. Günəş sistemi təqviminə əsaslanan və 365 gündən ibarət olan bu təqvim hər il martın 21-dən, yəni Novruz bayramından başlayır. 33 hicri-qəməri il 32 hicri-Şəms ilinə bərabərdir.

Miladi və hicri-qəməri təqvimləri arasında münasibət
Miladi təqvimindən hicri-qəməri təqviminə keçmək üçün: 1) Miladi təqviminin hər hansı ilindən 622 (Miladi təqvimilə həz. Peyğəmbərin Məkkədən Mədinəyə gəldiyi il) çıxılır; 2) Qalıq 32-yə bölünür; 3) Alınan qismət qalığın üstünə cəmlənir. Hesablamalar zamanı qalan kəsirlər yarıdan azdırsa, nəzərə alınmır; yarıdan çoxdursa, ümumi rəqəmin üstünə bir vahid artırılır. Məs., Miladi 2014-ci ilin Hicri-qəməri təqviminin hansı ilinə müvafiq olduğunu bilmək üçün : 1) 2014-622=1392; 2) 1392:32=44; 3) 1392+44=1436. Deməli, 2014-ci il Hicri-qəməri təqvimilə 1436-ci ilə uyğundur.
Hicri-qəməri təqvimindən Miladi təqviminə keçmək üçün: 1) Hər hansı müsəlman ili 33-ə bölünür; 2) Həmin müsəlman ilindən alınan qismət çıxılır; 3) Alınan qalığın üstünə 622 əlavə olunur. Məs., Hicri-qəmərilə 1436-ci ilin Miladi təqviminin hansı ilinə müvafiq olduğunu bilmək üçün isə: 1) 1436:33=44; 2) 1436-44=1392; 3) 1392+622=2014. Deməli, Hicri-qəməri təqviminin 1436-ci ili, Miladi təqviminin 2014-ci ilinə uyğundur.
Sözsüz ki, yaradılış baxımından Rəbbimiz ilin ay və günlərini eyni dəyərdə yaradıb. Burada pis ay, nəhs gün yoxdur. Pis, nəhs əməl var. Rəbbimizin ayların sayını 12 ədəd müəyyən etməsi bəşərə bir xatırlatmadır ki, insan necə yaşamasını və ömrünü nəyə həsr etməsini bilsin. Bu baxımdan İslam aləmi keçmişdəki mövqeyini bərpa edib iman, elm və iradə atını bir daha şahlandırmalıdır ki, ümmətlər içində Məhəmməd(ə)-nin ümmətini şərəfləndirib dünyaya örnək olsun. Bunun üçün isə İslam dünyası zamana sahib çıxmalı, verilən İlahi sərmayəni dəyərləndirib onu yaxşı xərcləməli, yeni üsul və metodlara yiyələnməlidir. Unutmamalı ki, bu dəyərlərə sahib çıxmayan cahil adam və ya cəmiyyət üçün zamanın-ay və günlərin necə gəlib ketməsinin heç bir fərqi yoxdur.

Vaqif CƏLİLOĞLU,

T.e.üzrə fəlsəfə doktoru





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

13.07.2026 / 10:18
"Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır" - Prezident

13.07.2026 / 10:12
İlham Əliyev Şuşa Forumunda 907-ci düzəlişin tam ləğvi məsələsinə toxundu

13.07.2026 / 10:03
Prezident İlham Əliyev: "...Bayden onlardan biridir"...

13.07.2026 / 10:01
Bakı–Quba yolunda yanacaqdaşıyan avtomobil alışdı - VİDEO

13.07.2026 / 09:58
Prezident: "Biz toqquşmaya getmək istəmirik"...

13.07.2026 / 09:52
"Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi" - Prezident

13.07.2026 / 09:48
İran ordusundan genişmiqyaslı qisas hücumu - 3 ölkədə ABŞ bazaları bombalandı...

13.07.2026 / 09:46
Prezident: "Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"

13.07.2026 / 09:36
"Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq" - Prezident

13.07.2026 / 09:34
"Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir" - Prezident

13.07.2026 / 09:30
Prezident: "Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır"

13.07.2026 / 09:25
"Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik" - Prezident

13.07.2026 / 09:20
Füzulinin minalanmış ərazilərində yanğın başlayıb

13.07.2026 / 09:17
Prezident Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışdı

13.07.2026 / 09:12
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilir - FOTO/CANLI

13.07.2026 / 08:39
Seçkiqabağı sorğuda Kılıçdaroğlu cəmi 13 faiz səs topladı…

13.07.2026 / 07:02
ABŞ İrana yeni hücum dalğası başlatdı

12.07.2026 / 22:58
İran raketi Küveytdə strateji bir limanı bombaladı – ABŞ-ın Himars sistemləri də vuruldu...

12.07.2026 / 22:45
Vaqner qrupunun qalıqları Mərkəzi Afrikada narkoimperiya qurub - olan Priqojinə oldu

12.07.2026 / 22:22
Tehran təkzib etdi - “Buşehr AES-ə hücum və radiasiya yayılması xəbərləri doğru deyil…”

12.07.2026 / 20:33
Vens ABŞ-İran Memorandumunun uğursuzluğunda günahlandırıla bilər - Politico

12.07.2026 / 20:26
İran səfiri pilotsuz təyyarələrin hücumlarından sonra Oman XİN-ə çağırılıb

12.07.2026 / 20:23
Trampa qarşı sui-qəsd planı... ABŞ səfiri də təsdiqlədi – vəziyyət son dərəcə ciddidir...

12.07.2026 / 20:10
Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 34 illiyi qeyd olundu

12.07.2026 / 18:20
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə çatıblar - FOTO

12.07.2026 / 16:23
Ukrayna Rusiyanın 10 tankeri, dörd bərəsini və Sızran neft emalı zavodunu vurdu... - VİDEO

12.07.2026 / 15:46
Rusiya Türkiyənin S-400-ləri BƏƏ-yə satmasına “yaşıl işıq” yandırdı...

12.07.2026 / 15:10
Polşa və Ukrayna MiQ-29 qırıcılarının dronlarla mübadiləsi barədə razılığa gəliblər...

12.07.2026 / 13:37
Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi

12.07.2026 / 12:25
Keçmiş əmiri vəfat etdi, ölkədə 4 günlük matəm elan edildi

12.07.2026 / 12:03
Hacıqabulda avtobus aşdı, 30-dan çox sərnişin yaralandı...

12.07.2026 / 11:32
İranın 6 şəhərində partlayışlar baş verib

12.07.2026 / 11:10
İrandan ABŞ-a xəbərdarlıq - Sözünüzə əməl edin, əks halda bədəlini ödəyəcəksiniz...

12.07.2026 / 10:52
DÇ-2026 - Yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşdi...

12.07.2026 / 10:37
ABŞ İranı yenə vurdu – İran 5 ölkədə hərbi hədəflərə zərbə endirdi...

12.07.2026 / 10:19
Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapılıb

12.07.2026 / 09:55
SEPAH Hörmüzdə daha bir gəmini vurub

12.07.2026 / 07:31
Almaniyada Ukrayna üçün dron istehsal edən gizli fabrik?..

12.07.2026 / 07:17
1900 LGBT+ sərnişini daşıyan Amerika kruiz gəmisi Türkiyə və Misir sahillərinə buraxılmadı

12.07.2026 / 06:46
Hörmüzdə gəmilərə hücum edən "sistemin yaramaz elementləri" imiş - İran tərəfi belə deyir…

12.07.2026 / 06:31
İnqilab Keşikçiləri Hörmüzü yenidən bağladı - “əlavə xəbərdarlığa qədər…”

11.07.2026 / 23:18
Rusiya Ukraynaya göndərilən silahları izləmək üçün NATO ölkələrində minlərlə kameranı ələ keçirdi...

11.07.2026 / 22:40
Polşa Ukrayna Üsyançı Ordusunun qırmızı-qara bayrağını qadağan edir - Navrotski parlamentə çağırış etdi...

11.07.2026 / 21:10
Prezidentin sosial media hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb

11.07.2026 / 21:05
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı çökdürür - bir gecədə 28 gəmi vuruldu... +VİDEO

11.07.2026 / 20:46
İstilər Eyfel qülləsinin də “dəngəsini” pozdu

11.07.2026 / 20:02
Prezident: "Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir"

11.07.2026 / 19:58
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir" - Prezident

11.07.2026 / 19:56
ABŞ konqresmeni İordan çayının qərb sahilində israilli köçkünlər tərəfindən girov götürüldü...

11.07.2026 / 19:53
Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"

11.07.2026 / 19:51
"Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır" - Prezident

11.07.2026 / 19:45
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

11.07.2026 / 19:03
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub - FOTO

11.07.2026 / 18:01
“Xankəndi” hotelinin açılışı oldu - FOTO

11.07.2026 / 17:35
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO

11.07.2026 / 17:25
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub

11.07.2026 / 16:17
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

11.07.2026 / 16:01
Prezident Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

11.07.2026 / 15:32
Prezident Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı – ABŞ son anda imtina etdi...

11.07.2026 / 15:07
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub - FOTO

11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı

11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ